Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5097/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 Kəbətulla oğluna, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5097/20 (Açar sözlər: ipoteka predmetinə tutmanın yönəldilməsi, ipotekanın satışından əldə edilən pulun kredit borcuna ödənilmısi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Quliyev Rəşad Elşad oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Kəbətulla oğlu və Cavabdeh2 (Ramazanova Şahpəri İdrisnəbi qızı üçüncü şəxs olmaqla) qarşı kredit müqaviləsindən irəli gələn tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi və ipoteka predmetindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-425/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızının kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “xxxx” ASC ilə Ramazanova Şahpəri İdrisnəbi qızı (borcalan) arasında xx.xx.2014-cü il tarixdə **********58114 №-li kredit müqaviləsi bağlanıb.
2. Müqaviləyə əsa sən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 faizlə 18200 (on səkkiz min iki yüz) ABŞ Dolları məbləğində kredit verilib.
3. Kredit müqaviləsi üzrə borc alan Ş.Ramazanovanın öhdəliklərin təminatı kimi iddiaçı ilə Cavabdeh1 Kəbətulla oğlu arasında xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanıb.
4. İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 186 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilib. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 Kəbətulla oğlu və Cavabdeh2 (Ramazanova Şahpəri İdrisnəbi qızı üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi və iddianını dəqiqləşdirilməsi ilə bağ lı ərizələrlə Qusar rayon Məhkəməsinə müraciət etmişdir.
6. İddiaçı “xxxx” ASC iddianın dəqiqləşdirilməsi barədə sonuncu ərizəsində - xx.xx.2014-cü il tarixli **********58114/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh1 Kəbətulla oğluna məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi; - ipoteka predmetinin hərracda satılması və xx.xx.2014-cü il tarixli **********58114 №-li kredit müqaviləsi üzrə Ramazanova Şahpəri İdrisnəbi qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında 15627,10 ABŞ Dolları məbləğində əsas, 7562,52 ABŞ Dolları məbləğində adi faiz, xx.xx.2019-cu il tarixinədək hesablanmış 3565,48 ABŞ Dolları məbləğində penya, kreditin müddətinin bitmə tarixindən (xx.xx.2018-ci il) iddia ərizəsinə xx.xx.2019-cu il tarixli dəyişikliyin məhkəməyə verilməsi tarixinədək illik 5 faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış 246,84 ABŞ Dolları məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 27001,94 ABŞ Dolları borcun və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında t əsdiq edilməsinə görə 21 (iyirmi bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması; - iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması; - fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1 Kəbətulla oğlu və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) 27000 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, borclu Şahpəri Ramazanova kre dit müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuş və kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir.
8. Kredit müqaviləsi üzrə borclu Ş.Ramazanova üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğu üçün iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini ipotekaya qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 33, 34, 36, 59.3 və 59.4-cü maddələrinə istinad etmişdir.
10. Cavabdehlər Cavabdeh1 Kəbətulla oğlu, Cavabdeh2 və üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızı birinci instaniya məhkəməsində iddia nı qismən qəbul edərək, devolvasiya nəticəsində ödənişdə problem olmasını bildirmiş, həmçinin ipoteka predmetinin qiymətləndirilməsi, faiz və cərimə borcunun müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş edərək, bu barədə yazılı vəsatət vermişlər.
11. Qusar rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli ayrı-ayrı qərardadları ilə məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin edilmiş, mühasibatlıq ekspertizasının qarşısında kredit müqaviləsi üzrə borcun məbləğinin, qiymətləndirmə ekspertizasının qarşısında ipoteka predmetinin qiymətinin nə qədər olması barədə sual qoyulmuşdur.
12. «X1»nin ƏEM/Y 102-102/18 saylı,15 yanvar.2018-ci il tarixli rəyinə görə Cavabdeh1 Kəbətulla oğluna məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 hektar torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m ümumi, 45.7 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin xx xxxxxx 2018-ci il tarixinə ilkin satış dəyəri 48000,0 (qırx səkkiz min) manat təşkil edir. 13.Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 2013 nömrəli ekspert rəyinə görə Ramazanova Şahpəri İdrisnəbi qızının xx.xx.2017-ci il tarixinə əsas borcu 14880,58 ABŞ dolları, faiz borcu 4704,01 ABŞ dollarıdır.
14. Üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızı vəsatət verərək, faiz və cərimə borcu hissəsində mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığı üçün təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, eyni zamanda qiymətləndirmə ekspertizasınmı rəyi ilə razı olduğunu göstərmişdir.
15. Qusar rayon Məhkəməsinin x x xxxxxx 2019-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın qarşısında kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixədək borcun məbləğinin nə qədər olması barədə sual qoyulmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 10430 nömrəli ekspert rəyinə görə Ramazanova Şahpəri İdrisnəbi qızının xx.xx.2019-cu il tarixinə əsas borcu 15627,10 ABŞ dolları, faiz borcu 7562,52 ABŞ dollarıdır.
17. Qusar Rayon Məhkəməsinin 2(029)-38/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli **********58114/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh1 Kəbətulla oğluna məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sa həsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və xx.xx.2014-cü il tarixli **********58114 №-li kredit müqaviləsi üzrə Ramazanova Şahpəri İdrisnəbi qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında 15627,10 (on beş min altı yüz iyirmi yeddi dollar on sent) ABŞ Dolları məbləğində əsas borc, 7562,52 (yeddi min beş yüz altmış iki dollar əlli iki sent) ABŞ Dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2019-cu il tarixinədək hesablanmış 500 (beş yüz) ABŞ Dolları məbləğində penya, kreditin müddətinin bitmə tarixindən (xx.xx.2018-ci il) iddia ərizəsinə xx.xx.2019-cu il tarixli dəyi şikliyin məhkəməyə verilməsi tarixinədək illik 5 (beş) faiz dərəcəsi ilə faizlər şəklində hesablanmış 246,84 (iki yüz qırx altı dollar səksən dörd sent) ABŞ Dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 23936,46 (iyirmi üç min doqquz yüz otuz altı dollar qırx altı sent) ABŞ Dollarının və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 (iyirmi bir) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 Kəbətulla oğlundan və Cavabdeh2 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti olan cavabdeh Cavabdeh1 Kəbətulla oğluna məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 48000.00 (qırx səkkiz min) manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1 Kəbətulla oğluna məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsi 189 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan Cavabdeh1 Kəbətulla oğlunun həmin fərdi yaşayış evindən çıxarılması, iş üzrə 445 ( dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 Kəbətulla oğlundan və Cavabdeh2 birgə qaydada tutulmaqla 150 (bir yüz əlli) manat “xxxx” MMC-nin hesabına VÖEN **********, Hesab N AZ30GUNA********************, Bnak GÜNAY BANK, VÖEN **********, Müxbir hesab-AZ25NABZ********************, kod: 505594; SWİFT: GUNAAZ22 hesabına və 295 (iki yüz doxsan beş) manatın isə Məhkəmə Eekspertizası MərkəzininVÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-2100 05, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SWİFT BİK-CTREAZ22) hesabına ödənilməsi qət edilmişdir. (hakim Rafiq Kazımov)
18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Ramazanova Şahpəri İdrisnəbi qızı «xxxx» ASC-dən kredit almış, lakin öhdəliklərini icra etməmişdir.
19. Həmçinin Cavabdeh1 Kəbətulla oğlu kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 186 saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşdur.
20. Məhkəmə qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin qiymətini 48000 manat müəyyən etmişdir.
21. Birinci instansiya məhkəməsi eyni zamanda hesab etmişdir ki, bankın xx xxxxxx 2019-cu il tarixinədək tələb etdiyi 3565,48 ABŞ dolları cərimə pulu tənasübsüz surətdə yüksək hesablanıb.
22. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına uyğun olaraq iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 279, 295, 442, 443, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.1, 739.2, “İpoteka haqqında” Qanunun 1.0.9, 34.1.1, 39.3.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızı apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, kredit borcundan 10000 manat ödənilib. Müqavilə üzrə ödənişlər qraf ikə uyğun olub. Lakin sonradan devalvasiya nəticəsində maddi vəziyyəti pisləşdiyi üçün ödəniş olmamışdır. Hazırda heç yerdə işləmir, maddi vəziyyəti aşağıdır, başqa yaşayış yerləri olmadığı üçün yaşadıqları evdən çıxarılmaları düzgün deyil.
26. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-425/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli 2(029)-38/2019 saylı qətnaməsi üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Telman Quliyev və Elman Rəhimov)
27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Ş.Ramazanovanın apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin dəyişilməsi üçün əsas ola bilməz.
28. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normaların işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində ləğv edilməklə, həmin hissədə iddianının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılıb ki, borclu Ş.Ramazanova iddiaçı bank tərəfindən aldadılıb, borcluya manatla kredit verilməsi bildirilsə də, kredit ABŞ dolları ilə verilib. Lakin işin bu halı araşdırılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə iddiaçı bankın yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Quliyev Rəşad Elşad oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə üçüncü şəxs və onun vəkili, eləcə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını m ümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlər də və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) mü qavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. “İpoteka haqqında” Qanunun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaran masına əsas verir. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Hazırkı kassasiya şikayətində üçüncü şəxs Ş.Ramazanova apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində ləğvini xahiş etmişdir. Buna görə də hazırki kassasiya baxışının predmetini yalnız həmin hissə təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə y üklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
38. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, hazlrki iş üzrə üçüncü şəxs olan Ş.Ramazanova «xxxx» ASC-dən kredit müqaviləsi əsasında kredit almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
39. Müəyyən edilib ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsini üçüncü şəxs özü də etiraf etmişdir.
40. Buna görə də üçüncü şəxs Ş.Ramazanovanın «xxxx» ASC ilə bağlanmış kredit müqaviləsi üzrə borc öhdəlikləri olduğu halda, apelyasiya instansiyasının qətnaməsinin borcun tutulması hissəsində ləğv edi lməsi barədə dəlillər əsaslı sayıla bilməz.
41. Kassasiya şikayətində qətnamənin borcun tutulması hissəsində ləğv edilməsinin əsası kimi borclu Ş.Ramazanovanın iddiaçı bank tərəfindən aldadılması, kredit manatla verilməli olduğu, kreditin ABŞ dolları ilə verilməsi və bunun məhkəmələr tərəfindən araşdırılmaması göstərilir.
42. Əvvəla, bu dəlil qeyd edilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
43. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində aldadılması barədə, ümumiyyətlə, hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlilin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Bundan əlavə, işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyən dəlillə r kassasiya şikayətində irəli sürülə bilməz.
44. Həm də üçüncü şəxsin aldadılması barədə dəlil işin faktiki hallarının araşdırılması ilə əlaqəlidir. Kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Ramazanova Şahpəri İdrisnəbi qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-425/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnam əsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.