Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5152/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1644/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, Turan (köhnə D.Bünyatzadə) küçəsi, ev 106 mülki və mülkə məxsus olan 0,053 ha həyatyanı torpaq sahəsini və həmin torpaq sahəsinin içində tikilmiş 92.3 kv m olan yaşayış evinin 1/8 paylı mülkiyyətində olan evə giriş-çıxışın müəyyən edilməs inə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1644/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kass asiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərb aycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1644/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.