Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5086/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(106)767/2021 saylı qərardadından cavabdehlər Cavabdeh, X rayon X bələdiyyəsi və X3 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdehnə və X rayon X bələdiyyəsinə qarşı torpaq hərra c və ya müsabiqənin nəticələri barədə protokolun və müqavilənin ləğvi, hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və şəhadətnamənin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə X3 cavabdeh, DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. X rayon Məhkəməsinin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi (hakim A.Səmədov) ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə komissiyasının (təşkilatçısının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 17.10.2014-cü il tarixli iclasının 10 saylı protokolu və Arbatan Bələdiyyəsi ilə X3 arasında bağlanmış 21.10.2014-cü il tarix li icarə müqaviləsinin ləğv edilməsi, X1 adına verilmiş şəhadətnamənin və X2 ərazisində yerləşən "xxxx" MMC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X1 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh, X rayon X bələdiyyəsi və X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin əsassız olduğundan və iddia müddəti keçdiyi üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, və İ.Əhmədov) 18.05.2021-ci il tarixli 2(106)-767/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən tə min edilmiş, X rayon Məhkəməsinin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan cavabdehlər Cavabdeh, X rayon X bələdiyyəsi və X1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın heç bir əsası yoxdur, iddiaçının iddia qaldırmağa hüququ olmadığından və iddia müddəti ötürüldüyündən iddia rədd edilməli idi. İddiaçının iddia ərizəsi direktor tərəfindən imzalansa da, iddia ərizəsinə onun səlahiyyətini təsdiq edən sübut əlavə edilmədiyindən və iddia ərizəsi möhürlə təsdiq edilmədiyindən bu ərizə səlahiyyəts iz şəxs tərəfindən verilmiş iddia kimi geri qaytarılmalı idi. Həmçinin aidiyyət məsələsi mübahisələndirilməmiş, məhkəmə mübahisənin predmetini müəyyən edərkən ilk növbədə cavabdehin düzgün seçilmədiyini müəyyən etməli idi. Qeyri-müəyyən iddia olduğu halda qətnamənin ləğv edilməsi aidiyyət pozuntusu ilə deyil, prossesual pozuntu ilə təmin edilərək iddia rədd edilməli idi. Tərəflər hüquqi şəxs olsa da, mübahisə X3na verilən icarə müqaviləsinin ləğvinə yönəlmişdir. İddia ərizəsi geri qaytarılmaqla pretenziya qaydasına riayət edilməsi tələb edilməli olduğu müəyyən edilməli və iş mülki qaydada baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli deyildi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhk əmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, qərardad dəyi şiklik edilmədən, şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan m übahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Hazırki iş üzrə iddiaçı "xxxx" MMC hüquqi şəxs kimi cavabdehlər Cavabdeh və X bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, əkinçilik və heyvandarlığın inkişafı məqsədi ilə "xxxx" MMC-ə ayrılmış və istifadəsində olan torpaq sahəsinin Cavabdeh və X bələdiyyəsi tərəfindən özgəninləşdirilməsinə dair hərrac və ya müsabiqənin nəticələrini mübahisələndirmişdir. İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ona ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən eyni m əqsədlərlə digər bir şəxsə N.Hüseynova keçirilmiş hərrac və ya müsabiqənin nəticəsində icarəyə verilməsini sahibkarlıq fəaliyyətinin keçirilməsinə maneə olmasına görə mübahisələndirmişdir ki, bununla da torpaq sahəsi üzərində hüquqlarının realizəsinin bərpa olunmasının təmin edilməklə iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsini arzulamışdır. Çünki torpaq sahəsi ona əkinçilik və heyvandarlığın həyata keçirilməsi məqsədi ilə sahiblik və istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə ilə bağlanmış 19.11.2014-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh N.Hüseynovun da istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlığın inkişafı və bəhər götürülməsi məqsədilə verilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin m üəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsində n irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aid dir. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 20-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Qərarın 23-cü bəndinə görə mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etmək dən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi, Plenum qərarının müvafiq bəndlərinə uyğun ola raq hazırki iddia tələbləri üzrə tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınaraq, hazırkı tələblərin mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olduğu müəyyən edilir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, məhkəmə aidiyyəti məsələsi tərəflərin onu mübahisələndirməsindən asılı olmayaraq məhkəmə tərəfindən müəyyən edilməli məsələdir. İddia ərizəsinin qaytarılmalı olması ilə bağlı şikayətdə qeyd edilən məsələlərə isə hazırki iddiaya baxmaq səlahiyyəti olan məhkəmə, hazırki halda Şirvan Kommersiya Məhkəməsi tərəfindən qiymət verilməlidir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh, X rayon X bələdiyyəsi və X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18.05.2021-ci il tarixli 2(106)767/2021 nömrəli qərardadı dəyişdirilmədən saxla