Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4982/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ iş № 2(102)-4982/2020 İddiaçı: İddiaçı Nikoloyevna Cavabdeh:Cavabdeh1 Üçüncü şəxslər: XXX İddia: birgə nikah dövründə əldə edilmiş ümumi əmlakda payların müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması Açar sözlər: ər-arvadın birgə mülkiyyəti, etibarsız əqdlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2230/2020 nö mrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 ilə İddiaçı Nikoloyevna xx xxxx 1996-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. XXX xx xxxxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsi Cavabdeh1 mülkiyyətinə keçmiş, xx xxxxxx 2001-ci il tarixdə isə sonuncunun adına dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasındakı nikah xx xxxxxxxx 2017-ci il tarixdə pozulmuşdur. Bundan sonra Cavabdeh1 sözügedən mənzili xx xxxxxxx 2018-ci il tarixdə Slavik Yelizavirova 20.000 manata satmış, sonuncu isə həmin mənzili xx xxxxxx 2019-ci il tarixdə başqa bir şəxsə 34.000 man ata satmış, lakin sonuncu alqı-satqı müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli sazişlə həmin müqavilə ləğv edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxx 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, XXXnin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzilin real bazar qiymətinin müəyyənşləşdirilməssi üçün müvafiq ekspert qurumları qarşıısnda vəsatət qaldırılması, mənzilin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehlə onun birgə nikah dö vründə əldə edildiyindən onların birgə əmlakı hesab edilir və həmin əmlak cavabdehlə onun arasında bölünməlidir. Lakin cavabdeh onun razılığını almadan həmin mənzili satmış və satışdan əldə etdiyi vəsaitdən ona heç bir pay verməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1657/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 182, 337 və 339-cu maddələrinə istinad edilməklə, qətnamə onunla əsaslandırılmışdır ki, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxsin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi, onun əmlakı əldə etmə əqdi əsasında əldə etməsi, əmlakı real ba zar dəyərinə əsaslanan ödənişli əqd əsasında əldə etməsi, bu zaman onun digər tərəflər heç bir qohumluq və ya tanışlıq müasibətlərində olmaması, əmlakı əldə edəndən sonra daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatdan keçirilməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Bu isə ona dəlalət edir ki, həmin daşınmaz əmlakla əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair al qı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilmədiyindən, bunun hüquqi nəticəsi olaraq həmin mənzilin açıq hərracda satılaraq əldə ediləcək pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsinə dair iddia tələbi də təmin edilə bilməz. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 225.6-cı maddəsinin tələblərini kobud şəkildə pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2030/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəlilov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləöv edilmiş, iş üzrə yeni qətnamə qəbul edi lmiş, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2018ci il tarixli alqı-satqı müqaviləsinin etinrasız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzili tərəflərin birgə nikahı dövründə əldə olunduğundan onların birgə əmlakı hesab olunur. Belə ki, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.1999-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə olunaraq xx.xx.2001-ci il tarixdə cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçı həmin mənzil üzərində payların müəyyən edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh bu iddia ərizəsinin məhkəmənin icraatında olduğunu bi lə-bilə xx xxxxxxx 2018-ci il tarixdə mənzili Cavabdeh3 satmışdır. Cavabdeh3 isə həmin mənzili aldıqdan bir neçə ay sonra xx xxxxxx 2019-cu il tarixdə başqa şəxsə 34000 manata, yəni aldığı qiymətdən 14000 manat baha qiymətə Cavabdeh2 satmış, sonuncu alqı-satqıdan az müddət sonra tərəflərin qarşılıqlı razılığı ilə həmin alqı-satqı müqaviləsi ləğv edilmişdir. Tərəflərin birgə nikahı dövründə əldə etdikləri və onların birgə mülkiyyəti sayılan mübahisəli mənzil satılan zaman iddiaçının razılığı alınmamışdır, yəni mənzil iddiaçının həmin əmlak üzərində hüquqlarının mövcud olması ilə yüklü olan vəziyyətdə satılmışdır. Başqa sözlə, alqı-satqı müqaviləsi bağlanarkən birgə mülkiyyət hesab olunan əmlaka sərəncam verilməsinə dair iddiaçının yazılı razılığı alınmamışdır. Apelyasiya instansiyası məhkəm əsi hesab etmişdir ki, xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlandığına görə etibarsız hesab edilməli və tərəflər əvvəlki vəziyyətinə qaytarılmalıdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli mənzil yalnız cavabdehin vəsaiti hesabına alınmış, digər xərclərin çəkilməsində də iddiaçı faktiki olaraq iştirak etməmişdir. Bu halda, həmin əmlak tərəflərin birgə əmlakı hesab edilə bilməzdi. Məhkəmə kollegiyasının iclasınd a kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında, iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən, Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və mü avinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu c ür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən, Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4982/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4982/2020
11.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver