Məhkəmə qərarları › İş №2(102)-5/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5/2022

26.04.2022 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsi ləğv ediməklə ipoteka predmetinin qanunvericiliyə uyğun olaraq girovdan azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(103)7406/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07.04.2003-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə illik 25% qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsinin icra olunmasını təmin etmək üçün 07.04.2003-cü il tarixli girov müqaviləsinə əsasən İddiaçı məxsus “OpelOmega” 2 markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban Wolovbfwl 084640, yaşıl rəngli avtomobil girov qoyulmuşdur.

2. İddiaçı bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmiş və "xxxx" ASC-n in ona qarşı 10000 ABŞ dolları məbləğdə əsas, 1451,39 ABŞ dolları məbləğdə faiz borcunun tutulması, borcun tutulmasının “Opel-Omega 2 markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, ban Wolovbfwl 084640, yaşıl rəngli avtomobilinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Şərur Rayon Məhkəməsinin 10.02.2015-ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iddianı rədd etməsini iddia müddətinin keçməsi və iddia müddətinin tətbiqi barədə borcalanın ərizə verməməsi ilə əsaslandırmıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 07 aprel 2003-cü il tar ixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsini, ona məxsus olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomobilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan şöbəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması, onun 07.04.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə “Azərbaycan Kredit Bürosu MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur Rayon Məhkəməsinin 10.02.2015-ci il tarixli, 2(110)-68/2015 saylı qətnaməsi ilə bankın iddia tələblərinə iddia müddəti tətbiq edilərək rədd edilm işdir. Lakin "xxxx" ASC mübahisə üzrə yekun məhkəmə qərarı olduğu halda “Opel-Omega” 2 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair ipoteka yüklülüyünə xitam verilməsinə dair müraciət etmir, iddiaçının qanunvericiliklə qorunan mülkiyyət hüququnu bu günə kimi pozmaqda davam edir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2808/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyea) iddia təmin edilərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 aprel 2003-cü il tarixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus olan “Opel-Omega” markalı, buraxılış ili 1998-ci il, **-FX-*** dövlət qeydiyyat nişanlı, Ban WOLOVBFW1084640, yaşıl rəngli avtomobilin i poteka ilə yüklülükdən azad edilməsi və bu barədə Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan şöbəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlərin aparılması, İddiaçı 07.04.2003-cü il tarixli, 1993 saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə "xxxx" MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlərin aparılması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia müddəti keçdiyinə görə kreditorun iddiası təmin edilmədiyinə baxmayaraq, kreditor avtomobilin ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə müraciət etmir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3132.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh a pellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(103)-7406/2020 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və A.Nağıyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin avtomobili ipotekada yüklü saxlaması, heç bir səbəb gətirmədən əşyanın yüklülükdən azad olunmasına təşəbbüs göstərməməsi hüquqdan sui-istifadədir. Çünki, məhkəmə qətnaməsi ilə iddia müddətinin keçdiyinə görə bankın iddiaçıya qarşı olan iddiası rədd ed ilmişdir. Bu vəziyyətdə cavabdeh bank avtomobilin ipotekada qalmasında qorunmağa layiq mənafeyinin olduğunu qeyd etsə də, bunun üçün, yəni mənafeyinin təmin edilməsi və iddiaçıya təsir etmək üçün heç bir hüquqi mexanizm qalmamışdır.

13. Əksinə, mövcud vəziyyət iddiaçının haqlı mənafeyini pozur və mülkiyyət hüququnu əsassız məhdudlaşdırır. Halbuki, Mülki Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.3-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

14. Bankın avtomobili ipotekada saxlamaqda məqsədinin yalnız iddiaçıya təsir etmək olduğu açıq-aşkardır. Düzdür, iddia müddəti keçdiyinə görə bankın iddiası rədd edilsə də, iddiaçı könüllü olaraq bank qarşısında olan öhdəliyini yerinə yetirə bilər. Bu qətnamə də iddiaçıya həmin öhdəliyini icra etməyə hansısa qadağa qoymur. Lakin iddiaçının da bunu könüllü icra etməməsi, cavabdeh bankın da avtomobilin ipotekada qalmasını uzatmaqla və saxlamaqla iddiaçıya məhkəmə qətnaməsi ilə artıq rədd edilmiş öhdəliyini yerinə yetirməyə məcbur etməyə əsas vermir. Çünki, bu hüquqa uyğun hərəkət deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank ilə hazırki iş üzrə iddiaçı arasında mövcud olan öhdəlik hüquq münasibətləri ilə bağlı qəbul edilmiş məhkəmə aktlarında bir mənalı olaraq öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsası kimi çıxış edən müqavilələrin etibarlılığı mübahisələndirilməmişdir. Yəni həm kredit müqaviləsi, həm də həmin müqavilədən irəli gələn kredit öhdəliyinin təminatı kimi çıxış edən ipoteka predmetinin bankın xeyrinə yüklü edilməsinə dair ipoteka müqaviləsi mübahisələndirilmir və qanunvericiliyə uyğun olaraq rəsmiləşdirildiyi qəbul edilir. İddiaçının iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizə nəzərə alınmaq la bankın kredit müqaviləsi üzrə tələbinin rədd edilməsi eyni zamanda tələbin ipoteka predmetinə yönəldilməsinə dair tələbi üzrə iddia müddətinin keçməsi ilə nəticələnsə də, bu zaman bank ipoteka predmetinin yüklülükdən azad edilməsinə məcbur edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında qeyd edildiyi kimi hüquq, qanunla qadağan olunmamış bütün vasitələrlə müdafiə olunur, əsas müdafiə vasitəsi qismində isə məhkəmə müdafiəsi çıxış edir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir və belə bir iddia veriləcəyi təqdirdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barəd ə ərizə veriləcəyi gözləniləndir. Lakin bu zaman qəbul ediləcək məhkəmə qərarı ipoteka predmetinə tələb yönəldilməsinə dair iddianın iddia müddəti keçdiyinə görə rədd edilməsi məzmununda ola bilər, ipoteka predmetinin yüklülükdən azad edilməsi məzmununda ola bilməz. Çünki ipoteka predmeti bankın xeyrinə qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilmiş müqavilə əsasında yüklü edilmişdir və həmin müqavilənin etibarsızlığı mübahisə predmeti deyil. Beləliklə, ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə məhkəmə qərarı qanunvericiliyə ziddir. Eyni zamanda Şərur Rayon Məhkəməsinin qətnaməsinə görə bank sadəcə iddiaçıdan məhkəmə qaydasında borcun tələb edilməsi hüququndan məhrum edilmişdir. Lakin İddiaçı banka olan borcunu qaytarmaq vəzifəsindən azad edilməmişdir. Həmçinin bank ipotekada ol an avtomobil üzrə ipoteka hüquqlarının özündə saxlanılması hüququndan məhrum edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi R.Bəgülov və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

19. İddiaçı və onun vəkili R.Umudov kassasiya şikayəti ilə razı olmadığnı bildirərək, kassasiya şikayətinin rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə

527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamil ə və ya qismən xitam verilir. Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. Maddə

552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yo lverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. 21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsası nda qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş iddia tələbinin maddi-hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsi və “İpoteka haqqında” Qanunun 18-ci maddəsi təşkil edir.

29. Nəzərə alınmalıdır ki, bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməli olması öhdəliyə əsaslanır. Öhdəliyə əsaslanmaqla bir şəxs başqa şəxsdən vəzifəsinin icrasını tələb edə bilər. Qanunvericilik müəyyən növ öhdəliklərin və bu öhdəliklərdən irəli gələn hüquqların mövcud olmasını müddətlərlə məhdudlaşdırır. Əgər səlahiyyətli şəxs qanunla müəyyən olunmuş müddətdə öz hüququnu həyata keçirməzsə, bu hüquqlara xitam verilir. Mülki Məcəllənin 5 51.1-ci maddəsi öhdəliklərin xitamı üçün bütün tələblər üzrə on il (adi müddət) müəyyən edir. Bu müddət keçdikdən sonra öhdəliyə əsaslanan tələblər qüvvəsini itirir, başqa sözlə ləğv olunur. Nəticə etibarilə, tələb etmə hüququnu yaradan öhdəliyin özü xitam olunur və borclu öhdəlikdən azad edilir.

30. Öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07.04.2003-cü il tarixli kredit müqaviləsi üzrə icra müddətinin sonu 12 ay – 07.04.2004-cü il müəyyən olunmuşdu. Həmin vaxtdan 10 ildən çox (18 il) müddət keşmişdir.

31. Bu müddətin axımının dayandırılması üçün əsas olan hallar da müəyyən olunmur. Buna görə tərəflərin arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəlik lərə müddətin keçməsi əsası ilə xitam verilmişdir.

32. Kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi, ipoteka müqaviləsi üzrə öhdəliklərin də xitamına səbəb olur. Çünki Mülki Məcəllənin 460.1-ci maddəsinin və “İpoteka haqqında” qanunun 1.0.1 və 1.0.6-cı maddələrinin ümumiləşdirilmiş mənasına görə ipoteka əsas öhdəliyin icrası məqsədi daşıyır. Əsas öhdəlik olmadığı halda ipoteka qanuni məzmunundan məhrum olur. Başqa sözlə, ipoteka ilə təminat verilmiş əsas öhdəlik hər hansı səbəbdən aradan qalxırsa, bu halda ipotekaya yönəlmə baş verə bilməz və ipoteka da aradan qalxır.

33. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ö dənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri və ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Qanunla tənzimlənir.

34. Həmin qanunun 48.1.2-ci maddəsinə görə, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.

35. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianın «"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 07 aprel 2003-cü il tarixli, 1193 saylı girov müqaviləsinə xitam verilməsi» tələbinin təmin olunmasın hissəsində düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan avtomobilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə reyestrdə müvafiq qeydlərin aparılması barədə də düzgün nəticəyə gəlmişdir.

37. Çünki ipotekanın yüklülüyü barədə qeydiyyat, əsas öhdəliyin icrası ilə bağlı əmlakın üzə rində sərəncam hüququnun məhdudlaşdırılmasına, əmlakın mənsub olduğu şəxsin digər kreditorlarına nisbətən üstün qaydada təminat almasına və s. xidmət edir. Əsas öhdəlik mövcud olmadığına görə, bu öhdəliklər barədə məlumatların və onun təminatı kimi əmlakın yüklülüyü barədə qeydiyyatın saxlanması iddiaçının hüquqlarını pozur.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2020-ci il tarixli, 2(103)7406/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar