Məhkəmə qərarları › İş №2(102)-5043/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5043/2021

02.11.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5043/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5043/21 (Açar sözlər: məhkəmə aidiyyəti barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh ASC-nin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)4336/2021 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh ASC qarşı iddia qaldıraraq, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması, onun tərəfindən 2014-2017ci il tarixədək kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 20172020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat istilik enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qə tnaməsi ilə (sədrlik edən, hakim İ.Ş.Rüstəmli) iddia təmin edilərək, 2014-2019-cu illər tarixində iddiaçının şəxsində “istehlakçı” yaradıcılıq emalatxanası ilə cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, iddiaçı ilə istilik enerjisi və isti suyun verilməsi haqqında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 2014-2017-ci il tarixədək qeyri-əhali istehlakçı qrupu kimi ödənilən 303 manat vəsaitin iddiaçıya geri qaytarılması, 2017-2020-ci illər ərzində iddiaçıya qeyri-əhali qrupu üzrə borc kimi hesablanmış 542,57 manat istilik enerjisi borcunun silinməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 01 yanvar 2017-ci il tarixdə “istilik enerjisi və isti suyun verilməsi haq qında” müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə, tərəflər mərkəzləşdirilimiş isitmə, isti su və buxar təchizatı haqqında müqavilə bağlayıb və qüvvədə olan istilik enerjisindən istifadə qaydasına əməl etməyi öz öhdələrinə götürüblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2007-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən, emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlak qrupu üçün müəyyən edilmiş tariflərə uyğun olaraq ödənilməlidir. İddia olunan hal sözügedən Qaydaların tələbləri ilə tənzimləndiyindən iddia tələbi istilik haqqının əhali istehlakçı qrupu üzrə ödənilməsi hissəsində təmin edilməlidir. Qalan hissədə də iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Ko mmersiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 24.2, 25, 26-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh ASC-nin vəkili Elxan Aslanov kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Taarif Qiymət Şurası məhkəmə iclası nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apellyasiya i nstansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, tərəflər arasında 01 yanvar 2017-ci il tarixdə “istilik enerjisi və isti suyun verilməsi haqqında” müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə görə, tərəflər mərkəzləşdirilimiş isitmə, isti su və buxar təchizatı barədə razılığa gəliblər və qüvvədə olan istilik enerjisindən istifadə qaydasına əməl etməyi öz öhdələrinə götürüblər. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb müəyyən etmişdir ki, iddiaçı, mübahisəli emalatxanada rəssamlıq və heykəltəraşlıq fəaliyyətinin həyata keçirilməsi ilə məşğuldur və həmin fəaliyyətin həyata keçirilməsi üçün 26 dekabr 2014-cü il tarixd ə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınıb. Hazırda iddiaçı, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsini, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulmasını, onun tərəfindən 2014-2017-ci il tarixədək kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılmasını və 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat istilik enerjisi borcunun silinməsini iddia edir. Göründüyü kimi cavabdeh kommersiya hüquqi şəxsdir, iddiaçı isə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir və hazırki mübahisəli məsələ iddiaçıya məxsus emalatxana sahəsinə istilik enerjisi və isti suyun verilməsi ilə bağlı kommunal xərclər in əhali istehlak qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməsi ilə bağlı yaranıb. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi iş in ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, m übahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm müba hisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan mülki prosess ual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxıb. Halbuki, Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin mənasına görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçı, kassasiya şikayətində rəssamlıq fəaliyyəti ilə məşğul olmaqla yaradıcı şəxs olduğunu və bu səbəbdən də hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalı olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki işin 89-cu vərəqində olan Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 05 iyun 2020-ci il tarixli məktubundan görünür ki, vergi uçot baza məlumatına əsasən iddiaçı 26 dekabr 2014-cü il tarixdən vergi orqanında uçota alınıb və ona ********** saylı VÖEN verilib. Göründüyü kimi birinci instansiya məhkəməsi, mülki işi məhkəmə aidiyyəti qaydalarına riayət etməməklə öz icraatına qəbul edib. Ona görə də kass atorun kassasiya şikayətində iş kommersiya məhkəməsinə aid olsa da, mahiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmasına dair dəlili ilə razılaşmaq olmaz. Belə ki, Mülki Prosessual Məcəllənin 31.2, 44.1-ci maddələrinin mənasına sonradan başqa məhkəməyə aid olsa da, iş mahiyyəti üzrə həmin məhkəmədə o, vaxt həll edilə bilər ki, iş əvvəldən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına düzgün qəbul edilmiş olsun. Hazırki işdə bu hal istisna olunur. Daha sonra, kassator kassasiya şikayətində, cavabdehin apellyasiya şikayətində məhkəmə aidiyyətini mübahisələndirməməsini, tərəflər arasında hər hansı kommersiya mübahisəsinin olmamasını, hazırki mübahisənin əslində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2007-ci il tarixli, 84 saylı qərarının tələblərinin iddiaçıya münasibətdə tətbiq edilməməsi ilə bağlı yaranmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə də razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən, məhkəmə özü də mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göründüyü kimi mülki prosessual qanunvericilik icraatın istənilən mərhələsində mübahisənin məhkəmə aidiyyətinin yoxlanılmasını istisna və bunu şikayətin dəlillərindən asılı etmir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılması, iddiaçının hazırk i tələblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2007-ci il tarixli, 84 saylı Qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın tələbləri baxımından hüquqi qiymət verilməsini istisna etmir. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)-4336/2020 say lı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar