Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5125/2020 10.09.2020 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva X1 Rayon Məhkəməsinin X5 saylı, 03 iyul 2020-ci il tarixli qərardadından cavabdeh “X2 Təsərrüfatı” MMC tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı1 cavabdeh “X3 Təsərrüfatı” MMC-yə qarşı “icarə müqaviləsi yaranmış borcun, eləcə də dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 16 may 2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi üzrə 25000 manat, qazdan istifadəyə görə 8949,20 manat, işıqdan istifadəyə görə 1796,31 manat və icarəyə verənə dəymiş zərərə görə 1330 manat olmaqla, cə mi 37052,2 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, X5 saylı qərardadı ilə iddia ərizəsi icraata götürülmədən, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan cavabdeh “X2 Təsərrüfatı” MMC tərəfindən verilmiş şikayət Siyəzən Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli, X5 saylı qərardadı ilə təmin edilməmiş və həmin şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə qərara gəlir ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Siyəzən Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyə n olunur ki, şikayət vəkil tərəfindən imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmiş, həmçinin şikayəti imzalayan şəxsin adı, soyadı, vəzifəsi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci və 408.1.3-cü maddələrinə əsasən həmin maddələrin tələblərinə əm əl olunmadıqda kassasiya şikayəti geri qaytarılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “X2 Təsərrüfatı” MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 407.4, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Siyəzən Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli qərardadından cavabdeh “X2 Təsərrüfatı” MMC tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Siyəzən Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5125/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-5125/2020
10.09.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver