Məhkəmə qərarları › İş №2(102)-517/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-517/2024

06.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-517/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1503/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X5 minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 oktyabr 2022ci il tarixli Qeydiyyat Şəhadətnaməsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı 18 oktyabr 2022-ci il tarixdə mülkiyyətində olan “X5 minik” markalı, **-CS*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra avtomobil) idarə etmək hüququnu 20 dekabr 2028-ci il tarixədək Cavabdeh (bundan sonra– cavabdeh) etibar etmiş, 12 aprel 2023-cü il tarixdə həmin etibarnaməni ləğv etmişdir. İş üzrə məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan avtomobilin, onun qeydiyyat şəhadətnaməsinin və dövlət rüsumuna görə ödədiyi 100 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dost münasibətində olduğu X2 xahişi ilə mülkiyyətində olan avtomobili və qeydiyyat şəhadətnaməsini 2022-ci ilin oktyabr ayında notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında avtomobili idarə etmək hüququnu Anar Ələkbərovun mağazasında satıcı işləyən şəxs kimi tanıdığı cavabdehə etibar etdiyinə görə sonuncuya təhvil vermişdir. Anar ona cavabdehlə aralarında olmuş işgüzar münasibətlərin pozulduğunu dedikdən sonra sonuncudan həmin avtomobili və qeydiyyat şəhadətnaməsini ona qaytarmasını tələb etmişdir. Cavabdeh həmin tələbini icra etməkdən imtina etdiyinə görə 12 aprel 2023-cü il tarixdə göstərdiyi etibarnaməni notariat qaydasında ləğv etdirmişdir. Lakin cavabdeh yenə də həmin avtomobili və qeydiyyat ş əhadətnaməsini ona qaytarmaqdan imtina etmişdir.

5. Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(064)-820/2023 nömrəli qətnaməsi ilə (hakim Aqil Musayev) iddia təmin edilmiş, cavabdehdən “X5 minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və avtomobilə aid 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli Qeydiyyat Şəhadətnaməsinin və dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun tutulub iddiaçıya verilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, avtomobilin 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli Qeydiyyat Şəhadətnaməsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla mülkiyyətində olduğuna, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılması səbəbindən əmlakın öz gəninkiləşdirilməsinə dair əqd hesab edilmədiyinə, mübahisəli avtomobilin mülkiyyətçisi olan iddiaçının həmin əmlakını etibarnamə əsasında cavabdehin idarəçiliyinə verməsi ona mülkiyyət hüququnun sonuncuya keçməsinə səbəb olmadığına, həmin etibarnaməyə əsasən cavabdeh mübahisəli avtomobili iddiaçının mənafeyi naminə idarə etməli olduğuna, göstərilən etibarnamənin qüvvəsinə onu vermiş iddiaçı tərəfindən 12 aprel 2023-cü il tarixdə ləğv edilməsi nəticəsində xitam verildiyinə, iddiaçının mübahisəli avtomobili və qeydiyyat şəhadətnaməsini mülkiyyətçisi kimi cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğuna, cavabdeh mübahisəli avtomobili və qeydiyyat şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etdiyinə, cavabdeh izahatında iş üzrə mübahisəli avtomobili almaq üçün onun dəyəri ni təşkil edən müəyyən məbləğdə pulu iddiaçıya deyil, X3 verdiyini göstərdiyinə, bu səbəbdən gələcəkdə sonuncuya qarşı pul tələbinə dair ayrıca icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iş üzrə verdiyi qarşılıqlı iddianı geri götürdüyünə görə iddia tələbi təmin edilməlidir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 139.2, 152.1, 157.2, 152.8, 181.4, 362.1, 365.1.3-ci maddələrinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3,107, 119.1, 191.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki ko llegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə çatdırmaq istəyirlər ki, hazırkı iş üzrə cavabdeh mübahisə predmeti olan avtomobi li X1 50.000 (əlli min) manat pul müqabilində almış və həmin nəqliyyat vasitəsindən tamamilə qanuni əsaslarla istifadə etmiş birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət vermədən yalnız bir tərəfin təqdim etdiyi sübutlara qiymət verərək Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq və təfsir etməmişdir. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsini almaq məqsədi ilə 50000 (əlli min) manat pul vəsaitini Anar Ələkbərova ödəməsini və nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik etməsi ilə bağlı məsələlərə əhəmiyyət vermədən işə dair yanlış qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1503/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Füzuli Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində nəqliyyat vasitəsini X1 50.000 (əlli min) manat pul müqabilində aldığını, həmin nəqliyyat vasitəsindən tamamilə qanuni əsaslarla istifadə etdiyini bildirsə də, qeyd etdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə qanuni və əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 152.1, 152.5, 157.2, 157.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassator şikayətini apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsini iş üçün zəruri və mötəbər olmayan sübutlarla əsaslandırmışdır.

16. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə, Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 88, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahiz əsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad e tdiyi halları sübut etməlidir.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarına görə, mübahisəli avtomobil 14 oktyabr 2022-ci il tarixdə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır (Nəqliyyat vasit əsinin 14 oktyabr 2022-ci il tarixli, BA221437 nömrəli Qeydiyyat Şəhadətnaməsi). İddiaçı, 18 oktyabr 2022-ci il tarixli etibarnamə ilə mülkiyyətində olan avtomobili idarə etmək hüququnu 20 dekabr 2028-ci il tarixədək cavabdehə etibar etmiş, 12 aprel 2023-cü il tarixdə həmin etibarnaməni ləğv etmişdir.

36. İddiaçı hazırda avtomobilini özgənin qanunsuz sahibliyindən geri tələb etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh hazırlıq iclasında verdiyi etirafedici izahatı və 18 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında işin mübahisəsiz faktiki halı ilə bağlı, həmçinin müəyyən etmişdir ki, cavabdeh 18 oktyabr 2022-ci il tarixdən sahibliyində olan sözügedən avtomobili və avtomobilin Qeydiyyat Şəhadətnaməsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. Buna əsaslanaraq birinci instansiya məhk əməsi iddianı təmin etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində nəqliyyat vasitəsini X1 50.000 (əlli min) manat pul müqabilində aldığını, həmin nəqliyyat vasitəsindən tamamilə qanuni əsaslarla istifadə etdiyini bildirsə də, qeyd etdiklərini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

38. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1503/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar