Məhkəmə qərarları › İş №2(102)-5125/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5125/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5125/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 10 iyul 2013-cü il tarixdə İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. 25 avqust 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 28 faiz olmaqla 12 ay müddətinə 50.000 manat məbləğində kredit verilmiş, 21 fevral 2017-ci il tarixli Sazişə əsasən kreditin müddəti 21 fevral 2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ona məxsus N saylı evin 11 saylı 4 otaqlı mənzili ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin təminatı kimi Cav abdeh2 ilə 11 iyul 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin iyun ayında İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 18.442,65 manat məbləğində əsas, 6124,83 manat məbləğində faiz, 858,85 manat məbləğində cərimə borcunun, cəmi 25.426,33 manat məbləğində kredit borcunun yaranmasını əsas göstərməklə borclu və zamindən həmin məbləğin bankın xeyrinə tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək onunla bağlanmış 25 avqust 2015-ci il tarixli kredit müqaviləsinin 1.17-ci maddəsinin (bank tərəfindən göstərilən xidmətlərə görə komissiya haqqının ödənilməsi) etibarsız hesab edilməklə həmin maddəyə əsasən hesablanmış 7860 manat məbləğində komissiya haqqının qaytarılması, həmin kredit müqaviləsi üzrə faizlərin 23 iyun 2017-ci il tarixədək hesablanması, əsassız ödənilmiş 7860 manatın onun kredit müqaviləsi üzrə öhdəlikləri ilə əvəzləşdirilməsi, onun tərəfindən ödənilmiş külli miqdarda faiz məbləğlərinin ödənilməsinin nəzərə alınmaqla iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı, 18 dekabr 2019cu il tarixli qətnaməsi ilə (hakim: K.F.Əmirxanova) bankın iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı İKB ASC-nin xeyrinə cəmi 16.940,7 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzildən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı İKB ASC-yə qarşı qarşılıqlı iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə qarşılıqlı iddiaçı qətnamədən apellyasiya şikayəti verərək bank tərəfindən ondan əsassız olaraq tutulmaların aparılmasını, ona məxsus mənzilin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin dəyişdirilərək ondan qanunsuz tut ulmuş pul məbləğlərinin tələb olunan borcdan çıxılmaqla ondan cavabdehin xeyrinə 1358 manatın tutulması və mənzilin onun real bazar dəyərinə uyğun qiymətləndirilməsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən eyni zamanda "xxxx" ASC ( İddiaçı İKB ASC) apellyasiya şikayəti verərək qətnamənin cavabdehlərdən faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilib ilkin iddia tələbinin tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 saylı, 08 aprel 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il ta rixli, 2(005)-164/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyən olunmadan ondan tutulmasını, ona məxsus mənzilin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əs as göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, i poteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə sinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, ko llegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti isə qismən təmin olunmaqla qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 4 otaqlı mənzilin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə mənzilin satış qiymətinin həmin məbləğdə olması barədə nəticəyə gələrkən işin 89-94-cü səhifələrində olan "xxxx" MMC tərəfindən verilmiş 20 sentyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəyə görə mənzilin bazar qiyməti 260.000 manat təşkil edir. İşdən göründüyü kimi cavabdehə məxsus mənzilin ilkin satış qiyməti müəyyən olunarkən mənzilə baxış keçirilməmiş, orada təmir işlərinin aparılması yoxlanılmamış, mənzilin qiyməti səthi aparılmış tədqiqat əsasında verilmişdir. Halbuki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və işin 239-cu səhifəsində olan maliyyə arayışından görünür ki, ona məxsus mənzil "xxxx" MTK-ya məxsus yaşayış binasında yerləşməklə həmin mənzilə görə cavabdeh tərəfindən MTK-ya 375.000 manat ödənilmiş dir. Qiymətləndirmə rəyi işin həmin hallarına qiymət verilmədən və əmlaka baxış keçirilmədən verildiyindən, kollegiya hesab edir ki, həmin rəy “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə cavab vermir. Göstərilən rəy əmlakın ilkin satış qiymətinin onun likvid qiymətinə uyğun olması barədə qəti nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, əmlakın likvid dəyərinin müəyyən olunması üçün yeni qiymətləndirmənin keçirilməsi zəruridir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bank faiz və cərimə borcuna aid hissələrdə qətnamə ilə razılaşmasa da, qətnamənin həmin hissədə qanunsuz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kre dit borcunun məbləği ilə əlaqədar nəticəyə gələrkən iş üzrə aparılmış ekspert rəyinə əsaslanmış, cərimənin məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə azaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması imkanını nəzərdə tutan Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərlə əlaqədar kollegiya qətnamənin qismən əsassız olması barədə bankın kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, bankın kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Cavabdeh1 tutulması qət olunmuş borcun məbləğinin düzgün müəyyən olunmamasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan, kollegiya kassasiya şikayətinin həmin dəlillərini əsassız sayır və hesab edir ki, cavabdehin kassasiy a şikayəti qismən, yalnız ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə təmin olunmalı və qətnamə həmin hissədə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilmədiyindən qarşılıqlı iddianın rədd olunmasını kollegiya əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İş üzrə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi - Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 80 “D” saylı evin 11 saylı mənz ilinin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar