Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4991/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim Xkatibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3057/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Namidar Misirzadə) 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin o lunmuş, Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 6432,14 ABŞ dolları məbləğində əsas, 2974,29 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 9406,43 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Mercedes Benz-E320” minik markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 9406,43 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və 30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd ediliş, ekspertiza tədqiqatının dəyər i olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “əldən çıxmış faydaya görə 4419 ABŞ dollarının ödənilməsi” tələbinin rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.02.2013-cü il tarixli 1147 saylı kredit müqaviləsi üzrə yaranmış 6432,14 ABŞ dolları məbləğində əsas, 2983,92 ABŞ dolları məbləğində kred itdən istifadəyə görə yaranmış faiz borcunun, əldən çıxmış faydaya görə 4419 ABŞ dollarının, yəni cəmi 13835,06 ABŞ dolları məbləğində kredit borcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus “Mercedes Benz-320” minik markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandı rılmışdır ki, 05.02.2013-cü tarixdə bankla Cavabdeh arasında 1147 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə illik 27%, ödəniş müddəti keçmiş kredit üçün isə illik 54% ödəmək şərtilə 13 000 ABŞ dolları məbləğində kredit ayrılmış, kreditin qaytarılmasının son müddəti 20.08.2015-ci il müəyyən edilmiş, müqavilənin müddəti əlavə razılaşma ilə 05.02.2017-ci il tarixədək uzadılmışdır. Borclunun öhdəliyinin icrasının təmin olunması məqsədilə 05.02.2013-cü il tarixdə 1147 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus olan “Mercedes Benz-320” minik markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmiş, onunla aparılan danışıqlara və rəsmi xəbərdarlıqlara baxmayaraq öhdəliklərini icra etməmiş və borcunu ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən iddia tələbinin təmin edilməyən əldən çıxmış fayda hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun əsaslandırılmamışdı r. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” tələbinin təmin edilməməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlamışdır. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçının nümayəndəsi isə yalnız həmin hissədən apellyasiya şikayət vermişdir. Ona gö rə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi mübahisləndirilən hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, bankla Cavabdeh arasında bağlanmış 05.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana avtomobilin alınması məqsədilə 24 ay müddətinə illik 27 % ödəmək şərtilə 13000 ABŞ dolları məbləğində kredit verilm iş, eyni tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Mercedes Benz E 320” markalı minik avtomobili ipotekaya qoyulmuş, sonradan müqavilənin müddəti 05.02.2017-ci il tarixinədək uzadılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki,Cavabdeh 05.02.2017-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) 6432,20 ABŞ dolları əsas, 2974,29 ABŞ dolları faiz borcu vardır və müqavilə müddətinin bitdiyi tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi tarixədək ona 5%-lə hesablanmış faiz 410,05 ABŞ dolları təşkil edir. İddiaçı bank apellyasiya baxışının predmeti olan tələbini Mülki Məcəllənin 442ci, 443-cü, 448.1-ci və 449-cu maddələrinə istinad etməklə irəli sürmüş, biri nci instansiya məhkəməsi isə cavabdehin müqavilə müdətinin bitdiyi tarixdən sonra da öhəliyini icra etmədiyini müəyyən etməklə bərabər, “iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faizin hesablanması müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfin, yəni borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar” qənaəti ilə müvafiq iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1 -ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur....Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının ö z tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının araşdırm a predmeti olan tələbinə qiymət verilməsi üçün, ilk növbədə Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçü n bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi qyd etmişdir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli qərarına görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üç ün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir” və apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin hala istinadən müvafiq iddia tələbini irəli sürə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tətbiq olunacaq hüquq, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3057/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4991/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4991/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver