Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5067/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının beş misli miqdarında müavinətin və mənəvi ziyanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)1790/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış 14 avqust 2009-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 14 avqust 2009cu il tarixdən Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilib. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi 01 oktyabr 2020-ci il tarixədək uzadılıb. İşəgötürənin 01 oktyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən 01 oktyabr 2020-ci il tarixdən xitam verilib. İşəgötürənin 18 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 01 oktyabr 2020-ci il tarixli əmrə qismən dəyişiklik edilərək, əmək müqaviləsinə x itam verilməsi üçün əsas götürülmüş Əmək Məcəllənin 75.2a maddəsi, “tərəflərin qarşılıqlı razılığı ilə” sözləri, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (tərəflərin müəyyən etdikləri digər hallar ilə) ilə əvəz edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddia tələbi onunla əsaslandırılıb ki, pandemiya dövründə evdə yıxılaraq ayağından və gözündən ağır zədə aldığı üçun müalicə alıb. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsi bacısı tərəfindən iş yerinə təqdim edilib. Belə ki, əmək qabiliyyəti və özü tam sağlam olduğu üçün 01 oktyabr 2020-ci il tarix indən işə çıxıb. İş yerində olmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin 01 oktyabr 2020-ci il tarixli əmr ilə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən xitam verilib. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əmək müqaviləsinə “tərəflərin qarşılıqlı razılığı ilə” xitam verilməsi nəzərdə tutulub. Belə ki, həmin əmr verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. Əmrdən məlum olur ki, guya onunla olan əmək müqaviləsinə işəgötürənlə qarşılıqlı razılaşma əsasında xitam verilib. Əslində belə olmayıb və işəgötürən tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinə əməl edilməyib. O, işdən azad edilməsi barədə ərizə ya zmağa məcbur edilib. Halbuki, son 29 ilə yaxındır ki, o cavabdehdə nöqsansız işləyir və bu müddət ərzində heç bir intizam tənbehi almayıb. İşəgötürən tərəfindən ona 19 may 2020-ci il tarixli yazılı bildiriş göndərilib. Həmin bildirişdə göstərilir ki, pensiya yaşına çatmağı üçün öz təşəbbüsü ilə əmək müqavilənə xitam verilməsi üçün müraciət müddəti 30 may 2020-ci il tarixdə bitir. O, işdən çıxması barədə ərizə verməyib. Üzürlü səbəbdən, yəni 14 aprel 2020-ci ildən 30 sentyabr 2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq əmək fəaliyyətini davam etdirə bilməyib. O, 01 oktyabr 2020-ci ildə əmək fəaliyyətini davam etdirib. İşəgötürən onun razılıq ərizəsi olmadan, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə işəgötürənin 01 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və 01 oktyabr 2020-ci il tarixdən etibarən işə bərpa olunacağı tarixədək ona ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq ödənilməsi, ona vurulmuş mənəvi ziyanın və Şirkətin daxili qanunlarına əsasən əmək haqqının 5 misli miqdarında müavinətin (pul vəsaitinin) ödənilməsi və cavabdehdən mənəvi sarsıntıya görə onun xeyrinə əlavə olaraq 50.000 manat pulun tutulmasını iddia edir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(004)2585/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməy ə müraciət edənədək iddia müddətini ötürüb. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş edib və vəsatətini onunla əsaslandırıb ki, iddiaçı 5 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü bəndlərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(103)6329/2021 saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov sədrlik edən, məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərkən, iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürüb. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, işəgötürənin 01 oktyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib və iddiaçı bundan həmin vaxtdan xəbərdar olsa da, məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, 18 mart 2021ci il tarixdə müraciət edib. İddiaçı iddia müddətinin buraxılmasının səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə bağlı olduğunu bildirsə də, bu hal müddətin ötürülməsinin üzrlü səbəbi sayıla bilməz, həmçinin həmin müddət əhəmiyətli dərəcədə çoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiya məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təm in edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(102)-6841/2021 saylı qərarı ilə (hakimlər Sənan Hacıyev sədrlik edən, məruzəçi, Aqil Abbasov və Elşad Şamayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi qismənmüavinətin və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinin rədd edilməsi hissələrində ləğv edilib, həmin hissədə mülki iş yenidən baxılması üçün apellyasiya itnstansiyası məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini əmrin ləğv edilməsi, iş ə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunduğundan, birinci instansiya məhkəməsi iddia tələblərini bu hissədə rədd etməkdə haqlı olub. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş edib. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbi üzrə müavinətin və mənəvi zərərə görə pulun tutulması hissələrində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmalıdır. Aylıq əmək haqqının beş mislində müavinətin və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiaçının iddia tələblərinə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin tətbiq edilməsi qanuni və əsaslı olmayıb. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yara nmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinə əsasən şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etsə də, müavinətin və mənəvi ziyanın tutulması tələblərinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol verib, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vu rulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini düzgün müəyyən etməyib. Kassasiya instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 296.2, 296.3, 296.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)1790/2022 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi- müavinətin və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia rədd edilib. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmayıb və işin hallarına uyğun olmayan qətnamə qəbul edib. Ona görə, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və bu hissədə iddia tələbləri yeni əsaslarla, yəni mahiyyəti üzrə tələblərin sübuta yetirilməməsinə görə rədd edilməlidir. Mənəvi zərərlə bağlı qeyd olunmalıdır ki, iddiaçı cavabdehin təqsiri üzündən ona mənəvi zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib və bu tələblərin əsaslı olması mülki iş materialları ilə müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın mübahisələndirilən hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsinə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin faktiki halları baxımından qanunsuz və əsassız nəticəyə gəlib. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyib və işəgötürən ona orta aylıq əmək haqqının beş misli miqdarında işdənçıxma müavinəti ödəməməklə əmək qanunverciliyinin tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müə yyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda da əmək müqaviləsinə xitam verilə bilər; 195-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə görə əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürül müş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış 14 avqust 2009-cu il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı 14 avqust 2009-cu il tarixdən Cavabdeh böyük elmi-işçi vəzifəsinə işə qəbul edilib. Həmin müqaviləyə edilmiş 3 və 5 saylı əlavələrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi 01 oktyabr 2020-ci il tarixədək uzadılıb. İşəgötürənin 01 oktyabr 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən 01 oktyabr 2020-ci il tarixdən xitam verilib. İşəgötürənin digər 18 no yabr 2020-ci il tarixli əmri ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 01 oktyabr 2020-ci il tarixli əmrə qismən dəyişiklik edilərək, əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülmüş Əmək Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, “tərəflərin qarşılıqlı razılığı ilə” sözləri, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (tərəflərin müəyyən etdikləri digər hallar ilə) ilə əvəz edilib. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbləri rədd edilib və bu hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəyə minib. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən ona 50.000 manat mənəvi zərər dəydiyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, ona orta aylıq əmək haqqının beş misli miqdarında müavinətin ödənilmədiyini iddia edir. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyini, bu hissədə iddiaçının tələblərinin artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə rədd edildiyini, iddiaçıya 50.000 manat məbləğində mənəvi zərər dəyməsinin mülki iş materialları ilə təsdiq edilmədidyini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə pensiya yaşına çatdığına görə öz təşəbbüsü ilə xitam verilmədiyi üçün ona orta aylıq əmək haqqının beş misli miqdarında işdən çıxma müavinətinin ödənilməli olmadığını göstərib, iddiaya etiraz edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə i şəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda da əmək müqaviləsinə xitam verilə bilər; 195-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə görə əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ə vəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl dir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, işdə cavabdehin təqsiri üzündən iddiaçıya 50.000 manat məbləğində mənəvi zərər dəyməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunsuz və əsassız olaraq xitam verilməsi və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, mülki iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı “mənəvi zərərə görə 50.000 manat pulu tələbini” rədd etməklə, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçının cavabdehə qarşı “orta aylıq əmək haqqının beş misli miqdarında müavinətin ödənilməsi” tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun bu tələbini rədd etməklə də düzgün nəticəyə gəlib. Belə ki, tərəflər arasında bağlanmış 14 avqust 2009-cu il tarixli əmək müqaviləsində “tərəflərin müəyyən etdiyi digər hallarda da” müqaviləyə xitam verilməsinin əsası kimi nəzərdə tutulub. X 22 aprel 2009-cu il tarixli əmr- qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli dəyişikliyə əsasən, işçi qanunvercilikdə müəyyən edilmiş pensiya yaşına çatdıqda bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli miqdarında işdən çıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. İşdən görünür ki, iddiaçı pensiya yaşına 30 aprel 2020-ci il tarixdə çatıb, lakin o, bir ay müddətində, yəni 30 may 2020-ci il tarixədək öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməyib. Əksinə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 oktyabr 2020-ci il tarixdən öz təşəbbüsü ilə deyil, Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən (tərəflərin müəyyən etdikləri digər hallara görə) xitam verilib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı müstəsna hal kimi orta aylıq əmək haqqının beş misli miqdarında işdən çıxma müavinəti almaq hüququnu da itirib. Belə olan halda iddiaçının kassasiya şikayətinin qeyd olunan dəlilləri də əsassız olduğundan rədd edilməlidir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərilən digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-1790/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5067/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5067/2022
15.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver