Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4984/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçıların vəkili xxxoğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tari xli, 2(105)951/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı mənzil X2 mülkiyyətində olmuş, sonuncunun ölümündən sonra mənzilə dair mülkiyyət hüququ hər birinin payı ½ hissədə olmaqla İddiaçı1 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 və Cavabdeh 21 iyul 1999-cu il tarixdə nikaha daxil olmuş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin nikah etibarsız hesab edilmiş, qətnamə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 22 yanvar 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. ünvan 1 saylı mənzil faktiki olaraq Cavabdeh istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 saylı mənzildən çıxarılması və iddiaçıların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2saylı mənzil X2 mülkiyyətində olmuş, sonuncu 14 avqust 2016-cı il tarixdə vəfat etmiş və mənzilə dair hüquqlar vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 29 mart 2019-cu ildən hər birinə 1/2 pay hüququ olmaqla iddiaçıların adına qeydə alınmışdır. Məlum olmuşdur ki, X1 xxx ilə rəsmi nikahda olmasına ba xmayaraq, bu nikah ləğv edilmədən 21 iyul 1999-cu ildə Cavabdeh ilə qanunsuz rəsmi nikaha daxil olmuşdur. İddialarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin nikah etibarsız hesab olunmuş, qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 22 yanvar 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin, cavabdeh iddiaçıları şəxsi mülkiyyətlərində olan mənzilə buraxmır və özünü bu evin sahibi kimi qəbul edir. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3586/2020 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilərək, Cavabdeh ünvan 1 saylı mənzildən çıxarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülmələri qət edilmişdir. Birinci instansiya m əhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4-cü, Ailə Məcəlləsinin 25.1, 25.2, 25.3, 25.4 və 28.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdehlə xxx arasında bağlanmış nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edildiyindən, cavabdehin xxxla ailə münasibətlərindən yaranan hər hansı hüquq və vəzifələri yoxdur. Belə olan halda cavabdeh xxxdan miras qalmış mübahisəli mənzil üzərində hər hansı hüquqa malik ola bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3586/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-951/2021 nömrəli qətnaməsi ilə (hakimlər T.O.Quliyevin sədrliyi və məruzəsi, hakimlər G.F.Tağızadədən və L.M. Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)3586/2020 nömrəli dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlilləri təsdiq edən başqa sübut təqdim edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi halları sübuta yetirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasi ya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-951/2021 nömrəli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, X4 vəfat edənə kimi cavabdehlə birgə yaşamış, iddiaçılar mərhumla maraqlanmamış, ona yardım göstərməmişlər. İddiaçıların iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində müəyyən edilmiş tələblərə cavab verməmiş, həmin iddianı onlar imzalamamışlar. İddianın icraata qəbul olunması qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.1-ci maddəsinə əsasən bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 1 4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçıların mübahisələndirilən əmlakın qanuni mülkiyyətçiləri olduğundan və cavabdeh orada yaşamaqla iddiaçıların mülkiyyət hüququ pozulduğundan, sonuncuların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmuş və işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən əsaslı olaraq iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, c avabdehlə mübahisələndirilən mənzilin mərhum mülkiyyətçisi arasında olan nikah məhkəmə qaydasında etibarsız hesab edildiyindən Ailə Məcəlləsinin 28.1-ci maddəsinə əsasən cavabdehin həmin nikaha əsaslanan hər hansı hüququ, o cümlədən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi iddiaçıların adından imzalanmış və sonuncular iddia verməkdə iradə ifadələrini mübahisələndirməmişlər. Əksinə iş materiallarından müəyyən olunur ki, iddiaçılar tərəfindən vəkil xxxoğluna müvafiq etibarnamə vermiş və sonuncu iddianı hər üç instansiya məhkəməsində müdafiə etmişdir. Odur ki, iddianın iddiaçılar tərəfindən imzalanmamasına dair cavabdehin dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(105)-951/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4984/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4984/2021
27.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver