Məhkəmə qərarları › İş №2(102)-5105/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5105/2022

11.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5105/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-386/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 350.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilm iş müddətlərdə illik 16 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsinin təminatı qismində İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Bank) ilə Cavabdeh2 arasında 26 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi, ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3, birgə borcalan Cavabdeh1 və birgə borcalan X2 arasında 14 mart 2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müvafiq olaraq Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 77.7 kv.m. ümumi, 39.5 kv.m. yaşayış, 38.2 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı, 34 nömrəli mənzil və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 146, mənzil 36 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2017-ci il tarixli kredit müqaviləsi ilə Bank Borcalana 75.000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit 36 ay müddətinə verilmişdir.

4. Cavabdeh1 04 aprel 2018-ci il tarixə Banka olan borcunun 54.322,81 manat əsas borcu və 2.249,13 manat faiz borcu olmaqla, cəmi 56.571,94 manat təşkil etməsi barədə İddiaçı ASC tərəfindən 04 aprel 2018-ci il tarixli maliyyə arayışı tərtib edilmişdir.

5. Cavabdeh1 0 5 iyun 2018-ci il tarixə Banka olan borcunun 52.157,07 manat əsas borcu və 2.893,66 manat faiz borcu olmaqla, cəmi 55.050,73 manat təşkil etməsi barədə İddiaçı ASC tərəfindən 05 iyun 2018-ci il tarixli maliyyə arayışı tərtib edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qıza, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borc 52127.07 manat, əsas borca hesablanmış faiz borcu – 2893,66 manat, cəmi 55050,73 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nə simi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 26 dekabr 2014-cü il tarixli, 100850-045/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 350.000 manat m əbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq iki ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzil 26 dekabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzil 14 mart 2017 -ci il tarixli ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən hər iki ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildirişlər göndərilmişdir. Belə ki, ipotekaqoyan Cavabdeh2 ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli, 001/007/1005/2018 nömrəli bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh2 həmin bildirişi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, ipotekaqoyan Cavabdeh3 ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli, 001/007/1006/2018 nömrəli bildiriş göndərilmiş, ipotekaqoyan Cavabdeh3 həmin bildirişi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra, bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.

8. Cavabdeh1 bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu tamamilə, hətta artıq miqdarda ödəmişdir.

9. «Leqal Prime» Hüquq şirkətinin xx.xx.2018-ci il tarixli LP-078/18 saylı və LP079/18 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində o lan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat təşkil edir; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2014cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; xx.xx.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; xx.xx.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənilmiş 301,55 manat təşkil edir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixədək banka 301,55 manat məbləğində artıq ödənişi müəyyən olunur, o cümlədən; xx.xx.2018-ci il tarixə (sualda qeyd olunan tarix) əsas borc üzrə 5.591,91 manat, faiz borcu 27.34 manat; xx.xx.2019-cu il tarixə (ekspertiza aparılan tarix) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödənil miş 301,55 manat təşkil edir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-115/2019 nömrəli, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbləri təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcunun olmaması, əksinə 301,55 (üç yüz bir manat əlli beş qəpik) manat məbləğində artıq ödəniş etməsi müəyyən olunmuşdur. Bu səbəbdən iddiaçının cavabdehlərdən qalıq borcu tələb etməsi əsassızdır.

14. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 385-ci, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya in stansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəlmiş, sübutlara düzgün qiymət verməmişdir.

17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan cıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 26 dekabr 2014- cü il tarixli, kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu 5.619,25 manat təşkil edir: əsas borc üzrə 5.591,91 manat, faiz borcu üzrə 27,34 manat. xx.xx.2018ci il tarixə isə onun borcu olmamış və 301,55 manat artıq ödəniş edilmişdir. 18. 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit xx.xx.2016-cı ildə 5 826.94 manat, xx.xx.2016-cı ildə 12 744.86 manat, xx.xx.2017-ci ildə tarixlərində 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır k i, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (xx.xx.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir necə hallarda bank tərəfindən borcalanın digər kreditinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstəril diyi hallar istisna təşkil edir.Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 440.1-ci maddəsinə əsasən əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. Qeyd olunan maddənin yarımbədindən tam aydın olur ki, borcalanın bir neçə öhdəliyi olduğu təqdirdə ödənilən vəsaitin təyinatı borcalan tərəfindən müəyyən edilir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli,100850- 45/14 nömrəli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsasızdır. xx.xx.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcu 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarix li qətnaməsi ilə (hakimlər F.Babayev-sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 29 655,15 (iyirmi doqquz min altı yüz əlli beş manat 15 qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat xərcin tutularaq "xxxx" ASCyə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 45 (qırx beş) manatın, 15 (on beş) manatının iddiaçıya aid edilməsi, 30 (otuz) manatının isə Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 (səksən beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılması, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzilə 125.000 manat (yüz iyirmi beş min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X7 pros pekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin olunmaması, məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 390 (üç yüz doxsan) manatın 300 (üç yüz) manatının Cavabdeh1, 90 (doxsan) manatının isə İddiaçı ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilməsi qət edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit (ipoteka) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və h əmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş eskpertiza tədqiqatına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli vəsatətində ilkin ekspertiza zamanı Borcalan tərəfindən xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə aparılmış ümümilikdə 18551 manat məbləğində ödənişin əsassız olaraq 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə nəzərə alındığı qeyd edilmişdir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi (i.v 135-136) 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi əsasın da rəsmiləşdirilmiş 350.000,0 manat məbləğində kredit vəsaiti xx.xx.2014-cü il tarixdə Borcalanın hesabına köçürülmüşdür. Həmin əməliyyatın təyinat kodu isə LD **********1 olmuşdur. Qeyd olunanlarla bağlı bildirilir ki, yuxarıda göstərilən tarixlərdə aparılmış ödənişlər digər tarixlərdə aparılmış ödənişlər kimi eynilə LD ********** əməliyyat kodu altında aparılmışdır.

21. Qanunun tələblərinə əsasən bank müştərisinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ vardır və bu hüquq bank tərəfindən qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan qaydalarla məhdudlaşdırıla bilməz. Eyni zamanda bank müştərisinin razılığı olmadan onun bank hesablarında olan vəsaitləri başqa kreditə silə bilməz.

22. Kollegiyanın qənaətinə görə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə aparılmış ödənişlər, cavabdeh ödəniş tapşırığı və ya sərəncam vermədən Bank tərəfindən digər kreditə silinə bilməz. Məhkəmə iclasına dəvət edilən ekspertlər də ödənişin borcalanın istəyi ilə bankda olan digər borcların ödənilməsinə yönəldilə biləcəyini bildirmişlər.

23. Bundan başqa, Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli ekspert rəyində Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 5826,94 manat, xx.xx.2016-cı il tarixdə 570 manat, xx.xx.2016-cı il tarixdə 12744,86 manat, xx.xx.2017- ci il tarixdə 41,34 manat, xx.xx.2017-ci il tarixdə isə 5512,1 manat ödənişlər etdiyi, lakin Mərkəzi Bankın mütəxəssisi tərəfindən rəy verilərkən həmin ödənişlərin nəzərə alınmadığı qeyd edilmişdir. Mütəxəssis rəyində isə həmin tarixlərdə göstərilmiş məbləğlərin bank tərəfindən ka pitallaşdırıldığı, borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılmanın əsassız hesab edildiyi və hesablama zamanı nəzərə alınma olmadığını qeyd edilmişdir. Həmçinin, məhkəmə iclasına dəvət edilmiş Mərkəzi Bankın eskperti göstərilən məbləğlərin niyə nəzərə alınmalı olmadığına aydınlıq gətirərək bildirmişdir ki, qeyd edilən tarixlərdə göstərilən məbləğlər bank tərəfindən kapitallaşdırılmış, həmin məbləğlərin kredit borcu üzrə ödənilmiş olması barədə bankın sistemində heç bir məlumat olmamaqla, Cavabdeh1 tərəfindən də həmin məbləğlərin ödənilməsi barədə qəbzlər təqdim edilməmişdir. Mütəxəssisin mövqeyinə görə həmin məbləğlər sistemdə Cavabdeh1 kredit ödənişlərində gecikmə olmasının göstərilməməsi üçün bank tərəfindən kapitallaşdırılaraq, ümumi qalı ğa əlavə edilmişdir. Həmçinin, bildirmişdir ki, hesabdan çıxarışda iki ödənişin “plastik karta” ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasına dəvət olunmuş Ekspertiza Mərkəzinin eksperti Mərkəzi Bankın mütəxəssisinin qeyd etdiklərinin əksini əsaslandıra bilməmişdir.

24. Yuxarıda göstərilənlərə əsasən kollegiya Mərkəzi Bankın mütəxəssis rəyində göstərilənləri əsas götürərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 26 dekabr 2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə 29 655,15 manat borc tutulmalıdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən də görünür ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti bitdikdən sonra da ödənişlər edilmişdir. Kollegiya Mərkəzi bankın Mütəxəssis rəyində göstərilən məbləğdən kredit müqaviləsi üzrə kred itdən istifadə müddəti bitdikdən sonra ödənilmiş məbləğləri çıxaraq yerdə qalan 29 655,15 ( (35750,73+174,78) – (5591,91+27,34+301,55) = 29 655,15 manat) manat məbləğində borcun Cavabdeh1 tutulmasını əsaslı və qanuni hesab etmişdir.

25. Kollegiya iddianın, “Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzilə və Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin daşınmaz əmlaklar Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan İddiaçı ASC ipoteka qoyanlara “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş, həmçinin həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissə sinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatı şmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

26. Kollegiya, iddianın “Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108 ünvanında yerləşən 2 otaqlı, 77.7 kv.m ümumi, 39.5 kv.m yaşayış, 38.2 kv.m yardımçı sahədən ibarət 34 saylı mənzildən və Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti, ev 146 ünvanında yerləşən, 59.6 kv.m ümumi sahədən ibarət 36 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması” hissəsini əsaslı hesab etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyuldu ğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3- cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qayd asında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

27. Eyni zamanda kollegiya qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin baxışı zamanı qiymətləndirmə təyin olunmuş və ekspert rəyi ilə Cavabdeh3 mülkiyyətində ola n Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 146 saylı evin, 36 saylı mənzilinin qiyməti 85.000 manat və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 108 saylı evin, giriş D, 34 saylı mənzil 125.000 manat müəyyən edilmişdir. Bu qiyməti heç bir tərəf mübahisələndirməmişdir

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 317, 319.1, 319.6, 385, 386.1, 390.5, 425.1, 440.1, 442, 448.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.2, 39.3.3, 59.1, 59.3-cü, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2, 36.1, 36.4, 36.5, 36.6-cı, MPM-in 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspert Mərkəzinin 06 avqust 2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ekspert rəyləri ilə borcunun olmadığı əksinə 301.55 manat artıq ödəməsinin olduğu müəyyən edilsə də apelyasiya instansiyası məhkəməsi əsassız olaraq 01 iyun 2020-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2580/21 saylı, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev-sədrlik edən və məruzəçi, M.Əhmədova və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(103)-1966/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə razılaşmamasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Halbuki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır. Belə ki, 01 iyun 2020-ci il tarixli, Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16% dərəcəsi ilə 48 ay müddətinə 350 min manat məbləğində kredit verilmişdir. Bu kredit üzrə xx.xx.2016-cı ildə ödənilmiş 5 826.94 manat, xx.xx.2016-cı ildə ödənilmiş 12 744.86 manat, xx.xx.2017-ciildə tarixlərində ödənilmiş 5 512.10 manat kapitallaşdırılmışdır (borcalan və ipoteka qoyanlar ilə əlavə müqavilənin imzalanmaması səbəbindən kapitallaşdırılma əsassız hesab edilmiş və hesablama zamanı nəzərə alınmamışdır). Qeyd etmək lazımdır ki, mübahisələndirilən kreditin müddəti dövründə borcalana digər kredit verilmişdir (xx.xx.2017-ci il tarixində 75 min manat məbləğində kredit). Borcalan tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər bir neçə hallarda bank tərəfindən borcalanın digər kredi tinə silinmişdir. Qeyd olunan formada silinmənin aparılması bank ilə müştəri arasında imzalanmış müqavilənin 5-ci bəndi (müqavilənin 5.1.5-ci bəndinə əsasən borcalanın bank qarşısında bir və ya bir neçə icra edilməli öhdəliyi olduqda, bank icra edilməli öhdəliyi seçmə hüququna malikdir) ilə tənzimlənir. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Bu maddənin tələbi nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi təyinatı ilə edilmiş ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsi əsasız dır. Qeyd edilən mütəxəssis rəyinin nəticə hissəsində isə xx.xx.2018-ci il tarixinə Cavabdeh1 26 dekabr 2014-cü il tarixli, 100850-45/14 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit borcunun 35925.51 manat (əsas borc - 35750.73 manat, faiz borcu -174.78 manat) təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, borclu Cavabdeh1 kredit müqaviləsi ilə xx.xx.2016-cı ildə ödədiyi 5,826.94 manat, xx.xx.2016-cı ildə ödədiyi 12,744.86 manat, xx.xx.2017-ci ildə ödədiyi 5,512.10 manat məbləğlər əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilmişdir. Mütəxəssis rəyində tərəflər arası nda əlavə müqavilənin imzalanmaması səbəbindən bu qaydada kapitallaşmanın əsassız olduğu vurğulansa da rəyin nəticə hissəsində bu hal nəzərə alınmamış və mütəxəssis kapitallaşmanı əsas tutmaqla qeyd edilən rəyi vermişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətlərlə yanaşı bu kapitallaşmanın hansı normativ-hüquqi aktla, o cümlədən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənib-tənzimlənmədiyini araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir.

34. Bundan başqa 01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş bəzi ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kr editə silinməsinin əsassız olduğu vurğulansa da mütəxəssis rəyin nəticə hissəsində həmin ödənişləri 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlər kimi nəzərə almamışdır.

35. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1, 103.2, 217.1, 218.1, 220.4, 417.1.3, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8062/2021 nömrəli qərardadı ilə kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar iş üzrə Mərkəzi Bankdan yenidən mütəxəssis rəyi alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Borclu Cavabdeh1 kredit müqaviləsi ilə xx.xx.2016-cı ildə ödədiyi 5,826.94 manat, xx.xx.2016-cı ildə ödədiyi 12,744.86 manat, xx.xx.2017-ci ildə ödədiyi 5,512.10 manat məbləğlər əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilməsi hansı normativ-hüquqi aktla tənzimlənir, əgər tənzimlənmirsə bank bunu hansı normativ hüququ akta əsasən etmişdir; -01 iyun 2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyinin əsaslandırıcı hissəsində Cavabdeh1 tərəfindən 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə edilmiş bəzi ödənişlərin (hesabdan çıxarışa və kassa mədaxil sənədinə əsasən) digər kreditə silinməsinin əsassız olduğu vurğulansa da mütəxəssis rəyin nəticə hissəsində həmin ödənişləri 26 dekabr 2014-cü il tarixli kre dit müqaviləsi üzrə edilmiş ödənişlər kimi nəzərə almamasının səbəbləri nə olmuşdur; -Borclu Cavabdeh1 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə etdiyi ödənişlər digər kredit müqaviləsinə silinməsi nəzərə alınmasa, 26 dekabr 2014- cü il tarixli kredit müqaviləsi üzrə işdə olan məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri də nəzərə alınmaqla hər hansı bir məbləğdə borcu mövcuddurmu.

37. Azərbaycan Respublikası Mərkəzi Bankının 17 noyabr 2021-ci il tarixli 06-005792021 nömrəli məktubu ilə göndərilmiş rəy və ona əlavə edilmiş materiallar işə əlavə edilmişdir. Rəydə mütəxəssis qarşısında qoyulmuş suallara cavab verilmiş və nəticə hissəsində göstərilmişdir ki, yenidən hesablama nəticəsində sonuncu əməliyyat tarixinə (xx.xx.2019-cu il tarixinə) borclu Cavabdeh1 xx.xx.2014-cü il tarix li kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas borcu, 5.984,17 manat faiz borcu mövcud ola bilər (yenidən hesablama barədə cədvəl rəyə əlavə olunur).

38. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mərkəzi Bankın mütəxəssislərinin verdiyi rəylərlə ekspertiza rəyləri arasında ziddiyyət olduğundan iş üzrə tərəflərin və sonuncu mütəxəssis rəyini tərtib etmiş şəxsin iştirakı ilə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki, ekspertiza rəylərində xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun qalmadığı, əksinə 301,55 manatın artıq ödənildiyi, mütəxəssis rəyində isə Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas borcu, 5.984,17 manat faiz borcu mövcud ola bilər gö stərilmişdir. Bu hal isə istər-istəməz həmin ekspert rəyləri ilə mütəxəssis rəyi arasında ziddiyyətin yenidən xüsusi biliyə malik ekspertlərin rəyi ilə aradan qaldırılmasını zəruri etmişdir.

39. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-386/2022 saylı, 10 yanvar 2022- ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 26 aprel 2022-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzindən qeyd edilən mülki iş və 9/702 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi daxil olmuşdur.

40. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza təyini haqqında qərardada əsasən hazırki ekspertiza tədqiqatında iştirak etmiş Azərbaycan Respublikası Mərkəzi B ankın mütəxəssisi X3 ekspert qarşısında qoyulmuş Borclu Cavabdeh1 kredit müqaviləsi ilə xx.xx.2016-cı ildə ödədiyi 5,512.10 manat, xx.xx.2016-cı ildə ödədiyi 12,744,86 manat, xx.xx.2017-ci ildə ödədiyi 5, 512.10 manat məbləğdə əsas borcun və faiz borcunun silinməsinə yönəldilməli olduğu halda həmin məbləğlər borcun silinməsinə yönəldilməmiş və kapitallaşdırılaraq borclunun üzərinə başqa məbləğdə əsas borc və faiz borcu qoyan yeni ödəniş qrafiki təqdim edilməsi hansı normativ-hüquqi aktla tənzimlənir, əgər tənzimlənmirsə, bank bunu hansı normativ-hüquqi akta əsasən etmişdir, sualına cavab olaraq bildirmişdir ki, onun tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 06.00579-2021 saylı rəydə sual cavablandırılıb.

41. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rauf Kazımov tərəfindən tərtib edilmiş 01 iyun 2020-ci il tarixli rəydə Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə ödədiyi kredit ödənişləri kassa məxaric orderində və hesabdan çıxarış məlumatlarında göstərilən təyinatlar üzrə xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqviləsi üzrə ödənilmişdir (01 iyun 2020-ci il tarixli rəyin cədvəl məlumatında öz əksini tapır). Yəni ki, xx.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə kredit ödənişləri bank tərəfindən digər kreditlərə ödənilmiş, lakin 01 iyun 2020-ci il tarixli rəydə digər kreditə ödənilmiş məbləğlər 26.12.204-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsinə ödənilmişdir.

42. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödə niş elanları, hesabdan çıxarış məlumatları, xx.xx.2014- cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alımaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas və faiz borcu 4.827,59 manat məbləğində, xx.xx.2018ci il tarixə banka olan əsas və faiz borcu tam ödənilmiş və 1.110,95 manat məbləğində artıq ödəniş, xx.xx.2019-cu il tarix banka olan əsas və faiz borcu tam ödənilmiş və 7.125,95 manat məbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən xx.xx.2018-ci il tarixə əsas borc üzrə 4.804,10 manat, faiz borcu üzrə 23,49 manat, xx.xx.2018-ci il tarixə əsas borc üzrə 0.00 manat, faiz borcu üzrə 0.00 manat, artıq ödəniş 1.110,95 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 0.00 manat, fazi borcu üzrə 0.00 manat artıq ödəniş 7.125,95 manat müəyyən edilir

43. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-386/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik edən və məruzəçi, A.İsgəndərov və İ.Kərimli) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmələr də iş üzrə 4 dəfə məhkəmə mühasibatlıq ekspertizaları təyin edərək rəylər aldılar. Hətta axırıncı rəy Mərkəzi Bankın mütəxəssisinin iştirakı ilə ekspert komissiyası tərəfindən verilmişdir. Bu rəylə də komisyon ekspertiza borcalanın qeyd olunan kredit müqaviləsi üzrə borcunun olmadığın ı təsdiq etmişdir. Düzdü, iş üzrə Mərkəzi Bank tərəfindən bir-birinə zidd 2 mütəxəsiss rəyi də verilmişdir. Sonuncu mütəxəssis rəyində borclu Cavabdeh1 xx.xx.2014- cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısında 30.252,30 manat əsas, 5.984,17 manat faiz borcu mövcud ola bilər göstərilmişdir. Ancaq mövcud ola bilər ifadəsi ona dəlalət edir ki, borc mövcud olmaya da bilər. Yəni, bu rəydə qeyd olunan məbləğdə borcun mövcud olması ehtimal olunur. Ehtimal əsasında qəbul edilən məhkəmə aktı isə şübhəsiz ki, qanuni və əsaslı ola bilməz. Lakin iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinin mübahisəli kredit müqaviləsi üzrə borcun mövcud olmamasına dair hissədə həqiqiliyi hər hansı bir şübhə doğurmadı. Ona görə də, məhkəmə mühasibatlıq ekspertizalarının rəyinin mötəbər sü but növü kimi qəbul edilməməsi üçün də əsas yoxdur.

45. Eyni zamanda Mərkəzi Bankın mütəxəssisi tərəfindən verilmiş sonuncu mütəxəssis rəyində mübahisələndirilən kredit müqaviləsi üzrə borcalan tərəfindən ödənilmiş 429 026,56 vəsaitlərdən xx.xx.2015-xx.xx.2019-cu tarixlərdə 37 halda 26842,63 manat məbləğdə digər kredit müqavilələri üzrə silinmiş vəsaitlər yenidən müvafiq borc üzrə silinmə kimi, eləcə də, işdə olan məhkəmə mühasibatlıq ekspertizasının rəyində xx.xx.2016-il tarixində 5826,94 manat, xx.xx.2016-cı il tarixdə 12744,86 manat və xx.xx.2017-ci il tarixində 5 512,10 manat məbləğdə vəsaitlərin borcalanın ödənişi kimi hesab edilməsi nəzərə alınmadan yenidən hesablama aparılmış və Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərinə uyğun öhdəliyin hissə-hissə icrasına uyğun silinmələr aparılmışdır. Ancaq apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Emil Qabıyev 24 may 2017- ci il tarixdə iddiaçı bankla bağladığı digər kredit müqaviləsi üzrə də öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə 52843,85 manat əsas, 2984,78 manat faiz, cəmi 55843,85 manat borc da tutularaq banka ödənilməsi qət edilmiş, həmin qətnamədən Emil Qabıyevin verdiyi şikayət isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Emil Qabıyevin ödədiyi 26842,63 manatın digər kredit müqaviləsi üzrə silinmiş vəsait kimi yenidən hazırki kredit müqaviləsi üzrə də silinməsi hər hansı bir mötəbər sübutla, o cümlədən məhkəmə mühasiba tlıq ekspertizalarının rəyləri ilə təsdiq olunmur. Çünki, sonuncu məhkəmə təkrar komisyon məhkəmə mühasibatlıq ekspertizasının qarşısında buna dair sual qoyulmuş və ekspert komissiyası bu halın həqiqiliyini inkar etmişdir.

46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 269.7, 282.1, 317, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 743-cü, “İpoteka haqqında” Qanunun 31.1.3, 34.1.1, 36.1, 36.3, 38.2, 39.2, 39.3, 41.1, 47.4, 59.3.1, 59.4-cü, MPM-in 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 4

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 100850- 045\14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 350.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, 108 saylı evin 34 saylı mənzili və Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən 146 saylı evin 36 saylı mənzili banka ipotekaya qoyulmuşdur. Cavabdehlə bağlanmış kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 48 ay müddətində, hər ayın 29-u tarixində 9,919.10 manat olmaqla banka ödəniş etməli idi və əgər cavabdeh tər əfindən həmin ödəniş cədvəlinə uyğun ödəniş aparılsaydı müqavilənin sonunda banka cəmi 476,084.72 manat məbləğində pul ödənilməli idi. Lakin cavabdeh tərəfindən həmin öhdəliyə lazımi qaydada əməl olunmamış və cavabdeh banka gecikdirilmələrlə ödəniş aparmışdır. Bunu nəzərə alaraq, bankla cavabdeh arasında qarşılıqlı razılıq əsasında kredit müqaviləsinin müddəti və şərtləri çərçivəsində xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə restruktrizasiya (gecikmədə olan əsas borc məbləğinin gecikmədən çıxarılması və adi borc hesabına keçirilməsi əməliyyatı) aparılaraq yeni ödəniş cədvəlləri verilmişdir. Əlavə olaraq bildiririk ki, əgər ödəniş müştəri tərəfindən həyata keçirilirsə, o zaman pul məbləği ya kassadan (kassa hesab N: AZ12AZEN********************), ya da köçürmə yolu ilə (hesab N: AZ87AZEN********************) aparılır. Lakin bu iş üzrə kapitallaşan məbləğlər kredit verilən zaman yaranan hesab (ssuda hesabıN: AZ20AZEN********************) üzərindən aparılmışdır. Bu da o deməkdir ki, həmin hesab üzrə əməliyyatları yalnız bank həyata keçirə bilər. Eyni zamanda “Period əməliyyatları” adlı sənəddə “əməliyyatın təyinatı” hissəsindən də görünür ki, xx.xx.2016-cı il tarixdə 5,826.94 manat, xx.xx.2016-cı il tarixdə 12,744.86 manat və xx.xx.2017-ci il tarixdə 5,512.10 manat cavabdehin birbaşa gecikdirilmiş ssuda hesabına oturmuş və həmin hesabdan silinmələr aparılmışdır. Halbuki, digər ödənişlərin hər biri cari hesaba oturmuş və qarşısında əməliyyatın təyinatı yazılmışdır. Həmçinin əməliyyatın növü sütununda mübahisəli məbləğlər (5,826.94 manat, 12,744.86 man at və 5,512.10 manat) “Principial İncrease” yəni “əsas borcun artırılması” kimi qeyd edilmişdir. Əgər bu vəsait cavabdeh tərəfindən ödənilmiş olsaydı, o halda qarşısında - əməliyyatın təyinatı sütununda digər ödənişlərdə olduğu kimi kredit ödənişinin növü qeyd olunardı. Eyni zamanda “Period əməliyyatları” adlı sənədə nəzər saldığımızda görürük ki, həmin sənədin ilk sətrində Bankın verdiyi 350,000 manat kredit məbləği “Əməliyyatın təyinatı” hissəsində LD********** saylı müqavilə üzrə kredit verilməsi kimi qeyd edilmişdir. Yəni “Kredit” sütununda göstərilən hər məbləğ ödəniş kimi nəzərə alınmamalıdır. Ödənilən məbləğlər “Əməliyyatın təyinatı” sütünunda “Kredit ödənişi” kimi qeyd olunan məbləğlər borcalan tərəfindən ödəniş kimi hesab olunur. “Kredit” sütünunda qeyd olunan mübahisəli (xx.xx.20 16-cı il tarixdə 5,826.94 manat, xx.xx.2016-cı il tarixdə 12,744.86 manat və xx.xx.2017-ci il tarixdə 5,512.10 manat) məbləğlər də yuxarıda göstərilən qaydaya uyğun olaraq qeyd edilmişdir. Yəni həmin məbləğlər ödəniş deyil, restrukturizasiya olunan məbləğlərdir. Bu o, deməkdir ki, hər üç hal üzrə həmin vəsaitlər cavabdeh tərəfindən Banka ödəniş kimi nəzərə alınmamalıdır. Hər bir restruktrizasiyadan sonra cavabdehə yeni ödəniş cədvəlləri verilməsi, həmin ödəniş cədvəllərinin cavabdeh tərəfindən imzalanması həmin məbləğlərin onun tərəfindən ödənilmədiyinin bariz nümunəsidir. Lakin ekspertlər həmin məbləğləri cavabdeh tərəfindən ödəniş kimi nəzərə almış və ümumi borc məbləğindən həmin məbləğləri silmişdirlər. İşin qeyd olunan hallarını iş materiallarında olan və ekspertə təqdim edilmiş hesabd an çıxarış da təsdiq edir. Ekspert tərəfindən isə tədqiqat aparılarkən əsassız olaraq, cədvəldə görünən bütün vəsaitlər cavabdeh tərəfindən ödənilmə kimi nəzərə alınmış və “qarşı hesab” sütunundakı hesabların açıqlamaları nəzərə alınmamışdır. Eyni zamanda, ödəniş cədvəllərindən də görünür ki, xx.xx.2016-cı il tarixdə 5,826.94 manat, xx.xx.2016-cı il tarixdə 12,744.86 manat və xx.xx.2017-ci il tarixdə 5,512.10 manat gecikmədə olan borc məbləğləri restruktrizasiya olunaraq, əsas borca əlavə edilmişdir. Həmin 5,826.94 manat, 12,744.86 manat və 5,512.10 manat məbləğində vəsaitlər cavabdeh tərəfindən Banka ödəniş edilməmişdir. Bu halları iş materiallarında olan və ekspertə təqdim edilmiş hesabdan çıxarışlar, ödəniş cədvəlləri də təsdiq edir. Həmçinin, ekspertlər tərəfindən tədqiqat aparılarkən əsassız olaraq, iş üzrə düzgün hesablama aparılmamış, borcalan tərəfindən aparılmış bəzi ödənişlərin digər kredit müqaviləsi üzrə borcuna silindiyi halda, həmin ödənişləri mübahisə predmeti olan kredit müqaviləsi üzrə ödəniş kimi qəbul etmiş, bundan başqa Bank tərəfindən restruktruzasiya (gecikmədə olan əsas borc məbləğinin gecikmədən çıxarılması və adi borc hesabına keçirilməsi əməliyyatı) edilmiş 5,826.94 manat, 12,744.86 manat və 5,512.10 manat məbləğində vəsaitlər heç bir əsas olmadan ödəniş kimi nəzərə alınmış və bunun nəticəsində borcalanın banka borcu olmaması nəticəsinə gəlmişdir. Halbuki, ekspertizaya təqdim edilmiş hesabdan çıxarışlardan 1) həmin ödənişlərin mübahisə predmeti olan kredit müqaviləsi üzrə deyil, borcalanın digər kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldild iyi və 2) restruktruzasiya edilmiş 5,826.94 manat, 12,744.86 manat və 5,512.10 manat məbləğində vəsaitlərin borclu tərəfindən ödənilmədiyi, həmin vəsaitlərin borclunu gecikmədən çıxarmaq məqsədilə Bank tərəfindən restruktruzasiya edilməsi açıqaydın görünür. Həmin 3 məbləğin cavabdeh tərəfindən banka ödənilməməsi Mərkəzi Bank tərəfindən verilmiş mütəxəssis rəyi ilə də təsdiq edilir. Bundan başqa, ekspertiza rəyindən görünür ki, ekspert tərəfindən tədqiqat aparılarkən əsassız olaraq, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə cavabdeh tərəfindən ödənilmiş cəmi 31,080.90 manat məbləğində vəsait mübahisə predmeti olan x x.xx.2014-cü il tarixli, 100850-045/14 saylı kredit müqaviləsi üzrə ödənilmiş vəsait kimi nəzərə alınmışdır. Halbuki, həmin tarixlərdə ödənilmiş cəmi 31,080.90 manat məbləğində vəsait cavabdehin bankda olan başqa bir kredit müqaviləsi (xx.xx.2017-ci il tarixli, 100850-72481\3 saylı) üzrə borcun ödənilməsinə yönəldilmişdir. Qeyd olunanları ekspertlərə təqdim edilmiş hesabdan çıxarışlar da təsdiq edir. Lakin, ekspertlər tərəfindən tədqiqat zamanı işin bu hallarına qərəzli olaraq düzgün yanaşılmamış, vəsatətdə göstərilən hallar araşdırılmamış və nəticədə ekspertlər tərəfindən iş üzrə borcun məbləği müəyyən edilərkən səhv nəticəyə gəlinmişdir. Ekspertlərin yanlış hesablamalarının nəticəsində bir ödəniş eyni zamanda iki kredit borcuna silinmişdir. Burada əsas mübahisə doğuran hal odur ki, bor calan tərəfindən aparılmış bəzi ödənişlərin mübahisə predmeti olan kredit müqaviləsinin əməliyyat kodu (LD **********1) altında qəbul edilsə də, həmin ödənişlərin digər kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsini və Bank tərəfindən restruktruzasiya edilmiş 5,826.94 manat, 12,744.86 manat və 5,512.10 manat məbləğində vəsaitlərin ödəniş olmamasını ekspertizaya təqdim edilmiş hesabdan çıxarışlar da təsdiq edir. Lakin, ekspert tərəfindən işin bu hallarına göz yumulmuş, qərəzli, əsassız, işin hallarına uyğun olmayan qeyri-obyektiv rəy hazırlanaraq məhkəməyə göndərilmişdir. Hazırkı vaxta kimi keçirilmiş məhkəmə prosesləri zamanı da dəfələrlə yuxarıda qeyd olunan hallar məhkəmənin diqqətinə çatdırılsa da, bu hallara hakimlər tərəfindən düzgün qiymət verilməmişdir. Bundan əlavə, Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən tərtib edilmiş rəylərin qeyri-obyektiv və qərəzli olmasını Mərkəzi Bank tərəfindən verilmiş rəy də təsdiq edir. Belə ki, BakıApellyasiya Məhkəməsində sonuncu dəfə işə baxılarkən Ali Məhkəmənin qərarında qoyulmuş göstərişə, yəni iş üzrə xx.xx.2020-ci il tarixli Mərkəzi Bankın mütəxəssis rəyindəki ziddiyyətin araşdırılması barədə göstərişə əsasən Mərkəzi Bankın eksperti Nizami Yusifov məhkəmənin qərarı əsasında işə cəlb edilmiş və iş üzrə araşdırma apararaq müvafiq rəyi məhkəməyə təqdim etmişdir. Mərkəzi Bankın həmin rəyində də göstərilir ki, borclu Cavabdeh1 tərəfindən xx.xx.2016-cı ildə 5,826.94 manat, xx.xx.2016-cı ildə 12,744.86 manat və xx.xx.2017-ci ildə 5,512.10 manat məbləğində vəsaitlər bank a ödənilməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyində isə bu vəsaitlər düzgün olmayaraq, öz əksini kredit ödənişi kimi tapmışdır. Halbuki, Bank tərəfindən həmin məbləğlər əsas borc hesabından cari hesaba, cari hesabdan isə vaxtı keçmiş borc hesabına eyni məbləğli mühasibat müxabirləşmələri edilmişdir. Belə əməliyyat bank tərəfindən yumşaldıcı hal kimi borclunun faiz dərəcəsinin azaldılması məqsədilə tətbiq olunan restruktruzasiya halı kimi qiymətləndirilir. Eyni zamanda rəydə hər bir restruktrizasiyadan sonra cavabdehə yeni ödəniş cədvəlləri verilməsi, həmin ödəniş cədvəllərinin cavabdeh tərəfindən imzalanması və cavabdehin banka 30,252.30 manat əsas borcunun, 5,984.17 manat faiz borcunun mövcud olması göstərilmişdir. X5 eksperti Nizami Yusifov məhkəmə icla sında iştirak edərək rəyində göstərilənləri təsdiq etmişdir. Nəzərə alsaq ki, Mərkəzi Bank bu sahədə daha böyük təcrübəyə və biliyə malikdir və axırıncı ekspert rəyi verilərkən Mərkəzi Bankın ixtisaslaşmış mütəxəssinin (Nizami Yusifovun) rəyini və izahatını məhkəmə nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan, əsassız olaraq, Mərkəzi Bankın mütəxəssis rəyinə belə bir qiymət vermişdir ki, rəydəki “borclu Cavabdeh1 30,252.30 manat əsas borcu, 5,984.17 manat faiz borcu mövcud ola bilər” cümləsi ehtimal xarakteri daşıyır və ehtimal əsasında da əsaslıməhkəmə aktı qəbul edilə bilməz. Halbuki, məhkəmə iclasında mütəxəssis öz rəyini əsaslandırmışdır. Hakim tərəfindən əsas götürülmüş qərəzli, əsassız, işin hallarına uyğun olmayan qeyri-obyektiv rəy əsasında qət namə qəbul edilmiş və bununla da, İddiaçı ASC-nin hüquq və mənafeləri pozulmuş, Bank xeyli miqdarda maddi vəsaitindən məhrum olmuşdur. Bundan başqa, əgər cavabdehin banka borcu yox idisə, nəyə görə iddia ərizəsi məhkəməyə veriləndən sonra Cavabdeh1 tərəfindən 3000 manat ödəniş edilmiş və bunun nəticəsində hətta bank tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə də verilmişdir. Ekspert rəyləri alınanadək cavabdeh dəfələrlə Banka gəlmiş və Bank əməkdaşları ilə görüşərkən borcunu etiraf etmiş və gələcəkdə borcunu tam şəkildə bağlayacağına söz vermişdir. Lakin ekspert rəyləri məhkəməyə daxil olduqdan sonra cavabdeh sözlərini danmış və borcunun olmadığını bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə uyğun ödəniş aparıls aydı müqavilənin sonunda banka cəmi, 476,084.72 manat məbləğində pul ödənilməli idi. Lakin, cavabdeh tərəfindən hətta düzgün olmayan ekspertiza rəyində ümumi ödənişin məbləği 446,064.20 manat göstərilmişdir. Bu bir daha cavabdehin banka borcu olmasını sübut edir. Bütün bunlar onu göstərir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iddiaçının ekspert rəyindəki nöqsanlar barədə göstərdiyi dəlillər araşdırılmamış, məhkəmə mühasibatlıq ekspertizasının rəyi işdəki digər sübutlarla birgə tədqiq edilməmiş, Mərkəzi Bankın ixtisaslaşmış mütəxəssis rəyinə düzgün qiymət verilməmiş və nəticədə məhkəmə tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gələrək, apelyasiya şikayətinin təmin edilməməsi və iddianın rədd edilməsi barədə Nərimanov rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədə n saxlanılması barədə qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yeti rilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

53. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

55. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

56. Maddə 445.2.1. “Öhdəliyin on un icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır.

57. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

58. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

59. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

60. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adl andırılır. Mülki Prosessual Məcəllə

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Belə ki, iddiaçı kassasiya şikayətində göstərir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iddiaçının ekspert rəyindəki nöqsanlar barədə göstərdiyi dəlillər araşdırılmamış, məhkəmə mühasibatlıq ek spertizasının rəyi işdəki digər sübutlarla birgə tədqiq edilməmiş, Mərkəzi Bankın ixtisaslaşmış mütəxəssis rəyinə düzgün qiymət verilməmiş, ekspert rəyi isə əsassız olaraq möhtəbər sübut kimi qəbul edilmişdir.

74. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, dəfələrlə ekspertizalar təyin olunmuş və ekspert rəyləri arasında ziddiyyətin olmaması, əksinə mütəxəssis rəyləri arasında ziddiyyətlərin olması, bu ziddiyyətlərin aydınlaşdırılması üçün məhz mütəxəssis cəlb olunmaqla komissiyon ekspertiza tədqiqatı aparılaraq əvvəlki rəylərdə olan nəticənin düzgün olması, kapitallaşdırma ilə bağlı tərəflər arasında müqavilənin mövcud olmaması və digər qanuni qüvvədə olan qətnamə ilə həmin müqavilə üzrə borcların bir hissəsin in ödənilməsi, ödənilməyən hissə üzrə borcun məhkəmə qaydasında tutulması, iddiaçının borcun movcudluğunu sübut edə bilməməsi müəyyən edilmişdir.

75. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2022-ci il tarixli, 2(103)386/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar