Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-512/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması və çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması”, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 569 saylı sərəncamı ilə, Binə qəsəbəsi, Karqanov küçəsində yerləşən mülkün Bakı şəhəri tikinti inventarlaşdırma bürosundan Dadaşov Ağa-Əli Ağadadaş oğluna ilkin qeydiyyat vəsiqəsi verilməsinə icazə verilməsi və əlavə tikinti texniki pasportda qeydə alınması qərara alınmışdır.
2. Bakı şəhəri 31-ci dövlət notariat kontorunun verdiyi xx.xx.1993-cü il tarixli KN-1-116 reyestr nömrəli qanun üzrə vər əsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Binə qəsəbəsi, Karqanov küçəsi ev 1 X6 adına qeydiyyatdan keçmişdir.
3. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı ilə, Binə qəsəbəsi, N.Abbasov küçəsində yerləşən “A” yaşayış evinin 2 yaşayış otağı - 37,55 kv.m, köməkçi sahə 43,4 kv.m, torpaq sahəsində təsərrüfat otağı 19,8 kv.m, ayaqyolu-tövlə 14,8 kv.m, təsərrüfat otağı 68,3 kv.m., cəmi torpaq sahəsi 419,2 kv.m-dən ibarət olan 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşev Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilmişdir.
4. Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa görə, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa görə, ünvan 2 və evə aid 0,04192 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Dadaşov Ağa-Əli Aqadadaş oğlunun adına ilkin qeydiyyatdan keçmiş, 91 saylı DNK-nin xx.xx.1993-cü il tarixli KN-1-116 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hü ququ haqqında şəhadətnamə”sinə əsasən X6 adına qeydə alınmış, 7 saylı DNK-nin 2v-310 reyestr nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda həmin şəxsin mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağının Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağı boşaldılaraq ona təhvil verilməsi və həmin təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş et mişdir.
8. İlkin iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən onun babası X4 məxsus olmuş və babası 24 oktyabr 1980-ci ildə vəfat etmişdir. Babası vəfatından sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələr qəbul etmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə -43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolu-tövlə-14.8 kv.metr, təsərrüfat otağı - 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət 1 saylı mülkün ilkin hüquqi qeydiy yata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hazırda İddiaçı mülkiyyətindədir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr X idmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. O, ünvan 2 ünvanında yerləşən yaşayış evinin “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını ( Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamında öz əksini tapmışdır) həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş və sonuncu müvəqqəti olaraq həmin təsərrüfat otağından istifadə etməsinə razılıq vermişdir. Lakin cavabdeh həmin təsərrüfat otağından mülkiyyətçi olaraq İddiaçı iradəsi əleyhinə istifadə edir və orada internet klub açaraq, həm iddiaçının həm də ətrafda yaşayan insanların narahatlığına səbəb olan hərəkətlərə yol verir. Dəfələrlə cavabdehə “A” tikilisində yerləşən evin hasarı na bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməyinə baxmayaraq tikilini boşaltmaqdan və təhvil verməkdən imtina edir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o xüsusi mülkiyyətində olan təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İddiaçı Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.20 22-ci il tarixli qeydiyyat çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında Dadaşova X10 mülkiyyətində olan fərdi ev olmuşdur. Həmin evə bitişik olan istifadəyə yararsız vəziyyətdə mübahisəli tikili mövcud olmuşdur. 1994-1995-ci illərdə həmin yararsız tikilinin Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlətməyə başlamışdır. 2000-ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X9 evini İddiaçı nümayəndəsi X5 əri X1. Mübahisəli tikili həmin vaxtı alqı-satqının predmeti belə olmamış, onların arasın da belə bir razılıq olmamış, yalnız həyət evini və torpaq sahəsini Əlibaxış Məmmədova satmışdır. Bundan sonra onun tərəfindən tikilmiş, təmir olunmuş, hazıradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə bələdiyyəsinin mülkiyyətində olduğu ona məlum oldu. Baki şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinə müraciət etdi. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvan ında yerləşən torpaq sahəsi ona satılmışdır. Ona alqı-satqı müqaviləsinin bir nüsxəsi, Binə qəsəbəsində Cavabdeh ayrılmış torpaq sahəsinin cizgi xəritədən çıxarışı, Əzizbəyov (Xəzər) rayonu Binə Bələdiyyəsinin 84 Sayli, xx.xx.2004-cü il tarixli sərəncamı təqdim olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayon məhkəməsində özgənin qanunsuz sahibliyindan mulkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia qaldırılmış, həmin məhkəmə prosesində ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindan İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir. Məhkəmə mülki işi araşdırarkən ekspertiza təyin etmişdir. Mütəxəssis rəyindən da aydın olur ki, İddiaçı adına qeydiyyatdan keçmiş torpaq sahəsinin bir hissəsi onun istifadəsində və sahibliyində olan, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-cı il tarixli sərəncamına əsasən Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan mülkiyyət ilə eyni deyildir, bu tikilinin Dadaşev Ağa-Əli Ağadadaş oğluna yaşayış evinə hər hansı bir aidiyyatı yoxdur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış - etibarsız hesab edilməlidir. Belə ki, 2008-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 861 saylı sərəncam verməsi qanuna uyğun deyil, çünki mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin mülkiyyət üzərində sərəncam vermək hüququ da mülkiyyətçiyə məxsus ola bilər. Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəb əsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsi tamamilə absurddur, qanuna uyğun sənədləşdirilməmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh özünün iddiasını müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən aldığı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli, 10 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m. torpaq sahəsinin cənub-şər q istiqaməti tərəfdən 32 kv.m. hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m. qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür.
13. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3936/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə e-2(003)3936/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-39/2023 nömrəsi verilməsi qərara alınmışdır.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.H.Xəzri) ilkin iddia təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “özgənin qa nunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmış və həmin təsərrüfat otağının boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır iddiaçı mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətində olan 68,3 kv.m. təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh isə həmin mülkdən çıxmaqdan imtina edir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona bələdiyyə sənədi ilə ayrıldığını bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsind ən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar.
17. Məhkəmə bundan başqa qeyd etmişdir ki, qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mübahisəli təsərrüfat otağından istifadə hüququ olmadığından Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m. təsərüfat otağından çıxarılmalı, həmin əmlakı boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlakın Cavabdeh bələdiyyə tərəfindən ayrıldığını bildirsə də, iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Di gər tərəfdən iş materiallarından görünür ki, İddiaçı həmin mülkə dair çıxarış və texniki pasport məxsusdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu, Mülki Məcəllənin 148.2-ci, 152-ci, 157-ci, 337-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İlkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətini iddia ərizəsinin məzm ununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Bakı şəhər İcra Hakimiyyətinin Xatirə Məmmədovaya verilmiş xx.xx.2022-ci il tarixli çıxarış üçün əsas təşkil edən sərəncamı vermək səlahiyyətinə sahib olub-olmadığını araşdırmadığını, bununla bağlı verdiyi sorğulara cavab almadan əsassız qərar çıxardığını, İddiaçı məxsus əmlakla onun istifadəsində olan əmlakın eyni olmadığını nəzərə almadığını irəli sürmüşdür.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli mülki iş üzrə 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edil miş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi “Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmişdir. Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli mülki iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi “ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “A ” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və həmin təsərrüfat otağının boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması” hissələrində dəyişdirilmədən saxlanılmışdır. (müvafiq qərardadla apellyasiya şikayətinin qismən təmin olunduğu və birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək Cavabdeh həmin iddia tələbi üzrə icraata xitam verildiyi nəzərə alınmaqla).
24. Apellyasiya məhkmsəinin qənaətinə görə Cav abdeh mübahisəsi gedən tikili üzərində hər hansı hüquqları mövcud deyildir və onun İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan tikilidən mülkiyyətçinin iradəsinin əleyhinə istifadə və oradan çıxmaqdan imtina etməsi, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində İddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini həmin hissədə haqlı olaraq təmin etmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu, Mülki Məcəllənin 152.5-ci, 157.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İlki n iddia üzrə cavabdeh ( Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 158-ci maddəsinin normasını tətbiq etməmiş, mübahisəli əmlak və torpaq üzərində Cavabdeh istifadə hüququnun olub-olmadığına hər hansı qiymət verməmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsi və üzərindəki əmlaka dair İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmış, Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamı ilə mübahisəli mülkə ilkin hüquqi qeydiyyatın aparılması barədə sərəncam verilmişdir. xx.xx.2004-cü il tarixdə isə Binə Bələdiyyəsinin sərəncamı ilə mübahisəli mülkün yerləşdiyi torpaq sahəsində 65 kv.m torpaq sahəsi Cavabdeh verilmişdir. Beləliklə göstərilən hallardan aydın olur ki, hələ Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamı verilməmiş, həmçinin xx.xx.2022-ci il tarixdə İddiaçı Çıxarış almamışdan 18 il qabaq mübahisəli ünvanda 65 kv.m torpaq sahəsi Cavabdeh istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsi və üzərindəki tikiliyə istifadə hüququnun 2004-cü il tarixdən yarandığı nəzərə alınmamışdır. Bundan başqa qeyd etmək lazımdır ki, eyni predmet və eyni əsasla eyni tərəflər arasında 17 fevral 2009-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qətnaməsi mövcuddur. Həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı tikilidən çıxarılm a tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə qeyd olunan işin faktiki hallarından görünür ki, iddiaçının özü ərizəsində göstərmişdir ki, 2003-cü ildə Xatirə və onun qardaşı Mirəllam mübahisəli evi ona aid bütün tikililərlə birlikdə Cavabdeh qardaşı Əlibaxış Məmmədova satmışlar. Cavabdeh qardaşı Əlibaxışın razılığı ilə 68,8 kv.m-lik mübahisəli tikilini dükan kimi işlətməyə başlamışdır. Hazırda isə ondan tikilidən çıxmağı tələb edirlər. Cavabdeh isə hələ 1994-1995-ci illərdən həmin tikilidən Xatirənin xalası Lalənin razılığı ilə istifadə etdiyini, həmin tikilinin qardaşı Əlibaxışa satılmadığını bildirmişdir. Həmin iş üzrə şahid qismində dindirilmiş İddiaçı qardaşı Mirəllam Ağayev öz ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən həmin torpaq sahəsi, ev və bütün tikililər Bala şın qardaşı Əlibaxışa satılmışdır. Xalası Lalənin razılığı ilə Cavabdeh həmin tikilini dükan kimi istifadə edir. Xalası, bacısı, özü həmin tikilini ona satmamışlar. Onun özünün və bacısının mübahisəli ünvanla bağlı heç bir maraqları yoxdur. Həmçinin həmin mülki iş üzrə ifadə vermiş digər şahidlər də öz izahatlarında Cavabdeh 1994-1995-ci illərdən Lalə Dadaşovanın razılığı ilə mübahisəli tikilidən istifadə etdiyini təsdiq etmişlər. Belə olan halda, yəni Cavabdeh mübahisəli tikili üzərində istifadə hüquqları 1994-1995-ci illərdən yarandığı halda məhkəmə qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək 32 kv.m təsərrüfat otağının xəritədə qeyd edilən hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və həmin təsərrüfat otağının boşaldılaraq iddiaçıya təhvil verilməsi nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinin müddəası baxımından Cavabdeh mübahisəli tikiliyə faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi qiymətləndirilməlidir. Sahiblik edən şəxsin hüquqları da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
28. Kassator şikayə tini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1.2., 158.2., 158.3., 158.4 və 159-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
31. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
32. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxs lərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zər uri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
37. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları m və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir..
41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu ə sas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
43. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
44. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlan ma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Cavabdehin vəkili Vəkil3 tərəfindən vəsatət verilərək göstərilmişdir ki, baxılan iş üzrə Cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində Xəzər Rayon İcra Hakimiyyətinin 18 noyabr 2008-ci il tarixli sərəncamı mübahisələndirilmişdir. Bu səbəbdən həmin iddia üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki işin dayandırılması xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəfindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
61. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdı r ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən onun babası X4 məxsus olmuş və babası 24 oktyabr 1980-ci ildə vəfat etmişdir. Babası vəfatından sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələr qəbul etmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə -43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolu-tövlə-14.8 kv.metr, təsərrüfat otağı - 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə v ə dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. O, ünvan 2 ünvanında yerləşən yaşayış evinin “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş və sonuncu müvəqqəti olaraq həmin təsərrüfat otağından istifadə etməsinə razılıq vermişdir. Hazırda cavabdeh “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməyinə baxmayaraq tikilini boşaltmaqdan və təhvil verməkdən imtina edir.
62. Cavabdeh tərəf qarşılıqlı iddiasında və etirazında göstərir ki, 1994-1995-ci illərdə mübahisəli tikilin yerində yararsız tikili olmuş, Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlət məyə başlamışdır. 2000ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X9 evini İddiaçı nümayəndəsi X5 əri X1. Bundan sonra onun tərəfindən tikilmiş, təmir olunmuş, hazıradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə bələdiyyəsinin mülkiyyətində olduğu ona məlum olmuş, Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan məlum olmuşdur ki, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşı nmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindan İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir.
63. Birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyindən aydın olur ki, 10 fevral 2022-ci il tarixli çıxarışla İddiaçı Mirbəhir qızının mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür.
64. Mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir
65. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir və o, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətdə olan 68.3 kv.m təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir.
66. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi həmin hallara istinad edərək belə nəticəyə gəlmişdir ki, ilk iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazır da cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakını qeyri-qanuni sahiblikdən geri qaytarılmasını tələb edə bilər.
67. Daha sonra məhkəmələr nəticəyə gəlir ki, cavabdeh iddiaçya məxsus 32 kv.m ölçüdə olan təsərrüfat otağından qanunsuz istifadə edir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyndə olduğundan cavabdeh Bakı şəhəri Xəzər rayon Binə qəsəbəsi N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərrüfat otağından çıxarılmalıdır.
68. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Əzizbəyov Rayon İcra hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamından görünür ki, mübahisəli 68,3 kvm sahəsi olan təsərrüfat otağı və 419,2 kv.m torpaq sahəsi daxil olmaqla digər sahələrin Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına mülki kimi qeyd ə alınması qərara alınmışdır.
69. Həmin sərəncamın verilməsindən sonra iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində üç dəfə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixli qeydiyyat zamanı mübahisəli ünvan üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, torpaq sahəsinin ölçüsü göstərilməmiş (həmin tarixli digər çıxarışda torpaq sahəsinin ölçüsü 0,0099 ha göstərilir), torpaq sahəsinin istifadədə olması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,50 kv.m, mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü isə 0,032740 ha, xx.xx.2022-ci il tarixli qeydiyyat üzrə daşınmaz əmlakın ölçüsü 67,5 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,04192 ha olaraq müəyyən edilir.
70. İddiaçı mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsini və tikilini vərəsəlik qaydasında əldə etmiş, mi rasın qəbulu haqqında şəhadətnamə verilərkən X7 aid olan xx.xx.2019-cu il tarixli çıxarışa istinad edilmişdir. Həmin çıxarışla isə müəyyən olunur ki, miras qoyanın istifadəsində 0,0099 ha olan torpaq sahəsi, mülkiyyətində isə 67,5 kv.m tikili olmuşdur.
71. Həmin ünvan üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda “A” tikilsinin 1932-ci ildə tikilməsi, ümumi sahəsinin 67,5 kv.m, yaşayış sahəsinin 37,6 kv.m, köməkçi sahəsinin 29,9 kv.m olması, ümumi tikinti altı sahənin 0,99 kv.m, “B” tikilisinin 19,6 kv.m olması göstərilmişdir.
72. Beləliklə müəyyən olunur ki, İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli sərəncamında sahəsi 68,3 kv.m olan təsərrüfat otağının vahid mülki kimi qeydə alınması ilə bağlı qərar olsa da, daşınmaz əmlakın dövlət reyestrində həmin tikili iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmamışdır. Daşınmaz əmlakın ilkin qeydiyyat anından sonra reyestrdə edilmiş dəyişikliklər tikililərlə deyil, torpaq sahəsi ilə bağlı olmuşdur.
73. Belə olan halda həmin tikilinin iddiaçının mülkiyyətində olmasına (hətta “A” tikilisinin bir hissi olması da təkzib olunur) dair məhkəmələrin gəlmiş olduğu nəticəsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Digər tərəfdən həmin tikilinin iddiaçının sahiblik və istifadəsində olması da müəyyən olunmur. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
74. İşə baxan məhkəmələr isə belə nəticəyə gəl irlər ki, iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.m olan təsərrüfat otağının xərtiədə qeyd edilən hissəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq qaytarılsın və həmin təsərrüfat otağı boşaldılaraq iddiaçıya təhvil verilsin. Bu zaman isə Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə istinad etmişlər.
75. Məhkəmələrin müəyyən ediyi hallar baxımından ilkin olaraq qeyd edilməlidir ki, mübahisəli təsərrüfat otağı “A” tikilsinin bir hissəsi deyildir, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınsa da, daşınmaz əmlakın bir hissəsi olaraq qeydə alınmamışdır. Həmin ünvanda 32 kv.m təşkil edən ayrıca təsərrüfat otağı mövcud deyildir. 32 kv.m hissənin ayrılıb verilməsi zamanı isə sahəsi 68.3 kv.m olan qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadə edilməsini mümkünsüz edir. O da nəzərə alınmalıdır ki, cavabdeh göstərir ki, təsərrüfat otağı kimi istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsini bələdiyyə ilə bağlanan alğı-satqı müqaviləsi əsasında əldə etmişdir.
76. İddianın qismən təmin olunması nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi ilkin olaraq tikilinin nə vaxtdan tikilməsi, məhz kimin tərəfindən tikilməsi, cavabdehin həmin torpaq sahəsindən və tikilidən hansı vaxtdan etibarən istifadə və sahiblik etməsi, tikintinin aparılması zamanı mülkiyyətçinin kim olması və onun razılığının olması, ilk iddiaçının adına daşınmaz əmlakın qeydiyyatı aparılarkən tikilinin mövcud olub-olmaması, icra hakimiyyətinin sərəncamında tikilinin mülkiyyət hüququ əsasında qeydə alınmas ı göstərildiyi halda hansı səbəbdən həmin tikili üzrə reyestr qeydinin aparılmaması, tikilinin yerləşdiyi torpaq sahəsinin məhz cavabdehin göstərdiyi kimi bələdiyyə ilə bağlanmış alğısatqı müqaviləsi ilə müəyyən edilən koordinatlar daxilində yerləşib-yerləşməməsi aydlınlaşdırlımalı idi.
77. İşdə olan Əzizbəyov rayon məhkəməsinin 17 fevral 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, eyni tərəflər arasında eyni predmetlə (68,3 kv.m olan tikili ilə) bağlı (tikilidən çıxarma) mübahisə olmuş, həmin vaxt iddiaçı olan İddiaçı yalnız Əzizbəyov rayon İH-in sərəncamına istinad etmiş, lakin həmin vaxt iddia rədd olunmuşdur ki, iddiaçının iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququ yoxdur.
78. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razıl ığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır
79. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.
80. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.
81. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin hər hansı məqsədlə qeyri-yaşayış sahəsindən yararlanması, istifadə və sahiblik etməsi və s.).
82. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəfta rına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.
83. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, binalar sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı və tikintinin sökülməsi zamanı isə ümumi əmlakından təyinatı üzrə istifadəsinin mümkün olmayacağı və cəkilmiş xərc həddində zərərə məruz qalacağı şübhəsizdir.
84. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır
85. Beləliklə, oxşar mübahisələrin qanuni həlli baxımından mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında ədalətli balansın təmin olunması vacib əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur
86. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün torpağa mülkiyyət hüququna istinadən tikilidən çıxar ılmasını (məhkəmələrin göstərdiyi sahədən çıxarılmanı təmin etmək üçün sökülmə ilə bağlı işlərin görülməsi zəruridir) tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.
87. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
88. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
89. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
90. Lakin hazırkı işin üzrə məhkəmələr tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının təl əbləri nəzərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında cavabdeh tərəfindən mübahisəli tikili inşa edilərkən iddiaçının və ondan əvvəl mövcud olan mülkiyyətçinin buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir.
91. Beləliklə müəyyən edilmiş halların məcmusu o nəticəyə gəlməyə əsas verir ki, məhkəmələr tərəfindən mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, habelə qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
92. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
93. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5094/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.