Məhkəmə qərarları › İş №2(102)-5038/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5038/2022

22.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5038/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpа və məcburi iş burахmаyа görə əmək hаqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməs i” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4352/2022 nömrəli, 6 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 27 mart 2019-cu il tarixdən X7 Təsərrüfatı Mərkəzinə meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

2. X7 Təsərrüfatı Mərkəzinin həmin X4 Komitəsinin sədrinə ünvanlandırdığı 29 iyul 2021-ci il tarixli məktubda, iddiaçının həmin tarixdə ona verilmiş tapşırığı icra etməməsi, mübahisə, qeyri-etik hərəkətlər edərək idarəni icazəsiz tərk etməsi ilə bağlı intizam tənbehi tədbiri görülməsi məsələsinin müzakirə olunması xahiş edilmişdir.

3. X7 X1 İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixli iclasının nəticəsi olaraq qərara alınmışdır ki, iddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə, idarənin işini qəsdən pozaraq verilən tapşırıqlara əməl etmədiyinə və kollektivdə qeyri-etik davrandığına görə barəsində intizam tənbehi tədbiri görülməsi üçün Meşələrin İnkişafı Xidmətinə müraciət olunsun.

4. X7 Təsərrüfatı Mərkəzinin direktoru tərəfindən Meşələrin İnkişafı Xidmətinin rəisinə ünvanlandırılmış 04 avqust 2021-ci il tarixli təqdimatda göstərilmişdir ki, 29 iyul 2021-ci il tarixdə Xidət tərəfindən tapşırılan payız mövsümündə plandan əlavə olaraq 15 ha. meşə əkini salınması üçün ərazilərin koordinatlarını Xidmətə göndərmək üçün İddiaçı ərazilərin koordinatlarını vurub Xidmətə göndərilməsi tapşırığı verilmişdir. İddiaçı koordina tları vurması üçün ona Xidmət tərəfindən əmr verilməsini tələb edərək mübahisə etməyə başlamış və idarəni icazəsiz tərk etmişdir. İddiaçı əvvəllər də ona verilmən tapşırıqları vaxtında yerinə yetirməmişdir, bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Qeyd olunanlarla bağlı Masallı RMTM-in Həmkarlar İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixdə iclası keçirilmiş, Komitənin 10 saylı iclas protokol qərarına əsasən İddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə görə intizam tənbehi tədbiri görülməsi üçün Meşələrin İnkişafı Xidmətinə müraciət olunması qərarı qəbul edilmişdir.

5. Meşələrin İnkişafı Xidmətinin rəisi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, 200/ü saylı əmrdə göstərilmişdir ki, X7 Təsərrüfatı Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 397 nömrəli, meşə uçotu və kadastrı üzrə baş mühəndisi İddiaçı Mərkəz tərəfindən verilən tapşırıqların qəsdən yerinə yetirilməməsi, öhdəsinə düşən vəzifələri icra etməməsi və əmək kollektivində qeyri-etik davranışlar göstərməsi barədə təqdimat məktubuna Meşələrin İnkişafı Xidmətində baxılmışdır. Təqdimat məktubundan göründüyü kimi, İddiaçı 29 iyul 2021-ci il tarixdə X5 Xidməti tərəfindən tapşırılan payız mövsümündə plandan əlavə olaraq 15 ha. meşə əkini salınması üçün ərazilərin koordinatlarının vurularaq Xidmətə təqdim edilməsi barədə tapşırığı yerinə yetirməyərək icazəsiz olaraq iş vaxtı iş yerini tərk etmişdir. Eyni zamanda, İddiaçı əvvəllər də ona verilən tapşırıqları vaxtında yerinə yetirməmiş və bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Qeyd olunanlarla bağlı İddiaçı münasibət bildirməsi və izahat verməsi üçün Masallı RMTM-in Həmkarlar İttifaqı Komitəsinin 29 iyul 2021-ci il tarixdə keçiriləcək iclasına dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. Həmin tarixdə keçirilən Həmkarlar İttifaqı Komitəsinin 10 saylı iclas protokoluna əsasən İddiaçı barəsində əmək funksiyası üzrə öhdəliyini icra etmədiyinə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İntizam tənbeh tədbirinin tətbiqi zamanı İddiaçı işə qəbul edildiyi vaxtdan etibarən hazırki vaxtadək intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmalıdır. Beləliklə, əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

6. Masallı RMTM-də Mərkəzin işçiləri tərəf indən tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 03 sentyabr 2021-ci il tarixdə saat 12:00-dan 17:00dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır

7. Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, “həmin tarixdə Mərkəzin inzibati binasında növbəti iş planı müzakirə edilərkən İddiaçı yersiz olaraq özbaşınalıq edib direktorun çıxışına müdaxilə edib hədə-qorxu ilə bildirdi ki, sizin tapşırıqlarınızı mən icra etməyəcəm və özüm istədiyim kimi hərəkət edəcəm. Direktor onu sakitləşdirməyə çalışsa da, İddiaçı yenə də xoşagəlməz hərəkətlər etməyə başladı. Müzakirənin aparılmasına maneçilik törətməklə direktora hədəqorxu gəlirdi ki,səni işləməyə qoymayacam və bildirdi ki, səndən yuxarı təşkilatlara teleqramlar və məktublar ünvanlamışam. Və ardından davam edəcəm. Direktor ona bildirdi ki, səndən işinin icrası tələb olunur, sən isə işi icra etmək əvəzinə müxtəlif bəhanələr gətirib dedi-qodu yaradırsan və sənin bu hərəkətlərin ümumi işimizə xələl gətirir...”

8. Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 06 sentyabr 2021-ci il tarixdə saat 14:00-dan 17:00dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır.

9. Masallı RMTM-də Mərkəzin işçiləri tərəfindən tərtib edilmiş 07 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixdə saat 12:00-dan 17:00dək icazəsiz heç bir səbəb göstərmədən işdə olmamışdır

10. X7 X1 İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tar ixli iclasının 12 nömrəli protokolundan görünür ki, iclasda müzakirə edilən məsələlər İddiaçı vəzifəsinin öhdəsindən bilərəkdən qəsdən gəlməməsi, kollektivdə, idarə daxilində aqressiv hərəkətləri, idarədən kənar yerlərdə mərkəzə və ximdətə aid olan bəzi sənəd və sərəncamların məxfiçiliyinin qorunmaması olmuşdur. İclasın nəticəsi olaraq qərara alınmışdır ki, İddiaçı vəzifə borclarını yerinə yetirmədiyinə, idarənin işini qəsdən pozaraq heç bir səbəb göstərmədən özbaşınalıq edərək istədiyi vaxt işə gəlib, istədiyi vaxt işdən çıxıb gedərək verilən tapşırıqlara əmək etmədiyinə və kollektivdə qeyri-etik davranışlarına, idarənin, Meşələrin İnkişafı Xidmətinin tapşırıq və sərəncamlarının məxfiçiliyini pozaraq saytlara və mətbuat orqanlarına yalandan, qərəzli məlumat verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən ötrü xidmətə təqdimat göndərilsin.

11. X7 X2 İnkişafı Xidmətinin rəisinə ünvanlandırdığı 07 sentyabr 2021-ci il tarixli təqdimatda göstərilmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə Mərkəzdə keçirilən iclas zamanı İddiaçı özbaşınalıq edərək rəhbərlik tərəfindən ona verilən tapşırıqları icra etməyəcəyini və öz istədiyi kimi hərəkət edəcəyini bildirməklə hədə-qorxu gələrək müxtəlif Dövlət orqanlarına teleqramlar və şikayətlər edəcəyini bildirmişdir. Bundan əlavə, İddiaçı belə hərəkətlərinə görə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, 31 avqust 2021-ci il tarixdə töhmət verilmişdir. İddiaçı Mərkəzə məxsus məxfi sənədləri mətbuatda yayaraq məxfiçiliyi pozaraq saytlara yalandan və qərəzli məlumatlar verir, vaxtında işə gəlmir, istədiyi vaxt idarəni tərk edir. Qeyd olunanlarla bağlı Masallı RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclası keçirilmişdir. Komitənin qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün Xidmətə müraciət olunması qərarı qəbul edilmişdir.

12. X7 X3 direktor müavini və digər əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə, saat 14:50-də heç bir səbəb göstərmədən işdə olmadığı üçün Mərkəzin işçisi Mehti İsayev və sürücü X8 Ağayevin yaşadığı evə getmişlər. İddiaçı öz evində yatmış və telefonu söndürmüşdür. Ona Mərk əzə gələrək izahat verməsi bildirilmişdir, o evdən çıxaraq çayxanaya getmiş, ona niyə töhmət verilməsini bildirərək izahat verməkdən imtina etmişdir. Bir müddət sonra İddiaçı idarəyə gəlmiş, işçilər tərəfindən yenidən ondan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. 13. 08 sentyabr 2021-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Masallı regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlandırılmış 29 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı növbəti əmək məzuniyyətinə buraxılması ilə bağlı ərizəsi 07 sentyabr 2021-ci il tarixdə, yəni barəsində işdən azad edilmə ilə bağlı əmr verildiyi gün iş yerinə daxil olmuşdur. 15. 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən barəsində verilmiş 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmrin ləğv edilməsini, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, 27 mart 2019-cu il tarixdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətində meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə hər hansı əmək qanunvericiliyi üzrə pozuntuya yol verməmişdir. 29 iyul 2021-ci il tarixdə səhər saatlarında idarənin müavini Faiq Əmişov ona bildirmişdir ki, Nazirlikdən tapşırıq var, 2-3 saat müddətində payız əkin kompaniyası olacaq hər meşəbəylikdən 1,9 hektar əkin yerinin koordinatını və sxemini hazırlamalıdır və onlar da sxemi nazirliyə göndərməlidirlər. Lakin bunları ərazidə deyil, idarədə oturub etməlidir. O, isə, 2 saat müddətin az olmasını, həm də əkin yerlərinə getməklə bu işin görülməli olduğunu bildirdikdə, cavab olaraq buna vaxtın, əraziyə getməyə nəqliyyat vasitəsinin olmaması deyilmişdir. O, da dərhal nazirliyin 168 qay nar xəttinə zəng edərək, bu barədə məlumat vermiş, işlədiyi mərkəzdə özbaşınalıq olduğunu demişdir. Onun şikayətindən xəbər tutan rəhbərlik günorta saatlarında nahar fasiləsi zamanı onun məlumatı olmadan həmkarlar ittifaqının iclasını keçirmiş, güya onun nizam-intizamı pozması, ona verilən tapşırığı yerinə yetirməməsi əsası ilə ona töhmət verilməsi müzakirə olunmuşdur. O, nahar fasiləsindən qayıdan zaman bu məsələdən xəbərdar olmuşdur. Qaynar xəttə etdiyi şikayətlə bağlı nazirliyin əməkdaşları tərəfindən ondan izahat alınsa da, məsələ bu günədək araşdırılmamışdır. Ona 31 avqust 2021-ci il tarixdə töhmət verilmiş, lakin o, bundan 03 sentyabr 2021-ci il tarixdə xəbər tutmuşdur. Həmin əmrin surəti ona təqdim edilməmişdir. O, dərhal Əmək Müfəttişliyinə və digər aidiyyəti orqanlara bu barədə mü raciət etmiş, habelə, iş yerinə ərizə ilə müraciət edərək səhhətinin ağır olması, İİ qrup əlil olması ilə əlaqədar 06 sentyabr 2021-ci il tarixdən əmək məzuniyyətinə buraxılmasını xahiş etmişdir. Belə ki, o, sonuncu dəfə məzuniyyətini 03 noyabr 2020-ci il tarixdə istifadə etmişdir. Məzuniyyətə buraxılmasına dair ərizənin bir nüsxəsini iş yerinə əlbəəl, bir nüsxəsini isə poçtla təqdim etmişdir. Məktubla göndərdiyi ərizə 06 sentyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə iş yerinə çatdırılmış, 07 sentyabr 2021ci il tarixdə həmkarlar təşkilatı iclas keçirərək onun işdən azad edilməsini qərara almışlar. O, buna etiraz etdikdə bildirmişlər ki, şikayət etdiyinə görə, işdən azad olunmasını nazirlikdən tapşırıblar. Əmrə isə onun işə getməməsi səbəbindən işdən azad edildiyini qeyd etmişlər. Halbuki, o, hər gün iş tabelinə imza etmiş, ona son haqq hesab verilmiş, işdən azad edilməsinə dair ona hər-hansı xəbərdarlıq edilməmiş, izahatı alınmamışdır. O, işdən azad edildiyini 09 sentyabr 2021-ci il tarixdə bilmiş, bu barədə əmri tələb etsə də, yalnız 21 sentyabr 2021-ci il tarixdə töhmət verilməsi və işdən çıxarılma ilə bağlı əmrin surətini ala bilmişdir. Əmək kitabçası isə 15 sentyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə güya onun işə səbəbsiz getmədiyi göstərilmişdir. Halbuki, işə getmədiyi halda onun əmək haqqından tutmalar aparıla bilərdi, habelə, tabeldə göstərilən məlumatlarla sübut olunur ki, o, səbəbsiz iş buraxmamışdır. O, ikinci qrup əlildir, himayəsində 1 azyaşlı uşağı var, ailəsində ondan ba şqa işləyən, gəlir əldə edən şəxs yoxdur.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2022 nömrəli, 5 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı özbaşına iş yerini tərk etməsi, 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsa da, 2021-ci ilin iyul-avqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur.

20. Digər tərəfdən, X7 X3 direktor müavini və digər əməkdaşları tərəfindən tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, İ ddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə, saat 14:50-də heç bir səbəb göstərmədən işdə olmadığı üçün Mərkəzin işçisi Mehti İsayev və sürücü X8 Ağayevin yaşadığı evə getmişlər. İddiaçı öz evində yatmış və telefonu söndürmüşdür. Ona Mərkəzə gələrək izahat verməsi bildirilmişdir, o evdən çıxaraq çayxanaya getmiş, ona niyə töhmət verilməsini bildirərək izahat verməkdən imtina etmişdir. Bir müddət sonra İddiaçı idarəyə gəlmiş, işçilər tərəfindən yenidən ondan izahat istənilmiş, lakin o, izahat verməkdən imtina etmişdir.Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.

21. Hazırki iş materiallarından görünür ki, İddiaçı baş verənlərlə bağlı izahat verməsi üçün 08 sentyabr 2021-ci il tarixdə işə çağırılmış, lakin bundan bir gün əvvəl, yəni 07 sentyabr 2021-ci il tarixdə artıq X7 X1 İttifaqı Komitəsinin iclas keçirmiş, onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən ötrü xidmətə təqdimat göndərilməsi qərara alınmış, elə həmin tarixdə Meşələrin İnkişafı Xidmətinin rəisinə təqdimatla müraciət olunmuş və 08 sentyabr 2021-ci il tarixli əmrlə İddiaçı işdən azad edilmişdir

22. Digər tərəfdən, 07 sentyabr 2021-ci il tarixdə İddiaçı məzuniyyətə buraxılmasına dair ərizə iş yerinə daxil olmuş, həmin ərizəyə münasibət bildirilmədən, 08 sentyabr 2021ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir

23. İddiaçı 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə iş yerində olmaması ilə bağlı aktlar tərtib edilməsinə baxmayaraq, tabel cədvəlində onun həmin tarixlərdə iş yerində olmasına dair qeydlərin olması, habelə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqı komitəsinin 07 sentyabr 2021-ci il tarixdə keçiriləcək iclasına çağırılmalı olduğu halda, 08 sentyabr 2021-ci il tarixdə baş verənlərlə bağlı izahat verməsi üçün işə çağırılması tərtib olunmuş həmin aktların etibarlılığını şübhə altına alır.

24. Həmçinin, məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı iş yerinə gəlməməsi ilə bağlı tərtib edilmiş aktlar əsaslı olsalar belə, İddiaçı bunun səbəbləri barədə izahat verməsi təklifi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqı komitəsinin iclası keçirilməzdən əvvəl olunmalı idi. Çünki, 218/Ü saylı əmr X7 Təsərrüfatı Mərkəzinin təqdimatına, həmin təqdimat isə X7 X1 İttifaqı Komitəsinin 07 sentyabr 2021-ci il tarixli iclasının 12 nömrəli protokolunda göstərilənlərlə əsaslandırılmışdır

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 19.2, 68.1, 70, 71.2, 71.3, 72, 83, 84.1, 186.1, 186.2, 187.1, 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

27. Apellyator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmənin İddiaçı intizam tənbeh tədbiri tətbiq olunmasından əvvəl izahatının alınmaması ilə bağlı mövqeyi əsassız hesab edilməlidir. Belə ki, işçi yə izahat verməsi barədə təklifin Həmkarlar İttifaqı Komitəsinin iclasından əvvəl olunması barədə qanunvericilikdə imperativ norma mövcud deyil. Masallı RMTM-in direktorunun İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən iclasında qeyri-etik hərəkətləri, işinə laqeyd yanaşması və verilən tapşırqları icra etməməsi barədə məsələnin müzakirə edilərək qərar qəbul olunması barədə Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 451 nömrəli məktubundan göründüyü kimi, iclasın keçirilməsinin məqsədi işçiyə intizam tənbehinin verilməsi deyil, sözügedən əməkdaşın hərəkətləri barədə onun münasibətini öyrənmək, işçilərlə müzakirə edilməklə qərara gəlməkdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli iclasının gedişində İddiaçı əmək fəaliyyətindəki nöqsanlarla bağlı mövqey i və izahatı dinlənildikdən, habelə komitə üzvlərinin müzakirəsindən sonra intizam məsuliyyətinə cəlb olunma məsələsi səsə qoyulmuş və müvafiq qərar qəbul olunmuşdur. Göstərilənlər iclasın protokolunda öz əksini tapmışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən Həmkarlar İttifaqı Komitəsinin iclasında işçiyə izahat verməsini təklif edilmiş, İddiaçı öz hərəkətləri ilə bağlı izahat verdikdən, eləcə də aparılmış müzakirələr və komitənin digər üzvlərinin rəyləri öyrənildikdən sonra işçinin intizam məsuliyyətinə cəlb olunma məsələsi səsə qoyulmuş və müvafiq qərar qəbul olunmuşdur. İddiaçı 03, 06 və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktların 2021-ci ilin iyul-a vqustsentyabr ayları üzrə idarə heyəti işçilərinin tabeli ilə şübhə altına alınaraq hərtərəfli araşdırılmamışdır. Belə ki, aktı tərtib edən əməkdaşlar mahiyyəti üzrə şahid qismində dindirilməmiş, işin halları tam araşdırılmadan sözügedən sübuta obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, İddiaçı özbaşına iş yerini tərk etməsi, 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsa da, 2021-ci ilin iyulavqust-sentyabr ayları üzrə idarə heyəti işçilərinin tabelindən görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixədək, həmin tarix də daxil olmaqla işdə olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən tabeldə yalnız işçinin saat 9:00-da iş yerinə gəlməsini təsdiq edən i mzası əks olunur, gün ərzində isə işçinin iş yerini icazəsiz tərk etməsi yalnız şahid ifadələri ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş aktlardan, eləcə də hakimin gəldiyi nəticədən də belə məlum olur ki, İddiaçı sözügedən tarixlərdə həqiqətən vaxtında iş yerinə gəlmiş, lakin üzrlü səbəb olmadan və heç kimdən icazə almadan iş yerini özbaşına tərk etmişdir. İşçinin iş tabelində imzasının olması onun iş vaxtının müəyyən saatlarında iş yerini özbaşına tərk etməsini istisna etmir. Odur ki, məhkəmənin tərtib edilmiş aktları şübhə altına almasına dair xüsusatı əsassız hesab edilməli, İddiaçı 03, 06 və 07 sentyabr 2021-ci il tarixlərdə tam iş günü yerində olmasını sübut edə bilməmişdir. Məhkəmənin nəticəyə gəlməsinin digər əsaslarından biri də 07 sentyabr 2021-ci il tarixdə İddiaçı mə zuniyyətə buraxılmasına dair ərizənin iş yerinə daxil olmasına baxmayaraq, həmin ərizəyə münasibət bildirilmədən 08 sentyabr 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsidir. Qeyd edilməlidir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə onun əmək məzuniyyəti ilə bağlı ərizəsinə münasibət bildirilməməsi arasında heç bir səbəbli əlaqə mövcud olmadığından onun bu əsasla işə bərpa edilməsinə dair iddiasının təmin edilməsi qəbuledilməzdir

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4352/2022 nömrəli, 6 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Akif İsgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etsə də, Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozularaq əm rin təsviri(giriş) hissəsi ilə qərar hissəsi arasında ziddiyyət yaranmışdır. Belə ki, əmrin təsviri(giriş) hissəsində X7 Təsərrüfatı Mərkəzinin təqdimatına istinad edilərək iddiaçının...üzərinə düşən vəzifələrin icrası ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməməsi, özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi, üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bununla bağlı dəfələrlə ona edilmiş şifahi xəbərdarlığa məhəl qoymaması... göstərilmiş, eləcə də aidiyyəti üzrə məsul şəxslərdən alınmış izahatlar və s. sənədlərin təhlilinə əsasən işəgötürən belə qənaətə gəlmişdir ki, əməkdaşa həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməmiş və bununla da bu sahədə olan olan müvafiq qanunvericiliyin tələbləri pozulduğu göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən əmrin məzmunu özü ziddiyyətlidir. Çünki, iddiaçının üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi nə mübahisə predmeti olmuş, nədə bu barədə işdə hər hansı bir sübut olmamışdır. Demək, bu əsas əmrin məzmununda ola bilməzdi. Özbaşına heç kimə xəbər vermədən iş yerini tərk etməsi dəlili ilə bağlı cavabdeh şikayətində göstərir ki, iddiaçının 03 sentyabr, 06 sentyabr və 07 sentyabr 2021-ci il tarixlərdə müəyyən saatlarda işdə olmaması iş materiallarında olan aktlarda qeyd olunsa da, məhkəmə bunu şübhə altına almışdır.

30. Birincisi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd olunduğu kimi, iddiaçının heç bir üzrlü səbəb olmadan bü tün iş günü işə gəlməməsinə dair işdə heç bir akt yaxud hansısa sübut yoxdur. Cavabdeh tərəf də bunu iddia etmir.

31. Təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar cavabdehin mənafeyinə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız cavabdehin maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur. Ona görə bu cür sübutlar mötəbər olmadığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi xitam verilməsi üçün də heç bir halda əsas ola bilməzdi.

32. Əksinə həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçı tərəfin izahatlarından bəlli ol ur ki, X7 Təsərrüfatı Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı 2021-ci ilin iyul ayının axırlarından başlayaraq aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ən ağır intizam tənbehi tətbiq edilmişdir. Həmin vaxta qədər, yən 27 mart 2019-cu ildən bəri iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi cavabdehin işdə olan 31 avqust 2021-ci il tarixli əmrinin məzmunundan da görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır(ƏM.m.187.4).Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nədə cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. D emək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir. Bundan əlavə, əmrin məzmununda göstərilən “həvalə olunmuş vəzifələr lazımi şəkildə və məsuliyyətlə icra edilməməsi” arqumenti ilə bağlı qeyd olunur ki, iddiaçının bu əsasa görə də əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ö hdəliklərini yerinə yetirməməsinə dair, eləcə də 72-ci maddənin “a” bəndində nəzərdə tutulan şərtləri pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

33. Mübahisələndirilən 08 sentyabr 2021-ci il tarixli, 218/Ü nömrəli əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır.

34. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 12, 68.1, 70, 71, 72, 76, 83.1, 84.1, 172, 186, 187, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıran kassator, apellyasiya kollegiyasının mövqeyinin “təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində bu cür izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər” hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə prosessual qanunvericiliyin tələblərindən kənara çıxaraq bu nəticəyə gəlmişdir. Belə ki, məhkəmə bu faktın mövcudluğundan şübhələnirdisə, akta imza çəkən şəxsləri dəvə edərək, şahid kimi ifadələrini ala bilərdi.

37. Kassasiya şikayətinin digər dəlili isə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin giriş hissəsində işə 2 hakimdən ibarət tərkibdə baxılması göstərilsə də, adı çəkilməyən üçüncü hakim tərəfindən qətnaməni n elektron imzalanması ilə bağlı olmuşdur.

38. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə, 76, 87.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 11. 1-ci hissənin b) bəndi - bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.

41. Maddə 19.2. İşəgötürənlərin nümayəndəli orqanının hüquqları, vəzifələri, fəaliyyət istiqamətləri və qaydaları müvafiq normativ hüquqi aktlarla və onun nizamnaməsi (əsasnaməsi) ilə tənzim edilir.

42. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əs aslarla və qaydada xitam verilə bilər. Maddə 70, “ç” bəndi: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

43. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qor unan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

44. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

45. Maddə 72, “a” bəndi: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

46. Maddə 84

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atas ının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

47. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

48. Maddə 186.2 İşçi əmək funksiyasını tam və ya qismən yerin ə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

49. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

50. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İ nkişafı Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4352/2022 nömrəli, 6 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar