Məhkəmə qərarları › İş №2(102)-5140/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5140/2022

15.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5140/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-1071/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvanndə yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır.

2. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi ilə iddia təmin olunaraq, “TuranBank» ASC-nin Tovuz filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 004/h-ş saylı müqavilənin vaxtından əvvəl ləğv edilməsi, "xxxx" MMC-dən 261539 manat 37 qəpik tutularaq Cavabdeh3 ASC-yə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamən in icrası ipoteka ilə yüklü edilmiş ünvan2 qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir.

3. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokola əsasən, İddiaçı məxsus olan ünvan2 qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 665000 manat məbləğində, təkrar satış qiyməti isə 565250 manat, 25% aşağı olan satış qiyməti 423937,50 məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. 4. ünvan2 qeyri-yaşayış binasının satın alınması barədə "xxxx" MMC ilə "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqavilə bağlanmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ** ***** nömrəli çıxarışından müəyyən olunmuşdur ki, ünvan2 qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)4557/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan2 qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh3 ASC-yə təhvil verilməsi qət edilmişdir.

7. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-910/2019-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-4557/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-(103)5085/2019 saylı qərarına əsasən, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edi lməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-910/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş Hərracın yekunları barədə 09 iyun 2017-ci il tarixli, 36/03 nömrəli protokolun və onunla bağlı Cavabdeh1 tərəfindən ünvan2 ünvanda yerləşən qeyri-yaşayış binasının (bundan sonra – qeyri-yaşayış binası) hərracdan satılması barədə 11540/16 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili X1 xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, qeyri-yaşayış binasına dair xx.xx.2017-ci il tarixli, 36/03 nömrəli hərracın yekunları barədə protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ASC-yə verilən xx.xx.2017-ci il tarixli ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış binasının hərraca çıxarılması barədə icra məmuru, ipoteka qoyan tərəf olan kredit üçün borclu "xxxx" MMC-yə və iddiaçıya məlumat verilməmiş, digər tərəfdən də cavabdeh gizli hərrac keçirərək, qeyri-yaşayış binasının özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Qanunun tələbinin təmin edilməsi üçün, icra məmuru sifariş verməmişdən əvvəl, ipoteka qoyan olaraq, hansı hərrac təşkilatının seçilməsinə razılıq almalıdır. Məlum məsələdir ki, buna razılıq əldə edilməsi imtina edilməsini də istisna etmir. Bu barədə o, məlumatlandırılmalı idi. İcra məmuru tərəfindən məlumatlandırma isə bildiriş vasitəsi ilə həyata keçirilir. Lakin bununla bağlı ona bildiriş verilməmiş, hərrac təşkilatının seçilməsinə dair məlumatlandırma olmamış, hərraca çıxarılması barədə xəbər verilməmişdir. Göründüyü kimi Hərrac təşkilatının ipoteka əmlakının hərracdan satılması barədə ipoteka qoyana xəbər verilməsi qanunun birbaşa tələbidir. Lakin mübahisələndirilən protokolun aid olduğu hərracın keçirilməsi barədə cavabdeh "xxxx" MMC tərəfindən ipoteka qoyan tərəf olaraq, "xxxx" MMC və ona məlumat verilməsi təmin edilməmişdir. Qanunda qeyd olunduğu qaydada bildirişin çatdırılması lazımı qaydada həyata keçirilməmişdir. Cavabdehə müraciət zamanı hərracın keçiriləcəyi barədə bildiriş, ipoteka qoyan tərəfdən olan iki şəxsdən biri olaraq onun adına, yaşadığı ünvana göndərildiyi bildirilmişdir. O, İddiaçı ünvan 2 ünvanında rəsmi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Lakin cavabdeh tərəfindən təqdim edilmiş bildirişin tamamilə başqa bir ünvana göndərildiyi və geri qaytarıldığı məlum olmuşdur. Göründüyü kimi nəticə etibarı ilə hazırda mübahisələndirilən hərracın yekunu barədə protokolun qəbul edilməsi ilə ba şa çatmış hərracın keçirilməsi, ipoteka haqqında Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müdəalarının tələbləri ilkin olaraq cavabdeh icra idarəsinin icra məmuru, daha sonra da cavabdeh hərrac təşkilatı tərəfindən pozulmuşdur. Hərrac protokolunun məzmunundan görünür ki, cavabdeh tərəfindən ipoteka əmlakı tələbkara müəyyən edilmiş ilkin satış qiymətindən 40% və ya təkrar hərracdan sonra 25% azaldılmış qiymətlə verilmişdir. Qanunda 25% deyil, 25%-dən az olmamaq şərti qeyd edilmişdir. Yəni bu azalma nisbəti 5% və ya 10%-də ola bilər. Lakin cavabdeh əmlakın dəyərinin məhz son maksimum 25% dərəcə ilə azaldılıb tələbkara verməsində, tələbkarla birgə hərəkət etməklə, maraqlı olduğuna dəlalət edir. Həmçinin hərracdan satışa çıxarılmış ünvan2 ünvanda yerləşən qeyri-yaşayış binası, həya t yoldaşı X3 ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmişdir və qanunla həmin əmlak 1/2 hissədə ona məxsusdur. Bu baxımdan da həmin əmlakın satın-almada o, üstünlük hüququna malikdir. Ən azından bu hüququndan istifadə edilməsi ilə bağlı, hərrac barəsində cavabdehlər tərəfindən məlumatlandırılmalı idi. Bundan başqa son 3 il ərzində tələbkar bankla ipoteka əmlakı və kreditə hesablanmış faiz və cərimə məbləği ilə bağlı məhkəmə çəkişmələri olmuşdur.

12. Eyni zamanda kreditin ödənilməsi ilə bağlı müəyyən razılaşmaları olmuşdur. Bunun nəticəsi olaraq, hərraca əsas verən icra sənədinin aid olduğu məhkəmə qətnaməsindən sonra tərəfindən banka kredit borcundan 107.000 manat ödənilmişdir. Bundan 15.000 manat xx.xx.2020-ci, 18.000 manat isə xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Göründ üyü kimi tələbkar olaraq bank tərəfi pul tələbi ilə bağlı ödənişlərin davam etdiyi təqdirdə, bu tərəfdən də cavabdeh tərəf gizli hərrac keçirərək, qeyri-yaşayış binanın ələ keçirilməsinə nail olmuşdur. Əslində isə borcla bağlı vəziyyət tamamilə dayişdiyindən və ödənişləri qəbul etdiyindən tələbkar bankın buna razılığı olduğu baxımından, əmlakın hərracı üçün sifariş verilməməli və hərrac keçirilməməli idi. Digər tərəfdən deyək ki, cavabdeh hərrac təşkilatı onun adına bildirişi səhvən başqa ünvana göndərdiyindən, ona çatdırılması mümkün olmamışdır. Amma həmin kreditin təminatı kimi ipoteka edilmiş əmlakın tərəflərindən biri də onun həyat yoldaşı X2r və hərrac keçirilirdisə bundan ilkin olaraq xəbər verilən şəxslər sırasına "xxxx" MMC və onunla bərabər o, da daxildir. Onlar tələbkara kreditdə n qalan borcu ödəməkdə davam edir və yerdə qalan borcu da tez bir zamanda bağlamaq üçün yollar axtarmaqdadırlar. Hərracın ilkin nəticəsinə görə də həmin əmlak onlara təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda iştirakının təmini üçün lazımi tədbir görülməməsi qanunla onlara verilmiş hüquqların istifadəsindən məhrum edilməyinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Hərrac barədə ona bu ilin mart ayının 17-də məlum olmuş, ertəsi gün bu barədə cavabdehə müraciyyəti nəzərə alınıb, mübahisələndirilən 09 iyun 2017-ci il tarixli 36/03 saylı hərracın yekunları barədə protokolun surəti ona verilmişdir. Lakin protokolun ləğv edilməsi cavabdeh Hərrac Təşkilatı MMC-nin səlahiyyətlərindən kəna rda olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir, ona görə də mübahisənin məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-932/2021 nömrəli iş üzrə 6 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia ərizəsi təmin edilməmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 ASC-yə, Cavabdeh1nə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozul mamışdır.

15. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddə t hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair sonuncu hərrac xx.xx.2017-ci il tarixdə keçirilmiş, iddiaçı isə qeyd edilən hərracın etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh bankın nümayəndəsi tərəfindən təqdim edilmiş Gəncə Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-428/2018 saylı qərardadı ilə İddiaçı keçirilmiş hərrac və onun nəticələri barədə məlumatlı olması sübuta yetirlmişdir. Belə ki, qərardadın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsində qeyri-yaşayış binasına dair protokolun, alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı qeyd edilən tələblə məhkəmədə iddia qaldırması onun keçirilmiş hərrac və onun nəticələri barədə qərardadın tarixinə müvafiq hesablanıldıqda 2018-ci ildən məlumatlı olmasını sübuta yetirir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Hazırkı iddia üzrə iddiaçı tərəf Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də, iddia rədd olunmalıdır.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 354.2, 415.1, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 41.1, 42.1, 44, 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-932/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə bank qeyri-yaşayış binasının boşaldılması ilə bağlı tədbirlərə başlayanda iddiaçı bunun üçün q anuni əsasların olub-olmadığını tələb etdikdə Gəncə icra və probasiya idarəsi tərəfindən ona bildirilmişdir ki, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Bundan sonra ona məlum olmuşdur ki, "xxxx" MMC, Cavabdeh3 ASC-nin qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş, ona məxsus olan qeyri-yaşayış binası onun xəbəri və iştirakı olmadan dəyərindən qat-qat ucuz qiymətə satılmış, mülkiyyət hüquqları kobudcasına pozulmuşdur. İş materialındakı bildirişlərdən də göründüyü kimi, Hərrac mərkəzi tərəfindən bildirişlər onun qeydiyyatda olmadığı və yaşamadığı ünvana göndərilmiş, elə həmin xx.xx.2017-ci il tarixli bildirişin üzərində “həmin ünvanda yaşamır” qeyd olunmuşdur. Məhkəmə təkcə maddi hüquq normalarını deyil, həm də prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məh kəmə Cavabdeh3 ASC-nin təqdim etdiyi kserosurət olan qərardada istinad etməklə iddia qaldırmaq üçün tələb olunan müddətin keçdiyi qənaətinə gəlmiş, lakin bu zaman həmin sənədin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini tələb etməmişdir. Məhkəmə iş materiallarında olan kredit müqaviləsi üzrə ödənişləri təsdiq edən 33 ədəd ödəniş qəbzinə qiymət verməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1071/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-932/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə mün asibətdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Cavabdeh hərrac təşkilatı tərəfindən iddiaçıya hərracın yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada göndərilmiş bildirişlərin iddiaçıya çatdırılmaması hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir.

21. Bundan başqa, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-428/2018 saylı qərardadından görünür ki, İddiaçı, məhkəmə iclasında verdiyi izahatında Gəncə şəhər Nizami Rayon Məhkəməsində qeyri-yaşayış binasına dair protokolun, alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı qeyd edilən tələblə məhkəmədə iddia qaldı rması onun keçirilmiş hərrac və onun nəticələri barədə qərardadın tarixinə müvafiq hesablanıldıqda 2018-ci ildən məlumatlı olmasını sübuta yetirir. İddiaçı şikayətində Gəncə şəhər Nizami Rayon Məhkəməsində qeyri-yaşayış binasının hərracdan satılmasına dair protokolun, alqı-satqı müqaviləsinin və dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırdığını inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçı hazırkı iddianı qaldıra rkən qanunvericiliklə müəyyən edilmiş bir illik müddəti də ötürmüşdür

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 347.1, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1, 44-cü, Mülki Prosessual Məcəllənin 376.2, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişi birtərəfli əqd hesab edərək, həmin bildirişin göndərilib-göndərilməməsini oferta olaraq təklifin qəbulu kimi bir tərəfli əqd olaraq qiymətləndi rmişdir, lakin maddi hüquq normasında qeyd olunan şərtin icra edilməməsi artıq özlüyündə hərracın nəticələrinin qanuniliyini inkar edir, bildirişin hərrac tərəfindən göndərilməsinin öhdəlik olaraq qəbul edilməməsi özlüyündə hüquqdan sui-istifadə kimi qiymətləndirilməklə yenədə hərracın nəticələrinin qanuniliyinin əsaslarını inkar edir.

25. Tək bildirişin işə əlavə edilməsi keçirilmiş hərracın qanuni keçirilməsini əsaslı hesab etməyə imkan vermir. Belə ki, həmin bildirişin tərəfə çatması və onun hərracda iştirak etməsi, hərrac barədə məlumatının olması, əmlakın hərracda satışı zamanı daha üstün qiymətə almaq imkanı ehtiva edir. İddiaçının bankla olan razılaşmasına əsasən hazırkı mübahisələndirilən hərrac keçirilməməli idi. Ona görə ki, tələbkarla razılaşmaya əsasən, o, banka olan ödənişlə rini mütəmadi olaraq təmin edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh3 ASC kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Etiraz belə əsaslandırılmışdır ki, kassator şikayətində ümumi məsələlərə toxunmaqla, şikayəti formal dəlillər əsasında tərtib etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanun (Hərrac keçirilərkən qüvvədə olan redaksiyası)

30. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qal mış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

31. Maddə

44. Bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

32. Maddə

47. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonr a 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür və Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.

47. Ona görə hərrac keçirilərkən onun başqa ünvanda yaşaması, bildirişlərin ona çatıb-çatmaması ilə bağlı hallara dair dəlillər keçərli deyil.

48. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hərracın keçirilməsi barədə onun məlumatı olmamış, keçən müddət ərzində bankla qarşılıqlı razılaşmaya əsasən kredit borcu üzrə ödəmələri etməkdə davam etmişdir. İddiaçı h əqiqətən hərrac keçirildikdən sonra da müəyyən ödənişlər etməsinə dair sənədlər təqdim etmişdir.

50. Məhkəmələr müəyyən etmişlər ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıya hərracın yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlar göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində qanunvericiliyə uyğun olaraq elanlar verilmiş, iddiaçı hərracın nəticələri barədə məlumatlı olsa da. vaxtında hərracın nəticələrini mübahisələndirməmişdir.

51. Məhkəmələr iddiaçının hərrac barədə vaxtında məlumatlı olmasının sübutu kimi Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-428/2018 saylı qərardadına istinad etmişlər. Əmlakla bağlı hərracların keçirilməsi barədə iddiaçının vaxtında məlumatlı olması halı sübuta yetirilmişd ir. Bundan başqa, kollegiya qeyd edir ki, hazırkı mülki işin materiallarında Cavabdeh3 ASC-nin iddiaçıya qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verməsinə dair iddia tələbi ilə bağlı məhkəmə qərarları əlavə edilmişdir. Məhkəmələr həmin qərarları tədqiq etmişlər. Qeyd olunan qərarlarla müəyyən edilmişdir ki, bank hərracdan sonra əmlakı öz mülkiyyətinə keçirmiş və mülkiyyət hüquqlarına əsaslanaraq hazırkı iş üzrə iddiaçıya qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verməsi iddiasını irəli sürmüşdür.

52. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)4557/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan2 qeyri-yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçı Cavabdeh3 ASC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən hazırkı iş üzrə iddiaçının vermiş olduğu apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-5085/2019 saylı qərarına əsasən onun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-910/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

53. İddiaçının bankla qarşılıqlı razılaşmaya əsasən hazırkı vaxta qədər banka vəsait ödəməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin hal hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz. Əvvəla, tərəflər arasında belə bir razılaşmanın olmasına dair mötəbər sübut yoxdur. Bundan başqa, belə bir razılaşma olsa da, əmlakı öz mülkiyyətinə keçirmiş bank əmlakı ancaq qarşılıqlı razılaşma əsasında öz iradəsi ilə yenidən əvvəlki mülkiyyətçinin adına keçirə bilər.

54. İddiaçının banka etmiş olduğu ödənişlərin bank tərəfindən qəbul edilməsi halı ilə bağlı qeyd olunur ki, iddiaçı həmin vəsaitin əsassız olaraq qəbul edilməsi, saxlanması, ondan istifadə olunması ilə bağlı dəymiş zərərin əvəzinin bankdan tutulması barədə mülki iddia irəli sürə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, işdə olan məhkəmə qətnaməsinə əsasən (Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2 mart 2012-ci il tarixli 2-21(84)-323/2012 saylı qətnaməsi) "xxxx" MMC-dən 261539 manat 37 qəpik tutularaq Cavabdeh3 ASC-yə verilməsi, cavabdehlərin maliyyə vəsaiti olmadığından qətnamənin icrası ipoteka ilə yük lü edilmiş ünvan2 qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Bank qeyri-yaşayış sahəsini 423937,50 məbləğində öz mülkiyyətinə götürmüşdür. Belə görünür ki, bank əmlakı alan zaman əmlakın mülkiyyətçisinə borcdan artıq qalan xeyli miqdarda vəsait qaytarmalı idi (423937,50-261539,37=162.398.13 manat). Beləki, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür və Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır(32&).

55. Eyni zamanda iddiaçı q ətnamədən sonra tərəfindən banka kredit borcundan 107.000 manat ödənilməsi, hətta, hərraclardan xeyli müddət sonra xx.xx.2020-ci il tarixdə 15.000 manat, xx.xx.2020-ci il tarixdə 18.000 manat ödənişlər etməsinə dair sübutlar təqdim etmişdir.

56. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, həmin ödənişlər keçirilmiş hərracların etibarsızlığı əsası kimi çıxış edə bilməz. Lakin, iddiaçı ona qaytarılmalı olan vəsaitin vaxtında qaytarılmaması, uzun müddət bankın həmin vəsaiti özündə saxlayaraq faydalanması, sonradan edilmiş ödənişlərin qəbul edilməsinə şərait yaradılması və həmin vəsaitlərdən də faydalanması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər.

57. Qeyd olunanları nəzərə alaraq kollegiya apellyasiya məhkəməsinin mübahisə ilə bağlı hüquqi dəyər ləndirməsi ilə razılaşır. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (33-34&).

58. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutetmə yükü ilə bağlı vəzifəni tərəflər arasında düzgün bölüşqdürmüş və onların təqdim etdiyi işdə olan sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1071/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar