Məhkəmə qərarları › İş №2(102)-5014/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5014/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5014/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Qətnamə ilə maraqlarına toxunan şəxs X1 oğlunun vəkili Vəkil iştirakı ilə, Qətnamə ilə maraqlarına toxunan şəxs X1 oğlu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5083/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin mülk i kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 29 aprel 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli 2(103)5083/19 saylı qərardadından X1 oğlu və vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmıdır. İşin halları: İddiaçı "xxxx" BOKT ASC Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2015-ci il tarixli 1131 saylı kredit müqaviləsinə əsasən 14248,68 ABŞ dolları məbləğində əsas borcun, 3490,20 ABŞ dolları məbləğində faiz borcunun, 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18 265,84 ABŞ dolları məbləğində borcun və 30. manat ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, “Mercedens Benz M” 1840 LS YÜK markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018-ci il tarixli, 2(005)- 2685/2018 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. X1 oğlu 06.02.2019-cu il tarixdə yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11.02.2019-cu il tarixli, 2(005)- 2685/2018 nömrəli qərarda dı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018-ci il tarixli qiyabi qətnaməsindən X1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. X1 oğlu 04.03.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11.02.2019-cu il tarixli qərardadının şikayət vermişdir Bakı şəhər Nərimanov rayon məhkəməsinin 07.03.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli 2(103)5083/19 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X1 oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 apre l 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Qətnamə ilə maraqlarına toxunan şəxs X1 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Mübahisələndirilən qətnamə onun hüquqlarına toxunur. Məhkəmə kassasiya şikayətini geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Qətnamə ilə maraqlarına toxunan şəxs X1 oğlunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyas ı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-cı maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati- iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaya istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində apellyasiya şikayətinin geri qaytarılması barədə (hazırkı işdə birinci instansiya məhkəməsinin X1 oğlunun apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadının qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 04.04.2019-cu ıl tarixli qərardadından kassasiya şikayəti verilmişdir) qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, həmin qərardaddan kassasiya şikayəti verilə bilməz. Ona görə də şikayət geri qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Kassasiya şikayətində qeyd edilən mülahizələr, yəni qətnamənin onun maraqlarına toxunması, mübahisələndirilən kassasiya şikayətinin geri qaytarılması barədə qərardadın ləğv edilməs i üçün əsas deyildir. Cavabdeh Məhərrəm Səliçovun qətnamə çıxarılmasından 11 ay əvvəl ölməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin məsələ hazırki kassasiya predmetinə aid deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Qətnamə ilə maraqlarına toxunan şəxs X1 oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5083/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar