Məhkəmə qərarları › İş №2(102)-5190/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5190/2020

08.09.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5190/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 saylı qərardadından İddiaçı verdiyi şikayətə kasasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim E.M.Mehdiyev) İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsindən çıxarılma, sahiblik hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrin dayandırılması vəzifəsinin qoyulması, maddi və mənəvi zərərin əvə zinin ödənilməsi” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilib. İddiaçı qərardaddan şikayət verib. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı sözügedən qərardaddan verdiyi şikayət müzakirə olunması üçün Ali Məhkəməyə göndərilib. İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətin Azərbaycan Respublikası MPM-nin 403-1, 407 və 409-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayıb hesab edirək ki, aşağıdakılara görə şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə görə, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Eyni zamanda həmin Məcəllənin 407.3-cü maddəsində göstərilir ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinin mənasına görə, şikayətə vəkilin orderi əlavə olunur. Göründüyü kimi birinci instansiya məhkəməsi, İddiaçı sözügedən qərardaddan verdiyi şikayətin sadalanan prosessual normaların tələblərinə uyğunluğunu yoxlamadan, şikayətin ümumiyyətlə onu tərtib etmiş vəkil tərəfindən imzalanmamasına, şikayətə vəkilin orderinin əlavə edilməməsinə əhəmiyyət vermədən və qeyd olunan normaların tələblərinə cavab verməyən şikayəti ona əlavə edilmiş sənədlərlə və mülki işlə birlikdə baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərib. Azərbaycan Respublikası MPM-nin 408.1, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrinin tələblərinə görə, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa; kasasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kasasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Ona görə də hesab edirəm ki, sadalanan prosessual normaların, o cümlədən MPM-nin 411-ci maddəsinin tələblərinə əsasən, İddiaçı iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətin kasasiya qaydasında icraata qəbul edilməsindən imtina edilməli və şikayət mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 411-ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsindən çıxarılma, sahiblik hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrin dayandırılması vəzifəsinin qoyulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-528/2020 saylı qərardadından İddiaçı verdiyi şikayətin kasasiya qaydasında icraata qəbul edilməsindən imtina edilsin. Şikayət mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Rayo n Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar