Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5074/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun iştirakı ilə, cavabdeh X11 qızının Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(076)-2313/2017 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddianınqismən təmin edilməsi, Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş X11 qızından iddiaçıya məxsus olan, dəyəri 2500 manat olan briliyant qaşlı sırğa-üzük dəstindən, dəyəri 1 500 manat olan 1 ədəd briliyant qaşlı qızıl üzükdən, dəyəri 200 manat olan 1 ədəd qızıl üzükdən, dəyəri 250 manat olan 1 ədəd qızıl üzükdən, dəyəri 450 manat olan 15 qramlıq klonlu boyunbağıdan, dəyəri 300 manat olan 10 qramlıq 1 ədəd qolbağdan ibarət qızıl-zinət əşyalarının natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin müştərək qaydada alınıb İddiaçı Salman qızına verilməsi, cavabdehlər Cavabdeh1, X6 və cavabdeh qismində cəlb edilmiş X11 qızından 320 manat olan 1 dəst nahar servisi, dəyəri 150 manat olan aluminium rəngli serviz, dəyəri 150 manat olan 1 ədəd tozsoran, dəyəri 180 manat olan ətçəkən maşın, dəyəri 350 manat olan şirəçəkən, dəyəri 25 manat olan 1 ədəd mikser, dəyəri 150 manat olan samovar, dəyəri 180 manat olan üç gözlü, üstü şüşəli mebel r əngdə qaşıq dəsti, dəyəri 23 manat olan qaşıq dəsti, dəyəri 14 manat olan taxta qaşıq dəsti, dəyəri 30 manat olan narsıxan, qozqıran, sarımsaq əzən, banka açan, dəyəri 25 manat olan şəkər tozu və ədviyyat qab dəsti, dəyəri 6 manat olan duz qabı, dəyəri 35 manat olan xəkəndaz, döşəməsilən vedrə ilə birlikdə, dəyəri 30 manat olan ütü, dəyəri 75 manat olan ütü evrolux markalı, dəyəri 150 manat olan çilçıraq, dəyəri 40 manat olan fen, dəyəri 250 manat olan döşək, dəyəri 160 manat olan 3 ədəd tək döşək, dəyəri 200 manat olan 8 ədəd balınc, dəyəri 80 manat olan 2 ədəd balınc, dəyəri 60 manat olan 6 ədəd döşəkçə, dəyəri 150 manat olan 1 ədəd yorğan, dəyəri 840 manat olan yorğan üzü, döşək üzü, balınc üzünün hazırlanmasına çəkilən xərc, dəyəri 100 manat olan 4 ədəd buxovu adyal, dəyəri 250 manat o lan gəlincik, dəyəri 700 manat olan 2 ədəd gəvə, dəyəri 200 manat olan 2 ədəd sadə gəvə, dəyəri 300 manat olan çay servizi, 6-6 olan ağ qaşlı çay servizi, dəyəri 80 manat olan mikrodalğalı soba, dəyəri 400 manat olan paltaryuyan maşın (7 kq), dəyəri 420 manat soyuducu Dnepr, dəyəri 350 manat televizor, dəyəri 40 manat olan divar saatı, dəyəri 6 manat olan 12 ədəd stəkan dəsmalı, dəyəri 12 manat 12 ədəd üz dəsmalı, dəyəri 24 manat olan 12 ədəd bədən dəsmalı, dəyəri 180 manat olan 2 ədəd Aura qazan dəsti, dəyəri 100 manat olan 2 ədəd şirəli qazan dəsti, dəyəri 100 manat olan l ədəd böyük kristal meyvə qabı, dəyəri 30 manat olan 1 ədəd qırmızı meyvə qabı, cəmi dəyəri 120 manat olan 3 ədəd sarı zərli meyvə qabı, 3 ədəd sarı zərli konfet qabı, dəyəri 27 manat olan 3 ədəd sarı zərli qənd qabı, 2 ədəd mürəbbə qabı, dəyəri 50 manat olan 3 dəst bakal, biri ağ, biri rəngli, dəyəri 30 manat olan 12 ədəd araq rumkası, dəyəri 40 manat olan 12 ədəd kristal çay stəkanı, dəyəri 50 manat olan 1 ədəd kristal gül qabı, dəyəri 25 manat olan 1 ədəd künc üçün böyük gül qabı içində 3 ədəd gül, dəyəri 20 manat olan suşilka, dəyəri 10 manat olan 2 ədəd çörək qabı, dəyəri 50 manat olan 1 ədəd krista gül qabı, cəmi dəyəri 75 manat olan 3 ədəd kristal meyvə qabı, 3 ədəd mürəbbə qabı çamadanda, dəyəri 25 manat olan 12 ədəd xrustal razetka, dəyəri 15 manat olan l ədəd göy doğrayan, cəmi dəyəri 10 manat olan l ədəd qazan altı və 1 ədəd çaynik altı, dəyəri 25 manat olan 1 ədəd süfrə, dəyəri 64 manat olan 4 ədəd şirəli vedrə, dəyəri 15 manat olan 1 ədəd ayaqqabı yığılan, dəyəri 15 manat olan 1 ədəd karto f və soğan yığılan qab, dəyəri 5 manat olan 1 ədəd kauçuk ləyən, dəyəri 20 manat olan 1 ədəd tefal markalı elektrik çayniki, 1 ədəd krafinka və 6 ədəd rumka, dəyəri 20 manat olan 1 ədəd padnos dəsti və 3 ədəd dəsmal, dəyəri 10 manat 2 ədəd üçmərtəbəli şirniyyat tort qabı, dəyəri 210 manat olan 2 ədəd tülü ilə birlikdə kapsella markalı pərdə, dəyəri 40 manat olan 2 ədəd qarniz və 6 ədəd böyük boşqabdan ibarət cehiz əşyaları natura şəklində, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb İddiaçı Salman qızına verilməsi, iddia tələbinin qızıl-zinət əşyalarına aid hissəsinin cavabdeh X4 münasibətdə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(104)-694/2019 saylı qətnaməsi ilə (hakimlər: L.Süleymanov, İ.Şəfiyev və A.Bayramov) Şəmkir Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 2(076)-2313/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X11 qızı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(104)-694/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Salman qızı cavabdehlər Cavabdeh1 oğlu, X6 və X11 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz və qızıl-zinət əşyalarının özünün və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la 19.10.2013-cü il tarixdə el adəti üzrə toy edərək ailə qurmuş, nikahlarını isə 15. 11.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra bir müddət münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşməyə başlamışdır. Ona görə də, 2015-ci ilin aprel ayında ayrılmışlar. Lakin ona məxsus cehiz əşyalarının bir hissəsi Cavabdeh1, bir hissəsi isə digər cavabdeh Şövkət İbrahimovanın evində qalmışdır. Cavabdehlərdən dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona məxsus olan və iddia ərizəsində göstərdiyi cehiz əşyalarını könüllü qaytarmaqdan imtina etmişlər. Sonuncu dəfə o, Cavabdeh1la əlaqə saxlayanda, cavabdeh cehiz əşyalarının bir hissəsinin Şəmkir rayonunun Düyərli kəndində yaşayan xalası, X3 evində olduğunu bildirmişdir. Qızıl əşyalarının isə lombarda girov qoyulduğunu demişdir. Cavabdeh x3 digər cavabdehlərin heç bir məsuliyyətinin olmamasına dair də lil sürməsinin və onları münasibətdə iddianın rədd olunmasını xahiş etməkdə məqsədi odur ki, özü azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və o, qətnamənin icrasından həmin cavabdehləri yayındırmaq istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X11 qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019cu il tarixli, 2(104)-694/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı Salman qızı məhkəmə iclasınd a vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, h əm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, İddia çı Salman qızı ilə Cavabdeh1 19.10.2013cü il tarixdə el adəti ilə, 15.11.2014-cü il tarixdə isə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 02.03.2015-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. O, Cavabdeh1 Bakı şəhərində ailəsinin yaşadığı mənzilə gəlin köçmüş və cehiz əşyalarını da oraya aparmışdır. İddiaçıya toy və nişan zamanı qızıl əşyaları hədiyyə edilmişdir. İddiaçı müxtəlif vaxtlarda atası evində və ər evində qalmışdır. Nəticədə, 2015-ci ilin yayında cavabdeh qismində cəlb edilmiş x3 həbs edildikdən sonra iddiaçı atası evində yaşamaq məcburiyyətində qalmışdır. Ondan sonra iddiaçı bir daha geri qayıtmamışdır. İddiaçıya məxsus cehiz əşyaları isə Cavabdeh1 yaşadığı evdə qalmışdır. Lakin sonradan Cavabdeh1 iddiaçıya məxsus cehiz əşyalarının bir hissəsini Şəmkir rayon unun Düyərli kəndində yaşayan xalası, iş üzrə cavabdeh X3 evinə yığmışdır. İddiaçıya məxsus qızıl əşyaları isə cavabdeh qismində cəlb edilmiş Roza İbrahimova tərəfindən Lombarda girov qoyulmuşdur. Bir ədəd boyunbağını isə Cavabdeh1 girov qoyub pul götürmüşdür. Sonradan cavabdehlər pulu ödəmədikləri üçün iddiaçıya məxsus qızıl əşyaları satılmışdır. Ondan sonra da iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri pozulmuşdur. Mübahisə tərəfləri bu halların mövcudluğunu mübahisəsiz qəbul etmişdir. Bundan başqa, cavabdeh X11 qızı işin qeyd edilən faktiki hallarını mübahisələndirməmiş, qətnamənin ona münasibətdə qanuniliyini qəbul etmiş və yalnız xahiş etmişdir ki, iddia tələbi digər cavabdehlər olan Cavabdeh1 oğluna və X4 münasibətdə rədd edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavab dehlər Cavabdeh1 oğlu və X1 Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsini onlara münasibətdə mübahisələndirməmişlər ki, bu da həmin qətnamə ilə razılaşdıqlarına dəlalət edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X11 qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5074/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5074/2019
01.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver