Məhkəmə qərarları › İş №2(102)-5068/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5068/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5068/2021 14.09.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, Cavabdeh1 nümayəndəsi və vəkili Cəfərov Cavid Novruz oğlunun kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Cəfərov Cavid Novruz oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan məhkəmə qəbzindən (səh.222) görünür ki, Cavabdeh1 ünvanına göndərilən Bakı Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli qətnaməsi 12.03.2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, kassasiya şikayəti 05.07.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Bu hal kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş iki aylıq prosessual müddətin ötürülməsinə dəlalət edir. İş materiallarında kassatorun nümayəndəsi və vəkilinin qətnaməni 04.05.2021-ci ildə alması barədə qəbz vardır. Bununla belə, apellyasiya məhkəməsi qeyd edilən prosessual müddətin hansı səbəbdən qətnamənin Cavabdeh1 çatdırıldığı tarixdən hesablanmadığına hüquqi qiymət verməmiş və şikayəti kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda, kassasiya şikayəti mümkün sayıla bilməz. Ona görə də, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli, yuxarıda göstərilən halın araşdırılmaqla şikayətin mümkünlüyünün yenidən müzakirə edilməsi və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Cavabdeh1 nümayəndəsi və vəkili Cəfərov Cavid Novruz oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Şik ayətin mümkünlüyünün yenidən müzakirə edilməsi və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar