Məhkəmə qərarları › İş №2(102)-5157/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5157/2019

16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5157/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)3048/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin (hakim F.V.Abd ıyev) 2(005)-4636/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-3048/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4636/18 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.01.2012-ci il tarixli, xxxxxxxx saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1007,69 ABŞ dolları, faiz borcu üzrə 125,77, cərimə borcu üzrə 437,92 ABŞ dolları, cəmi 1571,38 ABŞ dolları məbləğində borcun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın girov predmeti olan xxCDxxx dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli “MİTSUBİSHİ PAJERO” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borc məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3048/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X2 iştirak etmədiyi üçün və iştirak etməməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3048/2019 nömrəli i ş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 13.01.2012ci il tarixdə xxxxxxxx saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdeh avtomobilin alınması məqsədi ilə illik 21 faiz olmaqla 36 ay müddətinə 21600 ABŞ dolları kredit götürmüşdür. Həmin tarixdə tərəflər arasında kredit müqaviləsi üzrə ödəniş cədvəli tərtib edilmiş, cədvələ əsasən cavabdeh 36 ay müddətində hər ay 813,78 ABŞ dolları məbləğində banka kredit ödəməyi öhdəsinə götürmüşdür. İş material larından görünür ki: İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş 15.09.2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 13.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.01.2015-ci il tarixə cavabdehin əsas borc üzrə 1007,69 ABŞ dolları, faiz borcu üzrə 147,48 ABŞ dolları, cərimə borcu üzrə 330,30 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 07.01.2016-cı il tarixdə 1851 ABŞ dolları olmuşdur. Tərəflər arasında bağlanmış 13.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən həmin müqavilə üzrə sonuncu ödəniş 07.01.2016-cı il tarixdə olmuş və həmin kredit müqaviləsi üzrə Cavabdeh hər hansı məbləğdə qalıq borcu mövcud deyildir. Tərəflər arasında 13.01.2012-ci il tarixdə bağlanmış xxxxxxxx nömrəli girov müqaviləsinə əsasən 13.01.2012-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq xxCDxxx dövlət qeydiyyat nömrəli, 2008-ci il buraxılışlı, sedan tipli, qara rəngli “MİTSUBİSHİ PAJERO” markalı avtomobil banka girov qoyulmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 14.09.2017-ci il tarixli, xxxxx nömrəli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin surətindən məlum olur ki, o tutmanın ipoteka predmetinə yönəldilməsi prosedurunun başlanılması barədə cavabdehi məlumatlandırmış, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində iddiaçının ərizəsi əsasında 05.10.2017-ci il tarixdə qeydə alınmışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/16 saylı qərarının surətindən görünür ki, “xxxx” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun “xxxx” ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 13.01.2012ci il tarixdə xxxxxxxx saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdeh avtomobilin alınması məqsədi ilə illik 21 faiz olmaqla 36 ay müddətinə 21600 ABŞ dolları kredit götürmüş, həmin kedit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən həmin müqavilə üzrə sonuncu ödəniş 07.01.2016cı il tarixdə olmuş və kredit müqaviləsi üzrə Cavabdeh hər hansı məbləğdə borcu mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449 -cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmu ş qaydaya uyğun olaraq müəyyən olunur. “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 13.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə müddətin bitdiyi 13.01.2015-ci il tarixə cavabdehin 4915,46 ABŞ dolları əsas, 147,48 ABŞ dolları faiz, 330,30 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5393,24 ABŞ dolları borcu qalmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh həmin müqavilə üzrə 16.02.2015-ci il tarixdə 2408 ABŞ dolları, 01.07.2015-ci il tarixdə 1303 ABŞ dolları, 07.01.2016-cı il tarixdə 1851 ABŞ dolları olmaqla, cəmi 5562 ABŞ dolları ödəniş etmişdir. Bununla da məlum olur ki, 13.01.2015ci il tarixdən sonra cavabdeh tərəfindən 5393,24 ABŞ dolları məbləğində borc üzrə cəmi 5562 ABŞ dolları ödəniş edilmiş, yəni 168,76 ABŞ dolları artıq ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3048/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3048/2019 nömrəli iş üzrə 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar