Məhkəmə qərarları › İş №2(102)-5005/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5005/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5005/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, qızıl-zinət əşyalarının və cehiz əşyalarının naturada geri qaytarılması, mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili X2, Cavabdehin vəkil i Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)91/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı 20 iyul 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 2 övladları anadan olmuş, Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2017ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 14 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına ünvan 1 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində i craat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 0,2 ha. torpaq sahəsinin və onun üzərində yerləşən 19B nömrəli evin, ünvan 1 1,0 ha. torpaq sahəsinin, ünvan 2 tikilən evin xərci olan 70000 manat pulun yarısı olan 35000 manatın bölünərək ikidə bir pay hüququ üzrə onun, ikidə bir pay hüququ üzrə cavabdehin mülkiyyət hüququnun tanınması, "xxxx" QSC-də əmanət olaraq yerləşdirilən 20000 manat pulun ikidə bir pay bölünərək, 10000 manatın iddiaçıya verilməsi, ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarının, onlardan biri olmadıqda isə dəyərinin pul şəklində cavabdehdən alınıb ona verilməsi, uzun müddət cavabdeh tərəfin faktiki sərə ncamında olmuş və dəyərini əhəmiyyətli dərəcədə itirmiş iddia ərizəsində göstərdiyi cehiz əşyalarının naturada, onlardan hər hansı biri olmadıqda isə onun iddia ərizəsində göstərdiyi dəyərinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2013-cü ildə birgə nikah dövründə qazanılmış maddi vəsait hesabına ünvan 2 ünvanında cavabdehin adına torpaq sahəsi alınaraq 19B nömrəli ev tikilmiş, tərəflər həmin evdə yaşamışlar. Bundan başqa cavabdeh birgə nikah dövründə Quba rayonunda işlədiyindən, eləcə də maddi imkanları yaxşı olduğundan ünvan 1 1.0 ha torpaq sahəsi, həmçinin ünvan 1 digər torpaq sahəsi almış, orada ev tikmiş və həmin evdən bağ evi kimi istifadə etmişlər. Tərəflər evin tikintisinə 70000 manat xərcləmişlər. Bundan b aşqa ünvan 2 ərazisində yerləşən 1199,92 kv.m həyətyanı torpaq sahəsi A № 413755 saylı “Torpaq sahəsinin plan və ölçüsü”nə əsasən və ünvan 2ndə yerləşən 7,27 ha torpaq sahəsi JN-0052 saylı Dövlət aktına əsasən ailə üzvləri ilə birgə cavabdehə məxsusdur. Cavabdehlə birgə nikah dövründə olarkən qazandıqları pulların bir hissəsini əmanət olaraq "xxxx" QSC-də depozit olaraq yerləşdirmişlər. Qeyd olunan əmlaklar birgə nikah dövründə əldə olunduğundan birgə mülkiyyət sayılmalı və iddiaçının 1/2 hissə də mülkiyyət hüququ tanınmalıdır. Bundan başqa ailə qurarkən iddiaçıya cavabdeh və onun ailəsi tərəfindən dəyəri 4200 manat olan 750 əyyarlı İtaliya istehsalı olan qızıl dəsti: sırğa, üzük, kolye, bilərzik; dəyəri 1500 manat olan 750 əyyarlı İtaliya istehsalı olan tək qaşlı brilyant nişan üzüyü; dəy əri 700 manat olan 750 əyyarlı İtaliya istehsalı qayınatasının ona taxdığı üzük; dəyəri 500 manat olan 583 əyyarlı Rusiya istehsalı olan Təranənin taxdığı üzük; dəyəri 1000 manat olan 750 əyyarlı İtaliya istehsalı olan anasının əl gördüyə qoyduğu zümrüd qaşlı üzük sırğa dəsti; dəyəri 350 manat olan 583 əyyarlı Rusiya istehsalı olan paxlava üzük; dəyəri 500 manat olan 583 əyyarlı Rusiya istehsalı olan xxx əmisinin verdiyi üzük; dəyəri 1000 manat olan 750 əyyarlı İtaliya istehsalı olan nənəsinin tərəflərin qızları Sevdaya verdiyi sırğa və üzərinə xxx yazılan bilərzik olan qızıl-zinət əşyaları cavabdehdədir. Cavabdehdən dəfələrlə həmin qızıl-zinət əşyaları tələb etməsinə baxmayaraq cavabdeh qaytarmamışdır. Bundan başqa iddiaçının ailəsi tərəfindən ona həm ailə qurarkən, həm də ailə qurduqda n sonra ailəsi üçün lazım olan siyahı üzrə cehiz əşyaları da verilmişdir. Həmin əşyalar Bakı şəhərindəki və Neftçala rayonunun Dördlər kəndində yerləşən evlərində saxlanılmaqdadır. Cavabdeh həmin cehiz əşyalarını geri qaytarmaqdan imtina etmişdir. Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.Y.Tağıyev) iddia qismən təmin edilmiş, ümumi qiyməti 3960 manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi 44 qram olan, “Kəpənək” modelli brilyant qaşlı komplekt (sırğa, üzük, kolye, bilərzik), ümumi dəyəri 750 (720,0+30,0) manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi 8 qram olan, tək bir karatlı brilyant qaşlı nişan üzüyü (1 karat x 300,0), ümumi qiyməti 810 manat olan, İtaliya istehsalı, çəkisi 9 qram olan, 750 əyyarlı, b rilyant qaşlı bir ədəd qızıl üzük, ümumi qiyməti 481 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi çəkisi 7,4 qram olan bir ədəd qızıl üzük, ümumi qiyməti 1350 manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi 15 qram olan qaşlı qızıl üzük-sırğa dəsti, ümumi qiyməti 325,25 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi çəkisi 5,05 qram olan, bir ədəd qızıl paxlava üzük, ümumi qiyməti 494 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi çəkisi 7,6 qram olan bir ədəd qızıl üzük, ümumi qiyməti 414 manat olan, İtaliya istehsalı, 750 əyyarlı, ümumi çəkisi 4,60 qram olan bir cüt qızıl uşaq üçün nəzərdə tutulmuş sırğa, ümumi qiyməti 650 manat olan, 583 əyyarlı, ümumi çəkisi 10 qram olan, üzərinə “Sevda” yazılan bir ədəd qızıl bilərzik naturada, mümkün olmadıqda isə mövcud olmayan həmi n qızıl-zinət əşyalarının hər birinin ayrı-ayrılıqda dəyəri pul şəkilində, dəyəri 550 manat olan bir ədəd xalça, dəyəri 30 manat olan bir ədəd gəlinlik güzgüsü, dəyəri 30 manat olan iki ədəd şamdan, dəyəri 120 manat olan dörd ədəd (əşyaları ilə) çamadan, dəyəri 150 manat olan kosmetika səbəti - kosmetikaları ilə, dəyəri 30 manat olan saç feni, hava feni, dəyəri 30 manat olan ütü feni, dəyəri 20 manat olan saç buran fen, dəyəri 40 manat olan epilyator, dəyəri 1500 manat olan kondisioner - pultla “Samsung”, dəyəri 2000 manat olan qoz ağacından böyük masa və 6 ədəd oturacaq, dəyəri 100 manat olan divar saatı, dəyəri 100 manat olan “Crosna” antena və tuneri, dəyəri 4000 manat olan televizor - plazma böyük ekran “Hoffman”, dəyəri 150 manat olan “Ariston” su qızdırıcı, dəyəri 1000 manat olan ham am dəsti və aksesuarlar, dəyəri 2000 manat olan mətbəx mebeli, dəyəri 250 manat olan yataq otağı üçün çılçıraq, dəyəri 550 manat olan telefon - sensorlu, dəyəri 400 manat olan planşet, dəyəri 250 manat olan bir ədəd palto, dəyəri 150 manat olan iki ədəd kurtka, dəyəri 150 manat olan iki ədəd çəkmə, dəyəri 200 manat olan beş ədəd ayaqqabılar, dəyəri 50 manat olan gəlinlik ayaqqabısı, dəyəri 200 manat olan beş ədəd yay ayaqqabıları, dəyəri 60 manat olan üç ədəd krosovkalar, dəyəri 200 manat olan beş ədəd çantalar, dəyəri 80 manat dörd ədəd papaq şərf dəstləri, dəyəri 250 manat olan yeddi ədəd şalvarlar, dəyəri 200 manat olan səkkiz ədəd koftalar - yay üçün, dəyəri 300 manat olan on ədəd koftalar - qış üçün, dəyəri 100 manat olan üç ədəd jaketlər, dəyəri 100 manat olan üç ədəd pencək, dəyəri 250 manat olan dörd ədəd don - qış üçün, dəyəri 400 manat olan on ədəd donlar - yay üçün, dəyəri 20 manat olan gəlinlik şərfi, dəyəri 60 manat olan üç ədəd çətir, dəyəri 250 manat olan üç ədəd anasının ona aldığı donlar, dəyəri 150 manat olan hamam dəsti və xalatlar, dəyəri 1600 manat olan şifoner 6 qapılı Malayziya mebel, dəyəri 500 manat olan taxt-iki nəfərlik, dəyəri 160 manat olan iki ədəd taxt tumbası, dəyəri 550 manat olan bir ədəd güzgülü kamod, dəyəri 100 manat olan bir ədəd kamod üçün puf, dəyəri 300 manat olan bir ədəd çarpayı, dəyəri 400 manat olan bir ədəd masa - böyük, dəyəri 400 manat olan səkkiz ədəd oturacaq, dəyəri 150 manat olan bir ədəd masa - kauçuk Korieni böyük, dəyəri 180 manat olan altı ədəd oturacaq-kauçuk, dəyəri 550 manat olan bir ədəd divan, dəyəri 300 manat o lan iki ədəd kreslo, dəyəri 80 manat olan divan-kreslo örtüyü dəsti, dəyəri 500 manat olan bir ədəd televizor - plazma “Samsung”, dəyəri 150 manat olan bir ədəd televizor-altı şüşədən, dəyəri 200 manat olan bir ədəd jurnal masası şüşədən, dəyəri 1000 manat olan bir ədəd soyuducu - iki qapılı “Beko”, dəyəri 850 manat olan bir ədəd paltaryuyan 6 kq “Beko”, dəyəri 150 manat olan bir ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd sərinkeş, dəyəri 200 manat olan bir ədəd xrustal çilçiraq - 8 şamlı, dəyəri 100 manat olan bir ədəd DVD-i, bir ədəd videomaqnitofon-maqnit lentli, dəyəri 50 manat olan bir ədəd ütü masası - böyük, dəyəri 80 manat olan bir ədəd ütü – “Tefal”, dəyəri 220 manat olan bir ədəd ət çəkən maşın - elektrikli “Yepos”, dəyəri 100 manat olan bir ədəd şirəçəkən, dəyəri 30 man at olan bir ədəd mikser - elektrikli, dəyəri 100 manat olan bir ədəd samovar elektrikli, dəyəri 150 manat olan bir ədəd tozsoran, dəyəri 25 manat olan bir ədəd çaydan elektrikli, dəyəri 20 manat olan bir ədəd “Tefal” çaynik, dəyəri 35 manat olan ev qızdırıcısı qırmızı üç spirallı, dəyəri 580 manat olan bir ədəd kondisioner – “Super max”, dəyəri 25 manat olan bir ədəd elektrik sobası - çaynik qoymaq yeri olan, dəyəri 30 manat olan bir ədəd divar saatı, dəyəri 40 manat olan bir ədəd blender - elektrikli, dəyəri 25 manat olan ədəd ətçəkən maşın - əl ilə, dəyəri 20 manat olan bir ədəd ləpə çəkən, dəyəri 20 manat olan bir ədəd balon bağlayan maşın - Mikser (“Nicer Dicer”), dəyəri 40 manat olan bir ədəd gecə lampası - sensorlu, dəyəri 60 manat olan iki ədəd gecə lampası- rəngli, dəyəri 50 manat olan bir ədəd maşınka - 3 plitəli, dəyəri 100 manat olan bir ədəd taxt yorğan-üzü ilə, dəyəri 280 manat olan dörd ədəd yorğan - üzü ilə, dəyəri 150 manat olan bir ədəd taxt döşək - üzü ilə, dəyəri 210 manat olan üç ədəd döşək - tək nəfərlik üzü ilə, dəyəri 150 manat olan altı ədəd balınc - üzü ilə, dəyəri 40 manat olan iki ədəd balınc - uzunsov üzü ilə, dəyəri 80 manat olan səkkiz ədəd nalça - üzü ilə, dəyəri 80 manat olan bir ədəd ədyal taxt üçün qırmızı, dəyəri 150 manat olan taxt-örtüyü “Vipline” 1 dəst, dəyəri 200 manat olan taxt örtüyü dəsti (balıncları ilə birgə), dəyəri 100 manat olan iki ədəd qış yorğanı alınma, dəyəri 60 manat olan iki ədəd yay yorğanı - alınma, dəyəri 40 manat olan iki ədəd yay adyalı - qırmızı, dəyəri 80 manat olan dörd ədəd yay adyalı, dəyəri 2000 manat olan dö rd ədəd (iki ədəd qırmızı, iki ədəd moloçnıy) xalça - böyük, dəyəri 500 manat olan iki ədəd xalça - nənəsi alan, dəyəri 200 manat olan bir ədəd xalça - ad gününə alınıb qırmızı, dəyəri 350 manat olan dorojka - yaşıl rəngli 6 metrə, dəyəri 260 manat olan bir ədəd uşaq çarpayısı - böyük döşəyi ilə, dəyəri 100 manat olan iki ədəd ədyal - puxovi Rusiya, dəyəri 80 manat olan dörd ədəd divan üçün balınclar silikon, dəyəri 50 manat olan iki ədəd pakrıval - vilur, dəyəri 130 manat olan bir ədəd piletka - ağ iki gözlü stol üstü, dəyəri 160 manat olan iki ədəd paltarasan-veşelka ayaqlı hündür, dəyəri 20 manat olan bir ədəd neft lampası, dəyəri 20 manat olan bir ədəd dəmir termos - 12 stəkanlıq, dəyəri 15 manat olan bir ədəd uşaq termosu - qızılı, dəyəri 10 manat olan bir ədəd su qızdıran - elektrikl i, dəyəri 50 manat olan bir ədəd suşilka - qab üçün dəmir, dəyəri 40 manat olan zərli konfet qabı böyük qapaqlı, dəyəri 220 manat olan on bir ədəd hamam dəsmalı (1 ədədi - 20 manat), dəyəri 120 manat olan on iki ədəd əl-üz dəsmalı (1 ədədi - 10 manat), dəyəri 40 manat olan iki ədəd yer süfrəsi - 4m x 4m alınma, dəyəri 50 manat olan altı ədəd nabor – süfrə və salfetkalı, dəyəri 10 manat olan altı ədəd çit salfetka, dəyəri 30 manat olan altı ədəd çay dəsmalı qutuda, dəyəri 50 manat olan bir ədəd süfrə masaüstü, dəyəri 40 manat olan iki ədəd nakidka, dəyəri 50 manat olan iki ədəd jurnal masaüstü - tül, dəyəri 150 manat olan üç ədəd böyük süfrə, iki ədəd kiçik süfrə, dəyəri 80 manat olan iyirmi dörd ədəd (12 ədəd + 12 ədəd paçkada) çay dəsmalı, dəyəri 20 manat olan iki ədəd balınc üzlüyü - qır mızı, dəyəri 30 manat olan iki ədəd balınc üzlüyü - dedron, dəyəri 70 manat olan altı ədəd süfrə oledron və altı ədəd salfetkası, dəyəri 50 manat olan bir ədəd süfrə - böyük, dəyəri 50 manat olan iki ədəd klyonka - hazır paçkada, dəyəri 40 manat olan bir ədəd süfrə (klyonka) hazır paçkada ağ rəng, dəyəri 10 manat olan süfrə - (klyonka) şəffaf 2 metr, dəyəri 50 manat olan bir ədəd üzlük çanta - dəst, dəyəri 70 manat olan iki ədəd taxt üçün üzlük - ağ rəngli Rusiya, dəyəri 30 manat olan bir ədəd taxt üçün üzlük - ağ rəngli, dəyəri 25 manat olan bir ədəd tək üzlük – krujeva ilə, dəyəri 40 manat olan iki ədəd tək yataq üzlüyü – krujeva ilə Rusiya, dəyəri 30 manat olan iki ədəd balınc üzlüyü – krujeva ilə Rusiya, dəyəri 30 manat olan bir ədəd bahalı taxt üzlüyü - mavi, dəyəri 40 manat olan bi r ədəd üzlük dəsti - güllü, dəyəri 40 manat olan hamam dəsmalı dəsti qutuda, dəyəri 70 manat olan bir ədəd ədyal - puxovı taxt üçün, dəyəri 80 manat olan iki ədəd üzlük - taxt üçün, dəyəri 200 manat olan taxt örtüyü - dəst pərdəsi ilə, dəyəri 40 manat olan iki ədəd süfrə - (klyonka) 2 metr linenium, dəyəri 20 manat olan bir ədəd süfrə (klyonka), dəyəri 60 manat olan iki ədəd yataq örtüyü (pakrıval) Rusiya, dəyəri 20 manat olan on ədəd şifoner üçün asılqan - kauçuk, dəyəri 100 manat olan tək alüminium qazan - böyük toy qazanı, dəyəri 150 manat olan dörd ədəd müxtəlif alüminium qazan - rus qazanı, dəyəri 25 manat olan bir ədəd nikel qazan - tək kiçik, dəyəri 70 manat olan üç ədəd müxtəlif tava dəsti, dəyəri 5 manat olan bir ədəd alüminium sini - tək, dəyəri 25 manat olan bir ədəd nikel qulpl u tava, dəyəri 15 manat olan bir ədəd çuqun kiçik qəfədan, dəyəri 30 manat olan bir ədəd çuqundan - böyük ağ güllü yağ qabı, dəyəri 30 manat olan bir ədəd çuqundan böyük Rusiya boşqab, dəyəri 30 manat olan iki ədəd çuqun kiçik boşqab (Rusiya), dəyəri 10 manat olan bir ədəd çuqun kiçik dolça (Rusiya), dəyəri 35 manat olan iki ədəd çuqun orta boşqab (Rusiya), dəyəri 15 manat olan bir ədəd çuqun böyük dolça (Rusiya), dəyəri 15 manat olan bir ədəd çuqun dolça - qulplu (Rusiya), dəyəri 25 manat olan bir ədəd çuqun yağ qabı - orta boy (Rusiya), dəyəri 80 manat olan iki ədəd çuqun vedrə- böyük güllü qapaqlı (Rusiya), dəyəri 30 manat olan bir ədəd çuqun böyük qazan (Rusiya), dəyəri 20 manat olan bir ədəd çuqun ləyənçə (Rusiya), dəyəri 100 manat olan üç ədəd çuqun qazan dəsti - güllü (Rusiya), dəyə ri 80 manat olan bir ədəd çuqun qazan dəsti (İran), dəyəri 90 manat olan bir ədəd çuqun ləyən - orta boy (Rusiya), dəyəri 40 manat olan bir ədəd çuqun ləyən - böyük (Rusiya), dəyəri 30 manat olan bir ədəd “Aura” qazan - tək qutuda, dəyəri 100 manat olan bir ədəd Rusiya çay dəsti - 6 nəfərlik, dəyəri 320 manat olan nahar dəsti – “Madonna”, dəyəri 220 manat olan çay dəsti - qızılı boşqabları olan, dəyəri 30 manat olan “Tefal” böyük şüşə qapaqlı tava, dəyəri 30 manat olan üç ədəd sini dəsti, dəyəri 25 manat olan üç ədəd podnos (yumru iki ədəd, nikel bir ədəd), dəyəri 10 manat olan bir ədəd nikel ləyənçə, dəyəri 5 manat olan bir ədəd nikel boşqab, dəyəri 5 manat olan bir ədəd nikel böyük dolça, dəyəri 10 manat olan bir ədəd nikel kiçik tava, dəyəri 60 manat olan üç ədəd qəfədan dəsti, dəyəri 3 0 manat olan bir ədəd alüminium qapaqlı tava, dəyəri 10 manat olan bir ədəd alüminium boşqab, dəyəri 100 manat olan iki ədəd mətbəx naboru güllü (Ukrayna), dəyəri 35 manat olan bir ədəd mətbəx naboru nikeldən, dəyəri 20 manat olan taxta çömçə, qaşıq dəsti, dəyəri 10 manat olan taxta “Tefal” dəsti, dəyəri 20 manat olan 10 ədəd boşqab qoymaq üçün altlıq, dəyəri 20 manat olan on iki ədəd bıçaq naboru - qara dəstli, dəyəri 10 manat olan bir ədəd böyük bıçaq - ət kəsmək üçün, dəyəri 3 manat olan bir ədəd bıçaq, dəyəri 05 manat olan bir ədəd böyük qayçı, dəyəri 3 manat olan bir ədəd balıq götürən, dəyəri 5 manat olan bir ədəd bıçaq - cib üçün, dəyəri 1 manat olan şəkərbura naqqaşı, dəyəri 10 manat olan kartof kəsən-kartof soyan, dəyəri 2 manat olan 01 ədəd kauçuk xəkəndaz, dəyəri 5 manat olan bi r ədəd bişmə şotkası, bir ədəd kiçik qayçı, dəyəri 20 manat olan altı ədəd limon çəngəli və qoz sındıran, dəyəri 5 manat olan bir ədəd taxta çömçə, dəyəri 50 manat olan iyirmi beş ədəd böyük nikel qaşıq, dəyəri 25 manat olan iyirmi beş ədəd nikel qaşıq, dəyəri 50 manat olan iyirmi beş ədəd nikel çəngəl nerjaveyka, dəyəri 20 manat olan altı ədəd nikel böyük bulud qaşığı - nerjaveyka, dəyəri 20 manat olan iki ədəd nikel sini yumru tovuz quşlu, dəyəri 10 manat olan bir ədəd tort bıçağı - qaşığı naboru, dəyəri 50 manat olan bir ədəd qaşıqçəngəl, bıçaq naboru, dəyəri 20 manat olan bir ədəd ət baltası-bir ədəd bıçaq, dəyəri 7 manat olan bir ədəd dəmir xəkəndaz, bir ədəd kiçik kauçuk xəkəndaz, dəyəri 3 manat olan bir ədəd kilim yumaq üçün şotka, dəyəri 3 manat olan bir ədəd nikel boşqab, dəyəri 1 0 manat olan bir ədəd göyərti doğramaq üçün nabor- bıçaqlı, dəyəri 8 manat olan bir ədəd kauçuk şəkər tozu qabı, bir ədəd sabun qabı, dəyəri 7 manat olan bir ədəd qurbağalı dolça, bir ədəd kauçuk voronka, dəyəri 10 manat olan bir ədəd qələm qoyan nabor, dəyəri 20 manat olan beş ədəd çuqun qazan, bir ədəd kauçuk qapaqlı qazan, dəyəri 2 manat olan bir ədəd kauçuk dolça, dəyəri 5 manat olan iki ədəd kauçuk qənd qabı, dəyəri 30 manat olan üç ədəd çuqun qazan (İran), dəyəri 20 manat olan iki ədəd kauçuk günəbaxan meyvə qabı, dəyəri 10 manat olan iki ədəd kauçuk abxor, dəyəri 5 manat olan bir ədəd kauçuk güllü qırmızı meyvə qabı, dəyəri 3 manat olan bir ədəd taxta çörək doğrayan, dəyəri iki manat olan bir ədəd kauçuk kiçik ləyənçə, dəyəri 3 manat olan bir ədəd kauçuk qapaqlı su qabı, dəyəri 10 manat olan bir ədəd taxta qaşıq naboru, dəyəri 20 manat olan bir ədəd qənd, şəkər tozu, düyü qabı naboru, dəyəri 5 manat olan bir ədəd tort şprisi, lampa şüşəsi, dəyəri 15 manat olan bir ədəd alüminium qəfadan, dəyəri 20 manat olan şüşə lampa - neft lampası, dəyəri 6 manat olan iki ədəd saxsı dolça, dəyəri 7 manat olan bir ədəd mis çaynik, dəyəri 10 manat olan bir ədəd kauçuk kartof, soğan qabı - 3 mərtəbəli, dəyəri 10 manat olan on ədəd kürək bankası tibbi banka, dəyəri 5 manat olan bir ədəd düşbərə kəsən alət dəmir, dəyəri 3 manat olan bir ədəd kauçuk dolça, dəyəri 10 manat olan çuqun böyük qorşok, dəyəri 10 manat olan bxor dəsti - 6 stəkanlıq şüşə, dəyəri 15 manat olan bir ədəd kauçuk böyük vanna, dəyəri 3 manat olan bir ədəd palazçırpan, dəyəri 3 manat olan bir ədəd kauçuk aftafa, dəy əri 15 manat olan beş ədəd kauçuk vedrə, dəyəri 700 manat olan kondisioner, dəyəri 10 manat olan bir ədəd kauçuk zibil qabı, dəyəri 50 manat olan bir ədəd xrustal meyvə qabı, dəyəri 50 manat olan iki ədəd xrustal konfet qabı, dəyəri 30 manat olan iki ədəd zərli böyük vaza, dəyəri 10 manat olan on ədəd kürək bankası, dəyəri 24 manat olan on ədəd dərin dolma boşqabı, dəyəri 60 manat olan otuz ədəd boşqab - plov üçün, dəyəri 60 manat olan otuz ədəd boşqab bozbaş üçün, dəyəri 60 manat olan otuz ədəd boşqab - salat üçün, dəyəri 50 manat olan bir ədəd xrustal böyük güldan, dəyəri 25 manat olan iki ədəd şüşə konfet qabı, dəyəri 25 manat olan bir ədəd dördayaq və oxlov, dəyəri 60 manat olan altı ədəd xrustal hündür rumka, dəyəri 60 manat olan altı ədəd xrustal hündür bakal, dəyəri 50 manat olan al tı ədəd xrustal stopka bakal- zərli, dəyəri 25 manat olan altı ədəd şirə stəkanı, dəyəri 20 manat olan iki ədəd xrustal külqabı, dəyəri 25 manat olan iyirmi beş ədəd nəlbəki - böyük çiyələkli, dəyəri 20 manat olan iyirmi beş ədəd nəlbəki - kiçik, dəyəri 30 manat olan on iki ədəd nəlbəki - xrustal böyük stəkan üçün, dəyəri 20 manat olan on iki ədəd nəlbəki xrustal armudu stəkan üçün, dəyəri 70 manat olan on iki ədəd stəkan - xrustal böyük 2 qutu, dəyəri 60 manat olan on iki ədəd stəkan - armudu kiçik 2 qutu, dəyəri 20 manat olan altı ədəd duzqabı - xrustal, dəyəri 20 manat olan altı ədəd şirə stəkan - zərli, dəyəri 20 manat olan altı ədəd xrustal rozetka (mürəbbə qabı), dəyəri 10 manat olan iki ədəd göy salfetka qabı – “Madonna”, dəyəri 20 manat olan iki ədəd xrustal külqabı, dəyəri manat 4 0 olan iki ədəd “Madonna” bulud, dəyəri 60 manat olan altı ədəd “Madonna” sous boşqabı, dəyəri 60 manat olan altı ədəd “Madonna” plov boşqabı, dəyəri 60 manat olan altı ədəd “Madonna” salat boşqabı, dəyəri 30 manat olan on iki ədəd böyük fincan, dəyəri 30 manat olan altı ədəd çaşka və qızılı nəlbəki, dəyəri 10 manat olan iki ədəd qızıl güllü çaşka, dəyəri 20 manat olan altı ədəd qutuda zərli stəkan, dəyəri 100 manat olan dörd ədəd xrustal lodka, dəyəri 40 manat olan iki ədəd çaynik - qızılgüllü saxsı, dəyəri 40 manat olan iki ədəd balıqlı vaza, dəyəri 40 manat olan on iki ədəd şüşə qab, dəyəri 40 manat olan iyirmi dörd ədəd göy böyük nəlbəki, dəyəri 50 manat olan tort bulud və altı ədəd boşqabı, dəyəri 40 manat olan altı ədəd stəkan nəlbəki naboru, dəyəri 35 manat olan ağ “Madonna” böyük ç aynik, dəyəri 60 manat olan iki ədəd konfetqabı - qapaqlı xrustal, dəyəri 25 manat olan bir ədəd 3 mərtəbə “Madonna” çərəz qabı, dəyəri 10 manat olan iki ədəd dolça şüşə, dəyəri 20 manat olan iki ədəd böyük şüşə-fiquru, dəyəri 50 manat olan nabor bulud və altı ədəd tort boşqabı, dəyəri 25 manat olan altı ədəd şüşə dondurma qabı, dəyəri 75 manat olan üç ədəd böyük saxsı çaynik, dəyəri 40 manat olan altı ədəd nabor konfetqabı qutuda, dəyəri 40 manat olan iki ədəd ləpə qabı - şüşə qutuda, dəyəri 50 manat olan iki ədəd nabor - konfetqabı və bir ədəd şüşə sini, dəyəri 60 manat olan iki ədəd nabor hündür xrustal vaza, dəyəri 70 manat olan bir ədəd “Madonna” çaynik naboru, dəyəri 25 manat olan bir ədəd bulud və qaşıq - nabor qutuda, dəyəri 150 manat olan qozalı nabor boşqablar dəsti - 4 komplekt, dəyəri 72 manat olan qozalı salat boşqabı və on iki ədəd fincan, dəyəri 60 manat olan on iki ədəd qozalı kasa, dəyəri 15 manat olan bir ədəd alüminium böyük ləyən, dəyəri 40 manat olan bir ədəd çuqun böyük ləyən - güllü (Rusiya), dəyəri 30 manat olan bir ədəd çuqun ləyən - orta boy (Rusiya), dəyəri 18 manat olan bir ədəd döşəməyuyan vedrə naboru, dəyəri 80 manat olan üç ədəd karniz mebel, dəyəri 50 manat olan qapı və pəncərə pərdəsi, dəyəri 20 manat olan altı ədəd qozalı fincan - qaşıqlı, dəyəri 15 manat olan altı ədəd nikel şiş, dəyəri 35 manat olan bir ədəd divar saatı, dəyəri 100 manat olan bir ədəd çay servisi - qızılı çaynikli, dəyəri 12 manat olan iki ədəd böyük alüminium vedrə, dəyəri 3 manat olan bir ədəd vedrə kauçuk - qapaqlı, dəyəri 250 manat olan “Tefal” qazan-tava böyük, ki çik, dəyəri 60 manat olan iki ədəd hündür xrustal konfet qabı - vaza, dəyəri 60 manat olan altı ədəd hündür xrustal rumka, dəyəri 10 manat olan bir ədəd kauçuk - böyük ləyən, dəyəri 30 manat olan 36 ədəd sadə şüşə stəkan - 6 qutu, dəyəri 20 manat olan iki ədəd çuqun tək qulplu aşsüzən - ağ rəng, dəyəri 10 manat olan bir ədəd nikel çaynik, dəyəri 40 manat olan üç ədəd nikel çaynik dəsti, dəyəri 10 manat olan bir ədəd oyuncaq, dəyəri 60 manat olan on iki ədəd qara rəng fincan və nəlbəki komplekti, dəyəri 25 manat olan bir ədəd böyük oyuncaq (ayı), dəyəri 20 manat olan iki ədəd rəngli güldan, dəyəri 20 manat olan iki ədəd rəngli meyvə qabı, dəyəri 25 manat olan iki ədəd alüminim aşsüzən, dəyəri 15 manat olan iki ədəd alüminium böyük teşt, dəyəri 10 manat olan iki ədəd rəngli abxor, dəyəri 100 manat olan ədəd suvenir balıq fiquru, dəyəri 100 manat olan ədəd əlgördü üçün bahalı taxt üzlüyü dəsti, dəyəri 70 manat olan üzlük dəsti qızıl gül toxunmalı taxt dəsti, dəyəri 70 manat olan tava qulplu içərisi bəzəkli qapaqlı, dəyəri 60 manat olan üç ədəd çuqun qazan naboru şüşə qapaqlı, dəyəri 10 manat olan dəmir meyvə-tərəvəz sürtgəci, dəyəri 25 manat olan elektrikli qəfədan, dəyəri 35 manat olan ətdoğrayan dəst, dəyəri 05 manat olan iki ədəd çörək taxtası, dəyəri 10 manat olan iki ədəd çörəkqabı, dəyəri 20 manat olan dörd ədəd Kauçuk sinilər uzun, yumru, dəyəri 30 manat olan bir ədəd ədyal - tək nəfərlik kaşemir, dəyəri 30 manat olan “Tefal” qəfədan və çaynik dəsti, dəyəri 25 manat olan altı ədəd şirə stəkan - uzun qızılı, dəyəri 50 manat olan fincan dəsti - dəmir setkalı çaynikli uzun qızılı, dəyəri 35 manat olan üzlük dəsti - göy güllü pambıq, dəyəri 3 manat olan bir ədəd tort qarışdıran - əl ilə, dəyəri 100 manat olan altı ədəd abxor dəsti - bahalı badələri, dəyəri 3 manat olan südsüzən, dəyəri 35 manat olan süfrə dəsti - pambıqdan, dəyəri 100 manat olan iki ədəd bahalı vaza, dəyəri 20 manat olan bir ədəd hamam dəsmalı - tək böyük, dəyəri 50 manat olan çaynikli fincan nəlbəkidən servis, dəyəri 70 manat olan taxt üçün bahalı üzlük və yataq üzlüyü dəsti, dəyəri 100 manat olan bahalı abxor dəsti - xrustal, dəyəri 30 manat olan altı ədəd ləyən - müxtəlif rəngli, dəyəri 30 manat olan bir ədəd çanta - ədyal, dəyəri 40 manat olan iki ədəd hamam dəsmalı, dəyəri 30 manat olan iki ədəd yataq üzlüyü - tək pambıq, dəyəri 30 manat olan iki ədəd balınc üzü - pambıq, dəyəri 20 mana t olan bir ədəd qozçəkən - əl ilə, dəyəri 20 manat olan keks qabları - böyük, kiçik, dəyəri 20 manat olan altı ədəd rozetka - limon üçün, dəyəri 15 manat olan bir şüşə çaynik, dəyəri 50 manat olan iki çuqun qəfadan - sarı rəng, iki ədəd ağ rəng, dəyəri 30 manat olan iki ədəd qəndqabı - qapaqlı, dəyəri 30 manat olan iki ədəd qəndqabı - xrustal, dəyəri 30 manat olan iki ədəd qəndqabı - uzun vaza, dəyəri 10 manat olan müxtəlif qazanaltlığı nikeldən, dəyəri 10 manat olan bir ədəd kauçuk qapaqlı sandıqça, dəyəri 20 manat olan dörd ədəd şüşə salfetka qabı, dəyəri 50 manat olan servis çay dəsti (Kənan alıb), dəyəri 70 manat olan döşək - bir ədəd üzlüyü ilə, dəyəri 50 manat olan bir ədəd yorğan - üzlüyü ilə, dəyəri 20 manat olan bir ədəd balınc - üzlüyü ilə, dəyəri 50 manat olan bir ədəd uşaq beşi yi - əl işi, dəyəri 100 manat olan iki ədəd yer süfrəsi - 20 metr, dəyəri 03 manat olan xalça təmizləmək üçün şotka, dəyəri 50 manat olan bir ədəd çuqun böyük, hündür, mavi güllü qazan, dəyəri 40 manat olan iki ədəd suvenir qızılı sini, dəyəri 40 manat olan iki ədəd armudu suvenir - qızılı sini, dəyəri 30 manat olan üç ədəd sini - dəsti yumru, dəyəri 40 manat olan sini dəsti - kvadrat qulplu zərli, dəyəri 25 manat olan şüşə fincan və nəlbəki dəsti qutuda, dəyəri 50 manat olan beş ədəd qrafin, dəyəri 60 manat olan ayaqlı hündür mürəbbə qabı və altı ədəd rozetka, dəyəri 50 manat olan “Tefal” şüşə qapaqlı böyük qırmızı tava, dəyəri 30 manat olan şüşə salat qabı - fincan formalı qutuda 12 ədəd ibarət, həmin əşyalar naturada, mümkün olmadıqda isə çatışmayan əşyaların ayrı-ayrılıqda dəyərinin pu l şəkilində Cavabdeh alınıb İddiaçı verilməsi; həmçinin birgə nikah dövründə əldə edilmiş ünvan 1 olan 1,0 hektar kənd təsərrüfatı təyinatlı torpağın ikidə bir hissəsinə İddiaçı, ikidə bir hissəsinə isə Cavabdeh mülkiyyət hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 157.2, 225.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, istər nikaha daxil olana kimi iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları hədiyyəni qəbul edən, yəni iddiaçının mülkiyyəti olmaqla, həmin qızıl-zinət əşyaları onun sahiblik, istifadə və sərəncamında olur və həmin əmlaklar əgər iradəsinə zidd olaraq başqa şəxslərdə, o cümlədən cavabdehdə olarsa mülkiyyət hüququnun bərpa edilməsini tələb edərək, həm in əmlakları geri tələb edə bilər. Bunun üçün ilk növbədə iddiaçı həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasının, bunun mülkiyyət hüququnu pozmasını sübut etməlidir. Məhkəmə baxış iclasında müəyyən olunmuşdur ki, Cavabdeh və onun nümayəndəsi – vəkil iddianı qismən, yəni iddiaçının iddia ərizəsində tələb etdiyi cehiz əşyaları və ünvan 1 1,0 hektar kənd təsərrüfatı təyinatlı torpağın ikidə bir hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına dair hissədə qəbul etmiş, iddiaçının iddia ərizəsində göstərdiyi qalan hissələrdə isə iddianı qəbul etməmişdir. Cavabdeh ünvan 1 1,0 ha. torpaq sahəsinin bölünərək ikidə bir pay hüququ üzrə iddiaçının, ikidə bir pay hüququ üzrə cavabdehin mülkiyyət hüququnun tanınması və iddiaçının iddia ərizəsində göstərdiyi 392 adda cehiz əşyalarının n aturada, onlardan hər hansı biri olmadıqda isə onun dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsini mübahisələndirməmişdir. Mübahisələndirilən İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 0,2 ha. torpaq sahəsinin və onun üzərində yerləşən 19B nömrəli evin ikidə bir pay hüququ üzrə iddiaçının, ikidə bir pay hüququ üzrə cavabdehin mülkiyyət hüququnun tanınması, ünvan 2 tikilən evin xərci olan 70000 manat pulun yarısı olan 35000 manatın iddiaçıya verilməsi, "xxxx" QSC-də əmanət olaraq yerləşdirilən 20000 manat pulun ikidə bir pay bölünərək 10000 manatın iddiaçıya verilməsi, ümumi dəyəri 10000 manat olan qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə dəyərinin pul şəkilində cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə tərəflərin vermiş olduql arı izahatla müəyyən etmişdir ki, tərəflər arasında qəfildən ciddi münaqişə yaranmış, cavabdeh iddiaçını qəfildən evdən çıxarmış, onun iddiaçını evdən çıxarmasına səbəb iddiaçının əxlaqsızlığından şübhələnməsi olmuşdur. Ona görə də iddiaçı evdən çıxarkən cavabdeh və onun ailə üzvləri tərəfindən ona hədiyyə verilmiş qızıl-zinət əşyalarını özü ilə götürə bilməzdi. Ona görə də məhkəmə Cavabdeh və onun nümayəndəsinin – vəkilin məhkəmədə vermiş olduqları qızıl-zinət əşyalarının İddiaçınin evdən gedərkən aparmasına dair verdikləri izahatlara tənqidi yanaşmış və həmin izahatları həqiqətə uyğun olmayan izahat kimi qiymətləndirmişdir. Həmçinin məhkəmə göstərmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanda yerləşən 0,2 ha. torpaq sahəsinin və onun üzərində yerləşən 1 9B nömrəli evin, ünvan 2 tikilən evin və "xxxx" QSC-də əmanət olaraq yerləşdirilən 20000 manat pulun mövcudluğunu göstərən hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin sorğusuna cavabda da həmin əmlakların mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı evin tikintisinə çəkilmiş xərc ilə əlaqədar heç bir sübut göstərməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının mövcud olmayan əmlaklara qarşı iddiası təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 nömrəli qətnaməsinin qismən, iddia tələbinin “qızıl-zinət əşyalarının və icra məmurunun əmlak üzərinə həbs qoyulmasına dair aktda göstər ilmiş əmlakdan əlavə əmlakların alınıb verilməsi” hissəsində ləğv edilərək, iddianın həmin hissədə rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-91/2021 nömrəli qətnaməsi ilə (hakim Q.B.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.B.Babayevdən və N.F.Mirzəyevdən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(053)-05/2020 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh Cəfərov X5 Rayon Məhkəməsinin 17 yanvar 2020ci il tarixli, 2(053)-05/2020 nömrəli qətnaməsindən vermiş olduğu ilkin apelyasiya şikayətində qətnamənin ancaq qızıl-zinət əşyalarının tutulması hissəsini mübahisələndirmişdir. Sonradan isə, apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və qətnamə ilə Cavabdeh alınıb İddiaçı verilməli olan 178 adda əşyaların bir qisminin onların birgə yaşadıqları dövrdə alınmasını, bir qisminin isə mövcud olmamasını göstərmiş və məhkəmə kollegiyasından iddianın tələbinin həmin hissəsində də rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin əşyaların bir qisminin tərəflərin birgə nikahları dövründə alındığını, bir qisminin isə mövcud olmamasını təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Göstərilənləri ümumiləşdirən apellyasiya instansiyas ı məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə ümumilikdə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni iddia tələbini təmin etməklə, yəni Cavabdeh iddia tələbində göstərilən qızıl-zinət əşyalarının və yaxud onların dəyərinin, həmçinin digər əmlakların alınıb İddiaçı verilməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)91/2021 nömrəli qətnaməsinin ləğv edərək, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verməmişdir. O cümlədən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bölünməsi qət olunan torpaq sahəsinə dair hissəsinə dair mövqeyini bildirməmiş, həmin torpaq sahəsinin üçüncü şəxsə satıldığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və vəkili X9 oğlu kassasiya şikayətinin də lillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin fakti ki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir (verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır). Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının predmetini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda cavabdeh kassasiya şikayətini eyni əsaslarla verdiyindən kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini n birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövl ət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan biri nin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandır an halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələb olunan qızıl-zinət əşyaları mövcud olmuş, onlar iddiaçıya məxsus olmuş və cavabdehin qanunsuz sahibliyində qalmışdır. Cehiz əşyaları ilə bağlı məhkəmə kollegiyası yuxarıda qeyd olunandan əlavə olaraq göstərir ki, iddiaçıların tələb etdiyi bütün əşyaların cavabdehdə olması birinci instansiya məhkəməsində mübahisə predmetini təşkil etməmiş, cavabdeh vəkili ilə birlikdə izahat verərkən tələb edilən cehiz əşyaların iddiaçı tərəfindən aparılmasına etiraz etmədiyini göstərmişdir. Həmin zaman o, tələb olunan əmlakların siyahısından hər hansı istisna etməmiş, əşyaların bir qisminin məhv olunmasını, digərlərinin isə iddiaçının şəxsi mülkiyyətində deyil, tərəflərin birgə mülkiyyətlərinə olmasını iddia etməmişdir. Kassasiya şikayətinin növbəti dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında Quba rayonunun Aşağı Xuc kəndinə 1,0 ha kənd təsərrüfatlı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına etirazının olmadığını göstərmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətinə əlavənin mətnində qeyd olunan torpaq sahəsinin satı ldığını qeyd etsə də, şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız “qızıl-zinət əşyalarının və icra məmurunun əmlak üzərinə həbs qoyulmasına dair aktda göstərilmiş əmlakdan əlavə əmlakların alınıb verilməsi” hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı işin faktiki hallarını araşdıran məhkəmələrə mübahisələndirilən torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə keçməsini təsdiq edən hər hansı sübutu təqdim etmişdir. Cavabdeh hazırki kassasiya şikayətinə əlavəyə Cavabdeh və X4 arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin əlavə etsə də, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinə yeni sübutların təqdim edilməsi mülki prosessual qanunveri ciliyi ilə nəzərdə tutulmamışdır. Digər tərəfdən təqdim olunan sənəd tərəflərlə imzalanmamış və notariat qaydasında təsdiq olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(106)-91/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar