Məhkəmə qərarları › İş №2(102)-5101/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5101/2019

24.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5101/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2(104)-1382/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Samux rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.N.Zeynalova, iş № 2(058)-1068/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 3 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək Samux şəhərində yerləşən X1 miras qalmış 0,50 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/10 hissəsindən İddiaçı payı 3/10 hissədə, Aydın və Cavabdeh2ların hər birinin payının 1/10 hissədə müəyyən olunması, Samux rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə X1 miras qalmış 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəliyin müəyyən edilərək İddiaçı payının 3/5 hissədə, Aydın və Cavabdeh2ların hər birinin payının 1/5 hissədə müəyyən edilməsi ilə əlaqədar miras qalmış Samux şəhərində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 3/5 hissədə, Aydın və Cavabdeh2ların hər birinin payının 1/5 hissədə müəyyən edilməklə mülkiyyətinə verilməsi və qeydə alınması qət edilmişdir. Gən cə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Bayramov, L.S.Süleymanov və F.Ə.Mehtiyev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Samux rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Samux şəhərində yerləşən 0,50 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 06 sentyabr 2011-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətində olmuş və onun 12 iyun 2017-ci il tarixdə baş vermiş ölümü ilə ondan miras qalmış əmlaka vərəsəlik açılmışdır. Mərhumun qanun üzrə birinci növbə vərəsələri olmadığından miras əmlak ikinci növbə vərəsələr tərəfindən qəbul edilmişdir. İkinci növbə vərəsələrdən X5 və X3 miras əmlakdan İddiaçı xeyrinə imtina etmişlər. Samux rayon mə hkəməsinin 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Lətifə, Aydın və Cavabdeh2lar mərhum qardaşları X2 qanun üzrə ikinci növbə vərəsələri tanınmış, mərhum H.İ.Həsənovdan miras qalmış ünvan 1 ünvanında yerləşən bir mərtəbəli yaşayış evi və ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsindən mirasın kütləsinə daxil olan 0,25 ha hissəsinin 3/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə Cavabdeh1 və 1/5 hissəsinə Cavabdeh2 mülkiyyət hüquqları tanınmaqla həmin hissələrin onların mülkiyyətinə verilməsi qət edilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,50 ha torpaq sahəsindən mərhum qardaşı X2 adına olan 5/10 hissəyə pay hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul e dilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, digər cavabdehlər və 3-cü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialları nı araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, Samux rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə miras əmlak olan 0,50 ha torpaq sahəsinin digər 0,25 ha hissəsinin mərhumun mülkiyyətində olmasına baxmayaraq həmin hissədə vərəsələrin payları müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi vərəsələrdən Rəna və Sevinc Həsənovaların paylarından iddiaçının xeyrinə imtina etmələrini nəzərə alaraq mübah isə predmeti olan miras əmlaka İddiaçı 3/5 hissədə, cavabdehlərin isə 1/5 hissədə paylarını müəyyən etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1243, 1159.2, 1249, 1246, 1159.1.1, 1160, 1269, 1273-1-ci maddələrinə, mülki prosessual hüquq norması kimi MPMnin 82.3-cü maddəsinə istinad etmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRA RA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar