Məhkəmə qərarları › İş №2(102)-5032/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5032/2020

12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5032/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1091/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respu blikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına xx xxxxxx 2015-ci il tarixdə qeydiyyatdan keçmiş XXX markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin satılması nəticəsində əldə olunmuş 10000 manat məbləğində pulun aralarında bölünməsi, 6000 manat hissəsində tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8823/2019 nömrəli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə birgə nikahda olduğu dövrdə əldə etdiyi XXX markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilinin satılması nəticəsində əldə olunmuş 10000 manat məbləğində pulun 1/2 hissəsini n İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1091/2020 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə - sədrlik edən və məruzəçi, L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8823/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, Cavabdeh 1750 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1091/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏT İNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə avtomobilin dəyəri ilə bağlı tərəflər arasındakı mübahisəni həll etmək məqsədi ilə öz təşəbbüsü ilə Azərbaycan Respublikası DİN-in BDYP sorğu verəcəyini bildirsə də, alqı-satqı ilə bağlı hər hansı bir məlumat almamış, ziddiyyəti aradan qaldırılması üçün ekspertiza təyin etməmiş və nəticə olaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhb ər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, cavabdeh kasasiya şikayəti verməmişdir. Kasasiya şikayətini yalnız iddiaçı vermiş və mübahisə predmeti olan avtomobilin dəyərini mübahisələndirmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən avtomobilin dəyəri müəyyən edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən edilən hallara görə Cavabdeh və İddiaçı xx xxxxxx 2011-ci il tarixdə nikaha daxil olmuş və nikahları xx xxxxxx 2017-ci il tarixdə pozulmuşdur. Tərəflərin xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilməklə XXX markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşın əldə olunmuş və həmin avtomobil xx xxxxxx 2016-cı il tarixdə üçüncü şəxsə satılmışdır. Cavabdehin apelyasiya şikayətinə əsasən işə baxan apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, avtomobil tərəflərin rəsmi nikahları dövründə satılsa da, həmin zaman onların birgə yaşayıb, birgə təsərrüfat aparmaları və maşının satışından əldə edilmiş pulun cavabdehin iddiaçı ilə birgə nikahları dövründə xərclənməsi sübut olunmur. Bu səbəbdən ap elyasiya məhkəməsi avtomobilin satılmasından əldə olunmuş məbləğin tərəflər arasında bölünməli olması qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya məhkəməsinin müəyyən etdiyi həmin hallar tərəflərlə, o cümlədən cavabdehlə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məb ləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin ə vəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin avtomobilin satışından əldə olunmuş məbləği müəyyən edərkən apelyasiya instansiyası məhkəməsi cavabdehin etirafını qəbul etmiş və hesab etmişdir ki, həmin məbləğ tərəflər arasında bölünməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin yanaşması ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin apelyasiya şikayətinin dəlillərini yoxlayarkən a pelyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyətində avtomobilin olub-olmamasını və həmin avtomobilin satılmasının müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə sorğu vermiş və cavab olaraq Cavabdeh məxsus XXX markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin kompüter çıxarışı məhkəməyə təqdim olunmuşdur. Lakin avtomobilin satış qiyməti də tərəflər arasında mübahisələndirilsə də, apelyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsini əldə etməmiş, əhəmiyyət kəsb edən həmin məsələni başqa vasitələrlə araşdırmamış və yalnız cavabdehin etirafını əsas götürməklə yekun qərar qəbul etmişdir. Halbuki, tərəflərin birgə mülkiyyətlərində olmuş avtomobilin qiymətinin mötəbər sübutlar əsasında aydınlaşdırılması hazırki mübahisənin obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin ikinci hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlən məzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2, 2.4-cü bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məh kəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Ali Məhkəmənin Plenumunun həmin qərarının 17-ci bəndinin tövsiyəsinə görə kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştir ak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli məsələnin həllində cavabdehin etirafı əsasında qətnamənin qəbul edilməsi yuxarıda qeyd olunan normalara ziddir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması məqsədi ilə sorğular verməli, zərurət olduğu halda məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməli, işin hərtərəfli, tam və obyekti v tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1091/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar