Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5111/2019 19.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh, nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Ağdam rayon məhkəməsinə müraciət etmişdir. Ağdam rayon məhkəməsinin 27 sentyabr 2018-ciil tarixli qətnaməsi ilə (sədrlik edən E.Bayramov, iş 2(013)2476/2018) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 1 ədəd üzük paxlava 583 əyyar, qiyməti 390 manat, bir ədəd nişan üzüyü 08 qram 583 əyyar, qiyməti 300 manat, qoşa taxt, 1 ədəd şifoner, 1 ədəd trlyaj və 2 ədəd tumbası qiyməti 1000 manat, bir ədəd gəvə - qiyməti 180 manat, bir ədəd qapı pərdəsi - qiyməti 50 manat, bir ədəd pərdə - qiyməti 50 manat, 1 ədəd çıraq qiyməti 18 manat, 1 ədəd ütü stolu qiyməti 42 manat, 1 ədəd naçnik qiyməti 20 manat, 1 ədəd lüstu r qiyməti 60 manat, i ədəd tozsoran qiyməti 50 manat, 3 ədəd qoşa pastel qiyməti 80 manat, 1 ədəd təkinki qiyməti 28 manat. 1 ədəd prostina qiyməti 8 manat, 3 cüt süfrə qiyməti 48 manat, 1 ədəd süfrə qiyməti 7 manat, 2 ədəd məhrəba qiyməti 20 manat, 5 ədəd əl-üz məhrəbası qiyməti 30 manat, 6 ədəd çay məhrəbası qiyməti 15 manat, qoşa pakrıval dəsti qiyməti 73 manat, qoşa döşək dəsti qiyməti 90 manat, qoşa yorğan dəsti qiyməti 80 manat, 2 ədəd yastıq qiyməti 50 manat, tefal qazan qiyməti 220 manat, çini qazan dəsti qiyməti 70 manat, 3 mərtəbə mebel qaşıq dəsti qiyməti 230 manat, jaronnik dəsti qiyməti 100 manat, diplomat dəsti qiyməti 60 manat, blender dəsti qiyməti 40 manat, süd maşını qiyməti 50 manat, sapaçki qiyməti 32 manat, 2 cüt ayaqqabı qiyməti 50 manat, sumka qiyməti 25 manat, kos metika dəsti qiyməti 30 manat, 1 ədəd palto qiyməti 90 manat, 1 ədəd hamam xələti qiyməti 20 manat, 3 cüt ev şəpiti qiyməti 15 manat, 4 ədəd xalat dəsti qiyməti 60 manat, 2 ədəd don qiyməti 80 manat, samsunq telefon QALAKSİ qiyməti 80 manat, 2 ədəd çaşka dəsti qiyməti 40 manat və su stəkanı dəsti qiyməti 20 manat olan əmlaklar, yaxud onların ümumi dəyəri olaraq 3994 /üç min doqquz yüz doxsan dörd/ manat pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Şəfiyev, iş № 2(104)-4349/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdam rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh və nümayəndəsi Qasımov Əbülfət Musa oğlu nun izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə qeyrirəsmi evlənmiş, nikahlarım 28 yanvar 2018-ci ildə qeyd etdirmişlər. Ailə quran zaman bir ədəd 583 əyyarlı üzük-paxlava, bir ədəd 583 əyyarlı nişan üzüyü iddiaçıya hədiyyə edilmiş, cehiz əşyaları cavabdehin yaşadığı evə yerləşdirilmişdir. Ailə münasibətləri pisləşdiyindən ayrılmışlar. İddiaçı ona hədiyyə edilmiş iki ədəd qızıl-zinət əşyalarının və cehiz olaraq apardığı əşyaların cavabdehdə qaldığını iddia edərək hazırki tələblər məhkəməyə müraciət etmişdir. Cavabdeh istər birinci instansiya məhkəməsindəki icraat zamanı, istərsə də, apelyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdiyi xüsusatlarla 583 əyyarlı, 390 manat dəyərində olan bir ədəd paxlava formalı üzüyün, 583 əyyarlı, 0,08 qram çəkili, 300 manat dəyərində olan bir ədəd nişan üzüyünün, həmçinin 80 manat dəyərində olan bir ədəd “Samsung" markalı mobil telefonun, kosmetika dəsti və şəxsi geyim əşyalarının olduğunu etiraf etmişdir. Ağdam Rayon İstehlak Cəmiyyətinin rəyinə görə, iddiaçının iddia etdiyi əmlaklar, o cümlədən qızıllar qiymətləndirilmiş, əmlakların ümumi dəyəri 6094 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 34.1-cı maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər- arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əs asən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da. ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədi yi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, daşmar əşyaların bağışlanması zamanı hədiyyə ve rən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın gös tərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məc mu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas he sab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5111/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5111/2019
19.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver