Məhkəmə qərarları › İş №2(102)-5190/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5190/2022

29.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5190/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı və X2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)613/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qaynatasıdır.

2. İddiaçının oğlu X6 xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbindən ölmüşdür.

3. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Amazon.com şirkətinin hesabına 2293.16 ABŞ dolları köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus bir ədəd noutbuk-5000 manat, 3 ədəd fotoalbom, 5 əd əd video diskin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, oğlu X6 cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə oğlu X6 10 oktyabr 2020 il tarixində Füzuli rayonunda həlak olmuşdur. Oğlunun həlakından sonra onun arvadı Cavabdeh yaşadıqları evi tərk etmişdir və gedəndə özü ilə onlara məxsus bəzi əşyaları aparmışdır. Belə ki, onun evlərindən getməsi özünün qərarı olmuş və ailə üzvlərinin ona heç bir təzyiqi olmamışdır. Cavabdeh özü ilə apardığı əşyalar bir ədəd noutbuk, ailə fotoşəkillər albomları- 3 ədəd və 5 ədəd video disklər olmuşdur. Cavabdeh özünə məxsus əmlakını evdən çıxaran zaman, onlardan xəbərsiz göstərilən həmin əşyaları aparmışdır. Nəticədə oğlundan yadigar evdə heç bir f oto şəkil və video disk qalmamışdır. Noutbuku o, ABŞ-da yaşayan qohumlarına sifariş etmişdir və onun dəyərinin ödənişini 5 000 beş min manatı ABŞ dollarına çevirərək şəxsən etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X1 ona məxsus qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, komod 2 güzgülü, künc divanı masa, 6 oturacaq)-2500 manat, yataq otağı dəsti (yataq, dolab, komod, 2 tumba)-2500 manat, mətbəx mebeli (yerli istehsal)-2500 manat, mətbəx üçün masa oturacaq dəsti-300 manat, mətbəx üçün divan- 200 manat, Samsung markalı paltaryuyan-850 manat, Samsung markalı soyuducu-1200 manat, Samsung markalı televizor-1200 manat, Samsung markalı DVD 60 manat 10 TCL markalı televizor-600 manat, mətbəx üçün Hoffman markalı televizor- 250 manat, soba-350 manat, qaz plitəsi300 manat, aspirator-120 manat, mətbəx üçün Kran-60 manat, bir ədəd şirəçəkən-60 manat, elektrikli samovar-80 manat, bir ədəd Panasonic markalı mikser-80 manat, qranit qazan dəsti 5 ədəd-330 manat, sadə güllü qazan dəsti 60 manat, 3 ədəd sadə qazan dəsti 60 manat, 5 ədəd, 2 qutu qaşıq dəsti-130 manat, 3 mərtəbə şirniyyat qabı-25 manat, tort qabı-25 manat, komod üstü üçün büllur qab dəsti- 220 manat, büllur stəkanlar 11 ədəd böyük, 12 ədəd armudu-150 manat, büllur konfet qabları 6 ədəd- 200 manat, yemək dəsti6 dəst-120 manat, çay dəsti 12 dəst- 2 ədəd-400 manat, şirniyyat qabı-25 manat, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəstləri, tək-tək çuqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri- 600 manat, xalça 8 ədəd (6 ədəd 2x3 ölçüdə, 2 ədəd 1.5x2 ölçüdə)-1420 manat, bir ədə d Gəncə xalçası500 manat 2x3 ölçüdə, çilçıraqlar 3 ədəd -920 manat, qonaq otağı, yataq otağı üçün pərdələr 580 manat, uşaq otağı üçün 120 manat, mətbəx üçün jalüz-70 manat, ona məxsus şəxsi geyim əşyaları, ayaqqabıları, paltarları-2000 manat, ona məxsus nikah haqqında şəhadətnamənin əsli, həyat yoldaşına məxsus Redmi markalı mobil telefon-900 manat, yataq dəstləri -4 dəst hər biri 25 manat olmaqla 100 manat, 2 ədəd 50 manat olmaqla 100 manat, bir ədəd 90 manat, bir ədəd taxt döşəyi-150 manat, 30 ədəd dəsmal- 300 manat 4 ədəd yastıq-süfrələr 10 ədəd- 400 manat, bir ədəd masaüstü ev telefonu modemlə birlikdə-100 manat, bir ədəd noitbuk çantası-50 manat, kitabları, dərs ləvazimatları və s., həyat yoldaşının hədiyyə aldığı ağ çərçivəli 3 aynalı güzgü-70 manat, həyat yoldaşının hədiyyə aldığı qırmızı qutuda daraq dəsti-60 manat, hərbi şəhərcikdə onların evinlərindən götürülən noutbuk stolu-50 manat, həyat yoldaşınının yadigar qoyduğu döyüş boyunbağısı, hərbi şəhərcikdə yerləşən evin açarından ibarət əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin, həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X11 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ma ştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə gətirmişdir. Həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olmuşdur. Həyat yoldaşı şəhid olduqdan sonra cavabdehlər İddiaçı və X3 ona təzyiq edərək, yaşadığı evdən çıxmağa məcbur etmişlər. O, isə özünə məxsus cehiz əşyalarını və digər şəxsi əşyaları götürməyə imkanı olmadığından, həmin əşyalar hal-hazırkı vaxtadək həyat yoldaşı X6 ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Həmin evdə hal-hazırda heç kim yaşamasa da, cavabdehlərə məxsus evin həyətində yerləşir və cavabdehlərin sahibliyində və istifadəsindədir. Cavabdehlərdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdeh polis çağıraraq, ə şyaları götürməsinə maneçilik törətmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ondan tələb etdiyi noutbuku özünə məxsus Azərbaycan Beynəlxalq Bankdan verilmiş debet kartı vasitəsilə xx.xx.2019-cu il tarixdə Amazon.com internet saytı vasitəsilə almış və məbləği 2293.16 ABŞ dolları məbləğində pulu öz şəxsi vəsaiti hesabına kartından ödəmişdir. Cavabdeh noutbuku onun üçün özünün aldığını bildirsə də, hesabdan çıxarışda 2293.16 ABŞ dollarının onun tərəfindən ödənilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X11 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manat cavabdehlər tərəfind ən onun razılığı və icazəsi olmadan alınaraq, geri qaytarılmamışdır. Lakin şəhid ailəsi o olmaqla, yalnız ona ödənilməli idi. Yalnız o, imza edərək həmin məbləği qəbul etsə də, cavabdehlər həmin 5000 manatı onun kartından onun icazəsi olmadan çıxararaq bölmüş və qalan 5000 manatı ona vermişlər. Hesab etmişdir ki, həmin 5000 manat da cavabdehlərdən alınaraq ona qaytarılmalıdır.

8. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) ilk iddia tələbi qismən təmin edilərək, disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 ədəd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çuqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr, geyim, ayaqqabılar, paltarlar, yataq dəstləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarından ibarət məişət və şəxsi əşyalarının İddiaçı və X1 alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd edib ki, məhkəmə iclasında ilk iddia üzrə cavabdeh disk və şəkillərin surətlərinin təqdim olunmasına etiraz etmədiyini bildirmiş, lakin, noutbuku özü öz vəsaiti hesabına aldığından həmin hissədə ilk iddianı qəbul etməmişdir. İlk iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, noutbuk onun tərəfindən alınmışdır. İlk iddia üzrə iddiaçı həmin noutbukun onun tərəfindən alındığını bildirsə də buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, disk və fotoşəkillərin dublikatının təqdim olunması vəzifəsi ilk iddia üzrə cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməm əlidir.

10. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edib ki, ilk iddia üzrə iddiaçı tərəfindən etiraf edilən və qaytarılmasına etiraz edilməyən məişət və şəxsi əşyalar ilk iddia üzrə iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Qalan əşyalara münasibətdə (mətbəx mebeli, Samsunq paltaryuyan, Samsunq soyuducu, Samsunq televizor, Samsunq DVD

10. TCL markalı televizor, Hoffman televizor, soba, qaz plitəsi, aspirator, mətbəx üçün kran, mikser, Redmi mobil telefon, masa üstü telefon modernlə, ağ çərçivəli 3 aynalı güzgü, daraq dəsti, noutbuk masası) isə onların Cavabdeh məxsusluğu onun tərəfindən sübuta yetirilmədiyindən (onun tərərindən alınması barədə sənəd) həmin əşyalara aid hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

11. Bi rinci instansuiya məhkəməsi qeyd edib ki, məhkəmə qarşılıqlı iddia tələbinin 5000 manatın tutulması hissəsinə münasibətdə qeyd edib ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərə həmin pulu öz razılığı ilə verməklə (bağışlamaqla) bunu hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Əks halda, indiyədək həmin pulu cavabdehlərdən tələb etmiş olardı.

12. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 329.3, 329.4, 66.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və birinci inst ansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qətnamə çıxartmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edildiyindən dəyişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz əsassız və işin taktiki hallarına uyğun olmayan, yalnız cavabdehlərin sözlərinə istinad etməklə yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Qarşı tərəfin iddiası tama milə əsassızdır. Çünki qarşı tərəfin onlara toydan heç bir xatirə şəklinin qalmadığını qeyd edib, iddiasında 3 toy albomu və toy diskləri tələb etdiyini qeyd etsə də, bəy və gəlinin sadəcə 1 ədəd toy albomu olur və o albom da orada təkcə bəy və gəlinin şəxsi şəkilləri olduğu üçün yalnız bəy və gəlinə təqdim olunur. Toy diskləri isə əşya həbsi qoyularkən bizdə aşkar olunmamışdır. Çünki disklər elə Cavabdeh həyat yoldaşı ilə yaşadığı evdə qalmışdır. Qarşı tərəf onlara toydan heç bir xatirə şəklinin qalmadığını qeyd etsə də əslində onlarda açıq aşkar şəkildə çox sayda toy şəkillərinin olduğunun sübutu da vardır. Daha sonra qarşı tərəfin iddiada tələb etdiyi noutbuk Cavabdeh bank kartı ilə şəxsən özü tərəfindən alınmışdır. Buna dair sübut olaraq Cavabdeh bank kartının çıxarışı da məhkəmədə təq dim olunmuşdur. Babayeva X5 və inşaat universitetinin memarlıq fakultəsinin məzunudur və işi ilə əlaqədar olaraq həmin noutbuku almışdır. Birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən ona məxsus əşyaların güya onlar tərəfindən alınmasını bildirsələr də, həmin əşyaların məhz onlar tərəfindən alınmasını təsdiq edən heç bir sübutu məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin həmin hissədə əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bununla yanaşı, cavabdehlərin yalnız sözü izahatında göstərdikləri iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir və bu səbəbdən də, iddia tələbi bu hissədə təmin edilməli idi. Hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi işə baxarkən qanunveric iliyin tələblərinə əməl etməmiş, qətnamə qəbul edərkən, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutlara obyektiv qiymət vermədən, müdafiə mövqeyini üzərinə götürərək, yalnız cavabdehin göstərdiklərinə uyğun yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbində təmin edilməyən əşyaların alınmasında bilavasitə iştirak edən şahidləri dindirməkdən əsassız olaraq imtina etmiş, cavabdehlərin istədiyi kimi qətnamə qəbul etmişdir. Cavabdehlə şəhidin atası və anası olduğunu bildirməklə, məhkəməyə təzyiq edərək, öz xeyrinə qətnamə çıxarılmasına nail olmuşdur. Lakin məhkəmə onun şəhidin ailəsi olmağını, daha çox onun mənəvi sarsıntı keçirməyini nəzərə almamış, işə formal yanaşmışdır. Hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli qətnaməsi maddi hüqu q normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən dəyişdirilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməlidir.

15. Daha sonra Cavabdeh apellyasiya şikayətinə əlavə verərək, qeyd etmişdir ki, ilkin apellyasiya şikayətinə bəzi əlavələr edilməsini zəruri saymış və xahiş edirəm hissəsinin apellyasiya şikayətinə əlavədə qeyd etdiyi kimi oxunmasını, qəbul edilməsini istəyir. Birinci instansiya məhkəməsinin qətnaməsi nin 4-cü səhifəsinin 5-ci və 8-ci abzaslarında qeyridəqiqliyə yol verildiyini bildirir. Belə ki, 5-ci abzasda məhkəmə qeyd edir ki, hazır ki, iddia tələbi üzrə işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, ilk iddia ərizəsində göstərilən noutbuk, fotoalbom və video disk Cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmənin bu qənaəti ilə razı deyil. Əvvəla toy mərasimində bir fotoalbom, bir dənə də disk olur. O, evdən çıxmağa məcbur olanda yalnız fotoalbomu, noutbuku və həyat yoldaşının bir neçə geyim əşyası yadigar olaraq götürmüşdür. Digər əşyaları kimi, disk də mərhum həyat yoldaşı ilə birgə yaşadıqları, onlara məxsus evdə qaldığını bildirmişdir. Xəzər rayon icra məmuru X4 tərtib etdiyi 02 iyun 2021-ci il tarixli aktda da yalnız fotoalbom və noutbukun evlərində olması və onların üzərinə h əbs qoyulması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnamənin 4-cü səhifəsinin 8-ci abzasında göstərilir ki, ilk iddia üzrə cavabdeh disk və şəkillərin surətlərinin iddiaçıya təqdim olunmasına etiraz etmədiyi frazasını da həqiqətə uyğun olmayan hesab edir. Birincisi disklə bağlı bildirir ki, qeyd olunan diski götürməmişdir. Disk digər əşyaları kimi yaşadığı evdə qalıb. Onda olmayan əşyanı necə verə bilər? Şəkillərə gələndə isə həmin şəkillərin hamısından iddiaçılarda mövcud olduğunu və həmin şəkillərin iddiaçılara lazım olmadığını qeyd etmişdir. Sadəcə olaraq onlar qərəzli olaraq şəkillərlə bağlı iddianı noutbuku ondan almaq üçün əlavə bir əsas kimi fikirləşib ərizələrində qeyd ediblər. Odur ki, birinci instansiya məhkəməsinin ilk iddia üzrə iddiaçıların ona qarşı iddialarını n qismən təmin edilməsini də əsassız və qanunsuz hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də ləğv olunmalı və ilk iddiaçıların ona qarşı iddia tələbləri təmin edilməməlidir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı 07 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı "xxxx" MMC-nin Qiymətləndirmə Rəyindən görünür ki, mübahisə predmetinə daxil olan mətbəx mebelinin, mətbəx üçün divanın, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı suyuducunun, “Samsung” markalı televizorun, “Samsung” markalı DVD-nin, mətbəx üçün “Hoffman” markalı televizorun, sobanın, qaz sobasının, aspiratorun, mətbəx ü çün krantın, noutbuk masasının bazar qiyməti 06 aprel 2022-ci il tarixinə: 5 080,00 (beş min səksən) manat təşkil edir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiyası) 2(103)-613/2022 nömrəli, 5 may 2022-ci il tarixli qətnaməsi ilə (Ş.Məmmədova (sədrlik edən hakim), R.Eyvazov, F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, mətbəx mebeli – dəyəri 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divan - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı soyuducu – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizor – 1150,0 (b ir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizor - 150,0 (bir yüz əlli) manat, soba – 300,0 (üç yüz) manat, qaz sobası – 120,0 (bir yüz iyirmi) manat, aspirator 100,0 (bir yüz) manat, mətbəx üçün krant - 30,0 (otuz) manat, noutbuk masası- 30,0 (otuz) manat)-həmin əşyalar olmadıqda onların dəyəri, həmçinin nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti cavabdehlər İddiaçı və X1 alınaraq iddiaçı Cavabdeh verilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin olunmaması, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsin in qətnaməsini ilk iddia tələbinin təmin olunmuş hissəsində də mübahisələndirir və həmin əşyalar disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh həmin disk və fotoşəkillərin onda olmadığını bildirir və bunun sübutu kimi i/v- 147148-də olan Xəzər rayon İcra Probasiya şöbəsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Aktlarına istinad edir. Belə ki, xx.xx.2021-ci il Akta əsasən ancaq noutbukun və bir ədəd fotoalbomun üzərinə həbs qoyulmuş, xx.xx.2021-ci il tarixli Akta əsasən isə “Samsung” markalı DVD, TCL markalı televizor, şirəçəkən, “Panasoninq” markalı mikser, nikah haqqında şəhadətnamə, Redmi markalı telefon, üç aynalı güzgü və qırmızı qutuda daraq dəsti istisna olmaqla icra sənədində göstərilən digər əmlakla r üzərinə həbs qoyulmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində əsassız hesab edir. Belə ki, Cavabdeh apellyasiya şikayətində həmin əşyaların onda olmamasını bildirməklə bunun sübutu kimi i/v- 147-148-də olan Xəzər rayon İcra Probasiya şöbəsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Aktlarına istinad etsə də, i/v- 108-də olan Məhkəmə iclas protokoldan görünür ki, ilk iddia üzrə Cavabdeh və onun vəkili Nümayəndə disk və fotoalbomun surətinin çıxarılıb verilməsinə razı olduqlarını bildirmişlər.

20. Apellyasiya inctansiya məhkəməsi hesab etmişdir ki, fotoalbom və video disklər şəxsi əşya olmamaqla onlar hər iki tərəfə aiddir. nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti, mətbəx üçün divan, Samsunq markalı DVD və noutbuk masasının cavabdehlərdən alınıb iddiaçı Cavabdeh veilməsi ilə bağlı tələb təmin edilməli olduğundan iddiaçı Cavabdeh apellyasiya şikayəti bu hissədə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın etiraf olunan hissəsində əlavə araşdırma aparılmasına lüzum yoxdur.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 329.3, 666.1, 1155.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil3 oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən mübahisə predmetinə daxil olan və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmlakların bazar dəyərinin müəyyən edilməsi. "xxxx" MMC-yə həvalə edilmiş və sonuncunun 06 aprel 2022-ci il tarixli UNİ/A 06-446/22 saylı rəyində mətbəx mebelinin - 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divanın - 150,0 (yüz əlli) "Samsung"markalı soyuducunun-850,0 (səkkiz yüz əlli) manat,"Samsung" markalı paltaryuyan 400,0 (dörd yüz) manat,"Samsung markalı televizor1150,0 (bir min yüz əlli) manat,"Samsung" markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün "Hoffman" markalı televizorun - 150,0 ( yüz əlli) manat, sobanın - 300,0 (üç yüz) manat, qaz, sobasının - 120,0 ( yüz iyirmi) manat, aspiratorun - 100,0 ( yüz) manat, mətbəx üçün krantın - 30,0 (otuz) manat, noutbuk masasının 30,0 (otuz) manat olduğu göstərilmişdir. (Digər əşyaların mövcud olmadığı qeyd edilmişdir.) Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası heç bir əsas olmadan qətnamədə, cavabdeh Nigarın uydurduğu mülahizələri göstərmişdir. Halbuki bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməli olan sübutları hakim qəbul etməmişdir. Cavabdeh Nigar birinci instansiya məhkəməsində 01 sentyabr 202 1-ci il tarixli məhkəmə iclasında məhkəməyə sübut kimi diskin iddiaçıya təqdim edəcəyini bildirmişdir. Lakin Bakı Apellyasiya məhkəməsində toy diskinin cavabdeh Nigarda olmadığını və mebelin hamısının Nigara məxsus olduğunu vurğulamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, təqdim etdiyi sübutları mötəbər saymamış, tərəflərin bərabərliyini pozaraq Nigarın ifadələrini daha üstün tutmuşdur. Kassasiya şikayətinə qarşı yazılı etirazının dəlilləri

24. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin 5 ma y 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Ailə Məcəlləsi

26. Maddə 34.1. Nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tut ulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.2.Kassasiya məhkəməsi işəbaxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

34. Maddə 417.1.3. Kassasiya məhkəməsi işəbaxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

35. Maddə 417.1.4. Kassasiya məhkəməsi işəbaxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

36. Maddə 418.1. M addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidirş

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsininyoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

42. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

43. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğ u barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

44. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

45. Sada lanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.

46. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini n əzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.

47. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılm ış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi barədə dəlilləri əsassızdır və prosessual hüquq normalarının tələbləri apelyasiya məhkəməsi tərəfindən pozulmamışdır.

49. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ib arət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, həmin dəlillər qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-613/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar