Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5148/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şadıyev Ənvər Əhməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun iştirakı ilə, İddiaçı MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3435/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1344 8/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, A.Hüseynov və V.Sadıxov) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3435/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsinin İddiaçı MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13448/2018 saylı, 10 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər: A.İmanov, A.Hüseynov və V.Sadıxov) Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13448/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin verdiyi kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13448/2018 saylı, 10 aprel 2019-cu il tarixli qərardadının və Bakı Apellyasiya Məhkəməsi MK-nın 2 (103)-13448/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5372 ( beş min üç yüz yetmiş iki ) ABŞ dolları, faiz borcu üzrə 5594.03 (beş min beş yüz doxsan dörd ABŞ dolları 3 sent ) olmaqla, cəmi 10966.03 ( on min doqquz yüz altmış altı ABŞ dolları 3 sent ) məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-KF-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074 minik” markalı ( buraxılış ili 2010, b an-XTA210740B3028103, rəngi – tünd albalı metal ) avtomobilə yönəldərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaiti borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda,Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13448/2018 saylı, 10 aprel 2019-cu il tarixli qərardadının və Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)13448/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir (maddə 67.1). Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır (maddə 407.3, 407.4). Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır (maddə 408.1.3). Apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4.). “Dövlət rüsumu haqqın da” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-nin 407-ci maddəsinə əsasən onu verən şəxslə bərabər şikayəti tərtib etmiş vəkil tərəfindən də imzalanmalı, şikayətə vəkilin orderi də əlavə olunmalı və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Kassasiya şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 405.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qa ydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşin 129-cu vərəqində olan qətnamənin alınması barədə xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13448/2018 saylı, 19 dekabr 2018-ci il tarixli il tarixli qətnaməsi İddiaçı MMC-yə 03.01.2019- cu il tarixdə təqdim edilmişdir. Kollegiya qeyd edir ki, qətnamədən şikayət verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Bu halda İddiaçı MMC həmin qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə iki ay müddətində, yəni 03 mart 2019-cu il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin ka ssasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə daxil olma tarixindən görünür ki, kassasiya şikayəti 19 mart 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da İddiaçı MMC qanunla müəyyən edilən müddəti 16 gün ötürmüş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, cavabdeh İddiaçı MMC tərəfindən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi qəbzi deyil, ödəniş tapşırığından çıxarış əlavə edilmişdir ki, həmin ödəniş tapşırığında rüsumun məhz Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün ödənildiyi müəyyən edilmir. Ümumiyyətlə həmin ödəniş tapşırığında Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün ödənildiyi müəyyən edilsə belə, ödəniş tapışırığı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxar ış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinə əlavə olunmuş qəbz dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya şikayətinin qaytarılmasını əsaslarını müəyyən edən 408-ci maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə və bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5148/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5148/2019
15.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver