Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5171/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(106)-997/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ağcabədi Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(017)-1013/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
2. Ağcabədi şəhər XDS İcraiyyə Komitəsinin 28 aprel 1982-ci il tarixli qərarından görünür ki, şəhərin Dostluq prospekti 37 №-li evdə yaşayan Cavabdeh1 atasından ayrılması və ona şəhərin Kalinin küçəsi 192 №-li evdə yaşayan qaynanası X1 həyətindən kəsilmiş artıq torpaq sahəsindən 0,06 hektar verilməsi barədə tərtib edilmiş 30 mart 1982ci il tarixli akt təsdiq edilmişdi r.
3. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon İcraiyyə Komitəsinin Memarlıq Şöbəsinin 26 dekabr 1984-cü il tarixli 28 saylı İcazə Vərəqəsi ilə müəyyən olunur ki, Memarlıq Şöbəsi tərəfindən Ağcabədi rayon (şəhər) H.Aslanov küçəsi 79 №-li evdə yaşayan Cavabdeh1 həyətyanı torpaq sahəsində daşdan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və H.Aslanov küçəsində 75 A №-li evdə yaşayan Cavabdeh1 yaşayış evinin layihəsi təsdiq edilmiş və 1986-cı ilin sentyabr ayında adına yaşayış evinin texniki pasportu tərtib edilməklə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2008-ci il tarixdə nikah münasibətlərinə daxil olmu ş, bundan sonra cavabdeh və onun ailə üzvlərinə məxsus 1983-1985-ci illərdə tikilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cehizlərini də həmin evə gətirmişdir. Nikahlarından iki qız övladı dünyaya gəlmiş və həmin evdə böyümüşdür. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar heç bir əsas olmadan təhqir olunmuş, 2021-ci ilin may ayında evdən qovulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hal-hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır və müxtəlif çətinliklərlə üzləşir. Mübahisəli evin yenidən qurulmasında və şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak etmiş, 2019-cu ildə bankdan kredit götürərək evə bitişik bir otaq və bir mətbəx tikdirib yaşayış evi kimi istifadə etmişlər. Ona görə də iddiasının təmin edilməsini, istifadə hüququ tanınara q azyaşlı uşağı ilə birlikdə cavabdehlərə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsini və fərdi yaşayış evinin yardımçı sahələrinin – mətbəx, dəhliz və s. ümumi istifadədə saxlanılmasını, 300 manat vəkil haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Ağcabədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(017)-270/2022 saylı qətnaməsi ilə (hakim E.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya sının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.Belə ki, mübahisəli fərdi yaşayış sahəsi İddiaçı vaxtilə nikah münasibətində olduğu Cavabdeh3 deyil, onun atası Cavabdeh1 məxsusdur, hazırda sonuncunun sahibliyində və istifadəsindədir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin məzmunundan da göründüyü kimi iddiaçı yaşayış sahəsinin sahibinin (faktiki mülkiyyətçisinin) nə onun birlikdə yaşayan ailə üzvləri dairəsinə, nə də digər qohumları sırasına da daxil edilə bilər, belə ki onun mülkiyyətçidən öz ünün saxlanılmasını tələb etmək hüququ Ailə Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi yaşayış sahəsinə ailə üzvü kimi istifadə hüququ yaranmamışdır. Buna görə də onun yaşayış evinə köçürülmə tələbi təmin edilə bilməz. İddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsi Cavabdeh1 ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək kimi hüquqlarını qanunsuz və əsassız olaraq məhdudlaşdırmış olardı. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(017)-270/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Şirvan Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(106)-997/2022 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), hakimlər S.İ.Mayılov və İ.Q.Əsədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(017)270/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı köçürülməsini tələb etdiyi ünvan 3 ünvanda yerləşən mübahisəli fərdi yaşayış sahəsi Cavabdeh1 məxsusdur, hazırda onun sahibliyində və istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadığına görə həmin fərdi yaşayış evinin üzərində sərəncam vermək hüququ yoxdur. Buna baxmayaraq müvafiq şəxsin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün müraciət etmək hüququndan istifadə etməməsi həmin daşınmaz əmlakın onun mülkiyyətində olmaması kimi qiymətləndirilə bilməz.
10. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarına,MPM-nin 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(106)-997/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassator xx.xx.2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki,mübahislə əmlak heç kimin adına dövlət qeydiyyatına alınmamışdır.Belə olan halda və cavabdehlər nikah münasibətləri 2008-ci ildə yarandığından hazırki iş üzrə məhkəmə xx.xx.2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddəllərinə istinad edərək iddianı təmin etməli olduğu ha lda fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olması qənaətinə gələrək iddianı təmin etməmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 15. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 16. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. He ç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 17. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 18. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 19. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam veri ldikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. 22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 25. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26. 416.1-ci maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 27. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 28. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Kasator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş e tdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi q iymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(106)-997/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.