Məhkəmə qərarları › İş №2(102)-4989/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4989/2019

19.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4989/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Gündüz Ağababa oğlu Quliyev və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3860/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-5022/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməs i ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 2975,82 manat əsas, kredit müqaviləsinin müddəti bitən tarixədək illik 22% olmaqla hesablanmış 106,72 manat faiz və əldən çıxmış faydaya görə 471,2 manat olmaqla cəmi 3553,74 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətindəki “Mitsubishi Grandis” markalı, ağ mirvari rəngli, 2004-cü il buraxılışlı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışından əldə ediləcək vəsait hesabına b orcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-3860/2019 nömrəli, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)5022/2018 saylı iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsinin İddiaçı olan Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş tərəfin özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaran mış borcun ipoteka predmetinə yönəlməsi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.07.2018-ci il tarixinə 2975,82 manat əsas, 4104,60 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra Kostitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 1214,70 manat faiz borcu olmaqla cəmi 8295,12 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, ipotekaya qoyulmuş “Mitsubishi Grandis” markalı, ağ mirvari rəngli, buraxılış ili 2004-cü il olan **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satı şından əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3860/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İ ZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh nümayəndəsi X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesa b edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3860/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə 06.02.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin “Uğur” filialı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22% hesablanmaqla 7340 manat məbləğində kredit verilmiş, öhdəliyin təminatı qismində Cavabdeh məxsus “Mitsubishi Grandis” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edirlmişdir. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, 06.02.02012-ci il tarixli kredit müqaviləsinə 06.02.2014-cü il tarixdə edilmiş əlavəyə əsasən kreditin ödənilməsi müddəti 06.08.2015-ci il tarixədək uzadılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqavil əsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə y etirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü ma ddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdir ilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3860/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3860/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar