Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5194/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıt xxx qızının Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçıt xxx qızına qarşı “qanunsuz tikilərək istifadədə olan qəzalı vəziyyətdəki damın sökülməsi“ tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, tikilinin sökülməsi, ekspert rəyi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1207/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 nömrəli qərarı ilə ünvan 1 kəndində yerləşən 1803,09 kv.m həyətyanı təyinatlı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. X3 xx xxxxxx 2004-cü ildə ölmüşdür. İddiaçıt xxx qızı X2 qızıdır və atasına məxsus olmuş torpaq sahəsində inşa edilən fərdi yaşayış evində yaşayır. ünvan 1 kəndində 0,12378 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X6 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 25089 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini xxxun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********20 saylı məktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-in mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı-cavabdeh İddiaçıt xxx qızının atasının adına verilmiş AN 116101 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 1803,09 kv.metr həyətyanı torpaq sahəsi ilə cavabdeh-iddiaçı Cavabdeh ailə üzvlərinə AN 465241 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 5226 kv.metr torpaq sahəsi və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında cavabdeh-iddiaçının ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,12378 ha həyətyanı torpaq sahəsinin hüdudları hüquqmüəyyənedici sənədlərə əsasən bir-birinin daxilinə keçmir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini xxxun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********20 saylı məktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-in mühəndisi R.Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələn dirilən sahələrin yerləşdiyi ərazidə tikilmiş yardımçı tikilinin 30 kv.m. hissəsi cavabdeh-iddiaçı Cavabdeh ailə üzvlərinə AN 465241 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin planı və ölçüsü üzrə ayrılmış 5226 kv.metr torpaq sahəsinə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçıt xxx qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2004-cü ildə vəfat etmiş atası X1 miras qalmış ünvan 1 kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin həyətyanı torpaq sahəsindən onun istifadə hüququnu təmin etməklə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atasının mülkiyyətinə 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1988-ci il tarixdə beş otaqlı ev tikilmiş və həmin evdə hal-hazırda iddiaçı yaşayır. Qonşuluğunda yaşayan cavabdeh iddiaçının atasından miras qalmış mal damını heç bir əsas olmadan sökməklə, ona ziyan vurmuşdur. Cavabdeh mal damı yerləşdiyi sahəni öz torpağına qatmaq istəyir və bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. İddiaçı cavabdehin bu qanunsuz hərəkətlərini xxx bələdiyyəsinə və xxx kənd inzibati ərazi nümayəndəliyinə bildirsə də, sonuncunun öhdəsindən gələ bilməmişlər. İddiaçı Cavabdeh İddiaçıt xxx qızına qarşı qarşılıqlı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehin qanunsuz tikilərək istifadəsində olan qəzalı vəziyyətdəki damın ona məxsus torpaq sahəsinə düşən hissəsinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi xx xxxx 2013cü il tarixdə dövlət torpaq kadastr kitabında 1382 nömrə ilə uçota alınmış A465241 nömrəli torpaq sahəsinin planı ölçüsü ilə Cavabdeh istifadəsindədir. Ona məxsus torpaq sahəsində İddiaçıt xxx qızının istifadə etdiyi damın bir hissəsi qanuni əsas olmadan yerləşir və hazırda yararsız və qəzalı vəziyyətdədir. Həmin dam hər an uçmaq təhlükəsində olaraq, onun azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaradır. Həmçinin, həmin dam onun yaşadığı evə yaxın olduğundan oradan gələn qoxudan evdə oturmaq olmur. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-59/2020 nömrəli qətnaməsi ilə (hakim E.H.Məmmədov) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, ünvan 1 kəndində yerləşən İddiaçıt xxx qızına məxsus tövlənin Cavabdeh torpaq sahəsinə düşən 30 kv.metr hissəsinin sökülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə keçirilmiş məhkəmə mühəndistexniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 25089 nömrəli rəyi ilə əsaslandırılmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçıt xxx qızı apelyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-59/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1207/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və İ.H.Şükürovdan ibarət tərkibdə) İddiaçıt xxx qızının apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)59/2020 nömrəli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. İddia tələbini sübut etmək vəzifəsini daşıyan şəxs mübahisələndirdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübut edə bilməmişdir. Əksinə, işdə olan sübutlar qarşılıqlı iddianın əsaslı olduğunu göstərir. Belə ki, iddiaçıya məxsus tövlənin (mal damının) 30 kv.metr hissəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsinə düşməsi müəyy ən olunur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçıt xxx qızı kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1207/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr yalnız mütəxəssis rəyinə əsaslanmaqla qətnamə qəbul etmişlər. Lakin mütəxəssis rəyləri natamamdır. Halbuki iddiaçının atasından qalan torpaq sahəsində mal damı da olmuşdur. Həmin mal damı 1988-ci ildən fasiləsiz istifadə olunur və məhkəmələr tə rəfindən iddia müddəti tətbiq olunmalı idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanunili yinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dig ər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə on un mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi m əlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Məhkəmə qətnaməsi haqqı nda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın həlli sübutetmə ilə əlaqədardır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Tərəflər qarşılıqlı olaraq torpaq sahələrinin zəbt olunmalarını iddia etdikləri üçün işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən əsaslı olaraq məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həmin ekspertiza rəyinə uyğun iddialara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasını n rəyi və həmin rəyin əsaslandığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyi ilə Kasator tərəfindən mübahisələndirilsə də, həmin rəylərin mötəbərliyinə şübhə ilə yanaşmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, ekspertiza tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi əməkdaşları tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən verilmiş, torpaq sahəsinin yerləşdiyi əraziyə texniki baxış keçirilmişdir. İddia müddətinin tətbiqi ilə bağlı kasasiya şikayətinin dəlilinə gəldikdə qeyd olunmalıdır ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) nə birinci, nə də ki, apelyas iya instansiyası məhkəmələrində bununla bağlı məhkəmələrə ərizə verməmiş və iddia müddətinin tətbiqi apelyasiya şikayətinin predmeti olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçıt xxx qızı tərəfində n verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1207/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva Aqil Abbasov
Məhkəmə qərarları › İş №2(102)-5194/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5194/2020
02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver