Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5019/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)2404/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qi smən təmin edilməsi, İddiaçı (etibarnamə əsasında X2 imza etmişdir) və Cavabdeh1 arasında bağlanmış Cavabdeh2 tərəfindən təsdiqlənmiş 3M1075 nömrəli reyestrlə qeydə alınan 23.06.2016-cı il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısma dair müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə ilə yüklü edilməsinə dair RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - s ədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 fevral 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********04 reyestr nömrəli 18.08.2011 -ci il qeydiyyat tarixli, MA ******* seriyalı çıxarışa əsasən, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha-dan ibarət torpaq sahəsi üzrə Cavabdeh2 tərəfindən təsdiqlənmiş 23.06.2016-cı il tarixli, 3M-1075 reyestrlə qeydə alınan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında torpaq sahəsinə dair Cavabdeh1 adına v erilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması və həmin torpaq sahəsi üzərində hüquqların bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********04 reyestr nömrəli, 18.08.2011-ci il qeydiyyat tarixli, MA ******* seriyalı çıxarışa əsasən, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha-dan ibarət torpaq sahəsi 12.07.2007-ci ildən başlayaraq 99 il müddətinə İddiaçı qanuni istifadəsinə verilmişdir və həmin sahə hazırda onun istifadəsindədir. 2015-ci ildə İddiaçı Cavabdeh1 2800 manat borc pul almış, Cavabdeh1 isə borc məbləğinin təminatı kimi ondan əmlak tələb etmişdir. İddiaçı tərəfindən borcun təminatı kimi həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və həmin torpağa dair etibarnam ə Cavabdeh1 verilmişdir. Həmin borc məbləğinin bir hissəsi iddiaçı tərəfindən cavabdehə ödənilmiş, yerdə qalan məbləğin ödənilməsi barədə razılığa gəlinmişdir. 22.06.2016-cı il tarixdə Cavabdeh1 iddiaçının mənafeyinə zidd olaraq ona verilmiş etibarnamə üzrə hərəkətlərin icrasını başqa şəxsə, X1na etibar etmiş, başqa şəxsə verdiyi səlahiyyətlər barəsində isə ona heç bir məlumat verməmişdir. Həmin etibarnamə Cavabdeh2 rəsmiləşdirilmiş, həmin notariat kontorunda da 23.06.2016-cı il tarixdə Cavabdeh1 səlahiyyətləri verdiyi və iddiaçıya məlum olmayan şəxslə özü barəsində alqı-satqı müqaviləsi bağlayaraq İddiaçı əmlakına dolayısı ilə yiyələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasi ya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən 03.04.2015-ci il tarixli və 22.06.2016-cı il tarixli etibarnamələr mübahisələndirilməmiş və ləğv edilməmişdir. Qeyd edilən torpaq sahəsinin alqı-satqı edilməsinə Abşeron rayin İcra Hakimiyyətinin razılığı olmuşdur. Məhkəmə bu hallara qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 və onun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışına əsasən Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi hüququ yüklü edilən şəxs Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xeyrinə 12.07.2007-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 18.08.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. AR-№ 391342 saylı 03.04.2015-ci il tari xli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX ərazi idarəsi tərəfindən 18.08.2011-ci ildə, qeyd **********, reyestr **********04 verilmiş Çıxarışa əsasən, Abşeron rayon, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüquqları üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bununla əlaqədar müvafiq sənədləri təqdim etməyi, almağı, ərizə verməyi, rüsumları ödəməyi, lazımi arayışları, forma 1 və s. almağı, bununla bağlı notariat kontorunda, bankda, MKİS-də Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri müvafiq ərazi idarəsində və s. idarə və təşkilatlarda nümayəndəsi olmağı, pul qoymağı və pul götü rməyi, müqavilə bağlamağı, müqavilədə imza etməyi, pulu almağı və bununla əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh1 qızma etibar etmişdir. Etibarnamə 91 il müddətinə verilmiş və 03.04.2106-cı il tarixədək qüvvədədir. 22.06.2016-cı tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı adından X3 Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX ərazi idarəsi tərəfindən 18.08.2011-ci ildə, qeyd **********, reyestr **********04 verilmiş Çıxarışa əsasən, Abşeron rayon, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə hüquqları üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bununla əlaqədar müvafiq sənədləri təqdim etməyi, almağı, ərizə verməyi, rüsumları ödəməyi, lazımi arayışları, forma 1 və s. almağı, bununla bağ lı notariat kontorunda, bankda, MKİS-də Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri müvafiq ərazi idarəsində və s. idarə və təşkilatlarda nümayəndəsi olmağı, pul qoymağı və pul götürməyi, müqavilə bağlamağı, müqavilədə imza etməyi, pulu almağı və bununla əlaqədar olan bütün hərəkətləri etməyi X1 etibar etmişdir. Etibarnamə 89 il 9 ay 12 gün müddətinə verilmiş və 03.04.2106-cı il tarixədək qüvvədədir. İddiaçı (etibarnamə əsasında X2 imzalamışdır) ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2016-cı il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 18.08.2011-ci il tarixdə verilmiş Reyestr nömrəi ********** 04 qeydiyyat nömrəsi ********** çıxarış əsasında Abşeron rayonu 1 nömrəli Zeytunçuluq sovxuz ərazisində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 5200 manata Cavabdeh1 icarə hüquqlarının 12.07.2007-ci ildən başlayaraq 99 il müddətinə alıcının istifadəsinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi hüququ yüklü edilən şəxs Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xeyrinə 12.07.2007-ci il tarixdən başlayaraq 99 il müddətinə icarə ilə yüklü edilmişdir. Daşın maz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində 13.07.2016-cı il tarixdə **********04 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən öz ü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Mə cəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 712.1.1-ci maddəsinə əsasən, icarəyə verənin icazəsi olmadan icarəçinin torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə vermək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı 1 nömrəli Hövsan zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılması üçün razı lıq verilməmişdir. Eyni zamanda Cavabdeh1 03.04.2015-ci il tarixli etibarnamə ilə ona verilən səlahiyyətləri başqa şəxsə verməsini İddiaçı bildirməmişdir. Belə olan halda Cavabdeh2 tərəfindən təsdiqlənmiş 3M-1075 reyestrlə qeydə alınan 23.06.2016-cı il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısına dair müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından, yəni mülkiyyətçi Abşeron rayon İcra Hakimiyyətinin razılığı, icarəçi İddiaçı iradə ifadəsi olmadan bağlandığından müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla yanaşı qeyd olunan müqavilə etibarsız olduğundan öz etibarsızlığından başqa heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Ona görə də Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin icarə ilə yüklü edilməsinə dair RX seriyalı, ******* saylı çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya şikayətlərindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 03.04.2015-ci il tarixli və 22.06.2016-cı il tarixli etibarnamələrin mübahisələndirilməməsi onun torpağın alqı-satqı müqavilələrini mübahisləndirməsinə mane deyidir. Bu dispotizivlik instutundan irəli gəlir, yəni iddia tələbinin seçilməsi, iddiaçının nəyi mübahisələndirib, nəyi mübahisələndirm əməsi iddiaçının hüququdur. Məhkəmə isə irəli sürülmüş tələblər əsasında işə baxır. Abşeron rayon İcra hakimiyyətinin mübahisəli torpaq sahəsinə icarə hüququnun satılmasına razı olması barədə iddiaçının göstərdikləri də qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin 10.11.2017-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılması üçün razılıq verilməmişdir. İş materiallarına əlavə edilmiş notariat işində Abşeron rayon İcra Hakimiyyətinin rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılması üçün etiraz etmədiyi bildirilmişdir. Göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrı vaxtlarda ziddiyətli məktublat verilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təkcə bu əsasla deyil, həmçinin Cavabdeh1 03.04.2015-ci il tarixli etibarnamə ilə ona verilən səlahiyyətləri başqa şəxsə verməsini İddiaçı bildirmədiyini, icarəçi İddiaçı iradə ifadəsi olmadan alqı-satqı müqaviləsi bağlandığından həmin müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab etmişdir. Təkcə bu əsas müqavilənin etibarsız hesab edilməsi üçün kifayətdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2404/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5019/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5019/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver