Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5176/2023 28.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2629/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" KB ASC t ərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 24UM/18 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1174,20 manat olmaqla, cəmi 53.771,54 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 141UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 53771,54 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 123G nömrəli fər di yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada əsas kredit borcu üzrə 52.597,34 manat, faiz borcu üzrə 1.174,20 manat olmaqla, cəmi 53.771,54 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilmə si, tələbin ipoteka predmeti olan, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh X3 qaytarılması, ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X6 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
3. Qətnamədən cavabdehlər X2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şi kayəti verərək qətnamənin ləğv edilməsini, əsas məbləğ və şişirdilmiş faiz məbləğləri ilə bağlı həm mühasibatlılıq ekspertizasının keçirilməsi, həm də ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinin real bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi barədə ekspertizalar keçirməklə, borc məbləginin azaldılmasına və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 123 G nömrəli fərdi yaşayış evinin girovdan azad edilməsinə dair qətnamə çıxarılmasını və iddia tələbinin bu hissələrdə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2629/2023 saylı qətnaməs i ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 1.174,20 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilərək faiz borcunun 412,75 manat müəyyən edilməsi və qətnamənin əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmçinin eyni tarixli qərardadla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi “tələbin X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ünvanında yerləşən 123 G nömr əli fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 155.000 manat müəyyən edilməsi, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh X3 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ünvanında yerləşən 123 G nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X6 və Cavabdeh1 həmin evdən çıxarılmaları və evin boşaldılmasının” təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. İddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2023cü il tarixli, 2(103)-2629 /2023 nömrəli qərardadından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Eyni zamanda iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2629/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfi ndən verilmişdirsə;...
11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
12. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
14. Belə ki, Azərbaycan Respubl ikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
15. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallar ından göründüyü kimi baxılan iş kredit müqaviləsindən irəli gələn borcla bağlı iddia olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti MPM-nin 112.1.3-cü maddəsinə əsasən beş min manatdan azdır (iddia ərizəsində faiz borcu kimi 174,20 manat tələb edilmiş, lakin məhkəmə tərəfindən faiz borcu olaraq 412,75 manat tutulması qət edilmişdir, yəni iddianın təmin olunmayan hissəsi 761,45 manat təşkil edir). Bu halda apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qətnamələrə aid olub-olmamasını araşdırmalı idi.
18. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatd an az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 19.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq,
20. Qərara aldı:
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2(103)-2629/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin.
22. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə qaytarılsın.
23. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.