Məhkəmə qərarları › İş №2(102)-4977/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4977/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4977/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-5 083/2018, hakim N.T.Tağıyeva) Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, kredit müqaviləsi üzrə 4.261 ABŞ dolları əsas borc, 2.700 ABŞ dolları faiz borcu olmaqla, cəmi ümumilikdə 6.962 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdehin mülkiyyətində olan “Azsamand” markalı ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, avtomobilin satışından əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən tutulması qət edilmilş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4365/2018, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin əldən çıxmış fayda tələbinin rədd edilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC Cavabdeh arasında bağlanmış 12 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 48 ay müddətinə illik 27 faiz olmaqla 4.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə müddəti bitdikdən 2 il sonra 25 iyul 2018-ci il tarixdə Ləğv prosesində olan “xxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə eyni faizlə, yəni kredit müqavilə sində göstərilmiş faizlə kredit verməklə (investisiya etməklə) 4.251 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğuna görə əldə çıxmış fayda qismində 4.251 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apel lyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ilə bərabər əldən çıxmış faydanın tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürü r. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh aldığı 4.900 ABŞ dolları kredit üzrə əsas borca görə 638 ABŞ dolları, faiz borcuna görə 2.042 ABŞ dolları ödəniş etmişdir. İddiaçı bank kredit müqaviləsi üzrə cavabdehdən 4.261 ABŞ dolları əsas borc, 2.700 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 4.261 ABŞ dolları əsas borc, 2.700 ABŞ dolları faiz borcunun tutulmasını qət etmişdir. İddiaçı verdiyi kassasiya şikayətində cavabdehdən tutulması qət edilən borc məbləği ilə razılaşmadığını göstərmiş, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol verdiyindən 4.251 ABŞ dolları məbləğində gəlir əldə etmək imkanından məhrum olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd edildiyi kimi, kreditdən istifadəyə görə iddiaçı faiz məbləği tələb etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin tutulmasını qət etmişdir. Müqavilədə nəzərdə tutulmayan öhdəliyin isə cavabdehin üzərinə qoyulması yolverilən hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci ma ddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar