Məhkəmə qərarları › İş №2(102)-5080/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5080/2021

11.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5080/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X7 qarşı “birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi və üzərindəki ikimərtəbəli tikilidə payların müəyyənləşdirilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdeh X6 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2( 106)577/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Astara Rayon XDS Rəyasət Heyətinin 22 noyabr 1993-cü il tarixli qərarı ilə X9 Astara şəhəri, Azadlıq küçəsində, 20 kv.m. həcmində mağaza və ona bitişik şəkildə 30 kv.m. həcmində anbar tikilisinə icazə verilmiş və ona həmin torpaq sahəsi ayrılmışdır. Astara rayon İHB-nın rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə kommersiya obyektlərinin tikintisinə icazə verilməsi barədə 01 iyun 2003-cü il tarixli sərəncamı ilə Salmanova (Ağayeva) Arzu Kamyan qızına Astara rayon XDS RH-nin 1993-cü il tarixli qərarı ilə verilmiş torpaq sahəsində olan mağazanın və anbar sahəsinin ərazisində kommersiya obyektinin tikintisinə icazə verilmişdir. İddiaçı ilə Salmanova (Ağayeva) Arzu Kamyan qızı 27 may 1995-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Astara Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri Azərbaycan küçəsində tikilmiş ikimərtəbəli, 8 otaqlı binanın tikilməsinə çəkilmiş xərcə, yəni 50.000 (əlli min) manata münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər birgə yaşayış dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi barədə qətnamə çıxarılmışdır. Lakin cavabdeh Arzu Ağayeva birgə yaşayış dövründə Astara şəhəri Azərbaycan küçəsində tikdirdikləri ikimərtəbəli binanı qeydiyyatdan keçirmədiyi üçün (həmin binaya mülkiyyət hüququ olmadığına görə) bina tərəflər arasında bölünməmişdir. Bundan istifadə edən cavabdeh Arzu Ağayeva sənədlər onun adına olduğuna görə binanı qeydiyyatdan keçirməkdən imtina edir və bununla da birgə əmlakdan onun pay almaq hüququnu əngəlləyir. Belə k i, mübahisəli binanın yerləşdiyi 60 m2 torpaq sahəsi Astara şəhər Bələdiyyəsindən 24 may 2003-cü ildə alınmışdır. Həmin vaxt torpağın alınması üçün bələdiyyənin hesabına 80000 (səksən min) manat pul köçürülmüşdür. 01 iyun 2003-cü il tarixində binanın tikintisinə Astara rayon İcra Hakimiyyəti başçısının 110 saylı sərəncamı ilə icazə verilmişdir. Sonradan Astara RİHB-nin 05 noyabr 2010-cu il tarixli, 137 saylı sərəncamı ilə həmin binanın ikinci mərtəbəsinin yaşayış evi kimi istifadə edilməsinə razılıq verilmişdir. Mübahisəli bina 19 noyabr 2010-cu il tarixində istismara qəbul olunmuşdur. Binanın bütün sənədləri hazır olduğu halda, Cavabdeh həmin binanı dövlət qeydiyyatından keçirmir. Tərəflər əmlakların titul sahibləri olduğu üçün bu əmlaklar sonuncuların birgə mülkiyyəti sayılmalı və aralar ında bölünməlidir. Təqdim olunmuş binanın sənədlərindən məlumdur ki, bina 2003-2010-cu illərdə tikilmişdir və həmin illər də tərəflərin birgə yaşayış dövrünə aiddir. Birgə yaşayış dövründə həmin binanın tikintisinə tərəflər 50.000 (əlli min) manat pul sərf etmişlər. Cavabdeh Arzu Ağayeva təmsil etdiyi şəxsi və mütəxəssisləri mübahisəli binaya buraxmadığı üçün onlar həmin binanın bugünkü qiymətini müəyyənləşdirə bilmirlər. İddiaya görə əmlakın qiyməti müəyyən edildikdən sonra həmin binada təmsil etdiyi şəxsə düşən əmlakda ½ hissədə pay hüququ müəyyən olunmalıdır. «X8» MMC-nin daşınmaz əmlak obyekti - tikiliyə sərf olunan pul vəsaitinin müəyyən edilməsinə dair 16 may 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Astara şəhəri Azərbaycan küçəsində yerləşən və cavabdeh X6 adına sənədləşdirilmiş binanın tikilməsinə sərf olunmuş tikinti materiallarının orta bazar qiyməti 5337 (beş min üç yüz otuz yeddi) manat, Astara şəhəri Azərbaycan küçəsində yerləşən və cavabdeh X6 adına sənədləşdirilmiş binanın tikilməsi zamanı çəkilən digər xərclər (fəhlə və ustalara verilən pullar, eyni zamanda tikinti materiallarının daşınmasına sərf olunan nəqliyyat xərcləri və s.) isə 3686 (üç min altı yüz səksən altı) manat təşkil edir. Astara Rayon Məhkəməsinin (hakim Z.İbrahimov) 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, mütəxəssis xərcini təşkil edən 300 (üç yüz) manat məbləğində pulun İddiaçı alınaraq “X8” MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli Astara şəhəri Azərbaycan küçəsində olan 60 m2 torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş tikili hal-hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçı hazırda ikidə bir hissədə pay hüququ tələb etdiyi torpaq sahəsi nikah müddətində ərarvadın əldə etdikləri əmlak olmamışdır. Belə ki, tərəf lər arasında olan nikah 1995-ci il tarixdə bağlanılmış, həmin torpaq sahəsi isə ilkin olaraq X7 ondan iki il əvvəl, yəni 1993-cü il tarixdə verilmişdir. Digər tərəfdən hazırda da həmin torpaq sahəsi üzərində tikilmiş tikili dövlət reyestrində qeydə alınmamış və hazırda həmin tikili özbaşına tikili hesab olunur. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, dövlət tərəfindən tanınmayan bir hüququn özünün tərəflər arasında mübahisələndirilməsi mümkün deyildir. Tərəflər arasında daşınmaz əmlakla bağlı pay bölgüsü o halda həyata keçirilə bilərdi ki, həmin daşınmaz əmlak qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alma və tərəflərə bu barədə hüquqmüəyyənedici sənəd (çıxarış, qeydiyyat vəsiqəsi və sair) verilmiş olaydı. Tərəflər birgə nikah dövründə bir çox əmlaklar, o cümlədən daşınar v ə daşınmaz əmlak əldə etmişlər, aralarında olan nikah pozulduqdan sonra həmin əmlakların aralarında bölünməsinə dair aidiyyəti məhkəmələrdə iddialar qaldırmış və işlərə mahiyyəti üzrə baxılaraq nəticələr verilmişdir. Həmin iddialar zamanı hazırda mübahisələndirilən tikili barədə hər-hansı bir tələb irəli sürülməmiş və iddia predmetinə daxil edilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 146, 178.1, 178.2, 180.1, 180.2, MPM-nin 14.2, 77.1, 124.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 03 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci ic raat Apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Mətlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin 21 yanvar 2020-ci il tarixli, **********64 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı qeyri-yaşayış (sahəsi) binası üzərində iş üzrə İddiaçı və Cavabdeh, həmçinin hər hansı bir şəxsin adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən F.Abbasov, hakimlər T.Heydərov və T.Kərimov) 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin dəlilləri bu nəticənin dəyişdirilməsi üçün səbəb ola bilməz. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ər-arvadın birgə mülkiyyəti hesab edilməsi üçün zəruri olan mühüm şərti - əmlakın birgə nikah dövründə və əvəzli şəkildə ailənin birgə vəsaiti hesabına əldə olunmasını sübuta yetirə bilməmişdir. Həmçinin Astara şəhəri Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 m2 torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə isə ümumiyyətlə həmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaklarla bağlı hər hansı əməliyyatın aparılması onun daşınmaz əml akın dövlət reyestrində qeydiyyatından sonra mümkündür və qanunvericinin bu mövqeyi daşınmaz əmlakların spesifik xüsusiyyətləri ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ələsgər Əliyev - sədrlik ed ən və məruzəçi, Mehparə Əhmədova, İsmayıl Xəlilov) 08 sentyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi mübahisə predmeti olan binanın yerləşdiyi torpaq sahəsi birgə nikah dövründən əvvəl əldə edildiyindən Cavabdeh ayrıca mülkiyyəti olsa da, mübahisə predmeti olan bina birgə nikah dövründə inşa edilmişdir. Ona görə də, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisə predmeti olan binanın tikintisinə sərf olunmuş vəsaitin birgə nikah dövründə əldə edilib-edilməməsinin müəyyən ləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan əmlakın inşa edilməsinə sərf olunmuş vəsaitin birgə nikah dövründə əldə edilib-edilməməsini araşdırmamış, qəbul etdiyi qətnaməni torpaq sahəsinin cavabdehin ayrıca mülkiyyətində olması və həmin torpaq sahəsində yerləşən binanın dövlət qeydiyyatına alınmaması ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hər hansı əməliyyatın aparılması onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra mümkündür və qanunvericinin bu mövqeyi daşınmaz əmlakın spesifik xüsusiyyəti ilə əlaqədardır. Ona görə mübahisə predmeti olan bina dövlət reyestrində qeydiyyata alınmadığından onun üzərində payların müəyyən edilməsi də mümkün deyildir. Lakin iş üzrə qəbul edilmiş qətnamənin məzmunundan görünür ki, iddia tələbinin hüquqi əsasını təşkil etdiyi halda apelyasiya instansiyası məhkəməsi torpaq sahəsinin üzərində yerləşən tikilinin tərəflərin birgə vəsaiti hesabına inşa edilməsini araşdırmamış və bu hala qiymət vermədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki işin hallarından görünür ki, mübahisə predmeti olan tikili bununla bağlı səlahiyyətli dövlət orqanının verdiyi sərəncam əsasında inşa edilmiş, tikinti normalarına və şəhərsalma qaydalarına uyğun inşa edildiyi üçün 19.11.2010-cu ildə istismara qəbul edilməsinə baxmayaraq cavabdeh bu əmlakın dövlət qeydiyyatına alınması barədə hər hansı bir hərəkət etmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qeyd edilən əmlakın reyestrdə qeydə alınması barədə hüquqa malik olması üçün işə baxan məhkəmə apardığı araşdırma nəticəsində iddiaçının Astara şəhəri Azərbaycan küçəsində inşa edilmiş tikili üzərində mülkiyyətçi olaraq paya malik olub-olmadığını müəyyən etməli, yalnız bundan sonra həmin əmlakın reyestrdə qeydə alınmadığına istinad etməklə iddianı rədd etməlidir. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlham Əsədov sədrlik edən və məruzəçi, Rafiq Cəfərov və Zeynal Zeynalov) 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 03 oktyabr 2019cu il tarixli, 2(018)-269/2019 saylı qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 60 m2 torpaq sahəsində yerləşən ikimərtəbəli tikilinin inşasına sərf edilmiş xərcə görə, X5 4511 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qalan hissədə təmin edilməməsi, mütəxəssis xərcinə görə İddiaçı və Cavabdeh hər birindən 150 (bir yüz əlli) manat alınaraq “X8” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövrün də alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli tikiliyə sərf edilən xərcin bölünməsi barədə iddia tələbini müdafiə etdiyini bildirmişdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Astara Rayon XDS Rəyasət Heyətinin 22 noyabr 1993-cü il tarixli qərarı ilə X9 Astara şəhəri, Azadlıq küçəsində, 20 kv.m. həcmində mağaza və ona bitişik şəkildə 30 kv.m. həcmində anbar tikilisinə icazə verilmiş və ona həmin torpaq sahəsi ayrılmışdır. Həmçinin Astara rayon İHB-nın rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə kommersiya obyektlərinin tikintisinə icazə verilməsi barədə 01 iyun 2003-cü il tarixli sərəncamı ilə Salmanova (Ağayeva) Arzu Kamyan qızına Astara rayon XDS RH-nin 1993-cü il tarixli qərarı ilə verilmiş torpaq sahəsində olan mağazanın və anbar sahəsinin ərazisində kommersiya obyektinin tikintisinə icazə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan binanın yerləşdiyi torpaq sahəsi birgə nikah dövründən əvvəl əldə edilmişdir. Ona görə də torpaq sahəsi Cavabdeh ayrıca mülkiyyətidir. Həmçinin apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının (dəyərini) bölünməsini iddia etdiyi, 60 kv.m torpaq sahəsində yerləşən tikili isə birgə nikah dövründə inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221, 225.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 37.1- ci maddələrinə əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bölünməsini tələb etdiyi əmlakın inşasına çəkilən xərc birgə nikah dövründə ailə büdcəsindən xərclənən vəsait olmaqla, tərəflər arasında bərabər surətdə bölünməlidir. İddiaçının bölünməsini tələb etdiyi əmlak müəyyən edilmiş qaydada qeydiyyatdan keçməmişdir. Ona görə Kollegiya hesab etmişdir ki, həmin tikilinin inşasına çəkilən xərc birgə nikah dövründə ailə büdcəsindən xərclənən vəsait olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən tərəflərin birgə mülkiyyəti hesab edilməli, tərəflər arasında bərabər surətdə bölünməlidir. İddiaçı tikilinin inşasına 50.000 manat xərcləndiyini iddia etsə də bu barədə hər-hansı sübut təqdim etməmişdir. İş materiallarında olan “X8” MMC-nin daşınmaz əmlak o byekti – tikiliyə sərf olunan pul vəsaitinin müəyyən edilməsinə dair 16 may 2019-cu il tarixli, 044/19 saylı qiymətləndirmə hesabatına görə, Astara şəhəri Azərbaycan küçəsində yerləşən və cavabdeh X6 adına sənədləşdirilmiş binanın tikilməsinə sərf olunmuş tikinti materiallarının orta bazar qiyməti 5337 (beş min üç yüz otuz yeddi) manat, Astara şəhəri Azərbaycan küçəsində yerləşən və cavabdeh X6 adına sənədləşdirilmiş binanın tikilməsi zamanı çəkilən digər xərclər (fəhlə və ustalara verilən pullar, eyni zamanda tikinti materiallarının daşınmasına sərf olunan nəqliyyat xərcləri və s.) isə 3686 (üç min altı yüz səksən altı) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi “X8” MMC-nin qiymətləndirmə arayışını sübut kimi qəbul edərək hesab etmişdir ki, mübahisəli tikilinin inşasına sərf e dilən xərcin bölünməsi zamanı həmin hesabat sübut kimi qəbul edilməlidir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Astara rayonu Rüdəkənar kənd sakini Salmanova (Ağayeva) Arzu Kamyan qızı ilə 27.05.1995-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Bu da onu deməyə əsas verir ki, tərəflərin birgə yaşayış dövründə əldə etdikləri bütün daşınar və daşınmaz əmlaklar onların birgə mülkiyyətidir və nikahlarına xitam verildiyi üçün aralarında b ərabər və ədalətli şəkildə bölünməlidir. Astara rayon XDS Rəyasət Heyətinin 22 noyabr 1993-cü il tarixli, 10 saylı iclas protokolundan çıxarışın 1-ci bəndində göstərilmişdir ki, Rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin təklifi nəzərə alınsın. X2 şəhərin Azadlıq küçəsində 20 kv.m həcmində mağaza və ona bitişik 12 kv.m həcmində anbar tikilməsi üçün torpaq sahəsi ayrılsın və həmin sahədə tikintiyə icazə verilsin. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Torpaqların alqı-satqısına dair, 2003-cü il tarixli, 02 nömrə ilə qeydiyyata alınmış Aktdan görünür ki, X11 həmin ərazidə 60 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə Bələdiyyədən almışdır. Həmin Aktın 2-ci səhifəsində iki mərtəbəli binanın tikintisinin plan-sxemi tərtib edilərək əlavə edilmişdir. Faktiki olaraq həmin torpaq s ahəsini və iki mərtəbəli obyekti İddiaçı dəyərini tam şəkildə ödəyərək əldə etmiş, sənədlərdə X6 adı qeyd olunsa da bu birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Astara rayon İcra hakimiyyəti Başçısının iyin 05 noyabr 2010-cu il tarixli, 137 saylı sərəncamdan çıxarışın 1-ci bəndində göstərilmişdir ki, Astara sakini X7 rayon İcra hakimiyyəti Başçısının 01 iyul 2003-cü il tarixli, 110 saylı sərəncamı ilə inşa etdiyi iki mərtəbəli kommersiya obyektinin ikinci mərtəbəsinin yaşayış evi kimi istifadə olunmasına icazə verilsin. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Tikinti quraşdırma işlər başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 19 noyabr 2010-cu il tarixli Aktdan görünür ki, Azərbaycan küçəsində iki m ərtəbəli obyekt, 1-ci mərtəbəsi kommersiya mağazası, 2-ci mərtəbəsi yaşayış evi, obyektin ümumi sahəsi 60 kv.metr-tikinti quraşdırma işləri tikinti norma və qaydalara əməl olunmaq şərti ilə aparılmışdır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq həmin iki mərtəbəli kommersiya obyekt İddiaçı vəsaiti hesabına ərsəyə gəlmiş və tərəfindən 2010-cu illərdə inşa edilmişdir. Bu da birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir. Nə birinci, nə apellyasiya instansiya məhkəmələri İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədləri sanki görməmiş, bəlkə də görmək belə istəməmiş, əsassız və qanunsuz qətnamə qəbul edərək İddiaçı hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa apelyasiya baxışı zamanı apelyasiya şikayətinə əlavə ilə müraciət edilərək qeyd edilmişdir ki, iddiaçı X4 20 09-cu ildə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində tikilmiş qanunsuz tikilinin sökülməsi, Astara Rayon İHB-nın 01.07.2003-cü il tarixli sərəncamının və Astara Bələdiyyəsinin 02.06.2003-cü il tarixli alğısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 17.03.2009-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, ünvan 2 ünvanda yerləşən ərazidən 60 kv.metr torpaq sahəsinin cavabdeh X1 barədə Astara bələdiyyəsinin 24.05.2003-cü il tarixli 43 saylı qərarı iddiaçının mülkiyyətində olan 142 saylı aptekin istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 21,19 kv. metr hissəsində etibarsız hesab edilməsi, Astara Rayon İHB-nın 01.07.2003-cü il tarixli 110 saylı sərəncamı, iddiaçının mülkiyyətində olan 142 saylı aptekin istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 21, 19 kv. metr hissəsində etibarsız hesab edilməsi və iddiaçının mülkiyyətinə verilmiş 142 saylı aptekin istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 21,19 kv.metr hissəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir. Həmin qətnamədən X11 tərəfindən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin Mülki İşlər Məhkəmə kollegiyasının 2(106)-328/2009 saylı 10.07.2009-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 17.03.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Həmin mülki işə baxılan zaman müəyyən edilmişdir ki, X3 Bələdiyyəsinin 24.05.2003-cü il tarixli 43 saylı qərarı ilə istifadəsində olan 60 kv.metr torpaq sahəsini alğı-satqı qaydasında almış və həmin torpaq sahəsində Astara Rayon İHB-nin 01.07.2003-cü il tarixli 110 saylı sərəncamı ilə torpaq sahəsində ikimərtəbəli kommersiya obyektlərinin tikintisinə icazə verilmişdir. Həmçinin mülki işə baxılma tarixlərindən də aydın olur ki, mübahisəli torpaq sahəsində tikinti işlərinin başlanması 2009-cu ilə təsadüf etmişdir. Bu da İddiaçı iddia tələbinin qanuni və əsaslı olmasını tam təsdiq edən haldır. Şirvan Apelyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(106)-577/2021 saylı qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Plenum qərarı ümumiyyətlə nəzərə alınmamışdır. Kasasiya şikayətinə əlavə edilən Astara rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş kommersiya mağazasının tikintisinə dair sənədlər, Astara rayon İcra Hakimiyyətinin tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı, Astara rayon İcra Hakimiyyəti başçısının 05.11.2010-cu il tarixli 137 saylı sərəncamından çıxarış iddia ərizəsində qeyd edilən faktların həqiqət olduğunu bir daha təsdiq edir. Mübahisəli tikiliyə sərf edilən tikinti xərcinin 9.023 manat təşkil etməsi barədə hesabat inandırıcı qəbul edilə bilməz. İşdə iştirak edən şəxslərin kassasiya şikayətin ə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitald an olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. 2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə q ətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prossesual hüquq normalarının pozuntusuna yol verdiyindən, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Belə ki, iş üzrə kassasiya məhkəməsinin qərarında işin mübahisə edilməyən hallarına istinad edilərək mübahisə predmeti olan binanın yerləşdiyi torpaq sahəsinin birgə nikah dövründən əvvəl əldə edildiyinə görə Ca vabdeh ayrıca mülkiyyəti olduğu, lakin mübahisə predmeti olan bina birgə nikah dövründə inşa edildiyi müəyyən edilmiş, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisə predmeti olan binanın tikintisinə sərf olunmuş vəsaitin birgə nikah dövründə əldə edilib-edilməməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır. Həmin göstərişlərə əsasən apellyasiya baxışı predmetinin yalnız iddiaçının qeyd edilən əmlakın reyestrdə qeydə alınması barədə hüquqa malik olması üçün işə baxan məhkəmənin apardığı araşdırma nəticəsində iddiaçının Astara şəhəri Azərbaycan küçəsində inşa edilmiş tikili üzərində mülkiyyətçi olaraq paya malik olub-olmadığının müəyyən edilməsi olmuşdur. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən iddia tələbinin hü quqi əsasını təşkil edən tikilinin tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi məsələsini araşdıraraq işdə olan sübutlara əsasən müəyyən etmişdir ki, mübahisə predmeti olan binanın yerləşdiyi torpaq sahəsi birgə nikah dövründən əvvəl əldə edilmişdir. Ona görə də torpaq sahəsi Cavabdeh ayrıca mülkiyyətidir. Həmin torpaq sahəsində yerləşən tikili isə birgə nikah dövründə və ailə büdcəsindən xərclənən vəsait hesabına inşa edilmişdir. Lakin apellyasiya məhkəməsi bundan sonra iddiaçının verdiyi tələb üzrə deyil, başqa tələb üzrə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı ilkin olaraq iddia ərizəsində Astara şəhəri Azərbaycan küçəsində tikilmiş ikimərtəbəli, 8 otaqlı binanın tikilməsinə çəkilmiş xərcə, yəni 50.000 (əlli min) manata münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmiş, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi də, məhz dəqiqləşdirilmiş tələbə baxaraq, iddianı təmin etməmişdir. Lakin apellyasiya məhkəməsi təkrar apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin mübahisəli tikiliyə sərf edilən xərcin bölünməsi barədə iddia tələbini müdafiə etdiyinə istinad edərək, iddianın qismən təmin edilməsi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 60 m2 torpaq sahəsində yerləşən ikimərtəb əli tikilinin inşasına sərf edilmiş xərcə görə, X5 4511 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı ödənilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Məhkəmə kollegiyası hesab edir ki, tikiliyə çəkilmiş xərcə, yəni 50.000 (əlli min) manata münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi tələbi birinc i instansiya məhkəməsində baxılan tələb olmadığından apellyasiya məhkəməsi bu tələb üzrə qətnamə qəbul edə bilməzdi. Buna görə də, həmin qətnamə ləğv edilməli, apellyasiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallara əsasən iş üzrə yeni qərar qəbul edilərək, iddiaçının Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi tələbi təmin edilməməlidir. Belə ki, mübahisə predmeti olan binanın yerləşdiyi torpaq sahəsi birgə nikah dövründən əvvəl əldə edildiyinə görə torpaq sahəsi Cavabdeh ayrıca mülkiyyəti olduğundan, həmin torpaq sahəsində yerləşən tikilinin isə birgə nikah dövründə və ailə büdcəsindən xərclənən vəsait hesab ına inşa edildiyinə baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlak üzərində payların müəyyən edilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hər hansı əməliyyatın aparılması onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra mümkündür və qanunvericinin bu mövqeyi daşınmaz əmlakın spesifik xüsusiyyəti ilə əlaqədardır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)577/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh X7 qarşı “Astara şəhəri, Azərbaycan küçəsində birgə yaşayış dövründə alınmış 60 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş ikimərtəbəli, 8 otaqlı binaya münasibətdə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi barədə” tələbinə dair iddiası

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar