Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-52/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X7rşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4012/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin ha llarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı xx.xx.2022-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən çalışdığı "Bakı şəhər Təcili və X3 Stansiyası" X12də Baş həkim vəzifəsindən azad edilmişdir; 3. xx.xx.2022-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Bakı şəhər Təcili və X3 Stansiyası" X10 direktor təyin edilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Birliyə qarşı iddia qaldıraraq, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının 9 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, sonuncu bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətli olaraq (3 ay müddətinə) bağlanmış (buna qədər isə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə əsasən müddətsiz əmək münasibətləri mövcud olmuşdur), əmək müqaviləsinin müddəti qurtardıqdan sonra bir neçə dəfə müddət uzadılmış, lakin 14 dekabr 2023-cü ildə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X12 18-1/3-111997/2023 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edil məsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən ərizədə göstərlənlərə heç bir əhəmiyyət verilməmiş və əvvəlki işinə qaytarılmamışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbini irəli sürülmüşdür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin işin faktiki hallarına əsasən hesab edirlər ki, cavabdehin iddiaçını işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Birincisi, iddiaçı 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika ixtisasını bitirmişdir. İkincisi, iddia çı Əmək fəaliyyəti müddətində müxtəlif dərəcələrdə təltif edilmiş daha sonra isə qanunvericiliklə müəyyən edilmiş səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə səhiyyə sahəsində xüsusi xidmətlərinə görə verilən əməkdar həkim fəxri adına Azərbaycan respublikasının Prezidentinin Sərəncamına əsasən layiq görülmüşdür. O, tibb sahəsində işlədiyi 35 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməmiş, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilmişdir. Üçüncüsü, iddiaçı xx.xx.1988-ci ildən eyni strukturda təxminən 35 il ərzində fasiləsiz olaraq, eyni vəzifədə isə xx.xx.2015-ci ildən fasiləsiz olaraq işlədiyindən onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Əmək Qanunvericilinə əsasən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı id i. Bu mənada İşəgötürən iddiaçı ilə xx.xx.2022-ci ildə 3 ay müddətinə əmək müqaviləsi bağlaması ilə əmək qanunvericiliyinin müddəlarını düzgün tətbiq etməyərək pozuntuya yol vermişdir. Belə ki, işçi ilə əmək müqaviləsinin müddətli bağlana biləcəyi hallar Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Başqa sözlə, onun eyni qurumda əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, 09 dekabr 2022-ci ildən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürülsə hesab etmək olar ki, onunla işəgötürən arasında 2022-ci ilin dekabr ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bəra bərliyi prinsipinə riayət olunmamışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)1624/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddianın təmin edilməsi, cavabdeh Birliyinin 14 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanan 09 dekabr 2022-ci il tarixli, 289 nömrəli əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.
10. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.
11. Məhkəmə, həmçinin müddətli müqavilənin tərəflərin «qarşılıqlı razılığına» əsasən bağlandığını nəzərə alaraq qeyd etmişdir ki, «Qarşılıqlı razılıq» Qanunun tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İş in hallarından isə açıq-aydın görünür ki, cavabdeh Qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Məhkəmə hesab et mişdir ki, ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.
12. Məhkəmə hesab etmişdir ki, eyni strukturda uz un müddətli iş stajına malik, kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1,216-220-ci istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)1624/2024 nömrəli qətnaməsinin ləğv, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, TƏBİB müşahidə şurasının 19 iyul 2023-cü il tarixli 13-Q/2023 nömrəli “Respublika Təcili və X3 Mərkəzi” X12 yaradılması haqqında qərarı əsasında təcili tibbi yardım xidməti göstərən 3 müəssisə: 1) “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ; 2) “Təcili və X3 Stansiyası” PHŞ; 3) “X6” PHŞ birləşmə şəklində yenidən təşkili yolu ilə vahid müəssisə- “Respublika Təcili və X3 Mərkə zi” PHŞ yaradılmışdır. Müşahidə şurasının qərarından aydın olur ki, yenidən birləşmə zamanı ləğv olunan hər 3 müəssisənin rəhbərlərinin, həmçinin iddiaçının tutduğu vəzifə üzrə işin daimi xarakterə malik olmadığı əvvəlcədən bəlli idi. Hazırki iş üzrə işin faktiki hallarından görünür ki, iddiaçı digər işəgötürənlə (Bakı Baş Səhiyyə Mərkəzi ilə) mövcud olan müddətsiz əmək müqaviləsinə könüllü olaraq, öz təşəbbüsü ilə xitam vermiş, yeni işəgötürənlə (TƏBİB ilə) razılaşdırdığı şərtlərlə yeni əmək müqaviləsi imzalamışdır. Məhkəmənin TƏBİB-in üzərinə belə bir öhdəlik qoyması isə, əmək münasibətlərinin tərəfi kimi TƏBİB-in iradə sərbəstliyinin ziddinədir və işəgötürəni konstitusion hüquqlarından məhrum edir. Əmək Məcəlləsi ilə müəyyən edilən normalara əsasən, əmək müqaviləsi müddətsiz və ya müddə tli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək qanunvericiliyi tərəflərə bu hüququ versə də, Məhkəmə işə obyektiv yanaşmayaraq TƏBİB-i bu hüquqdan məhrum edən qətnamə qəbul etmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr istər Əmək Məcəlləsinin, istərsə də TƏBİB-in nizamnaməsində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin müvafiq tarixdə bitməsi və həmçinin işdən azad olunan şəxsin rəhbər şəxslər kateqoriyasına aidiyyəti əsas götürülməklə işəgötürən tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnaməsinə də uyğun olaraq bütün prosedurlara riayət edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tərəfindən işçinin qanunsuz, əsassız, Əmək qanunvericiliyin tələbl ərinə zidd olaraq işdən azad edilməsi halı müəyyən ediləcəyi təqdirdə və bu halda qanunvericiliyin bununla bağlı dəqiq tələbləri olduğundan məhkəmə tərəfindən şəxs əvvəlki vəzifəsinə bərpa edilə bilər. Hazırki halda isə əmrin ləğvi tələbinin təmini üçün əsaslar olmadığından işçinin əvvəlki vəzifəsinə təyin edilməsi də özlüyündə əsassızdır. Belə ki, mübahisələndirilən əmək müqaviləsi artıq mövcud deyil, müqaviləyə həmin müqavilə ilə tərəflərin razılaşdırdığı müddətin bitməsi ilə xitam verilmişdir. Tərəflər razılığı ilə müddətli olaraq bağlanılmış müqavilənin bağlandığı andan müddətsiz hesab edilməsi ağlabatan deyildir. Bu əsasla ki, müqavilənin bir tərəfi işçi olduğu kimi digər tərəfi işəgötürəndir və işəgötürən də öz növbəsində ona verilən hüquqdan istifadə edərək (həmçinin qanun bu hüququ işçiyə münasibətdə də təsdiqləyir) müqaviləyə xitam verməklə öz iradəsini ifadə etmişdir. xx.xx.2022-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsində tərəflərin hüquq bərabərliyinə əməl olunaraq qarşılıqlı razılıq çərçivəsində müddətli əmək müqaviləsi bağlanmışdır. Sonuncu əmək fəaliyyəti dövründə iddiaçı TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olmuş, tezliklə rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi barədə məlumatlanmışdır. Eyni zamanda əmək müqaviləsinin müddətli olmasının iddiaçıya əvvəlcədən-həmin müqavilə onun tərəfindən imzalandığı anda bəlli olduğu müzakirə predmeti olmayan hamıya bəlli olan faktdır. Lakin buna baxmayaraq iddiaçı nəinki əmək müqaviləsi bağlandıqdan sonra (xx.xx.2022-ci il tarixindən sonra), həmçinin TƏBİB-in Müşahidə Şurasın ın 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olduqdan sonra belə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Halbuki, iddiaçı hüquqlarının pozulmasını düşündüyü təqdirdə, bununla bağlı ən geci 19 iyul 2023-cü il tarixində (müəssisənin ləğv ediləcəyi ilə bağlı məlumatlandırıldığı tarixdə) məhkəməyə müraciət edə bilərdi. Əmək münasibətləri dövründə iddiaçı ilə bağlanmış əmək müqaviləsi 3 dəfə uzadılmış, ümumilikdə onunla bağlanmış əmək müqaviləsi 1 ildən artıq davam etdirilmişdir (müqavilənin qüvvədə olma tarixi: xx.xx.2022xx.xx.2023-cü illər). İddiaçı isə yalnız onunla müddətli əmək müqaviləsinin bağlanılması nəticəsində əmək hüquqlarının pozulması iddiası ilə məhkəməyə, onunla əmək münasibətlərinə xitam verildikdən sonra müraciət etmişdir. Halbuki, müqaviləni imazladığı andan iddi açıya onunla əmək münasibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən müəyyən olmuşdur. Bu isə iddiaçının qanunun ona verdiyi hüquqdan sui-istifadə etməsi mənasına gəlməkdədir. İddiaçı ilə TƏBİB arasında bağlanılmış əmək müqaviləsinin 2.2ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətli bağlanıldığı göstərilmiş, iddiaçı nəinki əmək müqaviləsini imzalamış, həm də əmək müqaviləsinin bir nüsxəsinin ona təqdim edilməsi barədə qeydi də imzalamışdır. İşçi ilə bağlanılan əmək müqaviləsi 09 dekabr 2022-ci il tarixindən etibarən 3 ay müddətinə bağlanılsa da, müqavilə 3 dəfə (cəmi 1 il) uzadılmış, müəssisənin ləğvi qərarından (xx.xx.2023-cü il) 6 ay sonra işçinin əmək müqaviləsinə xitam verilmişdi r. Əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsi əsasını isə qanunverici işəgötürənə münasibətdə üstünlük kimi deyil, hər iki tərəfə mənsub olan hüquq kimi müəyyən etmişdir. İddia tələbinin əmək müqaviləsinin müddətsiz müəyyən edilməklə bağlanmış hesab edilməsi hissəsinin özüözlüyündə qanuni əsası mövcud deyildir. Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanması hallarını müəyyən edən 47-ci maddə imperativ xarakterli deyildir, xüsusilə də həmin maddənin “f” bəndi əmək münasibətlərinin müddətinin müəyyən edilməsində əmək münasibətlərinə daxil olan şəxslərə seçim sərbəstliyi vermişdir. Eyni zamanda iddiaçının direktor olduğu “Bakı şəhər Təcili və X3 Stansiyası” publik hüquqi şəxsi birləşmə yolu ilə ləğv edilmişdir. Bununla yanaşı tərəflər arasında əmək müqaviləsinin qü vvədə olduğu dövrdə iddiaçı tərəfindən nə işəgötürənə, nə də məhkəməyə onunla bağlanan müqavilənin müddətsiz olmalı olduğu barədə müraciət edilməmişdir. İddiaçı tərəfindən belə bir tələblə müraciətlərin edilməməsi, iddiaçının həmin müqavilənin müddətli bağlanılmasına könüllü razılığının olduğunu, bu əsasla da tərəflərin hüquq bərabərliyinə riayət edildiyi qənaətinə gəlmək mümkündür və iddiaçı tərəfindən bunun əksi məhkəməyə təqdim edilən hər hansı sübutla təsdiq edilməmişdir.Məhkəmənin diqqətinə çatdırılan, sözügedən Fərman əsasında qəbul edilmiş, TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli 13 Q/2023 nömrəli qərarı ilə, İddiaçının rəhbəri olduğu müəssisə (“BŞTTTYS” PHŞ) digər iki müəssisə ilə birləşərək ləğv edilmiş, onların bazasında vahid yeni müəssisə yaradılmışdır. İddiaçı i sə bu halın baş verəcəyini artıq 6 ay əvvəlcədən bildiyindən, onunla müddətli əmək müqaviləsinin bağlanması ilə razı olmamasını, eləcə də bu halın onun əmək hüquqlarını pozduğunu heç bir dövlət orqanına və ya məhkəməyə müraciət etməklə bildirməmişdir. TƏBİB-in Müşahidə Şurasının qərarından bir daha aydın olur ki, iddiaçının tutduğu vəzifə daimi xarakter daşımamışdır və iddiaçı bunu əvvəlcədən bilmişdir. Yaranan yeni müəssisədə yalnız 1 direktor ştatı mövcud olduğundan, iddiaçıya başqa iş təklif olunsa da, O, bundan imtina etmişdir. Məhkəmə Mülki Prossesual Məcəllənin 77.2-ci maddəsinə istinad edərək sübutetmə yükünü TƏBİBin üzərinə qoymuşdur. Halbuki 9 iyul 2021-ci il tarixli 363VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan maddə ləğv edilmişdir. Məhkəmə bu mübahisədə ən h əlledici məsələyə yanaşmada mövcud olmayan qanuna istinad edərək qətnamə qəbul etmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasındakı məlumatlar təhrif edilmiş və bu sübut üzrə mühüm əhəmiyyətli bütün faktiki halların aydınlaşdırılmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamışdır. xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə istinad edilsə də, təqdim edilən sübutla bağlı mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4012/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova - sədrlik edən və məruzəçi, E.Həsənov, M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil miş, birinci instansiya məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(006)1624/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçınnı cavabdehə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair" iddiası rədd edilmişdir.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə rəsmi qaydada məlumatlı olmamasına dair izahatına tənqidi yanaşaraq hesab edib ki, onun tezliklə rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi barədə məlumatlı olmaması inandırıcı deyildir.
18. Belə ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə məlumat xarakterli sənəd kimi təqdim edilmiş X5 sistemi vasitəsilə aparılmış yazışmalardan aydın olmuşdur ki, TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023 c ü il tarixli qərarı iddiaçıya göndərilmişdir.
19. Rəhbəri olduğu müəssisənin ləğv ediləcəyi halda onun işdən azad edilməsi və ya cavabdehin nəzdində olan digər strukturda digər işlə təmin olunması ehtimallarını iddiaçı əvvəldən bilirdi və bilməli idi. Müəyyən edilmişdir ki, iddiaçının TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli qərarı ilə tanış olub məzmunundan xabərdar olduğu halda onu mübahisələndirməmişdir.
20. Müəssisənin ləğvi qərarından (xx.xx.2023-cü il) 6 ay sonra iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə yalnız onunla müddətli əmək müqaviləsinin bağlanılması nəticəsində əmək hüquqlarının pozulması iddiası ilə məhkəməyə, onunla əmək münasibətlərinə xitam verildikdən sonra müraciət etmişdir. Halbuki, müqaviləni imzaladığı andan iddiaçıya onunla əmək müna sibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən məlum olmuşdur. Tərəflər arasında əmək müqaviləsinin qüvvədə olduğu dövrdə iddiaçı tərəfindən nə işəgötürənə, nə də məhkəməyə onunla bağlanan müqavilənin müddətsiz olmalı olduğu barədə müraciət edilməmiş və bu halları mübahisələndirməmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən belə bir tələblə müraciətlərin edilməməsi, onun həmin müqavilənin müddətli bağlanılmasına könüllü razılığının olduğunu, bu əsasla da tərəflərin hüquq bərabərliyinə riayət edildiyi qənaətinə gəlmək mümkündür və iddiaçı tərəfindən bunun əksi təqdim edilən hər hansı sübutla təsdiq edilməmişdir.
22. Birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının əmək müqaviləsinin əvvəllər müddətsiz olması ilə əsaslandırsa da, iş materiallarından iddiaçının daha əvvəl TƏBİB-lə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əmək müqaviləsinin mövcud olması görünmür. Kollegiyanın qənaətinə görə iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə davam edən əmək münasibətləri olsa idi, bu münasibətlər çərçivəsində hüquqi varislik prinsipini rəhbər tutaraq iddiaçının əmək münasibətlərinin TƏBİB-lə davam etməsi qənaətinə gəlmək olardı. Lakin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxslə (“Bakı Baş Səhiyyə İdarəsi”nin hüquqi varisi) əmək müqaviləsi bağlamış və bağlanılan əmək müqaviləsinə işçinin öz ərizəsi əsasında xitam verilmişdir.
23. İşin faktik araşdırılmış halları bu qənaətə gəlməyə tam əsas vermişdir ki, iddiaçı və cavabdeh (TƏBİB) arasında əmək müqaviləsinin yenilənməsi halı mövcud olmamış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə ilk dəfə əmək müqaviləsi bağlanmışdır. Başqa sözlə, “Bakı Baş Səhiyyə Mərkəzi” ilə bağlanılan əmək müqaviləsinə işçinin öz istəyi ilə xitam verilməsi, TƏBİB-lə yeni müddətli əmək müqaviləsi bağlanaraq yeni əmək münasibətinə başlanılmışdır.
24. Belə ki, xx.xx.2015-cı il tarixli əmək müqaviləsi üzrə işçinin iş yeri Bakı Baş Səhiyyə İdarəsinin struktur bölməsi olan Bakı şəhər Təcili və X3 Stansiyası (Stansiya) olmuşdur. Stansiya təşkilati hüquqi formasına görə struktur bölmə olmaqla, birbaşa Səhiyyə Nazirliyinin deyil, Səhiyyə Nazirliyinin tabeliyində olan, ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən Bakı Baş Səhiyyə İdarəsinin strukturuna daxil olmuşdur.
25. Hə mçinin kollegiya qeyd edib ki, iddiaçı Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2015-ci il tarixli 45-K nömrəli Əmri ilə Bakı şəhər Təcili və X3 Stansiyasının baş həkimi vəzifəsinə təyin edilmiş, eyni zamanda onunla xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə əmək münasibətlərinə xitam verilməsi də Bakı Baş Səhiyyə İdarəsinin hüquqi varisi olan “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs tərəfindən qəbul edilən əmrlə rəsmiləşdirilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı də işdən xaric olunmaqla bağlı ərizəsini “Bakı Baş Səhiyyə Mərkəzi” X12 rəhbərinə müraciətlə yazmışdır.
26. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarına və apellyasiya şikayətinin Bakı Baş Səhiyyə İdarəsi (BBSİ) yenidən təşkil edilərək, “Bakı Baş Səhiyyə Mərkəzi” X10 çevrilməsi, əvvəllər Bakı Baş S əhiyyə İdarəsinin rəhbəri Səhiyyə Naziri tərəfindən, sonrada TƏBİB tərəfindən vəzifəyə təyin, vəzifədən azad ediliməsi, lakin Bakı Baş Səhiyyə İdarəsinin strukturuna daxil olan struktur bölmələrin rəhbərləri (baş həkimlər) Bakı Baş Səhiyyə İdarəsinin rəisi tərəfindən işə qəbul, işdən azad edilmələri kimi dəlillərinə əsasən qeyd edib ki, bütün bu hallar iddiaçı ilə əmək münasibətlərinin məhz Səhiyyə Nazirliyi ilə deyil, Bakı Baş Səhiyyə İdarəsi arasında yarandığını, hüquqi varislik əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxslə davam etdiyini göstərir.
27. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə “Bakı Baş Səhiyyə Mərkəzi” X12dəki iş yerindən ayrılmasının səbəbi ona TƏBİB tərəfindən yeni və daha yüksək vəzifəyə (X12 rəhbəri və qanu ni təmsilçisi) və 5 dəfə artıq əmək haqqı ilə təyinatın təklif edilməsi olmuşdur.
28. Belə ki, iddiaçının xx.xx.2015-ci il tarixli əmək müqaviləsi üzrə işəgötürəni olan Bakı Baş Səhiyyə İdarəsi ilə bağladığı əmək müqaviləsinə əsasən, tutduğu baş həkim vəzifəsi üzrə xx.xx.2019-cu il tarixində olan sonuncu artımdan sonra ştat üzrə əlavələr daxil olmaqla apellyasiya şikayətində qeyd olunduğu kimi 1332 AZN məbləğində olmuşdur. İddiaçı və TƏBİB arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçının təyin edildiyi direktor vəzifə üzrə əmək haqqı 5725 AZN məbləğində olmuşdur.
29. Bu səbəbdən iddiaçı könüllü olaraq “Bakı Baş Səhiyyə Mərkəzi” X12 direktoru Elçin Əmirova ərizə ilə müraciət edərək işdən çıxarılmasını xahiş etmiş, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ü nvanlanmış müraciətlə ərizə yazaraq isə “Bakı şəhər Təcili və X3 Stansiyası” X12 direktoru vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Hər iki halda – həm iddiaçının “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsdən işdən çıxması və “Bakı şəhər Təcili və X3 Stansiyası” publik hüquqi şəxsə işə girməsi iddiaçının könüllü razılığı əsasında olmuşdur.
30. Beləliklə də, bütün göstərilənlər müddətsiz əmək müqaviləsinə işçinin öz iradəsi ilə xitam verildiyi, həmçinin bu müqavilələr üzrə işəgötürənlər fərqli olduğu üçün burada əmək müqaviləsinin yenilənməsindən və iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşımamasına dair apellyasiya şikayətinin dəlilləri əsaslı olmasını təsdiq edir.
31. Məhkəmə kollegiyası daha sonra hesab edib ki, Əmək Məcəlləsində müddətli əm ək müqaviləsinin bağlanması hallarını müəyyən edən 47-ci maddə imperativ xarakterli deyildir, xüsusilə də həmin maddənin “f” bəndi əmək münasibətlərinin müddətinin müəyyən edilməsində əmək münasibətlərinə daxil olan şəxslərə seçim sərbəstliyi vermişdir. Eyni zamanda qeyd etmişdir ki, hazırda iddiaçının direktor olduğu “Bakı şəhər Təcili və X3 Stansiyası” publik hüquqi şəxsi birləşmə yolu ilə ləğv edilmişdir.
32. Həmçinin müəyyən edilmişdir ki, yaranan yeni müəssisədə yalnız 1 direktor ştatı mövcud olduğundan, iddiaçıya həmin ştat deyil, direktor müavini işi təklif olunsa da, o, bundan imtina etmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, yeni yaradılmış direktor ştatına kimin təyin edilməli olması onun işəgötürən kimi səlahiyyətinə aiddir və iddiaçı da həmin vəzifəyə təyin olunmaqda üstünlüyü olmasını mübahisələndirməmişdir.
33. Məhkəmə kollegiyası qeyd edib ki, kollegiyanın iclasında cavabdeh tərəf iddiaçıya yeni yaradılmış qurumda müddətli müqavilə bağlamaqla direktor müavini vəzifəsini təklif etsə də, iddiaçı bu təklifdən imtina etmişdir (hazırda iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır, əmək haqqısı 1270 manat təşkil edir).
34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsi 45.1, 45 bənd 3,45 bənd 4, 47, 73.1, 74 bənd 2, 56 hissə 1, 56 hissə 2, 68 hissə 1, 300.1-maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,106.1, 217.3, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (nümayəndəsi və vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-4012/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti belə əsaslanmışdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normasının tələbləri açıq aşkar pozulmuşdur. Məhkəmə cavabd ehin apellyasiya şikayətinin dəlillərini “müqəddər və qanunda yazılmış maddə” kimi qəbul edib, qətnamənin əsaslandırılmasına köçürüb, işin həqiqi hallarını tam təhrif etmiş, yalnız və yalnız cavabdehin arqumentləri əsasında qətnamə qəbul etmiş, qərarı ləğv edərkən hansı maddi hüquq normasının pozulmasını əsaslandıra bilməmişdir.
37. Məhkəmənin və cavabdeh təşkilatın əsas dəlilləri olan iddiaçı əvvələr Bakı Baş Səhiyyə idarəsində müddətsiz əmək müqaviləsinin olması və oradan çıxaraq TƏBİB-lə müddətli əmək müqaviləsi bağlama barədə dəlilləri isə sadəcə olaraq işin həqiqi hallarını gizlətmək və yayındırmaq məqsədi güdür. Əvvəla apellyasiya baxışında işin bu halını tam sübut edib müvafiq sənədləri, hakimə təqdim etsəkdə nəzərə almamışdır. Belə ki, “Bakı şəhəri Təcili və X3 Stansiyası” X12 yara dılması barədə Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən 30 dekabr 2019-cu il tarixli,182 nömrəli qərar qəbul edilmiş, həmin qərarla, İddiaçı həmin X12 direktoru təyin edilmiş, iddiaçının işlədiyi baş həkim vəzifəsində olduğu stansiya publik hüquqi şəxsə çevirilmiş və qeyd edilən vəzifədə 2022-ci ilin dekabr ayının 8-ə qədər həmin vəzifədə direktor vəzifəsində işləmişdir. Həmin tarixdən 1 gün sonra xx.xx.2024-cü il tarixdə eyni vəzifəyə təkrar müddətli əmək müqaviləsi üzrə götürülmüşdür. Hazırda cavabdeh təşkilat və məhəmə işin həqiqi bu halını gizlədərək, yalnız yeni iş yeri kimi təqdim etməyə çalışmışdır. Lakin iş üzrə açıq aşkar və aydın olan işin bu halını məhkəmə nəzərə almamış və nəzərə almamaq üçün qətnamədə işlə əlaqəsi olmayan və iddia tələbi ilə bağlılığı olmayan arqumentlərə i stinad etmişdir. məhkəmə tərəfindən ƏM-in 63.1-ci maddəsi hazırkı iş üzrə ümumiyyətlə tədbiq edilməli olduğu halda tədbiq edilmiməmişdir. Belə ki, qeyd edilən maddənin məzmunundan görünür ki, iddiaçınn istər 2016-cı il tarixində baş həkim vəzifəsi kimi əmək müqaviləsi bağladığı Bakı səhiyyə idarəsi və onun tabeliyindəki qurumlar hüquqi şəxsin yenidən təşkili yolu TƏBİB-in tabeliyinə verilmişdir. Başqa sözlə desək, iddiaçının 2019-ci il tarixdə direktor təyin edildiyi Bakı şəhəri Təcili və X3 Stansiyası” publik hüquqi şəxs Prezidentin sözügedən fərmanı əsasında hüquqi varislik yolu ilə TƏBİB-in tabeliyinə keçmişdir. Daha dəqiq desək prezidentin fərmanına əsasən iddiaçının işlədiyi və əmək müqaviləsi bağladığı tərəf istər Bakı Baş səhiyyə idarəsinə münasibətdə, istər direktor kimi təyin edil diyi Səhiyyə Nazirliyinin kollegiyasınının qərarına münasibətdə, məhz məhz TƏBİBİ-n tabeliyinə keçmiş və müəssisənin yeni mülkiyyətçisi TƏBİB olmuş, iddiaçının əmək müqaviləsi məhz 2019cu il 30 dekabr tarixdən 2022-ci il tarixə kimi müddətsiz olaraq yeni müəssisənin mülkiyyətçisi ilə davam etmiş və qüvvədə olmuşdur. Hazırda məhkəmənin hüquqi varislikə münasibətdə göstərdiyi mövqe isə cavabdeh TƏBİB-n apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqdan ibarət olmuşdur. Məhkəmənin qətnamədə guya barışıq sazişindən imtina etməsi barədə təklifləri isə tam əsassız olmaqla qətnamənin əsassızlığını ört bastır etmək məqsədi güdmüşdür. Belə ki, əvvəla cavabdeh tərəfindən müvafiq olaraq iddiaçıya müddətli şərtlərlə əmək müqaviləsi bağlamaq təklif edilmiş, bundan əlavə iş buraxma müddəti üçün isə hər hansı bir əmək haqqı ödəməkdən imtina etmişdir. Bundan əlavə bu şərtlərlə barışıq sazişinin təklif edilməsi yeni əmək mübahisəsinin əsasını qoyması nəzərə almamışdır. Məhkəmə işdə olan sübutlara, işin faktiki hallarında daxil olmaqla düzgün qiymət verməmiş və mülahizəyə əsaslanan qətnamə çıxarmışdır.
38. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 35ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsi 45.1, 45.3, 45.4, 47, 70, 73, 75-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə, 20 dekabr 2018-ci i l № 418 tarixli, Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanın 2-ci bəndinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 8, 9, 14, 77.1,ci maddələrinə istinad etmişdir. ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X12 nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ilə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin öz qərarında işin bütün hallarını nəzərə alaraq qətnamə qəbul edildiyini bildirib, iddiaçının kassasiya şikayətinin tamamilə əsassız olduğundan təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin 2(103)-4012/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
40. Maddə 68, hissə
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 41.
2. M addə 68, hissə 2, bənd “b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
42. Maddə 73, hissə
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia ərizəsində göstərilənlər cavabdehin əmək münasibətlərinə xitam verilməsi barədə əmrinin ləğv olunmasına əsas vermir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edil mədən bağlanmış müddətli müqavilələrlə bağlı oxşar mübahisələrdən fərqli olaraq hazırkı işdə müəyyən edilmişdir ki, iddiaçının çalışdığı vəzifə artıq mövcud deyil. Belə ki, işçinin əvvəlki vəzifəsi qurumların yenidən təşkili çərçivəsində ümumiyyətlə ləğv edilmişdir. Bu baxımdan onun öz vəzifəsinə bərpa olunması imkanları obyektiv səbəblərdən aradan qalxmışdır. Bu halın rəhbər vəzifədə çalışan iddiaçı üçün əvvəlcədən bilinən olması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət də əsaslıdır.
54. Belə olan halda işçinin hüquqlarının qorunması üçün optimal təminat işçinin yeni yaradılmış qurumda başqa işlə təmin edilməsidir. Əgər işçi ona təklif olunan yeni işdə əmək fəaliyyətini davam etdirməyə razılıq vermədikdə, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmək münasibətlərindən yayınmas ı və işçinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
55. Baxılan işdə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəf iddiaçıya yeni yaradılmış qurumda direktor müavini vəzifəsini təklif etsə də, iddiaçı bu təklifdən imtina etmişdir.
56. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, tərəflər arasında obyektiv səbəblərdən aradan qalxmış və gələcəkdə real icrasının mümkün olmayacağı bəlli olan əmək münasibətləri formal əsaslarla bərba edilə bilməz.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlill əri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4012/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.