Məhkəmə qərarları › İş №2(102)-5004/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5004/2022

27.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5004/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlak) 27.09.2022 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1046/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bund an sonra – iddiaçı) Nümayəndə ilə 8 iyun 2010-cu il tarixdə nikaha girmiş, birgə nikahdan üç uçaqları doğulmuşdur.

2. İddiaçı ilə həyat yoldaşı 2018-ci ildə bankdan 10.000 manat məbləğində kredit götürmüşlər.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3956/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının övladları ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə üzrə 5 saylı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı, 8 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə 5 may 2020-ci il tarixdən başlayaraq, hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıya verilməsi qət edilmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 2(012)-397/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, onlar arasında Sumqayıt şəhər Nikah Evində bağlanmış 08 iyun 2010-cu il tarixli 346 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 6882 manat dəyərində qızıl-zinət əşyalarının və 14257 manat dəyərində cehiz əmlaklarının cavabdehdən alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi işin yuxarıda qeyd edilən hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı toydan sonra Sumqayıt şəhər i, 9-cu mikrorayon, ev 25, mənzil 7-yə müvəqqəti olaraq köçmüşdür, Sonradan 76-cı məhəllədə zəbt olunmuş torpaq sahəsində fərdi yaşayış evi tikilməsi və onun ailəsi ilə birlikdə oraya köçməsi barədə razılığa gəlmişlər. Həyat yoldaşı hərbiçi olduğundan onlar Naxçıvan MR-na getmiş, 2016-cı ildə Naxçıvan MR-dan geri qayıtdıqda həmin fərdi yaşayış evinə köçmüşlər. Fərdi yaşayış evi tam təmirsiz olduğu üçün məcbur olub 2018-ci ildə Bankdan 10.000 manat məbləğində kredit götürmüşlər. Bu zaman qaynatası - X1 insult keçirmiş, məcbur olub həmin pulu onun əməliyyatına sərf etmişlər. Qayınatası vəfat etdikdən sonra qaynanası evdə olan əmlaklarını çıxarmışdır. İddiaçı böyük mebelləri götürsə də, digər əmlakları hələ də 9-cu mikrorayon, ev 25, mənzil 7-də qalmışdır. Dəfələrlə əşyalarının qaytarılması ü çün cavabdehə müraciət etsə də, cavabdeh onun cehiz əmlakını verməkdən imtina etmişdir.

8. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Bank ilə cavabdeh bağlanmış Kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə maliyyə arayışının tarixinə, yəni 27iyul 2021-ci il tarixə cavabdehin Banka olan borcu əsas borc üzrə 31617,03 manat, faiz borc üzrə 9882,71 manat, ümumilikdə 41.499,74 manat məbləğində müəyyən edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 8 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən – ümumi dəyəri 14257 manat olan cehiz əmlakın cavabdehdən alınaraq, iddiaçıya verilməsi hissəsində təmin edilmiş, qalan hissədə isə təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şahid ifadələrindən, foto və video lentdən görünür ki, iddiaçıya cehiz əmlak hədiyyə edilmiş və həmin əmlak hazırda cavabdehə məxsus mənzildədir. İddianın rədd edilən hissəsində isə məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının iddiaçıya verilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 225.2 və 225.3-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçının apellyasiya şikayətinə görə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 23 may 2022-ci il tarixli, 2(105)-1046/2022 nömrəli qətnaməsi ilə (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi 14.257 manat dəyərində olan cehiz əmlakın cavabdehdən alınaraq, iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, bu hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinə görə işin halları və təqdim olunmuş sübutlarla cavabdehdə iddiaçıya məxsus cehiz əşyalarının qalması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi foto və videolentlərdə iddia ərizəsində sadalanan cehiz əşyalarının olduğu müəyyən olunmur. Belə ki, həmin video və fotoşəkillərlə yalnız iri qabaritli mebellərin olması müəyyən olunur ki, iddiaçı iddia ərizəsində həmin mebelləri əvvəlcədən götürüldüyünü bildirmişdir və ümumiyyətlə həmin mebellərin də iddiaçıya məxsus olması təqdim edilmiş sübutlarla təsdiqlənmir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı ka ssasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyniməzmunlu olub onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı ilə birlikdə onun atasının Novxanıdakı evində yaşamalarına dair Novxanı ərazi dairəsi üzrə verilmiş arayışı məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə bu sübuta qiymət verməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya instansiyası məhkəməsində cehiz əmlakların qiymətləndirilməsi üçün ekspertiza təyin olunmasına dair vəsatət qaldırmışdır, bu isə əmlakın cavabdeh tərəfdə olduğunu sübut edir. Lakin məhkəmə bu hala da qiymət verməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırma mış, sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, hab elə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 152.6 Hü quqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

27. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

28. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli i darəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

29. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

30. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

31. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

32. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa m aneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtd an götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

36. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

37. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı s ahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

38. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

39. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alını r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq b elə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1046/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar