Məhkəmə qərarları › İş №2(102)-5079/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5079/2019

18.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5079/2019 18.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(058)757/2018, hakim S.N.Zeynalova) iddiaçı “xxxx” KB ASC-nin iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Samux rayon Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 146,3 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların mənzili boşaltması hissəsində təmin edilməsi qət edilmiş, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146,3 kv.m olan fərdi yaşayış evindən çıxarılması və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 münasibətdə qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-501/2019, hakimlər L.S.Süleymanov, F.Ə.Mehtiyev və A.V.Bayramov) “xxxx” KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Cav abdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi qismən, iddianın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməsi, onların iddiaçının mülkiyyətində olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşəm ümumi sahəsi 146,3 kv.m olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, həmin torpaq sahəsindən və evdən çıxarılaraq boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: Samux Rayo n Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2 və X1 31669,43 ABŞ dollarının milli manat ekvivalentində iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146,3 kv.m olan fərdi yaşayış evinə yönəldilərək 32000 manat ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması qət edilmişdir. 06 mart 2018-ci il tarixli hərrac təşkilatının ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokoluna əsasən Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146,3 kv.m olan fərdi yaşayış evi “xxxx” KB ASC-yə satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxx” KB ASC-nin adına qeydə alınmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə 11.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməklə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işin hallarını, süb utları araşdırmadan maddi hüquq normalarının tələblərinə riayət etməməklə qətnamə çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını ipotekaya qoyulmuş evi hərra cdan əldə etmiş mülkiyyətçinin həmin evdə yaşayan şəxslərin istifadə hüquqlarına xitam verilməklə çıxarılması təşkil edir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələblərinə görəipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin şəxslər yaşayış sahəsindən çıxmadıqda məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Kassatorlar mübahisəli yaşayış sahəsində heç bir hüquqi əsas olmadan yaşamaqla iddiaçının mənzil üzərində qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırır. Kassatorun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, ka ssasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar