Məhkəmə qərarları › İş №2(102)-5109/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5109/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5109/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 08 iyul 2014-cü il tarixli, 1**-HF-***4 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 məcburi qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 154.701 manat məbləğində əsas, 20.100 manat məbləğində faiz, 201 manat məbləğində cərimə, cəmi 175.002 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rü sumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 175.062 manat borcun tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüquqları əsasında məxsus olan ipoteka predmeti - ünvan ndə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan 175.062 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Həyat” filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, 1**-HF-***4 nömrəli kredit müqaviləsinə əsasən ona illik 10% dərəcəsi ilə 157.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 məxsus ünvan 11.07.2017-c i il tarixli, 101-HFİ-3244 nömrəli ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti qeyd-şərtsiz olaraq 60 ay ərzində qaytarmağı və kredit məbləğini kreditin verilməsindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə cərimə faizi hesablanır və cərimə faizinin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka əsas borc üzrə 154.701 manat, faiz borcu üzrə 20.100 manat və əsas kredit borcuna görə hesablanmış 201 manat, cəmi 175 002 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinin 10.4-cü bəndinə əsasən borcalan əsas borc və faizlər üzrə ödənişləri ardıcıl 2 dəfə yerinə yetirmədikdə, Bank kredit müqaviləsinə xitam verməklə kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Cavabdeh sonuncu dəfə kredit borcunu 05.06.2016-cı il tarixdə qismən, 1000 manat məbləğində ödəmişdir. Hər iki cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini öd əməyə borcludur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar həll etmək üçün cavabdehlərə xəbərdarlıq göndərilmişdir.

4. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə 03.02.2017-ci il tarixli, 88 nömrəli Hesabatı ilə razı olmadığını bildirmiş və məhkəməyə şifahi vəsatətlə müraciət edərək, ipoteka predmetini təşkil edən əmlakın yenidən qiymətləndirilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 11 yanvar 2018-ci il tarixli, 2(005)-21/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 08 iyul 2014-cü il tarixli, 101-HF3244 saylı kredit müqaviləsi üzrə 154.700, 61 (bir yüz əlli dörd min yeddi yüz manat, altmış bir qəpik) manat əsas, 17.300 (on yeddi min üç yüz) manat faiz, 100 (yüz) manat dəbbə, cəmi 172.100,61 (yüz yetmiş iki min yüz manat, altmış bir qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı tutularaq AFB Bank” ASC-ya ödənilməsi, tutma Cavabdeh2 mülkiyyətində olan və 08.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilməs i, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan ünvan nin ilkin satış qiyməti 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova) 23 yanvar 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəh əri Nərimanov rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan nin ilkin satış qiymətinin 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ipoteka predmeti olan ünvan nin ilkin satış qiyməti 348.000 (üç yüz qırx səkkiz min) manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi və əsaslandırılması ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini “İntegris Consulting MMC-nin 09.07.2014-cü il tarixli məktubuna istinad edərək, likvid dəyəri 220.800 manat məbləğində müəyyən etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, ipoteka predmetini təşkil edən əmlakların qiymətləndirilməsi məqsədilə Nərimanov Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi "xxxx" MMCyə həvalə olunmuşdur. Kollegiya hesab etmişdir ki, "xxxx" MMC-nin 07.12.2017-ci il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus ünvan ndə yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə müəyyən edilmiş 348.000 manat məbləğində qiyməti real bazar qiyməti olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan rəy, kifayət qədər əsaslandırılmaqla, verilmiş qiymət ipoteka predmetinin real bazar dəyərini özündə əks etdirir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki Kollegiyasının (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadıyev) X nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsi qismən “ipoteka predmeti olan ünvan nin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmeti olan yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 348.000 manat müəyyən edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla ma ddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsi 0,12 ha torpaq sahəsində yerləşməklə, həmin torpaq sahəsi kredit götürülmüş 157.000 manat kreditin təminatı kimi ipoteka edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan bağ sahəsinin ilkin satış qiymətini 348.000 manat müəyyən edən, apellyasiya instansiyası məhkəməsi 07 dekabr 2017-ci il tarixli ekspertiza rəyinə istinad etmişdir. Cavabdeh X2 ilə “Əmlak ekspert mərkəzi MMC” arasında mübahisə predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar müqavilə bağlanmış və sonuncunun daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar hesabata əsasən Ləhiş bağ sahəsi, 5468 saylı bağ sahəsinin yerləşdiyi bağ evi ilə birlikdə 12 noyabr 2019-cu il tarixə olan bazar dəyəri 421.500 manat təşkil edir. İş materiallarından və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi ipotekaya qoyulmuş bağ evinin ilkin satış qiyməti barədə ekspert rəyləri arasında ziddiyyətlər vardır. İş üzrə obyektiv nəticəyə gəlinməsi və ipoteka predmeti olan bağ sahəsinin qiyməti barədə ekspertiza rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün iş üzrə təkrar qiymətləndirici ekspertiza təyin edilməli və ipoteka qoyulmuş bağ evinin qiyməti barədə düzgün nəticəyə gəlinməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 01 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X saylı, 11 yanvar 2018-ci il tarixli qətnaməsi ipoteka perdmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan nin ilkin satış qiyməti 365 000(üç yüz altmış beş min) manat müəyyən edilmiş, cavabdehlər Cavabdeh2 ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən ünvan ünvanında 0,12 ha torpaq sahəsinin və üzərində yerləşən 502,6 kv.m ümumi sahəyə malik bağ evinin 13 noyabr 2020-ci il tarixə olan hesablanmış likvid dəyəri 365.000 manat ol duğu müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ipoteka predmeti olan ünvan nin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv, ipoteka predmetinin 400.000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Likvidlik” biznesdə, iqtisadiyyatda, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla bilməsi qabiliyyətidir. Lakin göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi likvidlik anlayışına istinad edərək, sözügedən bağ evinin ilkin satış qiymətini əhəmiyyətli qiymət fərqi və dəyər itkisi ilə müəyyən etmişdir. İpoteka predmeti olan bağ sahəsinin likvid dəyəri ən azı 400.000 manat məbləğində müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, işin müəyyən olunmuş hallarına istinad etməklə etirazını onunla əsaslandırmışdır ki, hazırki əmlak üzrə, cavabdehin vəsatətləri əsasında, fərqli meyarlar üzrə kifayət qədər qiymətləndirilmələr keçirilmişdir. Buna görə də, cavabdehin kassasiya şikayətinin məhkəmə icraatını formal əsaslarla uzatmağa cəhd kimi qiymətləndirilir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

17. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak e tmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

19. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ipoteka perdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, ipoteka perdmetinin ilkin satış qiymətini 220.800 (iki yüz iyirmi min səkkiz yüz) manat qiymətləndirmişdir. Lakin apellyasiya baxışı zamanı ipoteka predmeti olan bağ sahəsi yenidən qiymətləndirilmiş və "xxxx" MMC tərəfindən ünvan ünvanında 0,12 ha torpaq sahəsinin və üzərində yerləşən 502,6 kv.m ümumi sahəyə malik bağ evinin 13 noyabr 2020-ci il tarixə olan hesablanmış likvid dəyəri 365.000 manat olduğu müəyyən edilmişdir.

26. Apellyasiya məhkəməsi "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmetinin likvid dəyərini daha real və mötəbər hesab edərək hesab edərək qeyd etmişdir ki, ilkin sa tış qiymətinin həmin məbləğdə göstərilməsini işin hallarına daha uyğun hesab edilir.

27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar