Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-500/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (“X4” mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-500/2024 ( Açar sözlər: əmrin ləğvi (Ə.M. 70-ci maddə “ç” bəndi), işə bərpa, məcburi işburaxma üçün orta aylıq əməkhaqqı və digər ödənişlərin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5674/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 08 may 2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 nömrəli mebeli evində topdansatış anbarına sürücü işinə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı 150 manat təşkil etmişdir.
2. MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmrinə əsasən, 1 nömrəli mebel evi, topdansatış anbarında sürücü (əvəzçilik üzrə) işini tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (üzrsüz səbəbdən işə gəlməməsi) 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir.
3. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə vəzifəli şəxs (MMC- nin direktoru) X3 işçi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə, yəni İddiaçı xəstə olduğu halda onun əmək müqaviləsinə üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi) xitam verildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə ona 1600 manat cərimə tətbiq edilmişdir.
4. Bakı A pellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-492/2023 saylı qərarı ilə MMC-nin direktoru X2 apellyasiya şikayəti təmin edilmədən, barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmrin (bundan sonra – Əmr) ləğv edilməsi, onun Cavabdeh MMC-də işə bərpa olunması, 04 oktyabr 2022-ci il tarixindən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, istifadə edilməmiş əmək məzuniy yətinə görə pul əvəzinin ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, ötən ilin may ayında səhhəti kəskin pisləşdiyi üçün xəstəxanada müalicə almalı olmuşdur. 27 sentyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək (xəstəliyin vaxtı sonradan uzadılmaqla) xəstəliyi ilə bağlı işdə olmamışdır. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh işəgötürən MMC-nin Baş direktorunun Əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xit am verilməsi barədə əmrdə əsas olaraq onun üzrsüz səbəbdən işə gəlməməsini göstərmişdir. Halbuki, o xəstəliyinə görə, yəni üzrlü səbəbdən işdə olmamışdır. 27 sentyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək ambulator müalicə almışdır, əmək qabiliyyətini müvəqqəti itirmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işə çıxmamasının üzrlü səbəbləri barədə sənədin təqdim olunması təklif olunmuşdur. Belə bir sənəd təqdim olunmadığından onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş, bundan sonra iddiaçı tam doldurulmamış xəstəlik vərəqəsini təqdim etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1149/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi (hakim T.C.Xəlilova) ilə iddia tələbinin təmin edilməsi, əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü vəzifəsinə bərpa edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini iş materiallarına istinadən onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddi açının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, iddiaçı xəstə olması ilə əlaqədar, yəni üzrlü səbəbdən işə çıxmamasına baxmayaraq cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə xitam vermişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 76, 79 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən qətnaməsi ümumilikdə iddia tələbinin təmin edilməsi ilə bağlı əsassız hesab edi lir. Bildirilir ki, sədrlik edən işə baxarkən işin faktiki hallarını, işdə olan dəlilləri düzgün araşdırmamış və nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. İddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən onun xəstəliyini təsdiq edən sənədlər toplusu cavabdehə vaxtında təqdim edilməmiş, işəgötürən bundan xəbərsiz olmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutu düzgün qiymətləndirməmiş, düzgün olmayan nəticəyə gəlmişdir. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzrlü halı deyildir ki, bu baxımdan işəgötürənin məlumatlı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdən heç bir səbəb göstərmədən işə gəlmirdi. İddiaçı işə gəlmədikdə n sonra şirkətin əməkdaşları onunla əlaqə saxlasalar da, o, şifahi olaraq bildirmişdir ki, xəstədir. Əməkdaşlar onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədin (xəstəlik vərəqəsi) təqdim etməsinin zəruriliyini bildirmişlər. İddiaçı işə çıxdığı an xəstəlik vərəqəsini təqdim edəcəyini bildirmiş və onun bu xahişi nəzərə alınaraq işə çıxması gözlənilsə də, bu zaman dövründə o, müvafiq xəstəlik sənədini şirkətə təqdim etməmişdir. Əməkdaşlar onunla əlaqə saxlamağa çalışsalar da, bu mümkün olmamış və onun uzun müddət üzrlü səbəb olmadan işə gəlməməsi MMC tərəfindən əmək münasibətlərinin kobud pozuntusu kimi qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixdə MMC tərəfindən iddiaçının ünvanına xx.xx.2022-ci il tarixindən işə gəlməməsinin üzrlü olmasını təsdiq edən sənəd və yazılı izahat, m əlumatları 3 gün ərzində təqdim etməsi barədə 420 nömrəli məktub göndərilmişdir. Göndərilən məktub xx.xx.2022-ci il tarixdə iddiaçı (xəbərnamə əlavə edilir) tərəfindən imzalanaraq qəbul edilmişdir. Lakin o, bu məktuba da cavab verməyərək işəgötürənə işə gəlməməsinin üzrlü hal hesab edilməsi barədə təsdiqedici sənədi (xəstəlik vərəqəsini) təqdim etməmişdir. 2022-ci ilin sentyabr ayının sonunda iddiaçı whatsapp tətbiqi vasitəsilə şirkətin əməkdaşına xx.xx.2021-ci il tarixli X1 verilmiş diaqnoz sənədinin və 13865 nomrəli xəstənin tibbi kartasından çıxarışın (xx.xx.2022-xx.xx.2022) surətlərini göndərdi ki, həmin sənəd də müayinədə olmasını təsdiq edən sənəd idi, onun xəstəlik tarixçəsini əks etdirən sənəd deyildi. Bununla bağlı bildirilir ki, iddiaçının ünvanına dəfələrlə məlumat göndərilməsin ə, işə gəlməməsinin üzrlü hal hesab edilməsinə səbəb olan sənədləri təqdim etməyi təklif edilsə də, o, heç bir üzrlü səbəb göstərməmişdir. Belə ki, eyni zamanda, X1 verilmiş 2021-ci ilin diaqnoz sənədinin və 13865 nömrəli xəstənin tibbi kartasından çıxarışların (xx.xx.2022-xx.xx.2022) surətləri işçinin əmək qabiliyyətini müvəqqəti itirilməsini təsdiq etmir. Habelə, whatsapp tətbiqi vasitəsilə şirkətin əməkdaşına göndərdiyi X1 verilmiş diaqnoz sənədi xx.xx.2021-ci il tarixlidir və 13865 nomrəli xəstənin tibbi kartasından çıxarışın surətində xx.xx.2022xx.xx.2022 tarixləri qeyd olunmuşdur. X1 verilmiş diaqnoz sənədi və 13865 nomrəli xəstənin tibbi kartasında çıxarışlar xəstəlik vərəqəsi hesab olunmur. İşçinin uzun və ya qısa müddətə əmək qabiliyyətini müvəqqəti olaraq itirilməsi yalnız xəst əlik vərəqəsi ilə təsdiq olunur. Bununla da, işə baxan birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual hüquq normalarını pozmaqla qətnamə çıxarmış, iş üzrə doğru maddi hüquq normasını tətbiq etməmiş və nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına göz yummuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5674/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətin də göstərilən hallar əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh şirkət iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla, yəni qanun pozuntusu ilə işdən azad etməsi iş materialları ilə tam təsdiq edilir.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (“ç” bəndi), 72 “a” bəndi, 76.1, 76.2, 79.1 və 300.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsasland ırılmış, qeyd edilmişdir ki, iddiaçıya əmək müqaviləsinin xitamı barədə əmr verilənə kimi xəstəliyi ilə bağlı sənədlərin təqdim olunması dəfələrlə təklif olunmuş, lakin o, həmin sənədləri vaxtında işəgötürənə təqdim etməmiş, şifahi olaraq xəstə olduğunu bildirmişdir ki, bu da əmək müqaviləsinin ləğv olunmasını istisna edən hal deyildir. Məhkəmə həmçinin cavabdeh tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. c)
18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda...
20. Maddə
72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
21. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər.
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tu tulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
22. Maddə
79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən:...əmək qabiliyyətini müvəqqəti itirən işçilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
23. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyə t vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilən zaman onun əmək qabiliyyətini müvəqqəti itirmiş vəziyyətdə olması iddiaçı tərəfindən təqdim olunmuş tiddi sənədlərlə öz təsdiqini tapır ki, bu da əmək müqaviləsinin ləğv olunması qadağan edilən haldır.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5674/2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.