Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-52/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin (Tikinti-Quraşdırma ANKZ-2 ASC) Cavabdeh1 qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi, məhkəmə aktlarının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin (Tikinti-Quraşdırma ANKZ-2 ASC) Cavabdeh1 qarşı “qeyriyaşayış sahəsinin boşaldılması, cavabdehin sahədən çıxarılması, əmlakın istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-3397/2022 nömrəli mülki iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi 73/01 №-li, xx.xx.2014-cü il tarixli Hərrac Protokolu və Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2014-cü il tarixli Müqavilə ilə iddiaçı "xxxx" ASC-yə satılmışdır.
2. Cavabdeh1 da "xxxx" MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikiləcək yaşayış binasında qaraj almışdır.
3. Tərəflər arasında mübahisə həmin sahələrlə bağlı yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(011)404/2014 saylı qiyabi qətnaməsi ilə, cavabdeh "xxxx" MMC ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış 165 saylı və xx.xx.2007-ci il tarixli 01 saylı müqavilələrə əsasən tikilməsi üçün dəyərləri iddiaçı tərəfindən tam ödənilmiş ünvan 1 ünvanda inşa edəcəyi yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 3 otaqlı (127.65 kv.m) mənzil və binada olan qaraj iddiaçı Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir.
5. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-268/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı iddiası təmin edilərək, "xxxx" MMC-yə məxsus ünvan 8 məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A, B, C, Ç, D, E oxları üzrə 155,52 kv. m; 2-ci oxla 3-cü ox arası A, B, C və 2ci oxla 3-cü ox arası C, D, E oxları arasında 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A, B, C, Ç oxları arasında 113,4 kv.m; 7ci oxla 8-ci ox arası A, B, C və 7-ci oxla 8-ci ox arası Ç, D, E oxları arasında 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A, B, C, Ç, D, E oxları arasında 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarında ifadə edilən mülkiyyət hüquqlarını pozan hərəkətlər qanunsuz hesab edilmiş və göstərilən qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin sahiblik və istifadə hüquqlarının maneəsiz həyata keçirilməsinə şərait yaradılması məqsədi ilə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin əməli istifadəsinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzə rinə qoyulması qət edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)9855/2017 saylı qətnaməsi ilə, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı cavabdeh "xxxx" tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsi adı altında həmin binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)3249/20 17 saylı qətnaməsi ilə, iddiaçılar Cavabdeh1 və qeyrilərinin cavabdehlər "xxxx" MMC-yə və Tikinti-Quraşdırma ANKZ-2 ASC-yə (hazırda "xxxx" ASC) qarşı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2014-cü il tarixli müqavilə və “Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında” 73/01 saylı, xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi və dəqiqləşmə barədə ərizələrlə müraciət edərək, ünvan 2 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasında C, Ç, D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç, D, E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasın da D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 və digər şəxslərin çıxarılaraq, həmin sahənin boşaldılıb "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarında istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2012-ci il tarixli, 2iqt(81)780/2012 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi, "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında tikilmiş binanın 670 254 manat dəyərində hissəsinin üzərinə həbs qoyulması, həmin əmlakın hərrac yolu ilə satılması və əldə olunmuş pul vəsaiti hesabına qətnamənin icrasının təmin edilməsi qərara alınmışdır, həmin qərardad əsasında verilmiş 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 31.10. 2013-cü il tarixli, 8(81)201/2013 saylı icra vərəqəsi əsasında keçirilmiş hərrac nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında - 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi "xxxx" ASC-yə satılmışdır, həmin qeyriyaşayış sahə sinin "xxxx" ASC-yə satılması hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, xx.xx.2014-cü il tarixli Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2014-cü il tarixli Müqavilə ilə rəsmiləşdirilmişdir, lakin hərrac yolu ilə alınmış əmlak iddiaçının əməli istifadəsinə təqdim edilməmiş və həmin əmlakın istifadə edilməsi ilə bağlı "xxxx" MMC və onun təyin etdiyi nümayəndələri tərəfindən maneə və çətinliklər yaradılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2iqt(81)-268/2015 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə ünvan 3 ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən müvafiq sənədlərə əsasən, 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3- cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında- 113,4 kv.m; 7-ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında155,52 kv.m; ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsi Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli AKT əsasında "xxxx" ASC-yə (keçmiş "xxxx" ASC) qismən təhvil verilmişdir, təhvil verilməyən hissə isə hal-hazırda cavabdeh tərəfindən zəbt olunan hissədir, həmçinin cavabdeh əmlakın qaytarılmasının uzadılması məqsədi ilə bir neçə dəfə "xxxx" ASC-yə qarşı iddialar qaldırmış, lakin həmin iddialar məhkəmələr tərəfindən təmin edilməmişdir, cavabdeh ilk iddia tələbini hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hərrac protokolunun etibarsız hesab edilməsi ilə bağlı irəli sürmüş, həmin iddia tələbini əsaslandırarkən hazırkı mübahsiə predmeti olan qeyri-yaşayış sahəsinin guya müqavilə əsasında aldığını və onun mülkiyyətçisi olduğunu qeyd etmişdir, lakin məhkəmələr tərəfindən aparılan araşdırma nəticəsində müqavilənin əsassız və qanunsuz olduğu müəyyən edilmişdir, daha sonra cavabdeh Xətai rayon Məhkəməsində mübahisəli qeyri-yaşayış sahəsinin bina sakini kimi yenidən iddia qaldıraraq guya bina sakinlərinin razılığı olmadan zirzəmi hissəsinin satılmasının qanunsuz olmasını əsas gətirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin bu iddia tələbi də Xətai rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il t arixli, 2(011)- 3249/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh1 mübahisə predmeti olan qeyriyaşayış sahəsinə hüququnun olması təsdiqini tapmamışdır, iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunsa da, buna heç bir münasibət göstərilməmiş, qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair heç bir tədbir görülməmişdir.
10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikiləcək yaşayış binasında qaraj almışdır, iddiaçının Cavabdeh1 istifadəsində olan sahə ilə "xxxx" ASC-nin mülkiyyətində olan sahənin üst-üstə düşməsi barədə izahatı əsassızdır, belə ki, cavabdehin istifadəsində olan qaraj il ə iddiaçının mülkiyyətində olan sahə ayrı-ayrı yerlərdə yerləşir, cavabdeh "xxxx" ASC-nin sahəsini zəbt etməmişdir, həmçinin iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A saylı məhəllədə tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2ci ox arası A.B.C.Ç.D.E. oxları üzrə 155.52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E oxları arasında -143.64 kv.m, 4-cü oxla 5-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında - 143.64 kv.m, 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında - 155.52 kv.m; ümumi sahəsi 825.12 kv.m qeyri-yaşayış sahəsi hərracla “Tikinti Quraşdırma ANKZ-2’' ASC-yə ("xxxx") satıldığını iddia edir, lakin həmin iş üzrə cavabdeh olan "xxxx" MMC hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi il ə Xətai rayon məhkəməsinə müraciət etmişdir, əgər iddia tələbi təmin olunarsa, "xxxx" ASC-nin hazırkı tələbi ümumiyyətlə əsassız olacaq, digər tərəfdən, Xətai rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək, xx.xx.2006 və xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən tikilməsi üçün dəyərləri cavabdeh tərəfindən ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanda inşa ediləcək yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır, lakin həmin sahədən istifadəyə dair süni maneələr yaradıldığına görə Bakı şəhəri, Xətai rayo nu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində layihə üzrə 1-ci və 2-ci sırada C və Ç oxları arasında eni 5.40 m., uzunluğu 6.00 metr, ümumi sahəsi 32.4 kv.m qaraj sahənin onun sərbəst sahibliyinə və istifadəsinə verilməsi, həmin sahədən istifadəsinə dair maneələr aradan qaldırılması barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir, bu tələb təmin olunduğu təqdirdə, "xxxx" ASC-nin tələbi mümkün olmayacaq.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5882/2019 nömrəli, 15 avqust 2019-ci il tаrixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C, Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən Cavabdeh1 çıxarılması və həmin sahələrin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A saylı ünvanındakı binanın zirzəmi hissəsindəki ümumilkdə 825,12 kv.m qeyri-yaşayış sahəsinə dair əmlakın 1-ci oxla 2-ci ox arası A.B.C.Ç.D.E oxları üzrə - 155,52 kv.m; 2-ci oxla 3-cü ox arası A.B.C və 2-ci oxla 3-cü ox arası Ç.D.E arasında - 143,64 kv.m; 4-cü oxla 5-ci ox arası A.B.C.Ç oxları arası - 113,4 kv.m; 5-ci oxla 6-cı ox arası A.B.C.Ç oxları arasında113,4 kv.m; 7- ci oxla 8-ci ox arası A.B.C və 7-ci oxla 8-ci ox arası Ç.D.E oxları arasında143,64 kv.m; 8-ci oxla 9-cu ox arası A.B.C.Ç.D.E oxları arasında -155,52 kv.m hissəsi istifadə və sahiblik hüququ ilə "xxxx" ASC-yə məxsusdur, "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A saylı ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç,D,E oxları üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m, 8-ci oxla 9cu ox arasında D və E oxları arası 26.5 kv.m sahədə tikinti işləri aparmaqla onun mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneçilik törədir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bununla belə, mübahisəli qeyri yaşayış sahəsinə dair iddiaçı "xxxx" ASC-nin mülkiyyət hüququnu, o cümlədən sahiblik və istifadə hüququnu istisna edən hallar, həmçinin digər şəxslərin iddiaçının öz əmlakından istifadə və sahiblik hüququnun həyata keçirilməsinə maneçilik törətməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı.
14. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh A.Cavabdeh1 ünvan 2də tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasında C,Ç,D və E xətləri üzrə 119.74 kv.m, 2-ci oxla 3-cü ox arası Ç,D,E, oxları arası 143.64 kv.m, 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılmalı, həmin sahələr boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməlidir.
15. İddia tələbinin qalan hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələbin yönəldiyi digər şəxslər məlum olmadığından id dia tələbi həmin hissədə təmin edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29.3, maddəsinə 2009-cu ilədək qüvvədə olmuş Mülki Məcəllənin 152, 157.1, 157.2 və 157.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
17. Cavabdeh birinci instansiya məhkəməsinə 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsinə izah verilməsi üçün müraciət etmiş, qiyabi qətnamədə qeyd edilmiş qaraj sahəsinin yerləşməsinə dair, həmin sahənin plan-sxemdə göstərilmiş “Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində layihə üzrə 1-ci və 2-ci sırada C və Ç oxları arasında eni 5,40 metr, uzunluğu 6 metr olan, ümumi sahəsi 32,4 kv.m olan qaraj sahəsinin” olm asına dair izah verilməsini xahiş etmişdir.
18. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilərək xx.xx.2014-cü il tarixli qətnamənin nəticə hissəsində qeyd edilmiş “binada olan qaraj” dedikdə Bakı şəhəri, Gəncə pr., 2935A ünvanında yerləşən yaşayış binasının 00008 səviyyəsində, 1 və 2 sıradan, C və Ç oxu arasında olan, ümumi sahəsi 32,4 kv.m olan qaraj nəzərdə tutulmasına dair izah verilmişdir.
19. Həmin qərardaddan narazı qalan maraqlarına toxunan şəxs (hazırki iş üzrə iddiaçı) "xxxx" ASC şikayət vermiş, Bakı Apellyasiya Məhkməsinin 2(103)-1472/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, məhkəmənin xx.xx.2019cu il tarixli qərardadının ləğv edilməsi, şikayətə hüquqi qiymət verilməsi üçün mülki işin Xətai R ayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
20. Xətai Rayon Məhkəməsində işə təkrar baxılmış, Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadı ilə Cavabdeh1 qiyabi qətnaməyə yuxarıda göstərilən məzmunda izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
21. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6395/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Xətai rayon Məhkəməsinin 2(011)-404/2014 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdeh 15 avqust 2019-ci il tаrixli qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən iddiaçının sözləri əsasında qətnamə qəbul etmişdir. ünvan 8 ünvandakı binanın zirzəmi hissəsində yerləşən 1-ci və 2-ci oxları arasındakı C,Ç.D,E oxları üzrə 119.74 kv.m., 2-ci oxla 3-cü ox arası Ç,D,E oxları arası 143.64 kv.m., 8-ci oxla 9-cu ox arasında D və E oxları arası 26.5 kv.m sahələrdən çıxarılma barədə qətnamənin qəbul edilməsi üçün sübutlar kifayət qədər deyil. Hakimin hər hansı sahəyə yerində baxması yetərli sübut təşkil etmir. Bu işdə xüsusi biliyə malik olan ekspertin tədqiqat aparması və sahələrin üst-üstə düşüb-düşməməsini, əgər üstü-üstə düşürsə, həmin yeri dəqiq müəyyənləşdirməsi vacibdir. Cavabdeh istifadəsində olan s ahəyə səlahiyyəti olmayan şəxs deyildir. Xətai rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia təmin edilərək, xx.xx.2006 və xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən, tikilməsi üçün dəyərləri ödənilmiş Bakı şəhəri, Gəncə prospektindəki 2935A ünvanında inşa ediləcək yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsində 3 otaqlı mənzil və binada olan qaraj onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qüvvəyə minmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10/3613 saylı 30 iyun 2021-ci il tarixli rəyinə görə ünvan 8 məhəllədə inşa edilmiş yaşayış binasının zirzəmi hissəsində cavabdehin sahi bliyində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin və ümumi sahəsinin həmin sahənin satılmasına dair tərtib edilmiş müqavilədə və müqaviləyə əlavə edilmiş layihə sənədində qeyd olunan məlumatlara uyğun olmaqla, tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1-2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilmişdir. "Protean Construction” ASC-yə (əvvəlki Tikinti-Quraşdırma ANKZ-2) məxsus qeyri-yaşayış sahələrinin yerləşməsinə dair layihə sənədləri və ya hər hansı təsdiq olunmuş sxem tərtib edilmədiyindən, həmin sahələrin konkret olaraq binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün deyildir. Lakin hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 73/01 №-li, 25 avqust 2014-cü il tarixli Protokolun və Hərracın yekunları üzrə əmlakın a lqı-satqısı barədə 25 avqust 2014cü il tarixli müqavilənin məlumatlarına əsasən Xətai rayonu, Gəncə prospekti 2935A saylı məhəllə ünvanında tikilmiş binanın zirzəmi hissəsində yerləşən 1-ci oxla 2-ci ox arası A,B,C,Ç,D,E oxları üzrə qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə satıldığı nəzərə alındıqda, iş materiallarındakı layihə üzrə həmin sahənin Ç-C oxları arasındakı hissəsinin cavabdehin sahibliyində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir.
25. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-172/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.
26. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir və Cavabdeh1 iddiaçının mülkiyyətindən sahiblik və istifadə hüquqlarını pozması halı ekspert rəyi ilə öz təsdiqini tapdığından cavabdehin həmin ərazidən çıxarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kassasiya instansiya məhkəməsindəki birinci icraat
27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən ünvanda xx.xx.2007-ci il tarixli müqavilə əsasında qaraj almışdır. İ ddiaçı təşkilatın "xxxx" MMC ilə mübahisəsi üzrə məhkəmə qərar daha sonra qəbul edilmişdir. Bundan başqa, qarajın cavabdehə təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi var. Lakin məhkəmələr bu hallara qiymət verməmişlər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)740/2022 saylı, 05 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
30. İşi yeni apelyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəmə si gəldiyi nəticəni yalnız iddiaçının dəlilləri və istinad etdiyi sübutlarla əsaslandırmış, cavabdehin mübahisədə adı keçən ünvanda qaraj alması barədə 19 may 2007-ci il tarixli müqaviləsinin olması barədə dəlillərinə, həmin müqavilənin hazırki mübahisə üzrə hansı hüquqi əhəmiyyət daşımasına qiymət verməmişdir.
31. Bundan əlavə, cavabdeh etirazının dəlili kimi 19 may 2007-ci il tarixli müqavilə əsasında aldığı qarajın ona təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014-cü il tarixli qiyabi qətnaməsi olmasını bildirsə də, həmin qətnamə də araşdırmadan kənarda qalmış, birinci instansiya məhkəməsi həmin qətnaməyə istinad etməklə kifayətlənmiş, bunun iş üçün hansı əhəmiyyət kəsb edib-etməməsini qətnaməsində göstərməmişdir.
32. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi əsa sı kimi əlavə olaraq ekspert rəyinə istinad etsə də, qətnamədən görünür ki, apellyasiya məhkəməsi rəyə yalnız istinad etməklə kifayətlənmiş, rəyi qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi deyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndiriməlidir.
33. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı qismən təmin edərkən işdəki sübutları, o cümlədən cavabdehin etirazının əsası kimi istinad etdiyi sübutları, həmçinin apellyasiya məhkəməsi ekspert rəyini araşdırmamaqla prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşlar. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra - apell yasiya instansiyası məhkəməsi) 2(103)-3397/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
35. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2014-ci il tarixli 2(011)-404/2014 saylı qiyabi qətnamədə "xxxx" MMC-nin inşa edəcəyi yaşayış binasından olan qarajın cavabdehin istifadəsinə və sahibliyinə verilməsi müəyyən edilsə də, mübahisəli “qaraj”ın məhz hazırki iş üzrə iddiaçının boşaldılmasını və əməli istifadəsinə verilməsini tələb etdiyi sahə ilə üst-üstə düşməsi sözügedən qiyabi qətnamə ilə müəyyən olunmur. Əksinə, iş materialında olan qiyabi qətnaməyə izah verilməsinə da ir yuxarıda göstərilən məhkəmə qərardadları ilə cavabdehin iddia etdiyi qarajın iddiaçının hərrac yolu ilə satın alaraq mülkiyyətinə qəbul etdiyi qeyri-yaşayış sahəsinə daxil olmadığı müəyyən olunmuşdur.
36. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6395/2020 saylı qərardadında iş üzrə Xətai Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilən “binada olan qaraj” ifadəsinin binada olan hansı qaraj olması onu səciyyələndirən xüsusiyyətlər göstərilmədən qeyd olunduğundan, qətnamənin həmin hissəsinə izah verilməsi mümkün deyildir və qətnamənin nəticə hissəsinə izah ver ilməsi qətnamənin məzmununu dəyişdirəcəkdir. İddiaçı Cavabdeh1 “binada olan qaraj” ifadəsinin məhz təqdim edilən əlavə plan sxemdə göstərilən 1-ci və 2ci sıradan C və Ç oxları arasındakı 1 ədəd qaraj olmasına dair dəlilləri əsassız olduğundan, ərizə təmin edilməməlidir... Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən qeyri-yaşayış hissəsinin hazırda "xxxx"” ASC-ə məxsus olması öz təsdiqini tapmışdır”.
37. Kollegiya qeyd etmişdir ki, cavabdehin istinad etdiyi qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsini təmin edilməməsinə dair qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadında ərizənin təmin edilməməs inə əsas kimi cavabdehin istinad etdiyi sahəyə dair, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, "xxxx" ASC-nin mülkiyyət hüququnun tanınması, o cümlədən, həmin sahənin də daxil olduğu qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin istifadəsinə və sahibliyinə verilməsinə dair mübahisənin sonuncunun xeyrinə həll edilməsi olmuşdur.
38. Kollegiya, həmçinin, qeyd etmişdir ki, cavabdehin qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin dəlilləri ilə hazırki iddiaya etirazındakı (həmçinin, apellyasiya şikayətindəki) dəlillərlə eyniliyi və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bu dəlillərə artıq hüquqi qiymət verildiyi müəyyən olunur. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına və ekspertin rəyinin məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndir ilməsi və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsinin olmadığına dair tələblərinə əsaslanaraq, məhkəmə Kollegiyası hesab etmişdir ki, ekspertin rəyində cavabdehin istinad etdiyi “qaraj”ın “tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1- 2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilməsi”nə kollegiya tənqidi yanaşmalı və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilən işin həqiqi hallarının, hüquqi münasibətlərin ekspertiza rəyi ilə müəyyən olunan hallarla müqayisədə daha mötəbər hüquqi əhəmiyyətə malik olması nəzərə alınmalıdır.
39. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mülkiyyət hüququnun pozulmasından müdafiə üçün məhkəməyə müraciət etmiş iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddia t ələbinin təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuş, eləcə də cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərinin iş üzrə təhqiq edilmiş materiallarla təkzib edildiyi və tətbiq edilən maddi və prosessual hüququn tələblərinə cavab vermədiyi müəyyən olunduğundan apellyasiya şikayətinin təmin edilməsinə əsaslar mövcud deyildir.
40. Apellyasiya instansiya məhkəməsi qənaətini Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarına, “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarix li Plenum Qərarına, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri və ona dair münasibətlər a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (Vəkil3) kassasiya şikay əti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdehin mülkiyyət hüquqlarımı nəzərə almadan qətnamə qəbul etmişdir. ƏləskəroğluK" MMC ilə mənim aramda bağlanmış xx.xx.2006 və xx.xx.2007-ci il t a r i x l i müqavilələrdən də göründüyü kimi cavabdehin müqaviləsi Ələsgəroğlu-K MMC-ilə tələbkar arasında olan məhkəmə işi üzrə çıxarılan məhkəmə qərarından əvvəl bağlanmış və onun istifadə və sahibliyimə verilmişdir. Həmçinin bu müqavilə üzrə əmlakların sərəncam verilmə hüquqları da indi də onda olmaqdadır. Hətta borclu ilə tələbkar arasında olan münasibətlərdən əvvəl onun müqaviləsi bağlanmış və onun hüquqları t əsdiq edilmişdir. Lakin yenə də məhkəmənin gəldiyi nəticəni yalnız iddiaçının dəlilləri və istinad etdiyi sübutlarla əsaslandırmış, onun mübahisədə adı keçən ünvanda qaraj alması barədə 19 may 2007-ci il tarixli müqaviləsinin olması barədə dəlilləri, həmin müqavilənin hazırki mübahisə üzrə hansı hüquqi əhəmiyyət daşımasına qiymət verməmişdir. Bundan əlavə, məhkəmə 19 may 2007-ci il tarixli müqavilə əsasında aldığımız qarajın bizə təhvil verilməsi barədə Xətai Rayon Məhkəməsinin 11 fevral 2014- cü il tarixli qiyabi qətnaməsini düzgün araşdırmamışdır. Məhkəmə yalnız Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadına istinad etmiş və orda qeyd edilən guya binanın zirzəmisində Cavabdeh1 aid hər hansı qarajın olmaması qeyd edilmişdir. Halbu ki, məhkəmə ilkin ola raq bunu təmin etmiş və qarajın olmasını qeyd etmişdir sonradan ərizəni təmin etməmişdir. Apellyasiya Məhkəməsi isə yalnız həmin qərardadın yekun olaraq təmin olunmama hissəsinə istinad etmiş və bunu sübut kimi qəbul etmişdir. Həmin qərardadda qarajın hansı tərəfdə yerləşməsi mübahisəsi öz həllini tapmadığından məhkəmə ərizəni təmin etməmişdir. Bu o demək deyil ki, Cavabdeh1 həmin binada qarajı mövcud deyildir. Apellyasiya Məhkəməsi isə işə və sübutlara səthi yanaşaraq öz mülahizəsi ilə guya həmin binada qarajın olmaması qərarına gəlmiş və iddianı bu səbəbdən təmin etmişdir. Lakin məhkəmə ən əsas məqamı nəzərə almamışdır ki, iddiaçının tələbi və guya borc əvəzi aldığı sahələr binanın bütün zirzəmisini əhatə edir. Onda belə çıxır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətna məsi formal olaraq qəbul edilmişdir. Məhkəmənin yalnız qərardada əsaslanaraq və iddiaçının bütün binanın altını tələb etməsini faktını müəyyən etmədən qətnamə qəbul etməsi cavabdehin hüquqlarını pozmuşdur. Cavabdeh faktiki olaraq həmin sahədən istifadə edir və mövcudluğu da həmin müqavilə, plan sxem və qətnamə ilə sübuta yetirilir. Binanın başqa zirzəmisi yoxdur. Həmçinin həmin sahə üzrə ekspert rəyində də onların yerinin üst üstə düşməsi faktı təsdiqini tapır. Məhkəmə yenə də bu halları araşdırmadan mənim mülkiyyət hüququmu pozmuşdur. Çıxarılan qətnamələr əsassız və qanunsuzdur. Heç bir məhkəmə onun mülkiyyət hüquqlarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. İddiaçı isə kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə ərizəsi təqdim edərək, iddia ərizəs i ilə eyni əsaslardan çıxış etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır;
46. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur;
47. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
49. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
50. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
51. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
52. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sə rəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
53. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
54. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 61. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına dair hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüqu qun, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onun həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətə baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol verilməməsini ehtiva edir. 63. “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə m əhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. 64. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktın ın prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələ rin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Belə ki, işə təkrar baxan apelyasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, xx.xx.2014-ci il tarixli 2(011)-404/2014 saylı qiyabi qətnamədə "xxxx" MMCnin inşa edəcəyi yaşayış binasından olan qarajın cavabdehin istifadəsinə və sahibliyinə verilməsi müəyyən edilsə də, mübahisəli “qaraj”ın məhz hazırki iş üzrə iddiaçının boşaldılmasını və əməli istifadəsinə verilməsini tələb etdiyi sahə ilə üst-üstə düşməsi sözügedən qiyabi qətnamə ilə müəyyən olunmur. Əksinə, iş materialında olan qiyabi qətnaməyə izah verilməsinə dair yuxarıda göstərilən məhkəmə qərardadları ilə cavabdehin iddia etdiyi qarajın iddiaçının hərrac yolu ilə satın alaraq mülkiyyətinə qəbul etdiyi qeyri-yaşayış sahəsinə daxil olmadığı müəyyən olunmuşdur.
69. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6395/2020 saylı qərardadında iş üzrə Xətai Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilən “binada olan qaraj” ifadəsinin binada olan hansı qaraj olması onu səciyyələndirən xüsusiyyətlər göstərilmədən qeyd olunduğundan, qətnamənin həmin hissəsinə izah verilməsi mümkün deyildir və qətnamənin nəticə hissəsinə izah verilməsi qətnamənin məzm ununu dəyişdirəcəkdir. İddiaçı Cavabdeh1 “binada olan qaraj” ifadəsinin məhz təqdim edilən əlavə plan sxemdə göstərilən 1-ci və 2ci sıradan C və Ç oxları arasındakı 1 ədəd qaraj olmasına dair dəlilləri əsassız olduğundan, ərizə təmin edilməməlidir... Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşən qeyri-yaşayış hissəsinin hazırda "xxxx"” ASC-ə məxsus olması öz təsdiqini tapmışdır”.
70. Kollegiya qeyd etmişdir ki, cavabdehin istinad etdiyi qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsini təmin edilməməsinə dair qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-404/2014 saylı qərardadında ərizənin təmin edilməməsinə əsas kimi cavabdeh in istinad etdiyi sahəyə dair, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, "xxxx" ASC-nin mülkiyyət hüququnun tanınması, o cümlədən, həmin sahənin də daxil olduğu qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin istifadəsinə və sahibliyinə verilməsinə dair mübahisənin sonuncunun xeyrinə həll edilməsi olmuşdur.
71. Kollegiya, həmçinin, qeyd etmişdir ki, cavabdehin qiyabi qətnaməyə izah verilməsinə dair ərizəsinin dəlilləri ilə hazırki iddiaya etirazındakı (həmçinin, apellyasiya şikayətindəki) dəlillərlə eyniliyi və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bu dəlillərə artıq hüquqi qiymət verildiyi müəyyən olunur. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına və ekspertin rəyinin məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilməsi və onun məhkəmə ü çün qabaqcadan heç bir qüvvəsinin olmadığına dair tələblərinə əsaslanaraq, məhkəmə Kollegiyası hesab etmişdir ki, ekspertin rəyində cavabdehin istinad etdiyi “qaraj”ın “tədqiq olunan binanın zirzəmi mərtəbəsində Ç-C və 1- 2 oxları arasındakı sahədə yerləşdiyi müəyyən edilməsi”nə kollegiya tənqidi yanaşmalı və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilən işin həqiqi hallarının, hüquqi münasibətlərin ekspertiza rəyi ilə müəyyən olunan hallarla müqayisədə daha mötəbər hüquqi əhəmiyyətə malik olması nəzərə alınmalıdır.
72. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mülkiyyət hüququnun pozulmasından müdafiə üçün məhkəməyə müraciət etmiş iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsin ə dair qənaəti qanuni və əsaslı olmuş, eləcə də cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərinin iş üzrə təhqiq edilmiş materiallarla təkzib edildiyi və tətbiq edilən maddi və prosessual hüququn tələblərinə cavab vermədiyi müəyyən olunduğundan apellyasiya şikayətinin təmin edilməsinə əsaslar mövcud deyildir.
73. Apellyasiya instansiya məhkəməsi qənaətini Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2007-ci il 13 fevral tarixli Qərarına, “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarına, "x xxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli Qərarına, Mülki Məcəllənin 152.1152.5, 157.2, 157.4, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələrinə istinadən əsaslandırmışdır.
74. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir.Ona görə də məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin iş üzrə 2(102)- 740/2022 nömrəli qərarındakı göstərişləri də nəzərə alaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
76. Göstərilənlərə əsasən iş üzrə apellyasi ya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3397/2022 nömrəli 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.