Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5184/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, Cavabdeh3 vəkili X1 və nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nizami rayonu İcra və Probasiya şöbəsi, Cavabdeh2 MMC, Cavabdeh3 qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında 10.05.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hərracın nəticələri barədə 83 saylı, 10.05.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, Cavabdeh3 adına DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və mənzilə onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 17 sentyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 21 yanvar 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X5 saylı mülki iş üzrə qəbul etdiyi 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi özüözünü tam şəkildə təkzib edərək, açıq-aşkar qanuna zidd qətnamə qət etmişdir. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsinin 2-3 səhifələrində göstərilən xüsusatların demək olar ki, hamısı qanun pozuntuları ba rədə məlumatlardır. 25.08.2017-ci il, 29.09.2017-ci il, 20.10.2017-ci il, 15.11.2017-ci il tarixlərdə hərrac təşkilatçısı tərəfindən mənzilin satışı ilə əlaqədar hərrac keçirilməsini Apellyasiya Məhkəməsi Kollegiyası qanuni hesab edərək, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarını ümumiyyətlə fərqinə varmamışdır. Azərbaycan Respublikası adından verilən qətnamə kimi bir mötəbər məhkəmə aktında Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmazın məsuliyyətsizliyi barədə, yəni baxılan işə aidiyyəti olmayan şəxslərin adlarının qətnamədə göstərilməsinin (səh.3, abz.l - "X3 və X5") apelyasiya məhkəməsinin nəzərinə çatdıraraq, Nərimano v Rayon Məhkəməsinin X5 saylı, 17.09.2019-cu il tarixli qətnaməsinin prosessual qanunvericiliyinin tələblərinin pozulduğu üçün ümumiyyətdə ləğv olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının göstərilmiş kobud qanun pozuntusuna “göz yumması” bir tərəfə, kollegiya özü də apelyasiya məhkəməsinin X5 saylı, 29.01.2020-ci il tarixli qətnaməsində baxılan mülki işin heç bir məhkəmə iclasında ümumiyyətlə iştirak etməyən şəxsi göstərmişdir: “Cavabdeh3 iddiaya etiraz edir və bildirir ki, hərrac tam qanuni keçirilmişdir.” (Apell. Məhk. Qətn. Səh.3, abz.2). Elə buna görə də, apellyasiya şikayətində göstərmiş olduğu qanun pozuntusunu Bakı Apelyasiya Məhkəməsinin hakimi, baxılan işdə sədrlik edən X4 qətnamədə vəzifəli şəxsin sənəddə saxtalaşma aparmasını “Ona görə də qərarda 2 5 yanvar 2018-ci il tarixinin texniki səhv olaraq qeyd olunması istisna olunmur.” (səh.4, abz.7). Daha sonra, Mülki Məcəllənin 415.2-ci maddəsinə istinad edərək (səh.4, abz.2) “...təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirilməlidir” göstərdiyi halda sədrlik edən X4 elə qətnamənin elə həmin səhifəsində göstərir ki. “...həqiqətən də 10.05.2019-cu il tarixdə keçiriləcək hərracın keçirilməsi ilə bağlı bildiriş hərracın keçirilməsinə 30 gün qalmış deyil, 10 gün qalmış, yəni 30.04.2019-cu il tarixdə ünvanına göndərilmişdir. Lakin kollegiya hesab edir ki, bu hal hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz.” Sədrlik edən X2 təəbirincə Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətini istənilən halda 10 günə qədər qısaldıb və sonra da bunu qətnamədə “Belə ki, bildirişin gecikdirilmə ilə iddiaçının ünvanına göndərilməsi Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı hərrac barədə məlumatlandırıldığı üçün bu hal özüözlüyündə az əhəmiyyətlidir.” kimi göstərməklə iddiaçının yeganə yaşayış mənzilinin saxtalaşdırma yolu ilə əlindən çıxarılmasını da özü üçün “az əhəmiyyətli” hesab etmişdir. Elə bu səbəbdən də, bildiriş hərrac keçiriləndən sonra, yəni 12.05.2019-cu il tarixdə ancaq poçta daxil olmuş və sonradan iddiaçıya çatdırılmışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 17/71-3M-59 saylı 04.06.2018-ci il tarixli sifariş məktubuna əsasən həmin il ərzində 4 dəfə hərrac keçirilmiş və hərrac baş tutmadığından, həmin “hərracın sifarişi məktubu” hərrac təşkilat çısı tərəfindən icra şöbəsinə qaytarılmışdir. Həmin məktubun icra şöbəsinə qaytarılması hərrac təşkilatçısı öz məktubu ilə təsdiqləmişdir. Cavabdeh3 kassasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC tərəfindən mübahisəli mənzilə dair hərrac keçirərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin tələbləri pozulmamış və keçirilən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Kaspi” qəzetində dərc olunmuşdur. Göründüyü kimi hərracın keçirilməsi qaydaları ilə bağlı Cavabdeh2 MMC hər hansı bir pozuntuya yol verilməmişdir. Cavabdeh hər bir vaxt mənzilin satılmasına qarşı çıxıbdır. Çünki, cavabdeh və onu ailəsi mənzildən onun və ailəsinin istifadəsinə imkan vermədiyi üçün mənzil u zun müddətdir ki, tək onların istifadəsində olmuşdur. Ona görə bütün cəhdlə mənzilin satılmasına imkan vermirlər. Təsadüfi deyil ki, cavabdeh və onun ailə üzvləri birləşərək müxtəlif iddia tələbləri ilə məhkəmələrə müraciət edərək, məlikəmə qətnaməsinin icra edilməsinə imkan verməmişdir. 2016-cı ildən qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi bu vaxta kimi icra edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh3 vəkili X5 və nümayəndəsi Nümayəndə kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçiları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərd ar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2016-cı il tarixli X5 saylı qətnaməsi ilə Bakı şəhəri, X5 nömrəli evin 6-cı mənzilinin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 2/3 hissəsini Cavabdeh3, 1/3 hissəsinin isə İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh1 tərəfind ən icraata başlanılmışdır. Bundan sonra icra və probasiya şöbəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən verilmiş 22 may 2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən həmin mənzil 65000 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra icra və probasiya şöbəsinin sifarişi əsasında icra sənədinin icrası üzrə Cavabdeh2 MMC tərəfindən həmin mənzil 25.08.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 26 iyul 2017-ci il tarixli 02/32 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 26 iyul 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 25 avqust 2017-ci il tarixdə keçirilən ilkin hərracda əmlak 65000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə 29 sentyabr 2017-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də 12 sentyabr 2017-ci il tarixli 02/32-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan da 12 sentyabr 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 29 sentyabr 2017-ci il tarixdə keçirilən hərracda əmlak 10% endirimlə 58500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Buna görə 20 oktyabr 2017-ci il tarixə açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də 10 oktyabr 2017-ci il tarixli 02/32-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçiril məsi ilə bağlı elan da 10 oktyabr 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 20 oktyabr 2017ci il tarixdə keçirilən hərracda əmlak 20% endirimlə 52000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Buna görə də 15 noyabr 2017-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 03 noyabr 2017-ci il tarixli 02/32-1-2-3 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 03 noyabr 2017-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 15 noyabr 2017-ci il tarixdə keçirilən hərracda əmlak 30% endirimlə 45500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Mənzil satılmadığından Cavabdeh1 26 dekabr 2017- ci il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53cü maddəsinə əsasən mənzilin alınması üçün tərəflərə təklif göndərmiş, təklifdən imtina edildiyi halda icra sənədinin məhkəməyə qaytarılacağı bildirilmişdir. Bundan sonra tələbkar Cavabdeh3 nümayəndəsi ərizə ilə icra və probasiya şöbəsinə müraciət edərək, icra sənədinin geri qaytarılmasını xahiş etmiş və Cavabdeh1 05 fevral 2018-ci il tarixli qərarı ilə icra sənədi həmin tarixdə məhkəməyə qaytarılmışdır. Daha sonra tələbkar Cavabdeh3 ərizəsi əsasında icra sənədi yenidən icraya yönəldilmiş və Cavabdeh1 19 aprel 2018-ci il tarixli qərarı ilə icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. İcra və probasiya şöbəsi tərəfindən 04 iyun 2018-ci il tarixdə həmin mənzilin satılması üçün Cavabdeh2 MMC-yə sifariş verilmiş və MMC tərəfindən həmin mənzil 30.07.2018-ci il tarixdə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 29.06.2018-ci il tarixli 02/67 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 30.06.2018-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 30.07.2018-ci il tarixdə keçirilən hərracda əmlak 65000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə 16.08.2018-ci il tarixə yenidən açıq hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 03.08.2018-ci il tarixli 02/67-1 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 04.08.2018-ci il tarixdə “Kaspi” qəzetində dər c olunmuşdur. 16.08.2018-ci il tarixdə keçirilən hərracda əmlak 10% endirimlə 58500 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra 24.09.2018ci il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 07.09.2018-ci il tarixli 02/67-1-2-3 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 08.09.2018-ci il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 24.09.2018-ci il tarixdə keçirilən hərracda əmlak 20% endirimlə 52000 manata təklif olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Daha sonra 10.05.2019-cu il tarixə təkrar hərrac təyin edilmişdir. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə 30.04.2019-cu il tarixli 02/67-1-2- 3-4 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan 30.04.2019-cu il tarixdə “Kaspi” qəzetində dərc olunmuşdur. 10.05.2019-cu il tarixdə keçirilən hərracda əmlak 30% endirimlə 45500 manata təklif olunmuşdur. Bundan sonra 10.05.2019-cu il tarixdə Cavabdeh3 mənzili 45500 manata əldə etmiş, bununla bağlı hərrac təşkilatı tərəfindən 10.05.2019-cu il tarixli 83 saylı hərracın yekunları barədə protokolu tərtib olunmuş və həmin tarixdə onunla alqı-satqı müqaviləsi bağlanmışdır. 18 iyun 2019-cu il tarixdə icra sənədi tam icra olunduğundan icraata xitam verilmiş və bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MMC tərəfindən mübahisəli mənzilə dair hərrac keçiril ərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmamış və keçirilən hər bir hərracın vaxtı və yeri barədə iddiaçının ünvanına bildiriş göndərmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Kaspi” qəzetində dərc olunmuşdur. Cavabdeh2 MMC tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. İddiaçının keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə iddia ərizəsində göstərdiyi dəlillərə qiymət verərək apellyasiya instansiya qeyd etmişdir ki, həqiqətən də 10.05.2019-cu il tarixdə keçiriləcək hərracın keçirilməsi ilə bağlı bildiriş hərracın keçirilməsinə 30 gün qalmış deyil, 10 gün qalmış, yəni 30.04.2019-cu il tarixdə iddiaçının ünvanına göndərilmişdir. Lakin bu hal hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz. Belə ki, bildirişin gecikdirilmə ilə iddiaçının ünva nına göndərilməsi Mülki Məcəllənin 415.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı hərrac barədə məlumatlandırıldığı üçün bu hal özü-özlüyündə az əhəmiyyətlidir. Bundan başqa iş materiallarından görünür ki, Nizami rayon icra və probasiya şöbəsinin 25 yanvar 2018-ci il tarixli qərarı 05 fevral 2018-ci il tarixdə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş və həmin tarixli müşayiət məktubu ilə məhkəməyə geri qaytarılmışdır. Ona görə də, qərarda 25 yanvar 2018-ci il tarixinin texniki səhv olaraq qeyd olunması istisna olunmur. İddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə istinad etməsi isə tam əsassızdır. Çünki Bakı şəhəri, X5 nömrəli evin 6 saylı mənzili ipoteka predmeti olmamış və hərracda ipoteka predmeti kimi satılmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilmə sini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o, cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığın a səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası iş üzrə ape lyasiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2016-cı il tarixli X5 saylı qətnaməsi ilə Bakı şəhəri, X5 nömrəli evin 6-cı mənzilinin açıq hərracda satılması, əldə olunan pul vəsaitinin 2/3 hissəsini Cavabdeh3, 1/3 hissəsinin isə İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh1 tərəfindən icraata başlanılmış və 2017-2018-ci illər ərzində bir neçə dəfə hərraclar keçirilsə də, həmin hərraclar alıcı olmadığından baş tutmamışdır. Nəhayət 10.05.2019-cu il tarixdə keçirilən hərracda əmlak 30% endirimlə 45500 manata təklif olunmuş və 10.05.2019-cu il tarixdə Cavabdeh3 mənzili 45500 manata əldə etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, keçirilən bütün hərraclar barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda, kütləvi informasiya vasitələrində elanlar yerləşdirilmişdir. Belə olan halda, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı uzun müddətdir məlumatlı olmasını, bu müddət ərzində hərracda alıcı kimi iştirak etməməsi, həmin əmlakı əldə etməyə çalışamaması onu deməyə əsas verir ki, sonuncu hərrac barədə bildirişin hərracın keçirilməsinə 30 gün qalmış deyil, 10 gün qalmış verilməsi iddiaçının hər hansı hüququnun pozulması ilə nəticələnməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyindən və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymətlə razılaşdığından, onların təkrarlanmasına lüzum görmür. Kassasiya şikayətində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması, həmçinin həmin Qanunun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014cü il tarixli qərarının məhkəmə tərəfindən nəzərə alınmamasına istinad edilməsi də əsassızdır. Çünki hərracda satılan mənzil ipoteka predmeti deyildir və buna görə də, həmin qanuna istinad edilməsi əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətlinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətr aflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5184/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5184/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver