Məhkəmə qərarları › İş №2(102)-5069/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5069/2021

22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5069/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlak tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3490/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları: 2006-cı ildə təsisçisi X1 olan "xxxx" MMC-yə Bakı şəhəri, N saylı məhəllədə yerləşən 0.2 hektar torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə icazə verilmişdir. Həmin dövrdə N eyni zamanda Cavabdeh2 MMC-nin direktoru olmuşdur. 25 may 2009-cu il tarixdə Cavabdeh2 MMC-nin direktoru K.Ə.Kazımzadə ilə İddiaçı arasında yuxarıda göstərilən ünvanda inşa edilən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50,82 kv.metr olan 1 otaqlı mənzilin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilədə mənzilin ümumi dəyərini təşkil edən 20.000 manatın 11.840 manatı MMC-yə ilkin ödəniş kimi müqavilə bağlanan zaman, qalan məbləğ isə 20 ay ərzində hər ay 453 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən mənzilə görə MM C-yə cəmi 11.840 manat ödənilmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. İddiaçı qalan borcu və payçıların ümumi yığıncağının qərarı ilə müəyyən olunmuş əlavə pul məbləğini ödəmədiyi üçün onunla bağlanmış müqavilə ləğv edilmiş və həmin mənzil evin inşasını davam etdirən "xxxx" MMC-nin direktoru X2 tərəfindən Cavabdeh3 satılmış və bu barədə onunla MMC arasında 23 avqust 2012-ci il tarixdə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin ona satıldıqdan sonra başqası ilə həmin mənzilə dair müqavilə bağlanmasını, Ə.Q.Cəfərovun cinayət məsuliyyətinə cəlb edildiyi iş üzrə onun zərərçəkmiş ki mi tanınmasını, mənzilə dair onun adına "xxxx" şirkəti tərəfindən mülkiyyət hüququ haqqında 19.06.2012-ci il tarixli çıxarışın verilməsinə baxmayaraq mənzilin ona təhvil verilməməsini və s. əsas göstərərək həmin mənzilin ona təhvil verilməsinə, mənzildən istifadəyə dair ona yaradılan maneələrin aradan qaldırılmasına və Cavabdeh3 ilə bağlanmış müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: İ.N.Abbasova) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3490/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(011)-149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydalar ı tətbiq edilir. Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanıl malıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilin razılaşdırılmış dəyəri olan 20.000 manatın 11.840 manatını MMC-yə ödəmiş, 8160 manatı isə ödəməməklə MMC-yə həmin məbləğdə borclu qalmışdır. Halbuki, mənzil tikintisi haqqında müqavilənin şərtinə görə (7-ci maddə) “alıcı” bütün ödənişləri müqavilədə göstərilən müddətdə və həcmdə həyata keçirməyə borcludur, əks halda, “satıcı” ödənilən məbləği “alıcıya” qaytarmaq şərti ilə onu alıcılar siyahısından xaric etmək və müqaviləni ləğv etmək hüququna malikdir. Müqavilə üzrə aldığı mənzilin dəyərini tam ödəməməsini və MMC-yə 8160 manat məbləğində borcunun qalmasını İddiaçı "xxxx" MMC-nin direktoru Ə.Q.Cəfərovun haqqında olan cinayət işi üzrə verdiyi ifadələrində təsdiq etm işdir. Göstərilən səbəbdən mübahisəli mənzilə dair iddiaçı ilə bağlanmış müqavilə ləğv edilmiş və həmin mənzilə dair müqavilə Cavabdeh3 ilə bağlanmışdır. Mənzil Cavabdeh3 təhvil verilmiş və onun tərəfindən təmir olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 452-ci maddələrinə əsaslanaraq iddianın rədd edilməsini qanuni və əsaslı hesab etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kolleg iya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3490/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar