Məhkəmə qərarları › İş №2(102)-5116/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5116/2022

11.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5116/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi) 11.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1704/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra-cavabdeh) arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödənişsiz 19 ay müddətində ayda 482 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmış, həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 9158 manat müəyyən olunmuş, cavabdeh müqavilənin 5.2-ci bəndinə uyğun olaraq hər hansı maneə yaratmadan avtomobili yararlı vəziyyətdə iddiaçıya vermiş və bununla üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İddiaçı həmin müqavilə üzrə 4974 manat ödəniş etmişdir.

2. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tari xli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm iddiaçının barəsində dəyişdirilməklə, təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4500 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Məhəmmədli oğlunun üzərində qəti olaraq 4 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və məhkəmə zalından həbs edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 08 gününü çə kməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

3. Sonradan tərəflər arasında bağlanmış 25 avqust 2018-ci il tarixli 20.B nömrəli alqısatqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş 3310 manat olmaqla 24 ay müddətində ayda 432 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmış, həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 13678 manat müəyyən olunmuş, həmin müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 432 manat və xx.xx.2018-ci il tarixdə 432 manat olmaqla, cəmi iki dəfə ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobilin ona geri qaytarılması və ya ona dəymiş zərər olan 18068 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı 25 avqust 2018-ci il tarixində cavabdeh şirkətə gedərək, avtomobilini şirkətin rəhbərliyindən istəmişdir. O zaman avtomobilə ümumilikdə 3900 manat kredit borcu qalmışdır. Şirkətin rəhbərliyi ona 5 il müddətinə həbs olunduğunu eşitdikləri üçün maşını başqasına satdıqlarını bildirmişdir. O isə avtomobilin pulunun çox hissəsini ödədiyini və az kreditinin qaldığını bildirmiş və təkidlə avtomobilini tələb etmişdir. Şirkət rəhbərliyi avtomobilin hər gününə 7 manat cərimə yazıldığını və xərc çəkərək av tomobilə 2397 manat təmir edərək satdıqlarını bildirmişlər. Avtomobilin geri verilməsi üçün cərimə və həmin təmir xərcini ödəməli olduğu bildirilmişdir. O, xx.xx.2018-ci ildə 4000 manat şirkətə ödəniş etmiş və ödəniş qəbzini almışdır. Şirkətin rəhbərliyi onunla yenidən 10000 manatlıq kredit müqaviləsi bağlamışdır. O, yeni müqavilənin 2 ayını 432 manatdan ödəmişdir ki, Ali Məhkəmə prokurorun protestini təmin etmiş, yenidən işi Bakı Apellyasiya Məhkəməsinə təkrar baxışa göndərmiş, 13 sentyabr 2019-cu ildə prokurorun protesti əsasında Bakı Apellyasiya Məhkəməsində həbs olunmuşdur. Onun verdiyi kassasiya şikayəti əsasında, Ali Məhkəmə cəzasını 5 ildən 3 ilə endirmiş və Apellyasiya Məhkəməsinin istintaq dövrü həbsdə qaldığı 6 ay 17 günü də çıxaraq üzərində qismən təqsirli bilərək, 2 il 5 ay 1 1 gün cəza saxlamışdır. Həmin cəzadan 5 ay 8 gün qalmış müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin Penitensiyar xidmətinin rəhbərliyi cəzadan onu azad etmişdir. Ümumi dəyəri 18068 manat müəyyənləşdirilmiş avtomobilin ilk ödəniş olaraq 8194 manatını ödəmişdir. 9158 manatı hər ay 482 manat ödəmək şərtilə müqavilə bağlamışdır. Onda olan qəbzlərə əsasən 9874 manat ödəmişdir. Ümumilikdə müqavilədə göstəriləndən 716 manat artıq pul ödədiyi halda 020A saylı alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, yenidən bağlanılmış müqaviləyə əməl edilməmiş, avtomobilini bu dəfə geri vermək istəmirlər. 4000 manat cərimə və təmir pulları aradan itir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı yeni müqavilə bağlayaraq 24 ay olmaqla xx.xx.2020-ci il tarixinədək müqavilənin ümumi qiyməti 13678 manat olmaqla 3310 manat avans ödənildikdən sonra qalan 10368 manatı hər ay 432 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2018- ci il tarixdə və xx.xx.2018-ci il tarixdə 432 manat ödəniş və məlum səbələrdən qalan ödənişi etməmişdir. İddiaçı ilə bağlanmış müqavilə xx.xx.2020-ci il tarixində bitmişdir. İddiaçının düşdüyü vəziyyət fors-major halı deyil. Ona görə də, həmin müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Müqavilənin 8-ci bəndində avtomaşının qaytarılması qaydası təsbit olunmuşdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 7 dekabr 2021-ci il tarixli, 2 (004)-6991/2021 nömrəli qətnaməsi ilə (hakim K.Xudayev) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqaviləsinə münasibətdə qeyd etmişdir ki, müqavilənin 8.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə “alıcı” öhdəliklərini yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri qaytardıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə “satıcı” birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını satmaqda haqlıdır. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüşdür.

9. Birinci instansiya məhkəməsi həmçinin tərəflər arasında bağlanmış 25 avqust 2018-ci il tarixli 20.B nömrəli alqı-satqı müqaviləsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ilkin ödənişi 3310 manat olmaqla 24 ay müddətində ayda 432 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 13678 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilənin 5.2-ci bəndinə uyğun olaraq hər hansı maneə yaratmadan avtomobili yararlı vəziyyətdə iddiaçıya vermiş və bununla üzərinə düşən öhdəliyin yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmi ş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüşdür.

10. Birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqavilənin 8.1-ci bəndində alıcı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılması, bu müddətə gədər ödədiyi heç bir məbləğin qeri qaytarılmaması nəzərdə tutulmuşdur. Tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şə rtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüş və ödənilmiş məbləğ geri qaytarılmamışdır. Ona görə də tələbi əsassız olduğundan təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 399.1, 399.3, 427.3, 442, 448.1, 448.2, 600.1, 600.4 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir. İş üzrə mövcud olan eyni kateqoriyadan olan sübutlardarı birini daha ağlahatan hesah edərək, məhz həmin sübuta üstünlük vermiş, sonda da, qüsurlu nəlicəyə gəlmişdir. Məhkəmə iş üzrə qəbul etdiyi qətnaməni iddiaçının təqdim etdiyim sübutlar və sənədlər əsasında deyil, yalnız cavabdeh tərəfin məhkəmədə verdiyi izahatı əsasında qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 14 fevral 2022-ci il tarixli, 2(103)-1704/22 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüş və ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə qeyd olunanlara əsasən iddia rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, iddiaçı isə apelyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamış, iddia ərizəsində qeyd olunanları göstərmişdir.

16. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1, 448.2 və M PM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil Hümsü oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Hazırkı kassasiya şikayət ində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. BU hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

38. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

39. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1704/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar