Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5016/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:maneələrin aradan qaldırılması və tikilinin sökülməsi 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(103)4031/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etidi: İşin halları İşin hallarına görə, ünvan 1 ev in 05 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X (bundan sonra iddiaçı) adınadır və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. 2019-cu ilin iyun ayında iddiaçı mənzilində təmir işləri aparıb. Həmçinin, ünvan 1 evin, 02 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra cavabdeh) məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 evin 05 saylı mənzilinə daxil olan nəfəsliyin qarşısının hörülməsinin qadağan olunması, mənzilə dəymiş zərərin yenidən bərpa edilməsi və orada hörülmüş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, 2019-cu ilin iyun ayında mənzilini təmir e tdirib. Təmiri bitdikdən sonra divar qonşusu cavabdeh ona evi sökmək istədiyini bildirib. O, əvvəlcə etiraz edib, bir sıra mübahisələrdən sonra razılığa gəlib. Onun evinin bünövrəsi və havalandırması olmadığı üçün etiraz etməsin deyə cavabdeh onların divarının aşmaması və təmirinin dağılmaması üçün, bundan əlavə evlərinin geniş olması üçün cavabdehin divarlarını onların divarına bitişik tikməsini, amma arxa tərəfdən onun mənzilinə hava gəlməsi üçün nəfəslik qoyulmasını təklif edib. Həmçinin onunla cavabdeh arasında belə bir şərt olub ki, dam örtükləri bitişik olduğu üçün evin sökülməsi zamanı dam örtüyünə zərər dəyməsin. Bu şərtlərlə cavabdeh onunla razılaşmış, bildirmişdir ki, nəsə bir fəsad olsa hamısını özü həll edəcək. Nəfəsliyin olması üçün o, cavabdehə evini onların evinə bitişik tik ilməsinə icazə verib. Söküntü zamanı cavabdeh danışıqlara riayət etmədən onların dam örtüklərinə xeyli zərər vurub, hər hansı bir təmiri etməyə razılıq verməyib. Yenə də həmin nəfəsliyə görə o, cavabdehin qanunsuz əməllərinə göz yumub. Bir müddət sonra cavabdeh özünə məxsus olan divarı sökərək nəfəsliyin önünü divarla tamamilə hörüb. O, bu barədə əvvəl polis orqanına və Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin, cavabdeh öz hərəkətlərini davam etdirərək onun mülkiyyət hüququnu kobud şəkildə pozub. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli ekspert rəyinə görə, ünvan 1 evin 05 saylı mənzilinə baxış keçirilərkən, mənzilin yaşayış otağında yerləşən nəfəsliyin qarşısının mişar daşından hörüldüyü müəyyən edilib. Nəfəsliyin qarşısında hörgü işlərinin aparılmasının həmin m ənzil üçün hər hansı təhlükə yaradıb-yaratmamasını müəyyən etmək məqsədi ilə, 12 aprel 2021-ci il tarixli vəsatətdə qeyd olunan müvafiq mütəxəsis rəyi Mərkəzə təqdim edilmədiyindən qərardadın 1-ci sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmayıb. Həmçinin, ünvan 1 evin 05 saylı mənzilində yerləşən mənzilidə tikinti üzrə hər hansı qüsurların olmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın 2-ci sualının 2-ci bəndi üzrə tədqiqat aparılmayıb. Eyni zamanda, Məhkəmə Ekspertiza Mərkəzinin 17 dekabr 2021-ci il tarixli ekspert rəyinə görə, iddiaçıya məxsus mənzilə baxış keçirilən zaman mənzilin yaşayış otağında yerləşən nəfəsliyin qarşısında mişar daşından divar hörüldüyü müəyyən edilib. Lakin, Fövqəldə Hallar Nazirliyinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyi Mə rkəzə daxil olmadığı üçün, qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. Eyni zamanda, baxış zamanı təqdim edilmiş ünvan 1 ünvanda yerləşən, 5/4 saylı mənzilə dair sxemdə iddiaçının yaşayış evinin mübahisə otağının cavabdehin mənzilinə doğru hər hansı pəncərənin açıldığı göstərilməyib. Həmçinin, ünvan 1 evin 05 saylı ünvanda yerləşən mənzildə tikinti üzrə hər hansı qüsürların olmadığı müəyyən edilir. Bu səbəbdən qərardadın 2-ci sualının 2-ci bəndi üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı ona məxsus olan evin içində yerləşən uşaq otağının baş tərəfində sağ divarda hazırki mübahisəyə sə bəb olan ensiz nəfəslik yerləşsə də, həmin nəfəslik evin layihəsində nəzərdə tutulmayıb. İddiaçının verdiyi məlumata görə həmin otaqda əvvəllər pəncərə (nəfəslik) olmayıb və cavabdeh öz evində rekonstruksiya işləri apararkən ona təklif edib ki, həmin otaqda onun üçün nəfəslik atsın. İddiaçı Mülki Məcəllənin 152.1-ci maddəsinə əsaslanaraq, cavabdeh tərəfindən onun mülkiyyət hüququnun pozulduğunu, bunun nəticəsində ona məxsus olan mənzilə zərər dəydiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Əksinə, ekspert rəyləri ilə müəyyən olunur ki, cavabdehin mülkiyyətində olan mpənzilin iddiaçıya məxsus olan mənzilə hər hansı maneə törətməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 152.1-ci maddəsinin və digər maddi, prosessual hüquq nor malarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və sübutlara düzgün hüquqi qiymət verməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Vahiq Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.4, 180, 180.1, 180.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda kassasiya şikayəti verərək, şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozub və sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndə n bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəs i onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 2 ünvanda yerləşən 05 saylı mənzil 16 may 1998-ci il tarixdə iddiaçının, həmin ünvandakı 02 saylı mənzil isə mülkiyyət hüququ üzrə cavabdehin adına 12 i yun 1998-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilib, 05 saylı mənzillə (iddiaçının mənzili) bağlı tərtib olunmuş texniki pasporta əsasən mənzil iki otaq, dəhliz və mətbəxdən ibarət olmaqla iddiaçının, qarşısının hörülməsinin qadağan edilməsini tələb etdiyi nəfəsliyin mövcud olduğu 15,56 kv.metr otağın layihəsində pəncərə və nəfəslik nəzərdə tutulmayıb. Birinci instansiya məhkəməsi tərəflərə məxsus evlərə baxış keçirərkən, 05 saylı mənzildəki uşaq otağının baş tərəfində sağ divarda mübahisəyə səbəb olan ensiz nəfəsliyin olduğunu, onun qarşısında daş hörgünün göründüyünü müəyyən etmiş, yerində müayinə zamanı iddiaçı bildirmişdir ki, "həmin otaqda əvvəllər pəncərə (nəfəslik) olmamış, evdə rekonstruksiyalar aparılarkən bununla bağlı müvafiq icazələr alınmamış, əvvəllər cavabdehə məxsus birota qlı evlə onların divarları bitişik olmuş, həmin vaxt qonşu ilə ortaq divarı olan otaqda nəfəslik olmamış, cavabdeh evində rekonstruksiya aparanda ona təklif etmişdir ki, həmin otaqda nəfəslik açsın”. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehə məxsus ev hazırda 2 mərtəbəlidir və evlərin dam örtükləri ayrı-ayrı olmaqla faktiki mövcud olan evlərin layihəsi dəyişdirilmiş, iddiaçının evi texniki pasporta görə iki otaq, dəhliz və mətbəxtdən ibarət olduğu halda, faktiki mövcud olan pəncərə (nəfəslik) layihədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatları əsasında da, ünvan 2 ünvanda yerləşən 05 saylı mənzilin yaşayış otağında yerləşən nəfəsliyin qarşısının mişar daşından hörüldüyü, həmin mənzilidə tikinti üzrə hər hansı qüsurların olmadığı, mənzi lə dair sxemdə mübahisəsi gedən otada cavabdehin mənzilinə doğru hər hansı pəncərənin açıldığının göstərilmədiyi müəyyən olunur. Beləliklə işin müəyyən olunan hallarından görünür ki, iddiaçıya məxsus evdə yerləşən uşaq otağının baş tərəfində sağ divarda hazırki mübahisəyə səbəb olan ensiz nəfəslik olsa da, bu nəfəslik evin layihəsində nəzərdə tutulmamış və həmin otaqda əvvəllər pəncərə (nəfəslik) olmamış, iddiaçı bu halı iddia ərizəsində də göstərmiş, onun bildirməsinə görə cavabdeh evində rekonstruksiya aparanda ona otaqda nəfəslik açmağı təklif etmiş və o da bu razılıq çərçivəsində nəfəsliyi açmış, lakin iddiaçı tərəfindən nəfəsliyin açılması, həmçinin evdə aparılmış rekonstruksiyalarla bağlı müvafiq icazələr alınmayıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsini n gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddianın əsasını, irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan "iura novit curia” ("məhkəmə hüququ bilir”) prinsipinəəsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir- idd ia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyəəsasən tələb edir?. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var - iddiaçının dediklərinəəsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Bu mənada apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci və 157.4-cü maddələri nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 180.1-180.3-cü maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirs ə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İşin müəyyən olunan hallarından göründüyü kimi iddiaçı, irəli sürdüyü iddia tələblərinə münasibətdə subyektiv hüquqlarının mövcudluğu baxımından haqlı olmayıb; çünkü əgər o, evindəki sözügedən nəfəsliyi sonradan qanunsuz açmışdırsa (inşa etmişdirsə), Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlib və kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnamaməsinin kassasiya qaydasında ləğvi üçün əsas yaratmır. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şika yəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(103)-4031/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5016/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5016/2022
01.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver