Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5078/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X5 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Cəmiyyəti) QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X5 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Cəmiyyəti) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə, "xxxx" QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli və xx.xx.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətinə əsasən kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-198019-16 nömrəli, xx.xx.202 1-ci il tarixli sifariş məktubu və Bakı Kommersiya Məhkəməsinin 2-2(81)1188/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, hərracda ******* manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) və xx.xx.2021-ci il 11:00-17:00-dək (növbəlilik əsasında) tarixdə keçiriləcəyi bildirilmişdir 2. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə bağlı hərracın keçirilməsi tari xləri barədə elanlar verilmişdir.
3. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019*010 nömrəli. xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Baksol ərazisi Binəqədi şossesi 1-ci küçə 3-cü döngə 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksinin açıq hərracda satılmasına dair “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra Şöbəsinə hazırkı günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun surətinin İddiaçı təqdim edilməsi mümkünsüzdür.
4. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" MMC-y ə, "xxxx" QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 01/2733 nömrəli təklifin surətinə əsasən Binəqədi rayon icra şöbəsinin № xx/xx-198019-16 $pylı xx.xx.2021 -ci il tarixli sifariş məktubu əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi. Binəqədi şossesi 1-ci küçə, 3cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399 3 kv.m olan əmlak kompleksi kimi müəssisənin təkrar hərracının baş tutmaması barədə “Biıja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 975375 (doqquz yüz yetmiş beş min üç yüz yetmiş beş) manat ol maqla ipoteka saxlayana təklif olunur, “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetim əldə etdiyi halda AR Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.
5. Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən Binəqədi rayon icra şöbəsinin xx/xx-198019-6 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu üzrə X6 təqdim olunmuş hərrac təşkilatının 2733 saylı məktubunda operator tərəfindən texniki səhvə yol verilərək xx.xx.2021-ci il tarixləri qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X10 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)-1188/2019 saylı iş üzrə mübahisə sülh yolu ilə həll edilmişdir. Belə ki, X10 və “AYSEL KO" MMC ilə “Accessbank" QSC arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən borclu X1 göstərilən məbləği sazişin 5-ci bəndində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bütün dünyada, həmçinin də Azərbaycan Respublikası ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması və ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydaları Borclunun barışıq sazişi üzrə ödənişlərini vaxtında icra edə bilməsində problemlər yaratmışdır. İcra məmuru isə qüvvədə olan barışıq sazişini və işin faktiki hallarını nəzərə almayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(81)-1188/2019-010 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar") qəbul etmişdir. Həmin Qərara əsasə n Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibatilqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-010 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar") qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. İcra məmuru “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 61.2-ci maddəsinə əsasən borclu X6 (burdan sonra “İddiaçı") məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi, İ -ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi s ahəsi 6399.3 kv.m. olan əmlak kompleksinin açıq hərracda satılması üçün sifariş məktubu tərtib edərək Respublika Xammal və Əmtəə Birjasının “Külək’“ MMC-nə (bundan sonra “Cavabdeh") göndərmişdir. Hərrac təşkilatçısı olan Cavabdeh xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir. xx.xx.2021-ci il tarixli 01/2392 saylı hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklifi Binəqədi rayon İcra şöbəsinə və "xxxx" QSC-nə göndərmişdir. İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi xx/xx-198019-16 nömrəli xx.xx.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun iddiaçıya təqdim edilməsi mümkünsüzdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, hərrac Cavabdeh tərəfindən qanunsuz olaraq keçirilmişdir.
8. Daha sonra iddiaçı X10 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümum i sahəsi 6399.3 kv.m. olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddiasının əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 1) Qeyd edir ki, hərracın keçirilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya v asitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərr acın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun tələbindən göründüyü kimi hərracın keçirilməsi ilə bağlı elan və bildiriş hərrac gününə ən geci 20 təqvim günü qalmış verilməlidir. İş materiallarına əsasən hərrac təşkilatçısı olan Cavabdeh xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də iddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. 2) Eyni pozuntu təkrar hərracın keçirilməsində də baş vermişdir. Belə ki, Cavabd eh xx.xx.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. 3) Cavabdeh tərəfindən əsas pozuntu isə bundan sonra baş vermişdir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklif Binəqədi rayon İcra şöbəsinə, İddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Bunu təsdiq edən sənədlər aşağıdakılardır və bütün bu sənədlər Cavabdehin özü tərəfindən Məhkəməyə təqdim edilmişdir: FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur; Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan; Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif. Bütün bu sübutların mövcud olmasına baxmayaraq, Cavabdeh Məhkəməyə xx.xx.2021-ci il tarixli a/4953 saylı məktub təqdim edərək bildirir ki, guya adıçəkilən Təklifdə texniki səhvə yol verilərək xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kuryer qəbzi və “Birja yenilikləri” qəzetindəki elan həmin Təklifdəki tarixin səhv olmadığını və Cavabdehin qeyd edilən məktub ilə Məhkəm əni aldatmaq istədiyi açıq-aşkardır. 4) Həmçinin, İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68198019-16 nömrəli xx.xx.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür.
9. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxx x" QSC-nin nümayəndəsi X7 hazırda mübahisəli əmlakın bank tərəfindən əldə edilərək, çıxarış almasını, bankın onsuzda kifayət qədər ziyana məruz qalmasını, iddiaçı tərəfindən hazırki iddianın öhdəliklərin icrasından yayınmaq üçün qaldırılmasını bildirərək, iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Bakı şəhər Nərimanov rayon məhkəməsinin (X3) 2(005)-3554/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak ko mpleksi Bakı Kommersiya Məhkəməsinin 2- 2(81)-1188/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-198019-16 nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 975375 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda s atılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" QSC-yə təklif olunmuşdur.
15. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3- cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.
16. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi əmlak kompleksi ilə bağlı hərrac təşkilatçısının hərra cın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur.
17. Eyni zamanda iddiaçının “cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklif Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərildiyi halda cavabdeh xx.xx.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın k eçirilməsinə dair Bildiriş №2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir”, “Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol təqdim edilməmişdir” dəlillərinə münasibətdə məhkəmə bildirir ki, formal əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
18. Məhkəmə bu qənaətə gələrkən, iş üzrə üçüncü şəxs olan bankın haqlı mənafelərinin qorunması, habelə iddiaçının hərracda iştirak edərək əmlakı əldə etmək üçün hər hansı real hərəkətinin olmasının sübut edəcək dəlillərinin olmamasını nəzərə almışdır, eyni zamanda iddiaçının bildirişdəki texniki səhvi əsas götürə rək, sırf bu səbəbdən iş üzrə üçüncü şəxsin mülkiyyətində olan əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbi prosessual norma baxımından üçüncü şəxslərə qarşı yönəldilə bilməzdi. Belə ki, iddianın mümkün təmin edilməsi halında iş üzrə üçüncü şəxsə verilmiş çıxarış ləğv ediləcəkdir. Bundan başqa ədalətlilik prinsipi baxımından da məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia irəli sürərək bank qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsindən yayınmaq üçün hərracı mübahisələndirməsi formal, məsuliyyətdən yayınmaq üçün atılmış addımdır. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur.
19. Əlavə o laraq məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 11 tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir.
20. Məhkəmə öz mövqeyini əsaslandırarkən poteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 53.1, 53.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı şəhər Nərimanov rayon məhkəməsinin (X3) 2(005)-3554/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərim anov rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
22. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416; Mülki Prosesual Məcəllənin 76, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)-1188/2019 saylı iş üzrə mübahisə sülh yolu ilə həll edilmiş, X10 və “AYSEL KO’MMC ilə "xxxx" QSC arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən borclu X2 göstərilən məbləği sazişin 5-ci bəndində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə göt ürmüşdür. Lakin, bütün dünyada, həmçinin də Azərbaycan Respublikası ərazisində koronovirus (COVİD19) infeksiyasının yayılması və ölkə ərazisində tətbiq edilə xüsusi karantin rejimi qaydaları Borclunun barışıq sazişi üzrə ödənişlərini vaxtında icra edə bilməsində problemlər yaratmışdır. İcra məmuru isə qüvvədə olan barışıq sazişini və işin faktiki hallarını nəzərə almayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-01C saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərarı (bundan sonra “Qərar”) qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərar alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(8 1)-1188/2019-010 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiy şöbəsi xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar”) qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 61.2-ci maddəsinə əsasən borclu X6 (bundan sonra ‘İddiaçı”) məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi, 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksinin açıq hərracda satılması üçün sifariş məktubu tərtib edərək Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC -nə (bundan sonra “Cavabdeh’) göndərmişdir. Hərrac təşkilatçısı olan Cavabdeh xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir. xx.xx.2021-ci il tarixli 01/2392 saylı hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir.Cavabdeh xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklifi Binəqədi rayon İcra şöbəsinə və "xxxx" QSC-nə göndərmişdir. İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir.Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sor ğu vermiş, Binəqədi rayon İcra şöbəsi xx/xx-198019-16 nömrəli xx.xx.2021-ci i tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür.Yuxarıda qeyd olunanları nəzərə alaraq, hərrac Cavabdeh tərəfindən qanunsuz olaraq keçirilmişdir. Hərracın keçirilməsi qaydası “İpoteka haqqında” AzərbaycanRespublikasının Qanunu (“Qanun”) ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoya na sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun tələbindən göründüyü kimi hə rracın keçirilməsi ilə bağlı elan və bildiriş hərrac gününə ən geci 20 təqvim günü qalmış verilməlidir. İş materiallarına əsasən hərrac təşkilatçısı olan Cavabdeh xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də ddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən əsas pozuntu isə bundan sonra baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif Cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəs inə, İddiaçıya və "xxxx" QSC-nə xx.xx.2021-ci ildə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, Cavabdeh artıq təkrar hərracın baş tutmayacağını bilmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmişdir. Bunu təsdiq edən sənədlər aşağıdakılardır və bütün bu sənədlər Cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir: • FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur; • Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan; Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021- ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif. Bütün bu sübutların mövcud olmasına baxmayaraq, Cavabdeh məhkə məyə xx.xx.2021-ci il tarixli a/4953 saylı məktub təqdim edərək bildirir ki, guya adıçəkilən Təklifdə texniki səhvə yol verilərək xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Halbuki, yuxarıda qeyd edilən kuryer qəbzi və “Birja yenilikləri” qəzetindəki elan həmin Təklifdəki tarixin səhv olmadığını və Cavabdehin qeyd edilən məktub ilə məhkəməni aldatmaq istədiyi açıq- aşkardır. Həmçinin, İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi xx/xx-198019-16 nömrəli xx.xx.2021ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3- cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. Eyni pozuntu təkrar hərracın keçirilməsində də baş vermişdir. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş № 2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az mü ddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. Məhkəmə qətnamədə iki hissədə qeyd edir ki: 1) “bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi əmlak kompleksi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş” (Qətnamə, səhifə 6, sonuncu abzas); 2) “Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlara və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur” (Qətnamə, səhifə 7, 3-cü abzas) Bakı Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmaq istəyirik ki, Belə bir hal olmayıb və iddiaçının nümayəndəsi bu cür izahat verməyib. Bununla bağlı, nə ilkin iddia ərizəsində, nə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə, nə də ki məhkəmə iclaslarındakı çıxışlarda onlar, yəni iddiaçı və nümayəndəsi heç yerdə qeyd etməmişlər ki, hərracların keçirilməsi barədə məlumatsız olmuşlar. İddia tələbinin əsasını başqa nüanslar təşkil etdiyi halda, məhkəmənin olmayan məsələlərə qiymət verməsi bir daha göstərir ki, məhkəmə işə düzgün baxmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş, qətnamə isə analoji işlər üzrə olan qətnamələrdən köçürülmüşdür. Göründüyü kimi, məhkəmə MPM-in sad alanan normalarının tələblərini pozmuşdur.
23. İddiaçı X5 nümayəndəsi Vəkil1 ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəfindən hazırki mübahisə üzrə hərrac keçirilən vaxtı edilmiş pozuntular: xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş N°1 əsasən xx.xx.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, hərracın keçirilməsi gününə (xx.xx.2021) 20 təqvim günündən az vaxt qalmış Cavabdeh elan yerləşdirmiş və İddiaçıya bildiriş göndərmişdir (xx.xx.2021). Bundan başqa, Cavabdeh özünün rəsmi internet saytında (www.birjanews.az) bununla bağlı məlumat dərc etməmişdir. xx.xx.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 əsasən xx.xx.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, hərracın keçirilməsi gününə (xx.xx.2021) 20 təqvim günündən az vaxt qalmış Cavabdeh elan yerləşdirmiş və İddiaçıya bildiriş göndərmişdir (xx.xx.2021). Bundan başqa, Cavabdeh özünün rəsmi internet saytında (www.birjanews.az) bununla bağlı məlumat dərc etməmişdir. Ümumiyyətlə, www.birjanews.az adlı internet səhifəsi fəaliyyət göstərmir. Cavabdeh tərəfindən hərracın keçirilməsi barədə məlumat yerləşdirilmiş “Birja yenilikləri” qəzeti kütləvi informasiya vasitəsi hesab edilir mi? Birincisi, həmin qəzetin də rəsmi internet səhifəsi www.birjanews.az internet saytıdır və yuxarıda da qeyd etdiyimiz kimi həmin sayt fəaliyyət göstərmir. İkincisi, həmin qəzet hansı köşklərdə və s. bu kimi yerlərdə satılması qeyrimüəyyəndir.Həmin qəzeti Bakı şəhərində yerləşən bir neçə köşklərdə axtarılmasına baxmayaraq, tapa bilməmişlər. xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, cavabdeh artıq təkrar hərracın baş tutmayacağını bilmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmişdir: • FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur; Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif.6 Hərrac baş tutmamış elan edikdən sonra cavabdeh təklif ilə Banka müraciət etməli, həmin təklifə 30 təqvim günü ərzində Bank tərəfindən müsbət cavab verilərsə, Cavabdeh (hərrac təşkilatı) ilə Bank arasında hərracın yekunları barədə protokol imzalanmalı idi. Həmin protokol müqavilə qüvvəsinə malik olur və müvafiq dövlət orqanı həmin protokol əsasında daşınmaz əmlakın dövlət reyestrinə məlumatları daxil edir. Həmin protokol nə İddiaçıya, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, nə də Məhkəməyə bugünədək təqdim edilməmişdir. İş materiallarında həmin protokol mövcud de yildir. İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi xx/xx-19801916 nömrəli xx.xx.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür. Cavabdeh tərəfindən pozulmuş qanunvericilik normaları: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 43 və 44-cü maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415 və 416 maddələri; Həmin tarixdə qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 nümayəndəsi Vəkil1 apellyaiya şikayətini müdafiə edərək, h ərrac təşkilatının bildirişdə xx.xx.2021-ci il tarixində hərrac keçiriləcəyini qeyd etdiyini, birinci hərrac baş tutmadığından ikinci hərracın xx.xx.2021-ci il tarixində olacağı qeyd edilsə də xx.xx.2021-ci il tarixində hərraca çıxarılan əmlakı tələbkara təklif etdiyini, tələbkara göndərilmiş təklif məktubunun xx.xx.2021-ci il tarixində tərtib edildiyinin göründüyünü, həmin məktubunun kuryer vasitəsilə həm iddiaçıya, həm də cavabdehə təqdim edildiyini, eyni zamanda xx.xx.2021-ci il tarixli “Birja” qəzetində hərracın baş tutmamasının qeyd edildiyini, hərrac təşkilatının xx.xx.2021-ci il tarixini qeyd etməsinin texniki səhv olunduğunu bildiriyini, lakin həmin tarixli qəzetdə də xx.xx.2021-ci il tarixli olduğunu, birinci instansiya məhkəməsinin iclası zamanı bankın pulun ödənilməsi şərti ilə barışığa razı olduqlarını bildirdiyini, “Birja” qəzetlərinin satışı ilə bağlı bir neçə köşkə baxdıqlarını, lakin heç birində qəzetin satışının müəyyən edilmədiyini, eyni zamanda “Birja” saytının da fəaliyyət göstərmədiyini, belə olduğu halda “Birja” qəzetinin ümumiyyətlə əhəmiyyətinin olmadığını, hərracın yekunları barədə protokolun əldə edilməsi üçün hərrac mərkəzinə müraciət edildiyini, lakin protokolun onlara verilmədiyini, icra şöbəsinin məktubunda da hərracın yekun protokolunun icra şöbəsində olmadığının bildirildiyini bildirmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC-nin nümayəndəsi X7 apellyasiya ikayətini qəbul etməyərək, iddiaçının hərrac barədə məlumatlı olduğunu, hərracın vaxtında keçirildiyini, ikinci hərr acın keçirildiyini, hərracın vaxtı ilə bağlı texniki səhvə yol verildiyini, hərracın yekun protoklunun mövcud olduğunu, əmlakın hal-hazırda bankın mülkiyyətində olduğunu, əmlakın bank tərəfindən satılmadığını, əmlakın alğı-satqısı barədə müqavilə bağlanan zaman hərrac protoklunun mövcud oluğunu bildirmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X14 və X13) 2(103)-3316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı X5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Accessbank” QSC cəlb edilməklə) cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC-yə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1 -ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 m2 olan əmlak kompleksi ilə əlaqədar Respublika Xammal və Əmtəə Birjasının "Külək” MMC tərəfindən xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərrac və hərracın nəticələri etibarsız hesab edilmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə müzakirə edən məhkəmə kollegiyası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, 53.2, 61, 62; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3946; Mülki Məcəllənin 139-140, 144, 146, 152-158, 414-416; Mülki Prosessual Məcəllənin 76-82, 106, 119, 217.4, 220.5, 372, 385 - 390-cı maddə lərinə istinadən hesab etmişdir ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac (keçirilmə qaydası) üzrə işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş N°1 əsasən xx.xx.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və hərracın keçirilməsi gününə 20 təqvim günündən az vaxt qalmış həmin tarixdə də iddiaçıya bildiriş göndərilmiş, rəsmi internet saytında bununla bağlı məlumat dərc etməmişdir. xx.xx.2021ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 əsasən xx.xx.2021-ci il tarixə hərrac təyin edilmişdir. Həmin hərrac barədə “Birja yen ilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və hərracın keçirilməsi gününə 20 təqvim günündən az vaxt qalmış həmin tarixdə də iddiaçıya bildiriş göndərilmiş, rəsmi internet saytında bununla bağlı məlumat dərc etməmişdir. xx.xx.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Yəni, təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, cavabdeh artıq təkrar hərracın baş tutmadığını elan etmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmiş. Protokol nə İddiaçıya, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, nə də Məhkəməyə təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı məlum olmuşdur ki, ipoteka predmeti xx.xx.2021ci il tari xdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə Banka satılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsi təkrar hərracda, Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə), hərracın digər səbəblərə görə baş tutmamış elan edildiyini nəzərdə tutur. Cavabdeh tərəfindən isə təkrar hərracın keşirilməsini müəyən edən sübutlar təqdim edilməmiş və bu sübutun mümkünlüyü ümumiyyətlə istisna edilmişdir. Belə ki, təkrar hərracın keşirilməsinə 2 gün qalmış artıq onun baş tutmadığı elan edilərək həmin gün də ipoteka saxlayana təklif edilmişdir.
28. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdehin (həracın təşkilatçısı) hərracın keçirilməsi zamanı İpoteka ha qqında Qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaları pozması onun özünün təqdim etdiyi sübutlarla təsdiq edilmiş, bu zaman qanunla (məcəllə ilə) müəyyən edilən müddətlərə riayyət edilmədiyi və təkrar hərrac keçirilmədən ipoteka predmeti birbaşa təklif edilməklə ipoteka saxlayana satılması öz təsdiqini tapmışdır. xx.xx.2021-ci il tarixdə daxil olmuş sifarişin ilk həracın keçirildiyi xx.xx.2021-ci il tarixdən əmlakın satıldığı xx.xx.2021-ci il tarixədək bütövlükdə 34 gün müddət ötmüşdür. Halbuki qanunvericiliyə əsasən bir hərrac üzrə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməlidir (göndərilməlidir).
29. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 414, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 44-cü maddələri nə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Cəmiyyəti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi qanuni əsaslarla keçirilmiş hərracın nəticələrini etibarsız hesab edərkən Mülki Məcəlləsinin140 və 152-ci maddələrinin tələblərini nəzərə almamış, nəticədə mülkiyyətçi bankın əmlak mənafeləri pozulmuşdur.
32. Kassator qeyd etmişdir ki, AccessBank QSC tərəfindən ipoteka predmeti olan əmlak qanu ni əsaslarla keçirilmiş hərrac nəticəsində əldə edilmiş və borcun əvəzində mülkiyyətinə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin işi düzgün şəkildə araşdırmaması, sübutlara düzgün hüquqi qiymət verməməsi səbəbindən bank mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur.
33. Kassator daha sonra bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Hərrac mərkəzi tərəfindən birinci hərracxx.xx.2021-ci il tarixə, ikinci hərrac isə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara vaxtında və lazımi qaydada müvafiq bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində,həmçinin www.birjanews.azinternet saytında elanlar vermişdir. İpoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunda tələbkar"xxxx" QSC-yə təklif olunmuş, tələbkar isə qanunla müəyyən edilm iş müddətdə həmin təklifi qəbul etməsi barədə hərrac mərkəzinə rəsmi cavab məktubu təqdim etmişdir. İpoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Baksol ərazisi Binəqədi şossesi 1-ci küçə 3-cü döngə 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 6399.3 m olan əmlak kompleksi kimi müəssisə“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62ci maddələrinin,“İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414 və 415-ci maddələrinin tələblərinə uyğun olaraq bankın mülkiyyətinə götürülmüşdür.
34. Kassator bildirmişdir ki, Borclular hərracın keçirilməsinin yeri və vaxtı barəsində vaxtında və lazımi qaydada məlumatlandırılsalar da hərraclarda iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə m əlumat verməmişlər. Belə ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrəborclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, hərracın iştirakçısı olmadığından nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli məktubla tələbkar "xxxx" QSC-yə təklif olunmuşdur. Həmin məktub banka xx.xx.2021-ci il tarixdə daxil olmuş, bank tərəfindən xx.xx.2021-ci il tarixdə təklifə cavab verilərək əmlakın borcun əvəzində yəni 975375 manat məbləğinə qəbul edilməsinə bankın razılığı bildirilmişdir. Apellyasiya Məhkəməsi öz qətnaməsində xx.xx.2021-ciil tarixdə daxil olmuş sifarişin ilk hərracın keçirildiyi xx.xx.2021-ci il tarixdən əmlakın satıldığı xx.xx.2021-ci il tarixəd ək 34 gün müddətin keçdiyini qeyd etmişdir Halbuki əmlak tələbkar bankaxx.xx.2021-ci il tarixdə təklif edilmiş və həmin tarixdən 30 gün müddətində bankın təklifi cavablandırmaq hüququ mövcud olmuşdur.
35. Kassator qeyd etmişdir ki, İpoteka haqqında Qanunun 43.2-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. İkinci hərracxx.xx.2021-ci il tarixdə keçirilmiş lakin alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Bununla bağlı hərrac mərkəzi tərəfindən elan dərc edilmiş və 3 gün müddətində yəni xx.xx.2021-ci il tarixdə əmlak ipoteka saxlayana banka təklif ed ilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edildiyikimi və şikayətin təmin edilməsinin əsas halı olan bildirişin borclulara göndərilməməsi, ipoteka qoyanın hərrac barədə xəbərinin olmaması, hərracın vaxtında keçirilməməsi, hərracın formal xarakter daşıması, hərrac keçirilərkən prosessual müddətlərə riayət olunmaması halları mövcud olmamışdır. Hərrac Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış və iş materiallarında mövcud olan xx.xx.2021- ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon icra şöbəsinin xx/xx-198019-6saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu üzrə X6 təqdim olunmuşhərrac təşkilatının 2733 saylı məktubunda operator tərəfindən texniki səhvə yol verilərək operator tərəfindən texniki səhvə yol verilərək xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur. Xü susilə qeyd edilməlidir ki, icra sənədi icraya yönəldilən vaxtdan borclu ipotekaqoyan "xxxx" QSCilə borcun ödənilməsi barədə razılığa gəlməyə cəhdlər etmiş, hərraclarda olan vəziyyətlə bağlı və hərracın keçirilməsi ilə bağlı məlumatlı olmuşdur.
36. Kassator daha sonra bildirmişdir ki, Apellyasiya instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsində baxılan işüçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticələr onda şərh edilməmişdir. Həmçinin qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Birinci instansiya mə hkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar ətraflı şəkildə araşdırılmış, qiymətləndirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı bir pozuntuyayol verilməmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi qətnaməni yalnız formal mülahizələrə görə ləğv etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı X10 üçüncü şəxs "xxxx" QSC-in kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair bildiriş №1 göndərərək xx.xx.2021-ci il tarixə hərrac təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də iddiaçıya bildiriş göndərilmişdir. Yəni, qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və iddiaçıya bildiriş göndərilmişdir. Eyni pozuntu təkrar hərracın keçirilməsində də baş vermişdir. Belə ki xx.xx.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair bildiriş №2 göndərərək xx.xx.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixə də iddiaçıya bildiriş göndərilmişdir. Yəni, qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və iddiaçıya bildiriş göndərilmişdir.
38. İddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən əsas pozuntu isə bundan sonra baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif cavabdeh tərəfindən Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və Accessbank QSCyə xx.xx.2021-ci ildə göndərilmişdir. Yəni təkrar hərracın keçirilməsinə hələ 2 gün qalmış, cavabdeh artıq təkrar hərracın baş tutmayacağını bilmiş və həmin gün ipoteka predmetinin əldə olunmasına dair təklifi Banka göndərmişdir.
39. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İpoteka haqqında Azərbaycan Respublikasının qanunu
48. Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi inte rnet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiym ətinin 5 faizi məbləğində beh ödəməlidir.
49. Maddə 42.2 hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.
50. Maddə 43.1 Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir; 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
51. Maddə 44 Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Cəmiyyəti apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə ə sasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.