Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5173/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5173/20 (Açar sözlər: ilk iddia - mənzildən çıxarılma və mənzilə köçürülmə, qarşılıqlı iddia - mənzil üzərində payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-4446/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, 25.05.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, ümumi sahəsi 119.82 kv.m olan 69 saylı mənzili satın almışdır. Həmin mənzili 2014-cü ildə təmir etdi rmiş, 2015-ci ildən keçmiş ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür. Binəqədi Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan övladlarının analarının himayəsində saxlanması qət edilmişdir. Bundan sonra, o, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil üzərindəki mülkiyyət hüquqlarından məhrum edilmişdir. Cavabdeh ilə aralarındakı münasibətin kəskin pis olması səbəbindən mənzilə daxil ola bilmir, daxil olmaq istədikdə isə aralarında mübahisə yaranır. Buna görə də Cavabdeh həmin mənzildən çıxarılması zərurəti yaranmışdır. Cavabdeh 20-dən çox mənzilləri və obyektləri var. Onun mübahisəli mənzilə ehtiyacı yoxdur, lakin o, halhazırda evsiz qalmışdır. Cavabdeh qarşı lıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 14-cü mərtəbədə yerləşən 69 saylı mənzilin dəyərinin üçdə bir hissəsinin İddiaçı və üçdə iki hissəsisin isə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil İddiaçı tərəfindən deyil, bilavasitə Cavabdeh valideynləri tərəfindən satın alınmışdır. Cavabdeh həmin mənzilin alınmasına hər hansı vəsait qoymamış və buna imkanı olmamışdır. Mənzilin dəyərinin Cavabdeh qardaşı İddiaçı adlı şəxsin adından həyata keçirmişdir. İddiaçının mənzilə köçüb yaşaması qeyri-mümkündür, səbəbi ailə münasibətləri pozulduqdan sonra münasibətlərin ço x pis səviyədə olmasıdır. Həmçinin mənzilin indiyə qədər olan kommunal xərclərini qarşılıqlı iddia üzrə iddiaçı ödəmişdir. Cavabdeh himayəsinə iki azyaşlı övladının olması və digər diqqətəlayiq halları nəzərə alınaraq mübahisəli mənzil üzərində 1/3 və 2/3 payların müəyyən edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-483/2020) ilkin və qarşılıqlı iddia tələbləri qismən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzilə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə, korpus B1, 69 saylı mənz il üzərində İddiaçı və Cavabdeh 1/2 paylarının müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsi İddiaçı və Cavabdeh birgə nikahları dövründə əldə edilmişdir. Belə ki, iş materiallarında olan 25 may 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin əvəzi-87.469manat ödənilməklə İddiaçı satılmasına dair müqavilə imzalanmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun MMC-yə hər hansı borcu qalmamışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)- 948/2018 saylı 08 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraiciət etmiş və iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2007-ci il tarixli Binəqədi rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 27 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 aprel 2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilməklə İddiaçı tərəfindən tərəflərin birgə nikahı dövründə alınmışdır. Bu mənada, məhkəmə hesab etmişdir ki, mübahisəli əmlakbirgə nikah dövründə əldə edildiyindən Cavabdeh da həmin əmlak üzərində hüququ vardır. Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin tərəflərin birgə nikah dövründə əldə edilməsini, onlar tərəfindən mü bahisələndirilməyən hal kimi qiymətləndirilərək məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi İddiaçı mübahisəli yaşayış şahinə köçürülməsi hissəsində də təmin edilməli, lakin Cavabdeh həmin həmin mənzildən çıxarılması hissəsində isə əsassız olduğundan təmin edilməməlidr. Məhkəmə Cavabdeh qarşılıqlı iddiasına münasibət bildirərək qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsi üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir. Belə ki, qanunverici ümumi qayda olaraq ər-arvadın birgə əmlakdakı paylarının bərabər bölünəcəyini müəyyən edir. Bölgü zamanı uşaqların mənafeyinin nəzərə alınması isə payların qeyri-bərabər bölünməsinə təsir edən müstəsna hal kimi nəzərdə tutulmuşdur. Cavabdeh ona məxsus payın 2/3 hissə kimi müəyyən olunmasını tələb etsə də, bunu qarşılıqlı iddia ərizəsini himayəsinə iki azyaşlı övladının olması və əmlakın onun valideyinləri tərəfindən alınması ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, yalnız uşaqların ana ilə qalması özlüyündə müstəsna hal kimi qəbul edilə bilməz. Bunun üçün uşaqların mənafeyinə təsir göstərən halların nədən ibarət olduğu, ümumi əmlakın qeyribərabər bölünməsinin həmin mənafe baxımından hansı əhəmiyyət daşıdığı göstərilərək sübutlarla təsdiq olunmalıdır. Qarşılıqlı iddia ərizəsində, eyni zamanda məhkəmə iclasında məhkəməyə nə uşaqların mənafeyinə təsir göstərən hallara, nə də mübahisəli əmlakın Cavabdeh valideyinlərinin vəsaiti hesabına alınmasına dair mötəbər sübutla r məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi bi rgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1 -ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcədə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1 və 37-c i maddələrində isə təsbit edilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-4446/2020 ) ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 29.01.2020-ci il tarixli, 2(004)483/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 25 may 2008-ci il tarixli alqısatqı müqaviləsinə görə,“xxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin əvəzi-87.469 manat ödənilməklə İddiaçı satılmasına dair müqavilə imzalanmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun MMC-yə hər hansı borcu qalmamışdır. Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2007-ci il tarixli Binəqədi rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 27 oktyabr 2007-ci il təvəllüdlü X3 və 17 aprel 2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: AR Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınma z əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqd an sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arva-dın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaq-ların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı pay-ları bərabər bölməyə bilər. Mülki Məcəlləsinin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh bəyan edir ki, iddia olunan əmlakların birgə nikah dövründə əldə edilsə də birgə gəlirlər hesabına əldə edilməmiş, ona görə də birgə mülkiyyət olmadığından həmin əmlakların 1/2 hissəsinə dair cavabdehin payının müəyyən edilməsi də əsassızdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin göstərdikləri, iddianın təmin edilən hissədə rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, ca vabdeh şikayətində qeyd olunan əmlakın birgə gəlirlər hesabına alınmadığını bəyan edirsə buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halı məhz cavabdeh sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Lakin o, bunu mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Halbuki iş materiallarında olan 25 may 2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3138-ci məhəllə korpus B1, 14-cü mərtəbə, 69 saylı mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin əvəzi - 87.469 manat ödənilməklə İddiaçı satılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri,Yasamal rayonu,M.Seyidov küçəsi,3138-ci məhəllə, korpus B 1-də yerləşən 69 saylı mənzil üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilib, həmin mənzil üzərində Cavabdeh payının 2/3 hissədə, İddiaçı payının 1/3 hissədə müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2020-ci il tarixli qətnaməsinin qismən Bakı şəhəri,Yasamal rayonu,M.Seyidov küçəsi,3138-ci məhəllə, korpus B 1-də yerləşən 69 saylı mənzil üzərində payların müəyyən edilməsi hissəsində ləğv edilib, həmin mənzil üzərində Cavabdeh payının 2/3 hissədə, İddiaçı payının 1/3 hissədə müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ay rı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Ba kı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4446/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, iki uşağın ananın yanında qalması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onların saxlanması üçün təyin edilmiş alimenti belə ödəməkdən mütəmadi surətdə yayınması və hal-hazırda aliment borclarının yığılıb qalması özü əsas verir ki, hazırda mübaisələndirilən məsələdə işin həmin halı nəzərə alınmalı idi. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mübahisəli əmlakın tərəflərin birgə nikah müddətində və birgə vəsait əsasında əldə olunması ilə bağlı gəlmiş olduğu nəticəsi ilə razılaşır. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilin cavabdehin şəxsi vəsaiti əsasında əldə olunmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə cavabdehin kassasiya şikayətində göstərilənlərlə qismən razılaşır və qeyd edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların cavabdehin himayəsində saxlanması və onların saxlanması üçün alimentin tutulmasına baxmayaraq ilk iddiaçı tərəfindən bu vəzifələrini tamamilə yerinə yetirməməsi səbəbində əmlakın qeyri-bərabər qaydada bölünməsinin təmin olunması müəyyən edilə bilər. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normasının tələbini və uşaqların mənafeyini, onların ananın himayəsində saxlanmasını və cavabdehin daimi olaraq öz uşaqlarını və keçmiş həyat yoldaşını yeganə yaşayış yerindən məhrum etməyə yönəlmiş hərəkətlərini (mənzildən çıxarma ilə bağlı tələbin irəli sürülməsini) müstəsna halları kimi qəbul edərək əmlakın qeyri-bərabər qaydada bölünməsini mümkün sayır. Lakin məhkəmə belə bölgü apararkən cavabdehin göstərdiyi qaydada deyil, işin araşdırılmış hallarını nəzərə almaqla ilk iddiaçının payının 2/5, cavabdeh və qarşılıqlı iddiaçının payının isə 3/5 hissədə müəyyən olunmasını ədalətli və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadında dəyişiklik edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4446/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi «Bakı şəhəri Yasamal rayon M.Seyidov küçəsi 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil üzərində İddiaçı və X2 ½ payları müəyyən edilməsi» hissəsində dəyişdirilsin. Bakı şəhəri Yasamal rayon M.Seyidov küçəsi 3138-ci məhəllə, korpus B1, 69 saylı mənzil üzərində İddiaçı payı 2/5, X2 payı 3/5 müəyyən edilsin. Qərar qətidir
Məhkəmə qərarları › İş №2(102)-5173/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5173/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver