Məhkəmə qərarları › İş №2(102)-5191/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5191/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5191/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 ap rel 2021-ci il tarixli, 2(108)-67/2021 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 ASC-nin 12 saylı filialı ilə X15 arasında 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləsi bağlanmışdır. 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli təminatlı kredit müqaviləsinin təminatı kimi X3 X rayonu, X kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 06 sentyabr 2010-cu il tarixli, 323 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. X rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 493068 nömrəli 28 yanvar 2013cü il tarixli, həmçinin X rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 492699 nömrəli 02 aprel 2013-cü il tarixli ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən məlum olmuşdur ki, müvafiq olaraq X6 03 yanvar 2013-cü il tarixdə, X15 isə 21 mart 2013-cü il tarixdə vəfat etmişdirlər. X Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 noyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən Cavabdeh1 X3 qanun üzrə tək vərəsəsidir. Azərbaycan Respublikası Mərkəzi X17 18 yanvar 2016-cı il tarixli, 4/1 saylı qərarı ilə İddiaçı1 ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı1 ASC müfli s elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir. “Bank of Azerbaijan” ASC-nin filial müdiri A.A.Məmmədov tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və X Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublarda X8 İddiaçı1 ASC-nin Naxçıvan filialı ilə 06 sentyabr 2010-cu il tarixdə bağlanmış 962/F12 saylı ipoteka ilə borclu müqaviləsi üzrə heç bir öhdəliyinin olmadığı və kredit tamamilə bağlandığı üçün girov qoyulmuş X3 X rayonu, X kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması və evin çıxarışının qaytarılması bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 10 aprel 2019-cu il tarixli 179 nömrəli məktubundan görünür ki, ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin adı çəkilən Komitəyə ünvanlandığı 03 avqust '2016-cı il tarixli 01/41 nömrəli məktubu əsasında ipoteka əmlakı üzərində yüklülüyün qeydiyyatı 14.03.2018-ci il tarixdə ləğv olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC iddia ərizəsi ilə 04 mart 2019-cu il tarixdə X Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 962 nömrəli, 06.09.2010-cu il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 2.768.24 (iki min yeddi yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat, faiz borcu üzrə 4 34.57 (dörd yüz otuz dörd manat əlli yeddi qəpik) manat və cərimə borcu üzrə 170.26 (bir yüz yetmiş manat iyirmi altı qəpik) manat olmaqla, cəmi 3.373.07 (üç min üç yüz yetmiş üç manat yeddi qəpik) manat borcun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 1 (bir) manat bank xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 (on) manat xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Naxçıvan MR X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra c avabdehin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddiaçının tələbinə dair öz etirazının əsası kimi ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə və X Rayon Dövlət Notariat Kontoruna ünvanlandığı 03 avqust 2016-cı il tarixli, 01/41 və 01/42 nömrəli məktubları məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, özünə məxsus olan torpaq sahəsini satdıqdan sonra bank qarşısında olan öhdəliyi tam yerinə yetirmişdir. Cavabdehin vəsatəti əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən tələb olunmuş və həmin orqanın 10 aprel 2019-cu il tarixli 179 nömrəli məktubu ilə məhkəməy ə təqdim edilmiş ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin adı çəkilən Komitəyə ünvanlandığı 03 avqust '2016-cı il tarixli 01/41 nömrəli məktubunun təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə X15 arasında bağlanılmış 06 sentyabr 2010-cu il tarixli 962 saylı müqavilə üzrə onun heç bir öhdəliyinin olmadığı qeyd olunmuş və kredit məbləği tam ödənildiyi üçün X3 X rayonu, X kəndində mülkiyyətində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.metr yaşayış, 62.35 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması Komitədən xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 10 aprel 2019-cu il tarixli 179 nömrəli məktubundan o da məlum olmuşdur ki, mübahisəli daşınmaz əmlak barədə başqa yüklülük qeydə alınmayıb. Cavabdehin vəsatəti əsasında Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsindən tələb olunmuş və həmin orqanın 19 aprel 2019-cu il tarixli 15 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin adı çəkilən X Rayon Dövlət Notariat Kontoruna ünvanlandığı 03 avqust 2016-cı il tarixli 01/42 nömrəli məktubunun təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə X15 arasında bağlanılmış 06 sentyabr 2010-cu il tarixli 962 saylı müqavilə üzrə onun heç bir öhdəliyinin olmadığı qeyd olunmuş və kredit məbləği tam ödənildiyi üçün X3 X rayonu, X kəndində mülkiyyətində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.metr yaşayış, 62.35 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair çıxarışın qaytarılması notariat orqanından xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında yuxarıda qeyd olunan məktublarla bağlı etirazını bildirərək Anar Məmmədovun həmin məktubları imzalamağa səlahiyyətli olmadığını bildirsə də, bunu təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. X Rayon Məhkəməsinin (hakim Z.X.Əliyev) 25 aprel 2019-cu il tarixli, 2(079)-163/2019 nömrəli qətnaməsi ilə iddianın rədd olunması, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya m əhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlandığı 03 avqust 2016-cı il tarixli 01/41 nömrəli məktubdan aydın olur ki, Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə X15 arasında bağlanılmış 06 sentyabr 2010-cu il tarixli 962 saylı müqavilə üzrə onun heç bir öhdəliyinin yoxdur və kredit məbləği tam ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 179 nömrəli 10 aprel 2019-cu tarixli məktubundan isə aydın olur ki, ipoteka predmeti olmuş X9ma məxsus X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52kv.m yaşayış, 62.35 kv.m köməkçi s ahədən ibarət fərdi yaşayış evi 2010-cu ildən bu günədək yalnız İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 12 saylı filialı ilə X15 arasında bağlanılmış 06 sentyabr 2010-cu il tarixli 962 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş və hazırda isə həmin yaşayış evi ilə bağlı hər hansı bir yüklülük mövcud deyil. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci in stansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 178.1, 386.1, 739.1, 389.3, 529.4, 139, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6, 34, 11, 15, 48.1, 48.1.2-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 16 may 2019-cu il tarixli apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək X Rayon Məhkəməsinin 2(079)-163/2019 saylı, 25.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (məruzəçi ), S.Qarayev, Ə.Xıdırov, iş № 2(108)-126/2019) iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondunun apelyasiya şikayəti təmin edilməmiş, X rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq iddiaçının apelyasiya şikayətindəki 03 avqust 2016-ci il tarixli məktubun A.A.Məmmədov tərəfindən imzalanması, Azərbaycan Respublikası Mərkəzi X17 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı1 ASC-nin lisenziyasının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarı ilə ”Bank of Azerbaijan” ASC-nin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilməsi, “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olması, İddiaçı1 ASC-nin 01 fevral 2016-cı il tarixində müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin edilməsi, belə olan təqdirdə 01 fevral 2016-cı il tarixindən etibarən İddiaçı1 ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilən hərəkətlərin hüquqi əhəmiyyət kəsb etməsi, qeyd edilən tarixdən etibarən İddiaçı1 ASC tərəfindən heç bir sənədin imzalanmaması, bütün sənədlərin yalnız Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən imzalanması, yuxarıda adı çəkilən 03 avqust 2016-ci il tarixli məktubun Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmayan şəxs A.A.Məmmədov tərəfindən imzalanması dəlili ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarında mövcud olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və X Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublarda X8 İddiaçı1 ASC-nin Naxçıvan filialı ilə 06 sentyabr 2010-cu il tarixdə bağlanmış 962/F12 saylı ipoteka ilə borclu müqaviləsi üzrə heç bir öhdəliyi olmadığı üçün və kredit tamamilə bağlandığı üçün girov qoyulmuş X3 X rayonu, X kəndində olan 0,1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45,52 kv.m yaşayış, 62,35 kv.m köməkç i sahədən [barat fərdi yaşayış evinin girovdan azad olunması və evin çıxarışının qaytarılması bildirilmişdir. İddiaçı apelyasiya şikayətində qeyd olunan məktublarla bağlı etiraz bildirərək A.A.Məmmədovun həmin məktubları imzalamağa səlahiyyətli olmadığını bildirsə də, bunun təkzib edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya məhkəməsinə təqdim etməmişdir. İddiaçının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı məktubdan aydın olur ki, 06 sentyabr 2010-cu il tarixli 962 nömrəli kredit müqaviləsi üzrə borclu öz öhdəliyini yerinə yetirdiyindən iş üzrə iddiaçı qanundan irəli gələn vəzifəsini yerinə yetirməklə Komitəyə 03 avqust 2016-cı il tarixli 01/4 nömrəli məktubla müraciət etmişdir. Qeyd edilən xüsusatları nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Ləğv prosesində olan İddiaçı1 ASC kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.12.2019-cu il tarixli, 2(102)-8231/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır. Gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 03 avqust 2016-cı il tarixli məktub A.A.Məmmədov tərəfindən imzalanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Mərkəzi X17 18 yanvar 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı1 ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarı ilə İddiaçı1 ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 ASC-nin ləğvedicisi təyi n edilmişdir. “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsində qeyd edilir: Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. İddiaçı1 ASC 01 fevral 2016-cı il tarixində müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Belə olan təqdirdə 01 fevral 2016-cı il tarixindən etibarən İddiaçı1 ASC-nin adından Əmanətlərin Sığortalanması Fondu tərəfindən edilən hərəkətlər hüquqi əhəmiyyət kəsb edir. Qeyd edilən tarixdən etibarən İddiaçı1 ASC tərəfindən heç bir sənəd imzalanmır, bütün sənədlər yalnız Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən imzalanır. 03 avqust 2016- c il tarixli məktub Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı olmayan şəxs A.A.Məmmədov tərəfindən imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi qeyd edilən məktubu sübut qismində qəbul etsə də, onu qəbul etmək üçün istinad etdikləri dəlilləri qətnamədə qeyd etməmişlər. İddiaçı tərəfindən bütün sübutlar təqdim edilmişdir, lakin cavabdeh tərəfindən təqdim edilən sübut natamamdır. Məktub adi olaraq sübut ola bilməz. A.A.Məmmədov sənəd imzalamışsa hüquqi şəxsin adından səlahiyyətini təsdiq edən sənədləri də məktuba qoşma etməli idi. Məhkəmə tərəfindən də məktub sübut kimi qəbul edildiyi zaman ilk öncə məktubun qoşması olan sənədlər araşdırılmalı idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, həmin dəlillər işə yenidən apelyasiya qaydası nda baxılarkən hüquqi cəhətdən dəyərləndirilməlidir. Belə ki, 1 saylı Bakı İnzibat İqtisad Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə ”Bank of Azerbaijan” ASC müflis elan edildikdən və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edildikdən sonra İddiaçı1 ASC tərəfindən imzalanmış məktub mötəbər sübut kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuş və həmin prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Məhkəmə kollegiyası qərarında “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2020-ci il tarixli 2(108)-64/2020 qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, X rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən A.Məmmədov tərəfindən 03 avqust 2016-cı il tarixdə imzalanmış məktubu sübut qismində qəbul etsə də, onu qəbul etmək üçün istinad etdiyi dəlilləri qətnamədə qeyd etməmişdir. Məktub təklikdə adi olaraq sübut ola bilməz və A.Məmmədov tərəfindən imzalanmış həmin məktuba hüquqi şəxsin adından səlahiyyətini təsdiq edən sənədləri də əlavə etməli idi. Birinci instansiya məhkəməsi isə işi araşdırarkən məktubu sübut kimi qəbul etdiyi zaman ilk öncə məktubun qoşması olan sənədləri də ara şdırmalı idi. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu xüsusatlara lazımi qədər diqqət yetirməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçı təşkilatın apelyasiya şikayətində göstərdiyi bu dəlilləri ilə razılaşır və A.A.Məmmədov tərəfindən 03 avqust 2016-cı il tarixdə imzalanmış bu məktubun birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsassızlığını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilməsini səhv hesab etmişdir. Lakin kollegiya hesab edir ki, iddiaçı təşkilatın apelyasiya şikayətində göstərdiyi bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində qeyd olunur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı o lan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, X12 verilmiş kredit məbləği Naxçıvan MR X7 (hazırda Naxçıvan Muxtar Respublikasının X5 X22) vəsaiti olmuş, lakin bu kreditlərin sahibkarlara verilməsi İddiaçı1 ASC xətti ilə həyata keçirilmişdir. İddiaçı1 ASC ləğv olunduğundan və Fonda məxsus olan vəsaitlərin sahibkarlardan geri qaytarılması üçün tədbirlər görülmədiyindən Naxçıvan MR X13 da məhz öz vəsaitlərinin geri qaytarılması üçün müvafiq tədbirlər görmüşdür. Həmçinin qeyd edilmişdir ki, İddiaçı1 ASC tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 saylı məktubda 06 sentyabr 2010-cu il tarixli 962 saylı müqavilə üzrə X8 İddiaçı1 ASC qarşısında öhdəliyi olmadığı üçün X4 X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin girovdan azad olunması bildirilmişdir. İş materiallarından da göründüyü kimi, qeyd olunan məktuba əsasən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən X4 X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad olunmuş və hazırda bu əmlaka dair hər hansı yüklülük mövcud deyil. Bundan başqa lisenziyası ləğv olunanadək İddiaçı1 ASC-nin 12 filialının müdiri olmuş A.A.Məmmədov tərəfindən Naxçıvan Muxtar R espublikası maz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı tarixli, 01/41 saylı məktubda 06 sentyabr 2010cu il tarixli 962 saylı müqavilə üzrə X8 İddiaçı1 ASC qarşısında öhdəliyinin olmadığının qeyd olunması da özlüyündə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini tam icra etməsini əsas verir. 31 oktyabr 2019-cu il tarixdə X5 ilə iddiaçı təşkilat arasında bağlanmış müqaviləyə əsasən iki qrum arasında sahibkarlardan birbaşa qəbul edilmiş vəsaitlərin əvəzləşdirilməsi həyata keçirilmiş və mərhum H.Babayev tərəfindən birbaşa ödənilmiş 2342.94 manat vəsaitdən 90.64 manat hissəsini əvəzləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi şərh olunmuş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı təşkilatın apelyasiya şikayətində göstərdiyi dəlilə münasibətdə qətnamənin ləğv olunmaqla iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi işə baxarkən qanuni və əsaslı qətnamə qəbul etmiş, iddianı rədd etməklə gün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-64/2020 nömrəli iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2020-ci il tari xli, 2(102)-4909/2020 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2020-ci il tarixli, 2(108)-64/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir hazırkı iş üzrə tərəflərin daxil olduqları hüquq münasibətlərinin əsasında İddiaçı1 ASC ilə X15, habelə X6 arasında bağlanmış 06 sentyabr 2010-cu il tarixli kredit və ipoteka müqavilələri dayanır. Həmin əqdlərin tərəfləri adları çəkilən şəxslər (və ya onların hüquqi varisi) olmaqla, müqavilələr məhz onlar üçün qarşılıqlı hüquq və vəzifələr meydana gətirmişdir. Başqa sözlə, kredit vermiş bank, kreditor vəziyyətinə keçmiş, kredit götürmüş şəxsin borcunu məhz banka qaytarm aq öhdəliyi yaranmışdır. Bankın fiziki şəxsə kredit verdiyi vəsaiti əldə etdiyi təşkilatla (X13 ilə) olan münasibətləri isə müştərisi ilə olan hüquq münasibətləri baxımından hüquqi əhəmiyyət kəsb etmir. Dolayısı ilə, bankdan kredit götürmüş şəxs borcunu müqavilə şərtlərinə uyğun hesablanmış faizləri ilə birlikdə ya ləğv prosesində olan İddiaçı1 ASC-yə, ya da onun ixtiyarlı şəxsinə ödəmək öhdəliyi daşıyır. Bankın özünün kredit götürdüyü təşkilat qarşısında icra edilməmiş öhdəlikləri onlar arasındakı müqavilə ilə, bank ləğv prosesində olduqda isə müvafiq qanunvericiliklə tənzimlənir. Bu baxımdan, kredit müqaviləsi üzrə bank qarşısında borclu olan şəxsin hansısa məbləği X11 ödəməsi müvafiq şərtlər mövcud olmadıqca, onun bank qarşısındakı öhdəliyinin icrası nəticəsinə gəlmək üçün əsas ola bilm əz. Belə ki, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Hazırkı işdə isə qalıq borcun kreditora - ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə məlumat mövcud deyil. Eyni zamanda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehin 2.342,94 manat ödədiyi Naxçıvan Muxtar Respublikası X7 (indiki X2) bankın ixtiyarlı şəxsi olmasın ı, habelə həmin təşkilatın qəbul etdiyi vəsaitə razılıq verməsini və bu icradan fayda götürməsi şərti ilə öhdəliyin tam icra olunduğunu təsdiqləməmişdir. Əksinə, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, sözügedən ödəməni öhdəliyin icrası saymamaqla kassasiya şikayəti vermiş və iddianın tam təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı, cavabdeh tərəf borcunu kreditora və ya onun ixtiyarlı şəxsinə tam ödəməsini təsdiqləyən sübutları təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazının əsasında duran halları sübuta yetirməyə borcludur. Bundan əlavə, hətta X13 (indiki X5) kreditorun (bankın) ixtiyarlı şəxsi sayılmış olsa belə, cavabdehin etdiyi ödəmənin bank qarşısında olan borc məbləğini tam əhatə etməsi müəyyən olunmur. Çünki, kredit müqaviləsi üzrə borclunun öhd əliyinin həcmi, həmin müqavilənin şərtlərinə uyğun olaraq hesablanan əsas borc və faizlərdən ibarətdir. İddiaçı qalıq borcu əsas, faiz və cərimə məbləğləri ilə birlikdə 3.373.07 manat hesablamaqla, həmin vəsaitin ödənilməsini tələb edir. Belə olan halda, Naxçıvan Muxtar Respublikası X11 ödənildiyi bildirilən 2.342,94 manatın banka faizlərlə birgə olan 3.373.07 manat borc öhdəliyini hansı qaydada əhatə etməsi əsaslandırılmamışdır. Kollegiya onu da qeyd etmişdir ki, kassasiya məhkəməsi hazırkı iş üzrə 27 dekabr 2019-cu il tarixli qərarında İddiaçı1 ASC-nin Naxçıvan filialının müdirinin 03 avqust 2016-cı il tarixli məktubunu səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış sənəd hesab etdiyi halda, apelyasiya instansiyası məhkəməsinin 19 may 2020-ci il tarixli qətnaməsində öhdəliyin tam icra ed ilməsini təsdiqləyən sübut kimi həmin sənədə istinad etməsi, həm kassasiya məhkəməsinin göstərişlərinin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına dair prosessual qaydaya (§ 34), həm də sözügedən sənədin mötəbər sübut kimi qiymətləndirilməsinin səhv olması barədə apelyasiya məhkəməsinin eyni qətnamədə özünün ifadə etdiyi mövqeyə ziddir. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 433, 445.4, 462.1, 467, 739.1, 741, “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanununun 33, 34.1.2, 39.3.3, 59.3-cü maddələrinə istinadən əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vüqar Quliyev - sədrlik edən və məruzəçi, Əsgər Novruzov və İlqar Mirzəyev) 28 aprel 2021-ci il tarixli 2(108)-67/2020 qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, X rayon məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ASC-nin 12 saylı filialının müdiri olmuş A.A.Məmmədov tərəfindən apellyasiya şikayətində mübahisələndirilən məktubun imzalandığı və ünvanlandığı tarixdə İddiaçı1 ASC-nin adından hüquqi qüvvəyə malik hərəkətlər etmək səlahiyyəti Əmanətlərin Sığortalanması Fonduna məxsus olmuşdur. X19 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və X Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktublar hüquqi qüvvəsinin olubolmamasından ası lı olmayaraq ünvanlandığı orqanlarda müvafiq hüquqi nəticələr doğurmuş və hazırda faktiki olaraq qeyd olunan məktuba əsasən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən X4 X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52 kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi girovdan azad olunmuş və hazırda bu əmlaka dair hər hansı yüklülük mövcud deyildir. Eləcə də iş materiallarından və iş üzrə alınmış izahatlardan görünür ki, 06 sentyabr 2010-cu il tarixli, 962 nömrəli müqaviləyə əsasən X12 24 ay müddətinə illik 6 faiz olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Həmin məbləğ H.Cavabdeh1 sahibkarlığın inkişafı məqsədi ilə və Naxçıvan MR X2 vəsaiti hesabına verilmişdir. Borclu tərəfindən kreditin bir hissəsi İddiaçı1 ASC-nin hesabına, qalan hissəsi isə X2 hesabına ödənilmişdir. İş materialında olan Naxçıvan Muxtar Respublikasının X5 X20 İdarə heyətinin sədri tərəfindən 19 may 2020-ci il tarixdə verilmiş, 64 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının X13 ilə müvəkkil kredit təşkilatı İddiaçı1 ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən fiziki şəxs X12 heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə 2010-cu ildə güzəştli şərtlərlə 10.000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditdən 18 yanvar 2016-cı il tarixədək sahibkar tərəfindən 7231.76 manatı İddiaçı1 ASC-nin 12 saylı filialı vasitəsilə Fondun hesabına ödənilmişdir. 18 yanvar 2016-cı il tarixdə Azə rbaycan Respublikası Mərkəzi X14 müvafiq qərarı ilə İddiaçı1 ASC-nin bank lisenziyası ləğv olunmuş, bundan sonra Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qətnaməsi ilə bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının X13 ilə İddiaçı1 ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqavilənin şərtləri bank tərəfindən pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2015-ci il tarixli Qərarının olmasına baxmayaraq sahibkarlıq subyektləri tərəfindən Bank of Azerbaijan” ASC-yə ödənilən vəsaitlər bu günədək Fondun hesabına geri qaytarılmamışdır. Belə ki, sahibkar tərəfindən 425.30 manat vəsa it banka ödənilsə də, bank tərəfindən Fondun hesabına ödənişi təmin edilməmişdir. Bu səbəbdən sahibkar tərəfindən kredit borcunun qalıq 2342.94 manatı birbaşa Fondun Azərbaycan Respublikası Mərkəzi Bankının Baş idarəsindəki müvafiq hesabına ödənilməklə geri qaytarılmışdır. 31 oktyabr 2019-cu il tarixdə X5 ilə Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqaviləyə əsasən birbaşa qəbul edilmiş vəsaitlərin əvəzləşdirilməsi həyata keçirilmişdir. Həmin dövrdə H.Babayev tərəfindən ödənilmiş 2342.94 manat vəsaitdən 1890.64 manat hissəsinin əvəzləşdirilməsi həyata keçirilmiş, lakin həmin dövrədək borcalanların kredit tarixçəsi haqqında dəqiq məlumat təqdim edilmədiyindən birbaşa ödənilmiş vəsaitin 425.30 manatının əvəzləşdirilməsi aparılmamışdır. Sonradan ƏSF həmin qalıq hissənin köçürülmə si və onların tərəfindən ümumilikdə 850.60 manatın geri qaytarılması təklif olunmuş, lakin qarşı tərəf bununla razılaşmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 ASC qarşısında Cavabdeh1 öhdəliyinin üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X5 X22 tərəfindən icrası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431 və “Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-67/2020 nömrəli iş üzrə 24 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu əvvəlki kassasiya şikayətinin məzmunu ilə eyni olan hazırki kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının v əkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında idd ia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etm əlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə

433. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməy ə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıl arı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanun: Maddə 11.1.”Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 11.2.”İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Maddə 12.1.”Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 15.1.”İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmə nin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və”digər”hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və”digər”hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və s übutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılsa da, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 431ci maddəsinin tətbiq edilmə si və İddiaçı1 ASC qarşısında Cavabdeh1 öhdəliyinin üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X5 X22 tərəfindən icrasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin tələblərinə uyğun olması barədə qənaətə düzgün olmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kredit öhdəliyi üzrə borclu X15 isə 21 mart 2013-cü il tarixdə vəfat etmişdir, iş üzrə cavabdeh kimi göstərilən Cavabdeh1 Abbas oğlu isə borclunun vərəsəsi yox, ipotekaqoyan X3 vərəsəsidir. Belə olan halda, məhkəmə tərəfindən borcalan kimi Cavabdeh1 borc öhdəliyinin üçüncü şəxs Naxçıvan Muxtar Respublikası X5 X22 tərəfindən ödənilməsi qənaətinə gəlinməsi, Fondun iş üzrə iddiaçı Banka (kreditora) hər hansı ödəniş etməsi müəyyən edilmədiyi halda, Mülki Məcəllənin 431-ci maddəsi mübahisəyə düzgün tətbiq edilməm işdir. Bununla da, kassasiya məhkəməsinin əvvəlki qərarında müəyyən edilmiş hüquqi mövqeyə zidd nəticəyə gəlinmişdir. Bu isə apellyasiya məhkəməsi qətnaməsinin ləğvi üçün əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi borclu X15 21 mart 2013-cü il tarixdə vəfat etmişdir, onun hər hansı miras aktivinin mövcudluğu və mirasının vərəsələri tərəfindən qəbulu müəyyən edilməmişdir. Buna görə də, borc məbləğinin cavabdeh Cavabdeh1 Abbas oğlundan tutlması mümkün deyildir. İddiaçı borclunun vərəsələri və miras əmlakını müəyyən etməklə, həmin borcun tutulması barədə yeni iddia qaldıra bilər. İş üzrə cavabdeh Cavabdeh1 Abbas oğlu ipotekaqoyan X3 vərəsəsidir və ipotekaqoyanın ölümü ipotekaya xitam verilməsi üçün əsas olmadığından iş üzrə Cavabdeh1 qarşı yalnız borcun ipotekaya yönəldilməsi tələbinə baxıla bilər. Lakin ipotekaya tutmanın yönəldilməsi üçün “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həmin əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müvafiq yüklülük mövcud olmalıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 179 nömrəli 10 aprel 2019-cu tarixli məktubundan isə aydın olur ki, ipoteka predmeti olmuş X9ma məxsus X rayonu, X kəndində olan 0.1926 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 45.52kv.m yaşayış, 62.35 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 2010-cu ildən bu günədək yalnız İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin 12 saylı filialı ilə X15 arasında bağlanılmış 06 sentyabr 2010-cu il tarixli 962 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş və ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin adı çəkilən Komitəyə ünvanlandığı 03 avqust 2016-cı il tarixli 01/41 nömrəli məktubu əsasında ipoteka əmlakı üzərində yüklülüyün qeydiyyatı 14.03.2018-ci il tarixdə ləğv olunmuşdur. ”Bank of Azerbaijan” ASC-nin filial müdiri A.A.Məmmədov tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/41 nömrəli və X Rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 03 avqust 2016-cı il tarixli, 01/42 nömrəli məktubların hüquqi qüvvəsi olmasa da, həmin məktublar ünvanlandığı orqanlarda müvafiq hü quqi nəticələr doğurmuş və hazırda faktiki olaraq həmin əmlak ipotekadan azad olunmuş və hazırda bu əmlaka dair Bankı xeyrinə hər hansı yüklülük mövcud deyildir. Bank tərəfindən işə sonuncu dəfə apellyasiya qaydasında baxılanadək Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlara dair düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldırılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülük mövcud olmadığından borcun ipotekaya yönəldilməsi barədə iddia tələbinin təmin edilməsi üçün qanuni əsas yoxdur. Buna görə də, cavabdehə qarşı borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi rədd edilməlidir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(108)-67/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar