Məhkəmə qərarları › İş №2(102)-5087/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5087/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5087/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nurəddin oğluna, X1 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5087/20 (Açar sözlər: borcun qaytarılması, məbləğin və ipoteka predmetinin ekspert rəyinə uyğun müəyyən edilməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 Nurəddin oğlunun iştirakı ilə, İddiaçı İKB A SC-nin cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nurəddin oğlu, X2 və Cavabdeh6 qarşı “kredit borcunun qaytarılması,ipotekaya tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İKB ASCnin kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxxx 2014-cü il tarixli, 24-G-1-0-780-14 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC tərəfindən cavabdeh X4 60 ay müddətinə illik 25 faizlə 28000 manat məbləğində kredit verilmişdir. 2. xx xxxxxxx 2014-cü il tarixli, 24-G-1-0-780-14 nömrəli ipoteka müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri,Nərimanov ra yonu, Sübhan Ələsgərov küçəsində yerləşən 49 nömrəli, 4 otaqlı fərdi yaşayış evini kredit öhdəliyinin təminatı kimi iddiaçı « İddiaçı » İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 70000 manat müəyyən edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İKB ASC cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Nurəddin oğlu, X2 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Qulanı oğlundan 2014-cü il 24 oktyabr tarixli kredit müqaviləsi üzrə "İddiaçı” İKB ASC-nin xeyrinə 19346.16 manat əsas, 6516.74 manat faiz, 399.18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26262.08 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yö nəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən, 4 otaqlı, 94.2 kv.m ümumi, 81.4 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə yönəldikdə və o, satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nürəddin oğlunun, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələs gərov küçəsində yerləşən, 4 otaqlı, 94.2 kv.m ümumi, 81.4 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 49 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin evdən çıxarılmaları, evin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.

4. Sonradan İddiaçı İKB ASC iddia ərizəsinə əlavə təqdim edərək, qalan tələblər yerində qalmaqla kredit müqaviləsi üzrə Cavabdeh1 19346.16 manat əsas, 8639.56 manat faiz və 834.09 manat cərimə borcu olmaqla, ümumilikdə 28819,81 manat pulun tutulmasını xahiş etmişdir. borcu olmaqla ümumlikdə cəmi 28819.81 manat məbləğində borcun, 30 manat ödənilmiş

5. İddia tələbi on unla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır.

6. Borc məbləği xx xxxxxx 2018-ci il tarixinə 19346.16 manat əsas, 8639,56 manat faiz, 834,09 manat cərimə borcu olmaqla, cəmi 28819,81 manatdır. 7. xx xxxxxxx 2014-cü il tarixli, 24-G-1-0-780-14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evini öhdəliyin təminatı kimi bakın xeyrinə yüklü edib, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka poredmeti 70000 manat qiymətləndirilib.

8. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1, 448.1, 449.1, 465.2, 501, “İpt eka haqqında” Qanunun 34.1.1, 34.1,3 və 39.1-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə qiymətəndirmə ekspertizası təyin edilmişdir. 10. “X8” MMC-nin xx xxxxxxx 2018ci il tarixli ekspert rəyi ilə ipoteka predmeti 130 min manat məbləğində qiymətləndirilmişdir.

11. Cavabdeh kredit faizinin araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı əmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizasının keçirilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadları ilə iş üzrə qiymətəndirmə ekspertizası və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertlər qa rşısında ipoteka predmetinin qiymətinin və cavabdehin kredit müqaviləsinin bitmə tarixinə əsas və faiz borcunun nə qədər olması barədə sual qoyulmuşdur.

14. Ekspertiza tədqiqatı ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən mühasibatlıq ekspertizası keçirilməmişdir. 15. “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli LP-117/19 saylı ekspert rəyinə əsasən ipoteka predmeti 110 min manat məbləğində qiymətləndirilmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə banka 19346,16 manat əsas, 8639,56 manat faiz, 834,09 manat cərimə borcu olmaqla, cəmi 28819,81 (iyirmi səkkiz min səkkiz yüz on doqquz manat 81 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu nun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən, 4 otaqlı, 94.2 kv.m ümumi, 81.4 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 49 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 110000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borc “xxxxxx” İKB ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən, 4 otaqlı, 94.2 kv.m ümumi, 81.4 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 49 nömrəli fərdi yaşayış evi satıldı qdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nürəddin oğlu, Cavabdeh4 Nurəddin oğlu, Cavabdeh5 Nurəddin oğlu və Cavabdeh6 qeyd edilən mənzildən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.(hakim Kəmalə Əmirxanova)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 24-G-10-780-14 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 25 faizlə 60 ay müddətinə 28000 manat məbləğində kredit verib, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməyib, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyib və iddiaçıya borcu yaranıb.

18. Borcun məbləğinə münasibətdə birinci instansiya məhkəməsi iddiaçı tərəf indən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, Cavabdeh1 19346,16 manat əsas, 8639,56 manat faiz, 834,09 manat cərimə borcu olmaqla, cəmi 28819,81 manat borcu vardır.

19. Məhkəmə qeyd edilən məbləğdə borcun cavabdehdən tutulmalı olması nəticəsinə gəlmişdir.

20. Həmçinin məhkəmə öhdəliyin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsində yerləşən, 49 nömrəli fərdi yaşayış evini ipoteka müqaviləsilə bankın xeyrinə yüklü etdiyini müəyyən edərək tələbin ipoteka predmetinin açıq həracda satılması yolu ödənilməsini və orada yaşayan cavabdehlərin evi boşaltmalarını qət etmişdir.

21. Qətnamədən görünür ki, apelyaisya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 110000 manat müəyyən edərkə n “xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə istinad etdmişdir.

22. Bununla belə, apelyasiya məhkəməsi hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində iddia tələbi qeyri-müəyyəndir və bu səbəbdən həmin tələb təmin edilə bilməz.

30. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1,279, 295,3 85.1, 427.3, 442, 443.1, 448.1, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh (ipotekaqoyan) Nurəddin Aslanov qətnamənin faiz borcu və cərimə hissəsindən apelyasiya şikayəti verib, həmin hissədə qətnamənin dəyişməsini xahiş edib.

25. Apelyas iya şikayətinin dəlilləri ondan ibarət olub ki, kredit borcunun və cərimənin hesablanması düzgün olmamışdır. Mühasibatlıq ekspertizası təyin edilsə də, rəy alınmayıb.

26. Cavabdeh apelyasiya baxışında faiz məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir.

27. Bakı Apelyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında müqavilənin qüvvədə olduğu müddət, yəni xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilə qədər yaranmış əsas, faiz və cərimə borcunun məbləği barədə sual qoyulmuşdur.

28. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 31297 nömrəli rəyinə görə sualda soruşulan tarixdə cavabdeh X3 17788,55 manat əsas, 12054,74 manat faiz borcu var. Məlumat olmad ığı üçün cərimə borcu hesablanmamışdır.

29. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-165/2019 saylı qətnaməsi əsas borca aid hissədə dəyişdirilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin (Yelo Bank) xeyrinə əsas borca görə 17788,55 manat (on yeddi min yeddi yüz səksən səkkiz manat 55 qəpik) pulun tutulmuş, qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Elşən Kazımov)

30. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi əsas borcun məbləğini 17788,55 manat müəyyən edərkə n mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı “xxxxxxxx” ASC (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi əsas borcun məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmayıb.

33. Təkrar ekspertiza təyin edilməli və ekspert rəyi bankın təqdim etdiyi digər sübutlarla yanaşı qiymətləndirilməli idi.

34. Apelyasiya məhkəməsi prosessual pozuntuya yol verərək, təkrar ekspertiza keçi rməkdən imtina etmiş və səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Cavabdehlər X5 və Cavabdeh5 Nurəddin oğlu məhkəmə kollegiyasında vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi.

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və vəkili, digər cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkü n hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Grov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu sə bəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməy ibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Qanunun Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digərşəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıq dan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir

39. Kassasiya şikayətində iddiaçı “xxxxxxxxx” ASC apelyasiya instansiyası məhkəməsinin aktının ləğv edilib iddianın tam təmin edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, apelyasiyanın qətnaməsi yalnız əsas borcun azaldılması hissəsində mübahisələndirilir. Bu baxımdan hazırki kassasiya baxışının predmetini yalnız əsas borcun apelyasiya məhkəməsi tərəfindən azaldılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apely asiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədədir.

42. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdehin müqavilə müddətinin sonuna 17785,55 manat əsas borcu vardır.

43. Kassasiya şikayətinin əsas borc məbləğinin azaldılmasının düzgün olmaması barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və cav abdehin müqavilə müddətinin sonuna 17785,55 manat əsas borcunun olmasını da məhz ekspert rəyinə əsasən müəyyən etmişdir.

44. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

45. Ekspert rəyinin əsaslı olmaması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir.

46. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiy yətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə iddiaçı bank kassasiya şikayətində ekspert rəyi il razı olmamasını bildirsə də, bankın nümayəndəsi rəy alındıqdan sonra apelyasiya baxışında iştirak etmiş və rəyə etiraz bildiməmiş, təkrar və ya əlavə ekspertiza təy in edilməsi barədə vəsasət verməmişdir.

48. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsas borc məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxxxxxx” İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-575/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar