Məhkəmə qərarları › İş №2(102)-5181/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5181/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5181/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı “xxxx” KB ASC-nin vəkil1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-144/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2(003)-158/2017 nömrəli, 17 oktyabr 2017-ci il tarixli qətna məsi ilə iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları məbləğində əsas borcun, 7419,38 ABŞ dolları məbləğində faiz borcun və 100 ABŞ dolları məbləğində cərimə, cəmi 56211,36 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinin ilkin satış qiymətinin 100.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin «xxxx» KB ASC-nə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) 2(103)-144/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2017ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan1 yerləşən əmlakın ilkin satış qiymətinin 2.000.000 (iki milyon) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 20.11.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış 22 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 22 % olmaqla 100.000 ABŞ dolları məbləğində kredit vermişdir. Verilən krediti təmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evini 22 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin buna baxmayaraq C avabdeh1 bank qarşısında öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onun banka 49111,50 ABŞ dolları məbləğində əsas borcu, 7419,38 ABŞ dolları məbləğində faiz borcu, 7760,04 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 64290,92 ABŞ dolları məbləğində borcu var. Göstərilənlərə əsasən, iddiaçı “xxxx” KB ASC, Cavabdeh1 49111,50 ABŞ dolları məbləğində əsas borc, 7419,38 ABŞ dolları məbləğində faiz borcu, 7760,04 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 64290,92 ABŞ dolları məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın açıq hərracda satılması və onu n satışından əldə olunmuş vəsait hesabına 64290,92 ABŞ dolları məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” KB ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)144/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” KB ASC-nin vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklə rinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-144/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası m əhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evi sökülmüş, yerinə qeyri-yaşayış sahəsi inşa edilmişdir. Məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satşı qiymətinin aşağı müəyyən edilməsi barədə cavabdehin dəlilini yoxlamış və bununla bağlı 3 dəfə qiymətləndirmə ekspertizası keçirilmiş, bu nəticəyə gəlmişdir ki, sonuncu ekspert rəyindən nəzərdə tutulan qiymət ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti kimi götürülməlidir. Son qiymətləndirmənin nəticələrini şübhə altına almağa əsaslar müəyyən edilmədiyindən əmlakın ilkin satış qiyməti son ekspert rəyi ilə müəyyən edilən qiymətə hərraca çıxarılmalıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi fotoşəkillər, eləcə də, ekspert rəylərində göstərilə n məlumatlar (əmlakın fotoşəklləri, restoran, hotel kimi inşa edilməsi, yerləşdiyi yer və.s) əmlakın sonuncu ekspert rəyində nəzərdə tutulan qiymətə olması qənaətinin daha ağlabatan olması fikrini formalaşdırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələblərinə, işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. İşin materiallarından görünür ki, «xxxx» KB ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 20.11.2013-cü il tarixli 69B8/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 22 noyabr 2013-cü il tarixli 69B8/13-1 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 22 % olmaqla 100.000 ABŞ dolları məbləğində kredit vermişdir. «xxxx » KB ASC-nin 21 oktyabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 49.111.50 ABŞ dolları məbləğində əsas borcu, 7419,38 ABŞ dolları məbləğində faiz borcu, 7760,04 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 64.290,92 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2017-ci il tarixli 5120 nömrəli rəyindən görünür ki, Cavabdeh1 22.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 21 noyabr 2016-cı il tarixə «xxxx» KB ASC-nə 48691,98 ABŞ dolları məbləğində əsas borcu, 8582,76 ABŞ dolları məbləğində faiz borcu vardır. Həmçinin işin materiallarından görünür ki, «xxxx» KB ASC-i ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli 69B8/13-1 saylı ipoteka müqaviləsindən görünür ki, «xxxx» KB ASC tərəfi ndən cavabdeh-Cavabdeh1 22 noyabr 2013-cü il tarixli 69B8/13-1 saylı kredit müqaviləsi üzrə verilən krediti təmin etmək üçün Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bu ipoteka müqaviləsi qanunvericiliyə uyğun olaraq notariat kontorunda təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evi «xxxx» KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. «xxxx» KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 12.08.2016-cı il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehi tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdi r. İş materiallarında olan 301510 nömrəli qaimədən görünür ki, Cavabdeh1 bildirişi 20 avqust 2016-cı il tarixdə qəbul etmişdir. «xxxx» KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi idarəsinə ünvanlanmış 23.08.2016-cı il tarixli ərizədən görünür ki, bank tələbin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********40 saylı 25.08.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 17 may 2013-cü il tarixli rəydən görünür ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evi 100000 manat məbləğində qiymətləndirilmişdir. Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2013-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evində qeydiyyatda heç kim yoxdur. “xxxx” MMC-nin 30.04.2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinin yerinə inşa edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyəri 1.210.000,0 (bir milyon iki yüz on min) manat təşkil edir. “MBA” LTD-nin 26.06.2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinin yerinə inşa edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyyəri 715.000 (yeddi yüz on beş min) manat təşkil edir. “X2” MMC-nin 03.12.2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri,ünvan 1 fərdi yaşayış evinin yerinə inşa edilmiş qeyri-yaşayış sahəsinin bazar dəyəri 2.000.000 (iki milyon) manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün m əcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Belə ki, qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi son qiymətləndirmənin nəticələrini şübhə altına almağa əsaslar müəyyən edilmədiyindən əmlakın ilkin satış qiyməti son ekspert rəyi ilə müəyyən edilən qiymətə hərraca çıxarılmalı olmasının əsaslandırması kimi təqdim edilmiş fotoşəkillər, eləcə də, ekspert rəylərində göstə rilən məlumatlara (əmlakın fotoşəklləri, restoran, hotel kimi inşa edilməsi, yerləşdiyi yer və.s) istinad etmişdir. Lakin işin materiallarından görünür ki, “X2” MMC-nin 03.12.2018-ci il tarixli rəyində heç bir əsaslandırma aparılmamış, rəydə müəyyən olunmuş qiymətin nəyə əsasən müəyyənləşdirilməsi göstərilməmişdir. Halbuki, həmin mütəxəssis rəyi ilə bankın tələb etdiyi və ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş 100 000 manat qiymət arasında 20 dəfə fərq olmasına və hər iki qiymətləndirmə arasında belə kəskin fərqin olmasına görə əmlak yenidən qiymətləndirilməli olmasına apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Halbuki, işin materiallarından görünür ki, iddiaçı qiymətləndirmənin dövlət orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunmalı, eyni zamanda qiymətləndirmədə bankın nümayəndələrinin iştirakı təmin olunmasına dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, məhkəmə kollegiyası heç bir əsas göstərmədən vəsatətin təmin edilməməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət kimi qeydiyyatdan keçmiş əmlakların qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə olunmasının məqsədə uyğunluğu müzakirə edilməli idi. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24-cü bəndinə əsasən Xidmət tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahəl ərinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; 3.0.25-ci bəndinə əsasən isə mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın qiymətləndirilməsini (dövlət müəssisə və obyektləri istisna olmaqla) və bu sahədə nəzarəti həyata keçirmək, daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində qiymətləndiricilərin fəaliyyətinə nəzarət etmək kimi vəzifələri yerinə yetirir. Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsinə əsasə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ek spertə tapşıra bilər «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahi yyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin bu tələblərinə tam riayət etməmiş, işi tam və hərtərəfli araşdırmamış, hazırki mübahisənin ədalətli, obyektiv və hərtərəfli həll edilməsi üçün işin hallarını tam, qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırmayaraq, müəyyən edilmiş hallara həm apellyasiya şikayətinin dəlilləri, həm də iddianın dəlilləri ilə birlikdə müqayisəli şəkildə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-c i il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respubli kasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdaf iə edən akt kimi çıxış etməlidir». Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamsı apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-nin 418.3.-cü maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş edilsə də, məzmununda aydın olur ki, kassator faktiki olaraq son qiymətləndirmənin nəticələrini mübahisələndirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmış hissələri üzrə hansı qanun pozuntularının olmasını demək olar ki açıqlamamışdır. Buna görə də məhkəmə kollegiyası a pellyasiya instansiyası məhkəməsinin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanun pozuntularını müəyyən etdiyi üçün kassasiya şikayətinin bu hissədə təmin edilməsi nəticəsinə gəlir. Kollegiya hesab edir ki, işə yenidən ləğv edilmiş hissə üzrə baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-144/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar