Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5070/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-545/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 09 oktyabr 2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik istifadə dərəcəsi 24 faiz olmaqla 6 ay müddətinə 156.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi ona məxsus olan N saylı evin 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadı ilə İddiaçı ASC-nin əvvəlki ləğvedicisinin fəaliyyətinə xitam verilərək Əmanətlərin Sığortalanması Fondu Bankın Ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya mə hkəməsində icraat 2018-ci ilin iyul ayında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca təmin etməməsi səbəbindən 09 aprel 2016cı il tarixə banka cəmi 195.037 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus mənzilə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh əsas borca görə 156.000 ABŞ dolları, faiz borcuna görə 18.720 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən 31 may 2018-ci il tarixədək 5 f aizlik borca görə 16.684 ABŞ dollarının bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 52.000 mant məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bankın iddia tələbində əsas borcun və faiz borcunun şişirdilməklə hesablanmasını, müqavilənin müddətinin bitdikdən sonra faiz və cərimələrin hesablanmasının qanunsuz olmasını, ekspert rəyində borcun məbləğinin əsaslandırılmadan müəyyən olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(103)-545/2021 saylı, 26 may 2021ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Məhərrəmova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-34/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraa tı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-c i maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər 09 oktyabr 2015-ci il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Cavabdeh müqavilədən göründüyü kimi, krediti altı ay müddətində banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin Cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək borcun müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılm asını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin olunmuş və Məhkəm ə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli rəydən görünür ki, 09 aprel 2016-cı il tarixə cavabdehin banka olan borcu əsas borc üzrə 156.000 ABŞ dolları, faiz borcu üzrə 18.720 ABŞ dolları, cəmi 174.720 ABŞ dolları təşkil edir. Cavabdeh ekspertin həmin rəyi ilə razılaşmayıb borcun məbləğinin şişirdilməklə müəyyən olunmasını iddia etsə də, məhkəməyə həmin rəyi təkzib edən heç bir sübut təqdim etməmiş, banka hansı məbləğdə borcunun qalmasını göstərməmişdir. Məhkəmə tərəfindən qət olunmuş borcun məbləğinin düzgün müəyyən olunmaması və həmin məbləğin düzgünlüyünü şübhə altına alan sübutlar olmadığından, kollegiya cavabdehin borcunun məbləğinin düzgün müəyyən olunmaması barədə dəlilini əsassız sayır. İşdən görünür ki, cavabdehə məxsus mənzil onun kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Borcun qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, kollegiya hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi qanuni olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiya sı məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələbinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-545/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5070/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5070/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver